Cm.ax06202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Ənam” surəsinin fəziləti

“Ənam” surəsinin fəziləti


1-İbn Abbas deyir: Ənam surəsini hər gecə oxuyan kəs Qiyamət günündə amanda olanlardan olacaq. Heç vaxt Cəhənnəm odunu öz gözləri ilə görməyəcək. Həzrət Sadiq (ə) buyurub: Ənam surəsi bütövlükdə yetmiş min Mələyin müşayiəti ilə bir dəfədə Məhəmmədə (s.ə.v.v) nazil oldu. Bu surədə Allahın əzəmətli adları yetmiş yerdə gəldiyi üçün onu böyük sanıb, ehtiram edin.
-Xalq bu surələrdə olan faydaları bilsəydilər, onu oxumağı tərk etməzdilər.
-2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət etmişdir. Həzrət buyurdu: Ənam surəsi bütövlükdə mənə nazil oldu. Yetmiş min Mələk həmd və təsbih səsləri ilə onu müşayiət edirdilər. Hər kəs bu surəni oxusa, həmin yetmiş min mələk bir gecə-gündüz ərzində surədəki ayələrin sayı qədər ona salavat göndərərlər.
-Həmçinin Cabir ibn Ənsari Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, o Həzrət belə buyurdu: Hər kəs Ənam surəsinin əvvəldəki üç ayəsini "Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahil-ləzi xələqəs-səmavati vəl-ərzə, və cəələz-zulumati vən-nurə, summəl-ləzinə kəfəru birəbbihim yədilun. Huvəl-ləzi xələqəkum min tinin, summə Qəza əcələn və əcəlun musəmmən indəhu, summə əntum təmtərun. Vəhuvəllahu fissəmavati və filərzi yəələmu sirrəkum və cəhrəkum, və yələmu ma təksibun." (Ənam-3) oxusa, Allah qırx min mələyi Qiyamət gününə qədər onun üçün vəkil edər ki, bu əməlini də ibadəti kimi yazsınlar. Sonra göyün yeddinci təbəqəsindən əlində dəmir əsalı bir mələk nazil olar, hər zaman Şeytan onun qəlbində vəsvəsə icad etmək istəsə, (törətsə) əlindəki əsa ilə onun kəlləsinə zərbə endirər.
Əyyaşi öz sənədlərinə əsaslanaraq Əbi Bəsirdən rəvayət edir ki, imam Sadiq (ə) belə buyurdu: Ənam surəsi bütövlükdə bir dəfədə nazil oldu. Allahın mübarək adı bu surədə yetmiş dəfə zikr olunduğu üçün yetmiş min Mələk böyük ehtiramla onu müşayiət edirdilər. Əgər insanlar onun oxunmasında nə qədər fəzilət olduğunu bilsəydilər, onu tərk etməzdilər. Həzrət sonra buyurdu: Hər kəs Allaha hacəti varsa, və onun qəbul olunmasını istəyirsə, dörd rükət namaz fatihə və Ənam surəsi ilə oxusun. Namazı qılıb qurtardıqdan sonra, bu duanı oxusun. "Ya kərimu ya kərimu ya kərim. Ya əzimu ya əzimu ya əzim ya əzimu min kulli Əzim. Ya səmiud-dua. Ya mən la tuğəyyiruhul-ləyali vəl-əyyam. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vərhəm zəfi və fəqri və fəqati və məskənəti. Ya mən rəhiməsi-şəyxəy-Yəqub hinə rüddə ələyhi Yusifə qurrətə əynihi. Ya mən rəhimə Əyyubə bəədə tuli bəlaihi. Ya mən rəhimə Muhəmmədən və minəl yətimi avahu və nəsruhu əla cəbabirətə Qurəyşin və təvağitiha və əmkənəhu minhum. Ya muğis ya muğis ya muğis" And olsun Allaha! Əgər bu duanı oxusan və Allahdan bütün hacətlərini istəsən, sənə əta edəcək. Əli ibn İbrahimdən nəql olunub ki, Həzrət Rza (ə) belə buyurdu: Ənam surəsi bütövlükdə nazil oldu və onu yetmiş min mələk təsbih, (sübhənəllah) təhlim (la ilahə illəllah) təkbir (Allahu əkbər) səsləri ilə müşayiət etdilər. Hər kəs bu surəni oxusa, Qiyamət gününə kimi mələklər ona təsbih deyərlər. Əbu Saleh nəql edib ki, ibn Abbas belə deyirdi: Hər gecə Ənam surəsini oxuyan kəs, Qiyamətdə amanda qalmış insanlardandır və heç vaxt (Cəhənnəm) odunu öz gözü ilə görməyəcəkdir.
-Cabir ibn Ənsari nəql edir ki, Allahın Rəsulu (s.ə.v.v) belə buyurdu: Hər kəs bu surəni "Və yəələmu ma təksibun" üçüncü ayəyə qədər oxusa, Allah-taala min mələyi onu (surəni) oxuyanı qorumaq üçün vəkil (məmur) edər ki, Qiyamət gününə kimi onun əməllərini yazsınlar.
-Hər kəs bu surəni yazıb onu yuyub yeddi gün ardıcıl suyunu içsə, Allah ona rəhm edər.
-Bütün xəstəliklərdən şifa tapmaq məqsədilə bu surəni yazıb özünüzdə saxlayın.
-Əlin və böyrün ağrısını sakitləşdiməkdən ötrü bu ayəni yazıb özünüzdə saxlayın. "Və inyəmsəskəllahu bizurrin fəla kaşifə əla kulli şəyin qədir. Və huvəl Qahiru fəvqə ibadihi. və huvəl həkimul xəbir." (Ənam-18)
-Təcrübə olunmuş və çox təsirli bir xətmdir: Cümə axşamı ya cümə günü (gecə yaxud gündüz) üzünü qibləyə tutub Fatihə surəsini, və sonra Ənam surəsini. "Mislə ma utiyə rusulullah" 124-cü ayəyə qədər oxusun. Sonra qalxıb iki rükət (hacət) namazı qılsın. Hər rükətdə yeddi dəfə “Ayətəl-kürsü”nü və yeddi dəfə Kövsər surəsini oxusun. Namazı qılıb qurtardıqdan Ənam surəsinin 124-ci ayəsindən başlayıb "Allahu ələmu həysu yəcəlu risalətəhu" surənin sonuna qədər oxusun. Sonra başını səcdəyə qoyub yetmiş dəfə "La ilahə illəllah. Muhəmmədun Rəsullah." Yalvarmaqla Allah-taaladan öz hacətini istəsin ki, hacətin qayıtması qeyri mümkündür.
Yaşadığımız müddətdə bu xətmi bir dəfə oxuyun.
-Deyirlər ki, bu ayəni qalay vərəqə yazıb öz dükan ya mənzilinizin qapısından asın, çoxlu xeyir və bərəkət gətirər. Ayə: "Və indəhu məfatihul ğəybi layəələmuha illa huvə. Və yəələmu ma filbərri vəlbəhri. Və-ma təqsutu min vərəqin illa yəələmuha, və la həbbətin və yabisin illa fikitabin mubin." (Ənam –59)
-Deyirlər ki, hafizəni gücləndirmək üçün bu ayəni yumurtaya yazıb onu yeyin. Ayə: "Və huvəl Qahiru fəvqə ibadihi və yursilu ələykum həfəzətən hətta iza caə əhədukumul məvtu təvəffəthu rusuluna vəhum la yufərritun." (Ənam 61)
-Deyirlər ki, barışmaq üçün bu ayəni o kəsin sifətinə üç dəfə oxusun, əlbəttə barışar, və üzr də istəyər. Ayə: "Və təmmət kəlimətu rəbbikə sidqən və ədlən, la mubəddilə likəlimatihi, Və huvəs-səmiul əlim." (Ənam-115)
-Deyirlər ki, əgər bir kəs bu ayəni qadınlar üçün yazsa, və qadın onu yağla yesə, itaət edən, sözə qulaq asan olar.
Ayə: "Və minəl ənami humulətən və fərşən kulu mimma rəzəqəkumullahu vəla təttəbiu xutuvatiş-şeytani innəhu ləkum əduvvun mubin." (Ənam).
-Əli əliyhissalamdan olunan rəvayətə görə 115-ci ayədir: "Və təmmət kəlimətu rəbbikə sidqən və ədlən, la mubəddilə likəlimatihi, Və huvəs-səmiul əlim."
-Bu ayənin çoxlu xususiyyəti vardır. Onlardan biri də budur ki; ayəni muqəttəə hərifləri ilə (hərif-hərif) yazsın və onu elə büksün ki, ağ tərəfi içəri, yazıları üzərində qalsın. Sonra onu mumyalayıb, ağzına qoysun. Hər kəslə danışsa, sözündən çıxmaz və istədiyi hasil olar.
-Deyirlər ki, bu ayəni yatan zaman oxusan, və Allahdan gecənin müəyyən vaxtında oyanmağını istəsə oyanar.
Ayə: "Və iz cəəlnəl bəytə məsabətən linnasi və əmnən vəttəxizu min məqami İbrahimə musəlla, və əhidina ila İbrahimə və İsmailə ən təhhirə bəyti littaifinə vəlakifinə vərrukkəis-sucud. (Bəqərə-125).
-Deyirlər ki, hər kəs çərşənbə günü bu ayəni yetmiş dəfə oxusa, elm ə qələm əhlini ötüb keçər və onun üçün qələbələr hasil hacətləri qəbul olar.
Ayə: "Huvəllahul-ləzi la ilahə illa huvə, alimil ğəybi və şşəhadəti huvər-rəhmanur-rəhim." (Həşr-22).

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə