Cm.ax05022024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Həzrət Əlinin (ə) mədhi (2)





Məhbubi Xuda, xosrovi bəxşəndə Əlidir
Dəryayi əta, gövhəri rəxşəndə Əlidir
Əli, ey şəhi xuban, gözəl aduva qurban
***
Göz tikmiş Əlinin əlinə dideyi aləm
Cənnətdi onun verdiyi kim bəxşişi Hatəm
Heydərdir namaz üstə verən sailə xatəm
Sultani səxi, rəhbəri zibəndə Əlidir
***
İslamidə şəxsiyyəti mümtazidi mütləq
Simayi dirəxşani verib xilqətə rövnəq
Hərçəndi başın etdilər mehrabidə münşəqq
Mehrabi ibadətdə gözəl bəndə Əlidir
***
İsmin də onun ismi-cəlalət qoyub Allah
Qəddində onun dəsti şücaət qoyub Allah
Başinə onun taci vilayət qoyub Allah
Allaha vəli, həqqə nümayəndə Əlidir
***
Dünyadə yetimlər atası adlanan adil
Rəfətlə verən qüssəli xatirlərə şadi
Şəmşir ilə sərkub eliyən zülmü-fəsadı
Peyğəmbəri islamə bərazəndə Əlidir
***
Zeynəbdə təcəlla elədi məntiqi Heydər
Şəni elədi vəqti Məsihiylə müsəxxər
Hər yerdə süxən eylədi ağavü-süxənvər
Mərdüm belə fikr eylədi quyəndə Əlidir

Tərcümə olunmuş kitabların elektron versiyasından əxz olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə