Şn12072019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Cəmadiül-əvvəl Cəmadiül-əvvəl ayının 29-cu günü

Cəmadiül-əvvəl ayının 29-cu günü

İmam Zamanın (ə.c) ikinci xas canişini Muhəmməd ibn Osmanın vəfatı
Hicrətin 305-ci ili Cəmadiul-əvvəl ayının 29-u Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid vəfat etdi. (Mostədrəki-Səfinətul-Bəhar; cild-5, səh-231. Əl-geybə; Şeyx Tusi, səh-364).
O, kiçik qeybət dövründə imam Zamanın (ə.c) ikinci xas canişini idi və camaat onun vasitəsiylə suallarını və dini məsələlərini İmamdan (ə.c) soruşurdular.Məhəmməd ibn Osman əziz atası kimi, şiə böyüklərindən sayılırdı. O, təqva, ədalət, insaniyyət cəhətdən şiələrin və imam Əskərinin (ə) nəzərində etibarlı bir şəxs idi. Beləki, o Həzrət (ə) Əhməd ibn İshaqın “kimə müraciət edək”-  sualının cavabında belə buyurur:
“Səməri və onun oğluna. Hər ikisi, mənim nəzərimdə etibarlı şəxsdir. Sənə çatdırdıqları hər bir şey və sənə dedikləri hər şey mənim tərəfimdəndir. Onların sözlərini eşit və itaət et. Çünki bu iki nəfər mənim nəzərimdə əmanətdar və etibarlı adamdır”.
Osmanın vəfatından sonra imam Zaman (ə.c) yazılı şəkildə onun vəfatının başsağlığı verib, oğlu Məhəmmədin naibliyini elan etdi. (Əl-ğeybəh: Şeyx Tusi, səh-219 və 220).
Əbu Cəfər Məhəmməd ibn Osmanın fiqh sahəsində əsərləri var idi. O əsərlər imam Zamanın (ə.c) üçüncü canişini Hüseyn ibn Ruha çatmışdı. Təqribən qırx il imam Zamanın (ə.c) vəkilliyi Məhəmməd ibn Osmanın öhdəliyində idi. O müddət ərzində məntəqələr üzrə vəkillər təyin edir və onların işinə nəzarət edir şiələrin işlərini idarəsi ilə məşğul olurdu. İmam Zaman (ə.c) tərəfindən çoxlu yazılar onun vasitəsi ilə şiələrə çatdı. Məhəmməd ibn Osman vəfatından öncə, öz ölüm vaxtını xəbər vermişdi. O, dəqiq dediyi vaxtda da, rəhmətə getdi. (Əlğeybəh; Şeyx Tusi, səh-222. Biharul-Ənvar: cild-51, səh-351)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə