Bz05192019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 28-ci günü

Rəcəb ayının 28-ci günü

1.    İslamda ilk camaat namazı

2.    İmam Hüseynin (ə) Mədinədən Məkkəyə hərəkəti

 



1.    İslamda ilk camaat namazı
Peyğəmbərin besətindən sonra onunla ilk namaz qılan Əmirəlmöminin (ə) oldu.  Rəcəb ayının 27-ci günü bazar ertəsi həzrət (s) peyğəmbərlə yetişdi, sabahı gün Əmirəlmöminin (ə) o həzrətlə camaata namazına durdu. (Münəxəbül-təvarix, s. 42)
2.  İmam Hüseynin (ə) Mədinədən Məkkəyə hərəkəti
Hicri təqvimi ilə 60-cı il, rəcəb ayının 28-ci günü, imam Hüseyn (ə) öz əhli-beyti ilə Mədinədən Məkkəyə tərəf yola düşdü. Bu səfərin səbəbi, hicri təqvimi ilə 60-cı il, rəcəb ayıının ortalarında Müaviyə ölməsi idi.  İmam Hüseynlə (ə) bağladı sülh müqabiləsinin (məfad) əksinə olaraq oğlu Yəzidi öz yerinə təyin etdi.  Yəzdin məmurları məntəqənin hər bir nöqtəsində camaatdan beyət alırdı. O, Mədinədə ki, valisinə göstəriş verdi ki, o şəhərin böyüklərindən xüsusi ilə imam Hüseyndən (ə) beyət alsın ya da onu qətlə yetirsin. İmam Hüseyn (ə), bu məsələdən xəbərdar olub ailəsi, qardaşları və qardaşnın övladları ilə birlikdə  Mədinədən xaric olub Məkkəyə tərəf hərəkət etdi. Bəni-haşimin Əqiləsi Zeynəbi-Kubra (ə.s), qardaşları həzrət Əbülfəzl Abbas (ə) Ümmi Güslüm (ə.s), Əli Əkrəb (ə) və digər ailə üzvələri onunla birgə idi. Imam Hüseynin (ə) bacıları və həzrət Zeynəb ilə birlikdə 13 nəfər idi. Onların 250 atı,  250 dəvəsi var idi. O dəvələrdən 70 ədədi, qazan qab-qacaq, ləvazimat, ərzaq, 30 dəvə su məşqlərini, 12 dəvə paltar və pul,  50 dəvə daşımaq üçün , hicablı xanımları, (ələviyyatı) uşaqları, xidmətçiləri, kənizləri daşımaq üçün 50 bəzənmiş kəcavə. Qalan dəvələr müxtəlif lazımlı vasitələri daşmaq üçün istifadə olunurdu. ( Mədinədən Mədinəyədək, s. 77 – 90)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə