Bz.er11192018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhli-beyt (ə) "Ali Yasin" -də məqsəd Məhəmmədin (s) Əhli-beytidir

"Ali Yasin" -də məqsəd Məhəmmədin (s) Əhli-beytidir

"Pişəvər gecələri" kitabından qısa bir söhbət:
- "Sin", Rəsulallahın (s) mübarək ismidir. Allah-təala bu ayədə buyurur: «Salamun əla ali Yasin» (yəni Ali Yasinə salam olsun).
- «Buyurduğunuz bu şeylər, sirli kəlamla isbatlamaq istədiyiniz sözlərdir; alimlər arasında belə bir mənada (Ali Yasinə salam olsun) söylənməmişdir».
- «Rica edirəm, bir şeyi inkar etmək istədikdə, qəti bir qərarla onu inkar etməyin, cavabı verildikdən sonra utanmamağınız üçün ihtimal verərək danışın. Sizin öz kitablarınızdan ya xəbəriniz yoxdur və ya xəbəriniz olsa da, təsdiq etmək istəmirsiniz. Amma biz sizin kitablarınızdan xəbərdarıq və haqqı da inkar etmək istəmirik.
Sizin böyük alimlərinizin kitablarında, həmin bu mənaya çox işarə edilmişdir. Məsələn: mütəəssib İbn Hacər Məkki «Səvaiqul-muhriqə» kitabında, Əhli-beyt haqqında nəql etdiyi ayələrdən üçüncü ayənin izahında yazmışdır ki, bir qrup müfəssirlər İbn Abbasdan belə nəql etmişlər: «Ali Yasindən məqsəd, Məhəmməd Əhli-beytidir». Bu səbəbdən, «Ali Yasinə salam olsun» demək, «Məhəmmədin (s) Əhli-beytinə salam olsun» deməkdir.
Yenə yazır ki, imam Fəxri Razi belə zikr etmişdir: «Peyğəmbərin Əhli-beyti beş şeydə o həzrətlə bərabər vəziyyətdədir:
a) Salamda;
Buyurmuşdur ki: «Salam olsun sənə ey Peyğəmbər». Yenə buyurmuşdur ki: «Ali Yasinə salam olsun». Yəni Məhəmmədin (s) Əhli-beytinə salam olsun.
b) Təşəhhüddə ona və onlara salavat deməkdə;
c) Təharətdə;
Allah-təala buyurmuşdur ki: «Taha!» Yəni: «Ey Tahir (pak və münəzzəh)». Onların haqqında da təthir ayəsini nazil edərək, «Allah hər növ ricsi (pisliyi) siz (Əhli-beytdən) uzaqlaşdırmaq və sizi təmiz və pak etmək istəyir» buyurmuşdur.
d) Sədəqəni onlara haram etmişdir.
e) Məhəbbətdə.
Allah-təala buyurmuşdur: «Ey Peyğəmbər, de ki: Əgər Allahı sevirsinizsə, mənə bağlanın, Allah sizi sevsin».
Yenə buyurmuşdur ki: «Ey Peyğəmbər de ki, mən buna (təbliğimə) qarşılıq olaraq Əhli-beytimi sevməkdən başqa sizdən heç bir muzd istəmirəm».
Seyid Əbubəkir bin Şəhabüddin Ələvi, «Rəşfətüs-Sadi min Bahri Fəzaili Mənin-Nəbiyyil-Hadi» adlı kitabının Ι babında bir qrup camaatın İbn Abbasdan, ΙΙ babında da Nəqqaşın, Kəlbidən, «Həmən ayədəki Ali Yasindən məqsəd, Məhəmmədin «Ali»sidir (Əhli-beyt)» deyə nəql etdiyini söyləmişdir. İmam Fəxri Razi «Təfsiri-kəbir»in VΙΙ cildində bəhs olunan ayəni həmin mənada oxşar surətdə nəql etmişdir. «Ali Yasindən məqsəd, Məhəmmədin (s) Əhli-beytidir» demişdir.
Yenə İbn Hacər «Savaik» kitabında bir qrup müfəssirlərin İbn Abbasdan belə nəql etdiklərini yazmışdır: «Salamun əla Ali Yasin»dən məqsəd, «Salamun əla Ali Məhəmməd»dir».
Pak Əhli-beytə salavat deməyə gəlincə, bu hər iki tərəf (şiə və əhli-sünnət) arasında qətidir. Hətta Buxari və Müslim, səhihlərində həzrət Peyğəmbərin (s) belə buyurduğunu təsdiq etmişlər: «Salavatda mənimlə Əhli-beytim arasına ayrılıq salmayın».


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə