Çr10162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Cəmadiüs-sani Cəmadiül-sani ayının 29-cu günü

Cəmadiül-sani ayının 29-cu günü

Vəlid ibn Yezidin həlak olması

Hicrətin 126-cı ili Cəmadius-sani ayının 29-u, bəni Abbas xəlifələrindən biri olan Vəlid ibn Yezidin vəfatı günüdür. O, Yezid ibn Vəlidlə döyüş zamanı faciəli şəkildə həlak olub. (Vəqayiul-əyyam; səh-300).
Belə nəql olunur ki, Vəlid, mulhid və fasiqlikdə tanınmış şəxsdir. O, hətta zahiri baxımdan da, İslama məhəl qoymurdu və şərab içmək onun peşəsi idi. Tarixi kitablarda deyilir: o, göstəriş verir ki, hovuz tiksinlər və onu şərabla doldursunlar. Vəlid sevinib vəcdə gələn zaman özünü o hovuza atıb doyunca şərab içsin. Əhli-sünnə kitablarnda deyilir ki, bir axşam azançı sübh azanı deyirdi. Vəlid qalxıb şərab içdi onunla birlikdə sərxoş olmuş cariyəsi ilə yaxınlıq etdi və and içdi ki, gərək camaatla namaz qılsın o sərxoş və cənabətli qadına paltarını ona geyindirib məscidə göndərdi. Pişnamaz camaat namazı qıldı. Onun fasiqliyi və pis əməlləri o həddə çatdı ki, öz məhrəmləri ilə belə nigah edir və öz işindən utanmırdı. (Tətimmətul-muntəha; səh-164).
Bəli, əhli səqifənin cinayəti nəticəsində İslam o yerə çatdı ki, onun kimi fasiq adamlar müsəlmanların xəlifəlik məqamına əl atdılar ki, onlar başdan-ayağa fəsad və zülm olub şeytanın müəllimi sayılırdılar.
İmam Hadinin (ə) oğlu seyid Məhəmmədin vəfatı
Hicrətin 252-ci ili Cəmadius-sani ayının 29-u, İmam Hadinin (ə) oğlu həzrət Seyid Məhəmməd Samira şəhərində vəfat etdi. (Muraqidul-məarif; c-2, səh-262). Seyid Məhəmmədin məaqamı o həddə idi ki, şiələrdən bir qrupu güman edirdilər ki, imam Hadidən (s) sonra o imamətə çatacaq. Lakin böyük atasının dövründə onun vəfat etməsindən məlim oldu ki, imam Həsən Əskəri (ə) imam olacaq. İmam Həsən Əskəri (ə) qardaşı seyid Məhəmməd canablarına çoxlu məhəbbət bəsləyirdi. Onun vəfatından çox təsirlənmişdi. Seyid Məhəmmədin cənazəsini Bələd (abadiye bələd) Samiranın altı fərsəxliyində dəfn etdilər. Günbəd və çoxlu  otaqlardan ibarət hərəmi ordadır. Təkcə Əhli-beytin (ə) dostları deyil əhli-sünnədən də, bir çoxları onun ziyarətinə müşərrəf olur, o həzrətdən çoxlu kəramətlər müşahidə edir, ona istəkləri üçün nəzirlər edir və onu üçün heç vaxt yalan and içmirlər. (Müntəhayül-amal; 12-ci bölmə, 6-cı fəsl səh-1171).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə