Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 16-cı günü

Rəcəb ayının 16-cı günü

Möhətədi Bilah Əbbasinin ölümü

 

Hicri təqvimi ilə 256-cı il, rəcəb ayının16-da abbasilərin 14-cü xəlifəsi Möhtədi Billah qətl olundu. (Tətimmətül-müntəha, s. 411)
Tarixçilər belə nəql edirlər ki, o xilafət məqamına oturanda zahidlik yolunu götürdü. Oyun-əyləncə vasitələrini öz sarayından uzaqlaşdırdı. Çox sayda müfsidin qarşını aldı. O, camaat arasında ədalət bərpa etdi. Dörd qapıdan ibarət qübbə tikdirdi.  Həmişə orada xüsusi və ümumi şəkildə camaatın dadına çatırdı. Cümə günləri Came məscidinə gedib orada xütbə oxuyur camaatla namaz qılırdı. Möhtədi həmişə deyirdi: Mən Allahdan həya edirəm ki, bəni-abbas arasında  Ömər ibn Əbdüləziz kimisi olmasın.”
Möhtədinin xəlifəliyi dövründə  alim və fəqihlər xüsusi məqama sahib olub onun tərəfindən onlara həmişə diqqət olunurdu.  O, saray məmurlarının xərclərin ciddi şəkildə azaltdı. Göstəriş verdi ki, fədəyi Fatimənin (ə) övladına qaytarsınlar.  Onun belə bir yolu qarşısına qoyması əksinə tərbiyələnmiş vəzir və əmirlərə çox ağır gəldi. Ona görə də onu öldürmək üçün hiylə düşündülər.  Gecə ikən onun otağına tökülüb onu əhatəyə aldılar, xəncərlə qəltə yetirdilər. (Mürucul-zəhəb, c. 4, s. 216 – Tətimmətül-müntəha, s. 409-410)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə