Çr.ax10222019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şə`ban Şəban ayının 4-cü günü

Şəban ayının 4-cü günü

Həzrət Əbülfəz Abbasın (ə) təvəllüdü günü

 

Hicri təqvimi ilə 26-cı il, şəban ayının dördüncü günü Kərbəla ələmdarı, Neynəva saqi, Bəni-Haşimin Qəməri həzrət Əbülfəzl Abbas dünyaya göz açdı. (.  (Vəqaye və həvadis, c. 3, səh. 30)
O həzrətin əziz atası təqvalılar mövlası, Əmirəlmöminin Əli  (ə), uca məqamlı anası isə Ümmi-bəni ləqəbli, Fatimə Kəlabiyədir. O mübarək doğulmuş uşağın qundağının əziz atası Əmirəlmömininin əlinə (ə) verdilər. İmam onu görəndə mübarək gözərində gözləri yaşla doldu. Sonra peyğəmbərin (s) sünnəsinə uyğun olaraq     onun sağ qulağına azan, sol qulağına  iqamə oxudu. Sonra Ümmil-bənindən soruşdu: “Onu necə adlandırdınız?”
O dedi: Mən heç bir işi sizdən öncə yerinə yetirməmişəm. Bəyəndiyiniz hər hansı adı ona  seçin. Əmirəlmöminin buyurdu: “ Bu uşağı əmimin adı ilə - Abbas  adlandırıram.”
Həzrət Abbasın künyəsi Əbülfəzldir. Çünki o həzrətin həyatı başdan-başa fəzilət və ütsünlükdən ibarətdir. Onun ən məşhur ləqəbləri:
Qəməri-bəni-haşim, Babül-həvaic, Babül-Hüseyn (ə), Səqqa, Əbdü Saleh, Əl-Həvasi (fədakarlıq edən), Sədiq, Sahibül-ləva  (bayraqdar). (Çehreye-derəxşane- qəməre bəni- haşim, Əbülfəzlil-Əbbas: c. 1, səh. 147).
Həzrət Abbas (ə), xoş simalı və gözəl idi. Ona görə də onun ləqəbi “Bəni-Haşimin Ayı”- dır. Uca qamətli güclü qollara sahib idi. Ata süvar olanda o həzrətin dizi, atın boğazına çatardı. Allahın Cəlal və Cəbərutun məzhəri idi. Şücaət və (gözəl) sifətlərdə İmam Hüseyndən (ə) sonra Əmirəlmöninin (ə) ölvadlarının öncülü idi.
O həzrət bir parça iman və bəsirət idi. İmam Sadiq (ə) onun ziyarətnaməsində belə buyurub: “Şəhadət verirəm ki, sən, bir an da olsa, süstlük göstərməyib, qayıtmamısan. Sənin addımların dinin iman və bəsirətində0 iz qoyub. ( Kamilül-ziyarat, səh. 786.)  Başqa bir yerdə buyurub: “ Bizim əmimiz Əbbas (ə), iti (açıq) gözlü və möhkəm imanı var idi. Qardaşı ilə birgə cihad edib, Allahın imtahanından qalib çıxıb və şəhadətlə həyat köçünü yığdı.” (Ə`yanüş-şiə, səh. 786)
Sonda o həzrətin məqamı haqqında İmam Baqirin (ə) buyurduğu (ə) rəvayəti sizə təqdim edirik:
Qiyamət qopanda Peyğəmbəri-əkrəm (s), Əmirəlmömininə (ə) buyurucaq: Fatiməyə de, ümmətin şəfaəti üçün Allahın dərgahına nəyi (ərz) təqdim edirsən? Həzrət Əli (ə) onun sözünü çatdıracaq və cavabında o böyük xanım buyuracaq: “ Oğlum Abbasın kəsilmiş iki əli, bu məqam üçün kifayətdir. ( Məalüyül-Sibtəyn, c. 2, səh. 452)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə