Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Nəfsin islahı

Nəfsin islahı

Kamil bəsirətə malik məsum İmamlar (ə) hər bir işin yolunu və maneəsini bilirdilər. Nəfsin islahı haqqında Həzrət Əlinin (ə) dəyərli buyruqları “Ğurərul-hikəm” kitabında nəql olunmuşdur:
“Nəfsini islah etmək istəsən orta həddi gözlə qənaət et, dünyanı əhəmiyyətsiz bil.”
“Nəfsin süqutuna aparan namünasib işlərlə cihad nəfsin islahıdır.”
“Nəfsin dərmanı hesabsız istəklərdən çəkinməkdir.”
“İlahi təqva qəlb xəstəliklərinizin dərmanı, nəfs çirkinliklərinizin pakedicisidir.”
“Nəfsin fəsadı dünyaya heyrətli şəkildə şövq duymaqdır.”
“Fəsadların böyüyü qeyri-şəri ləzzətlərə heyrətlə şövq duymaqdır.”
“Xoş o kəsin halına ki, nəfs Fironuna qarşı çıxır və ağıl Musasına itaət edir.”
Bu ilahi kəlamlardan məlum olur ki, hər kəsin daxilində bir Firon və bir Musa vardır. Musa kamalına çatmaq istəyən şəxs Firon nəfsinə qarşı çıxmalıdır. Firona itaət edənlər fəlakətə Musaya itaət edənlər qurtuluşa yetəsidir.
“Saffat” surəsinin 120-ci ayəsində buyurulur: “Salam Musaya və Haruna.” Həmin surənin 122-ci ayəsində oxuyuruq: “Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimiz idi.”
Öz əql Musasına itaət edən insan fələklərdə Musa ilə qoşa pərvaz edir...”Nəfslərinizi haram şəhvət çirkinliklərindən pak edin ki, yüksək mənəvi dərəcələrə nail ola biləsiniz.”
Bəli, ali məqamlara çatmaq istəyənlər, dar təbiət qəfəsindən mərifət bağına keçməyi arzulayanlar öz nəfslərini heyvani şəhvət çirkabından təmizləməlidirlər. Nəfs çirkinlikdən paklandıqdan sonra insan hətta mələkdən də uca məqama qalxa bilər.
Hikmət sahibləri buyururlar ki, nəfsi dörd yolla paklamaq olar:
1. Ədəbsizlərdən ədəb öyrənmək;
2. Ədəb əhli ilə ünsiyyət;
3. Həqiqi dostlardan öz eyblərini soruşmaq;
4. Düşmənlərin qeyd etdiyi eyblərdən təmizlənmək.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə