Çr.ax12102019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Cəmadiüs-sani Cəmadiül-sani ayının 13-cü günü

Cəmadiül-sani ayının 13-cü günü

Həzrət Ümmul-Bəninin (s) vəfatı

Hicri təqvimi ilə 64-cü il, cəmadius-sani ayının 13-cü günü, həzrət imam Əlinin (ə) sevimli həyat yoldaşı və Qəməri-bəni-Haşim, həzrət Əbülfəzlul-Abbasın (ə) əziz anası Ümmül-bənin (s) vəfat etdi. (Ümmül-bənin (s), Seyyidətun-nisaul-ərəb; s.84).
Həzrət Zəhranın (s.ə) şəhadətindən sonra, Əmirəlmöminin imam Əli (ə), Fatimə Kəlabiyə ilə evləndi. Əqil, ərəblərin əsil-nəsəbini yaxşı tanıdıyırdı. Ona görə də həzrətin o xanımla evlənməsi qardaşının vasitəçiliyi ilə həyata keçdi. İmamın (ə), o böyük xanımdan Abbas, Cəfər, Abdullah, Osman adında dörd övladı dünyaya gəldi. Onların hamısı Aşura hadisəsində şəhadətə çatdı.
Həzrət Ümül-Bəninin (s) Aşura hadisəsindən sonra bütün günü Bəqi qəbristanlığına gedir və övladlarının müsübətinə elə mərsiyə oxuyardı ki, camaat onun ətrafına toplanar, sözlərindən təsirlənərdilər. Nəql olunur ki, hətta daş qəlbli Mərvan bin Həkə onun şer və mərsiyələrini eşidəndə dayanıb ağlayardı. O həzrət fani dünya ilə vidalaşana qədər daim ağlayıb ahü-zar etdi. (Rəyyahinuş-şəriəh; c.3, s.294).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə