Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Quranı doğru açıqlayan müəllim

Quranı doğru açıqlayan müəllim

MÜƏLLİMİ KİMDİR?
Allah-taala Qurani kərimdə buyurur:
“Allah O kəsdir ki, bu (asimani) kitabı sənə nazil etdi. Onun ayələrinin bir qismi və əsas hissəsi “möhkəm” (Mənası aşkar şəkildə bəyan olunan) ayələrdir. İkinci qismdə olan ayələr isə “mütəşabeh” ayələrdir (mənasında bir neçə ehtimal verilən ayələr). Ancaq qəlblə-rində inhiraf və azğınlıq olan şəxslər mütəşabeh ayələri seçirlər ki, fitnə yaradıb (camaatı yoldan azdırsınlar) və onu (düzgün olmayan tərzdə) təfsir və məna etsinlər. Halbuki, onların (həqiqi) təfsir və mənasını Allah və elmin dərinliklərinə yiyələnənlərdən başqa heç kimsə bilmir. (İlahi elm sayəsində Quranın bütün sirlərini dərk etmək istəyən-lər) deyirlər: Biz onun hamısına iman gətir-mişik. Hər bir şey Allah tərəfindəndir. Əql sahiblərindən başqa heç kimsə (bunu) dərk edə bilməz.”
Bu ayədə Allah-taala elmin dərinliklərinə yiyələnən ağıllı şəxsləri Quran müəllimi kimi təqdim edir. İndi görək, elmin dərinliklərinə yiyələnən ağıllı şəxslər kimlərdir? Quran bu şəxsləri başqa bir ayədə belə təqdim edir:
“Lakin onların içində elmin dərinliklərinə yiyələnən şəxslər və möminlər sənə (yəni Peyğəmbərə) və səndən qabaqkı peyğəmbərlərə nazil edilənlərin hamısına iman gətirən, namaz qılıb, zəkat verən, Allaha və qiyamət gününə iman gətirənlərdir. Tezliklə onlara böyük mükafat verəcəyik.”
Quran başqa bir ayədə belə buyurur:
“Sizin vəli və ixtiyar sahibiniz yalnız Allah, Onun rəsulu və iman gətirib, namaz qılan və rüku halında zəkat verənlərdir.”

Sünnü alimlərinin mötəbər kitablarında bu ayə barəsində belə deyilir: “Yüz əlli nəfərdən artıq səhabə “rüku halında zəkat verənlər” deyildikdə məqsədin Əli olduğunu bəyan ediblər.”
Amma Fəxr Razi deyir: “Rüku halında zəkat verənlər” dedikdə məqsəd Əbu Bəkrdir. Təəc-cüblü burasıdır ki, Əbu Bəkrin özü özünü elmin dərinliklərinə yiyələnən hesab etmir, amma onun tərəfdarları bunu iddia edirlər. Əbu Bəkr, can üstə olanda deyirdi: “Kaş üç şeyi Peyğəmbərdən soruşaydım! Birincisi: Özün-dən sonra vəli və vəsinin kim olduğunu;
İkincisi: Ənsarların xilafətdən payları olub-olmadığını;
Üçüncüsü: Bibi və xala qızının irsdən nə qədər pay apardığını. Mən hələ də bunu bilmirəm.”
Sadə bir məsələ olan “bibi və xala qızının nə qədər irs aldığını” bilməyən bir şəxs Quranın sirlərinə varıb, onu camaata bəyan edə bilərmi? Yoxsa Allah-taala onu elmin dərinliklərinə yiyələnən adlandırıb?!
Əbu Bəkrin elmin dərinliklərinə yiyələn-diyini necə demək olar, halbuki onun özü deyirdi: “Mənim üçün həmişə məni yoldan azdıran bir şeytan var. O nə vaxt mənim yanıma gəlib, mənə qalib olsa məndən uzaq olun ki, sizin mal və canınıza zərər yetirməyim.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə