Cm.ax10182018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 25-ci günü

Rəcəb ayının 25-ci günü

Həztət Musa ibn Cəfərin (ə) şəhadəti

 

Məşhur rəvayətə əsasən,  vilayətin yeddinci parlaq ulduzu həzrət Musa inb Cəfər (ə), hicri təqvimi ilə 183-cü ilin  rəcəb ayının 25-də Sendi ibn Şahikin zindanında zəhərlə qətlə yetirildi. (Məsarül-şiə, s. 36, -Biharül-ənvar, c. 47,s. 206)
O həzrət iyirmi yaşında imamlığa çatıb. Onun imamlığının müddəti 35 ildir. Mənsurun xəlifətlik dövrünə təsadüf edən imamət dövründə heç bir şəxs o həzrətə etiraz etmədi. Mənsuran sonra Məhdi xəlifə oldu. Onun xəlifəliyi onil sürdü. O, İmam Kazımı (ə) İraqa çağırıb həbs etdi. O, bir gecə Əmirəlmöminini yuxud gördü  ki, ona buyurdu: “Əgər bu göstərişdən daşınsan, yerdə fəsadı və qohumluq əlaqəsini kəsməkdən başqa bir şey gözlənilir?”  (“Məhəmməd” surəsi, ayə: 22) Yuxudan ayılan zaman və burada məqsədin Musa ibn Cəfər (ə) olduğunu anladı və onu azad etdi.
Mehdidən sonra onun oğlu Hadi, o həzrətin həbs olunmasını istədi amma əcəl ona aman vermədi. Çünki o, bir ildən artıq xəlifə olmadı. Xilafət Haruna çatanda imamı digər zindana göndərdi. Nəhayət xəlifəliyinin on dördüncü ilində həzrəti 55 yaşında ikən zəhərlə şəhid etdi. (“Qəlaidül-nühur”, c. Rəcəb, s. 33-34)
O həzrətin (ə) şəhadətindən sonra onun şərif bədənini Harunun göstərişinə əsasən onu təhqir etmək məqsədi ilə nərdibana qoydular, dörd hammal onu çiyninə qoyub bağırırdı: “Bu, rafizilərin imamıdır.”  O zaman imam Rza (ə) şəxsən özü atasının qüsl və namazını yerinə yetirdi, şiələr də onun cənazəsi üstə gül gətirərib o mərasimdə iştirak etdilər. Onu hərəminin indi yerləşdiyi məkanda dəfn etdilər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə