Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Əsir

Əsir kimi təslim olmaq rəva deyil
İmam Əli (ə):«Kim ağır yaralanmadan əsir kimi təslim olsa, onun azad olunması üçün beytül-maldan fidyə (əsirin azad olunması üçün ödənilən mal) verilməməlidir. Əgər onun ailəsi istəsə onun fidyəsi öz malından ödənilməlidir.»
İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) Əlini (ə) bəraəti elan etmək üçün göndərəndə, onunla birlikdə bir dəstə də göndərdi və onlara belə buyurdu: Kim ağır yaralanmadan əsir kimi təslim olsa bizdən deyil.»
Əsirlə yaxşı rəftar etmək
Quran:
«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər»
«(Ya Peyğəmbər!) Əlinizdə olan əsirlərə de: Əgər Allah ürəklərinizdə bir yaxşılıq olmasını bilsə sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah bağışlayan və rəhm edəndir.»
Hədis:
İmam Əli (ə):«Əsirə yemək vermək və onunla xoş davranmaq vacib haqlardandır, hətta onu sabah öldürməli olsan belə!»
İmam Əli (ə) İbn Mülcəm onu yaraladıqdan sonra Həsən və Hüsey¬nə (ə) buyurdu:«Bu əsiri zindana salın, ona yemək və su verin və əsirlikdə onun¬la xoş davranın.»
İmam Sadiq (ə):«Əsirə yemək vermək onu əsir götürmüş şəxsin boynunda olan haqdır, hətta o sabah öldürülməli olsa belə! Əsirin kafir və qeyri-kafir olmasından asılı olmayaraq ona su və yemək verilməli (və kölgədə saxlanılmalıdır) və onunla mülayim davranılmalıdır.»
İmam Sadiq (ə):«Əli (ə) zindana salınan şəxsə müsəlmanların beytül-malından yemək verərdi.»

Kitab: "Mizanül-hikmə"
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə