Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Allahın deyil, insanın ibadətə ehtiyacı var

Ədəbi yazılar

Allahın deyil, insanın ibadətə ehtiyacı var

   Maraqlıdır ki, qeyd olunan məqama hansı yolla çatmaq olar? Ayə və rəvayətlərdən məlum olur ki, insan bu məqama yalnız ibadət yolu ilə çata bilər: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“Zariyat” surəsi, ayə: 56.) İnsan Allahın nəzərdə tutduğu ibadət vasitəsi ilə məqama nail ola bilər. Ayədə kamillik üçün ikinci yol göstərilməyib. Amma nəzərə almaq lazımdır ki, ayədə işlədilmiş ibadət kəlməsi fiqh elmində nəzərədə tutulmuş ibadətdən fərqlənir. Ayədə elə bir ibadətdən danışılır ki, bu ibadət Allahın razılığını qazanmaq məqsədi ilə görülmüş bütün işləri özündə birləşdirir. “Yasin” surəsinin 60-61-ci ayələində oxuyuruq: “Ey Adəm övladı, Məgər sizdən əhd almadımmı ki, şeytana ibadət etməyəsiniz? Axı o sizin açıq-aşkar düşmə-ninizdir! Mənə ibadət edin, doğru yol budur!” Bir sözlə, insan yalnız bir yolla kamala yetişə bilər və bu yol Allaha ibadətdir. Allaha ibadət sayılmayan bütün başqa işlər şeytana itaət hesab olunur. “Zariyat” surəsinin 56-cı ayəsində işlə-dilmiş “yalnız” kəlməsi bir daha göstərir ki, bəşəriyyət üçün hədəf və bu hədəfə aparan yol birdir.

   Allahın bizim ibadətimizə ehtiyacı varmı?
“Allah insanı ibadət üçün yaradıb” dedikdə nə nəzərdə tutulur? İnsanların ibadətinə, səcdəsinə Allahın ehtiyacımı var? İnsan özünə qarşı ehtiram görəndə qəlbi açılır. Görən Allah da ehtirama möhtacdırmı?
Bütün bu suallar Allahı tanıyan insan üçün öz qənaətbəxş cavabını tapmışdır. Allah mütləq kamal sahibi və mütləq ehtiyacsızdır. İnsanın yaradılması və ibadət edib-etməməsi Allaha bir şey artırıb-əskiltmir. Tənhalıqdan əziyyət çəkmək naqis vücuda xas sifət olduğundan yaranışı Allahın tənhalığı ilə də əlaqələndirmək olmaz. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Allah məxluqu onun ibadətin-dən ehtiyacsız, itaətsizliyindən amanda olduğu halda yaratdı.”
Allah insanın ibadətindən ləzzət almadığı kimi, onun üsyanından da əziyyət çəkmir. Allahıtanıma bəhslərində oxuyuruq ki Allahın sifətləri özünəməxsusdur. Yəni əgər eyni bir sifət Allahda və insanda varsa bu sifətlər arasında fərq vardır. Məsələn, Allahın elmi insanın elmindən fərqlənir. İnsanın elmi “hüsuli”, yəni öyrənməklə əldə edilmişdir. Amma Allahın elmi “hüzuri”dir, yəni Allah zatən alimdir. İnsanın qüdrəti, gücü inkişaf etmiş əzələlərdən ibarətdirsə, cism olmayan Allahın qüdrəti tamam başqa məzmundadır.
   Allahın razılığı və qəzəbi də insanın razılıq və qəzəbindən fərqlənir. Əgər insan razı qalanda şadlanırsa, Allah şadlanmaq halından çox uzaqdır. “Ərəfə” duasında oxuyuruq: “Ey Rəbb, Sənin rizayətin müqəddəsdir və heç bir səbəbə bağlı deyil. Belə deyil ki, əvvəl Sənin rizayətin mövcud olmayıb, Sən onu sonradan xəlq etmişsən, o ki, qaldı mən Sənin rizayətinə səbəb olum.” Allahın qəzəbi də belədir. Bu qəzəb onun halını dəyişmir. Allah üçün hal dəyişməsi qeyri-mümkün olduğundan insan bu halı dəyişməkdə acizdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə