Şn08242019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şəvval Şəvval ayının 3-cü günü

Şəvval ayının 3-cü günü

Mütəvəkkil Abbasinin qətlə yetrilməsi

Hicri təqvimi ilə 247-ci il, şəvval ayının 3-cü günü lənətlik Mütəvəkkil Abbasi övladının göstərişi ilə qətlə yetirildi. Onun xəlifəlik dövrü on dörd il, iki ay oldu. (Tozihil-məqasid: s. 26 – Tətümmətül-müntəha: s. 322)
O, hicri təqvimi ilə 232-ci ildə Vasiqdən sonra xəlifə olmuşdu. Onun xəlifəlyi dövründə oyun-əyləncə, işrət xüsusi ilə də onun məclsilərində çoxaldı. O, xəbis bir kişi idi. Əmirəlmöminin (ə) buyurduğu kimi, “abbasi sülaləsinin ən kafiri” hesab olunurdu.
Əmr ibn Fərəc Mədinə və Məkkəyə vali təyin etmişdi. O da camaata göstəriş vermişdi ki, heç bir kəs Əbi Talib sülaləsinə ehsan etməsin, bir kəs kiçiç bir ehsan etsə onu ağır cəza gözləyirdi. Nəhayət ələvilərin məişəti çox ağırlaşdı. İş o yerə çatdı ki, ələvi qadınların paltarları köhnəlib yırtıldı. Yararlı olan paltarı namaz qılmaq üçün növbə ilə istifadə edirdilər. Paltarlara yamaq vururdular.  Nəhayət Mütəvəkkilin pis əməllərindən biri də bu idi ki, həmişə hər yerdə Əmirəlmöminin Əlini (ə) pisliklə yad edir, o həzrətin ünvanına nalayiq sözlər deyirdilər. O, on yeddi dəfə həzrət Seyyidüş-şühədanın məzarını dağıdıb. Buna baxmayaraq o məzar yenidən inşa olunub. Mütəvəkkil o həzrətin ziyarətinə gedənlərin qarşısını alıb əl-ayaqlarını kəsir və zəvvarları öldürürdü. Mütəvəkkil bir məclisdə Əmirəlmöminin Əliyə (ə) ünvanladığı nalayiq sözlərə görə onun oğlu Müntəsir 247-ci il, 3 şəvval, çərşənbə günü özünün xüsusi qulamlarına göstəriş verdi ki, onu qətlə yetirsinlər. Onlar da, Mütəvəkkili şərab içərkən qanını töküb cəhənnəmin dibinə yuvarlatdılar. Elə o gün, camaat Müntəsirlər “Cəfəri”adı ilə tanınmış qəsdə beyət etdilər. …
(Feyzül-üllam, s. 61 – Əl-Ğədir: c. 2, s. 175 – Məsarül-şiə: s. 15 – Vəqayeel-əyyam: s. 69)
(Əl-Qədir: c. 2, s. 125)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə