Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Həmd və təzbih

Həmd və təzbih

Təsbih Həzrət Haqqı hər bir eyibdən pak bilmək, Onun sonsuz kamalını təsdiq etməkdir.
Təlhə ibn Übeydullah deyir: «Həzrət Peyğəmbərdən (s) «sübhan Əllah» haqqında soruşduğum zaman Həzrət (s) buyurdu ki, «sübhan Allah» Allahı hər bir eyibdən pak bilməkdir».[45]
Qurani-Məciddə «İsra» surəsinin 44-cü ayəsində buyurulur: «Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamahsınız».
Duanın bu hissəsində Allahın təsbihindən məqsəd günah və xataların etirafından sonra bağışlanmaq üçün təsbihin ən üstün vasitə olmasıdır. Yunus gecənin, dənizin, düşdüyü yerin qaranlığında belə fəryad etdi: «Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalımlardan olmuşam».[46] Bu ayə haqqında Həzrət Peyğəmbər (s) buyurur: «Bu duanı oxuyan hər bir dərdlinin duası qəbuldur».[47] Həzrət Əli (ə) buyurur ki, təsbih əməl tərəzisini savabla doldurar».[48]
Əllamə Məclisi «Biharul-ənvarda» belə nəql edir: «Həzrət Peyğəmbər (s), qarşısına onu xoşhal edəcək bir iş çıxdıqda bu nemətə görə Allaha həmd oxuyardı. Qarşısına onu qəmləndirəcək bir iş çıxdıqda isə deyərdi: «Bütün hallarda Allaha həmd olsun».
«Zələmtu nəfsi və təcərrətu bicəhli, və səkəntu ila qədimi zikrikə li və mənnikə ələyyə»
(«Özümə zülm etdim və nadanlıqdan cəsarətə yol verdim, keçmişdə əta etdiklərini xatırlamaqla arxayınlaşıb oturdum.»)

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə