Çr.ax06252019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məqalələr

Məqalələr

Məhərrəm gəldi

   Bu günləri Kufənin ab-havası həmişəkindən daha görməli olub. Kufə bazarında gəzdikdə qərarsızlıq və narahatlığı hiss edirsən. Dəmirçilərin can alan səsləri bir an da olsun kəsilmir. Hamı özü üçün qılınc, nizə və ox sifariş verir.

Allahım, bu qədər silah! bu qədər təchizat! Bunlar hamısı kiminlə müharibə üçündür? Neçə nəfəri parçalamaq üçün?

Kufəyə doğru

KUFƏYƏ DOĞRU
Hicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü, Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt barəsində qərara gəlmək imam Səccad (ə)-ın öhdəsinə idi. çünki, o, imamdır və ona itaət etmək hamıya vacibdir. Karvanın icraçı rəhbəri Zeynəbi-Kubradır. O, imam Səccada ən yaxın adam və Aşura qadınlarının ən böyüyüdür.
Aydındır ki, Aşura günü hər cür çətinlik, dərd-bəlaya dözmüş və çox ürək ağrıdan səhnələri gözləri ilə görmüş, əizlərinin qəm yükünü öz ürəyinə almışdı. İndi isə çılpaq miniklərlə düşmənin amansız mühasirəsində, kafir əsirləri kimi aparılan cəmiyyəti idarə etmək asan bir iş deyildi.
Bəli, qadınların, uşaqların istək və arzularına, hisslərinə cavab vermək, eyni halda imam Səccad (ə)-ın canını qorumaq Zeynəbin karvanda olan ən böyük məsuliyyəti olub onun risalət yükünü ağırlaşdırırdı. Amma Zeynəbin böyük ruhu, çətinliklərin amansız dalğaları və müsibətlərin qorxunc tufanı qarşısında geriyə oturacaq qədər müqavimətsiz deyildi. O, çiynində olan yükün öhdəsindən yaxşı gəldi və böyük karvanı tədbir, mehribanlıq və amansız mücahidliklə idarə edib mənzil başına yetirdi.
KUFƏ VƏ KUFƏLİLƏR
Əhli-beyt əzizlərinin başıuca və iftixarlı karvanı Kufəyə yetişdi. Karvanın yolu, tamaşaya gələn çamaatla dolu idi. Kufə, Əmirəl-möminin və imam Müctəba (ə)-ın xilafəti dövrünün mərkəzi, şiə cəmiyyətinin mühüm məntəqələrindən olduğu üçün tamamilə İbni Ziyadın qoşunlarının mühasirəsində idi.
Kufə camaatı vəfasızlıqla məhşur idi. Bu ruhiyyə Əmirəl-möminin və imam Mücətbanın dövründə, Allah Rəsulunun övladlarının qarşısında sıraya düzülüb, Kərbəla faciəsini törətməklərində, yaxşıca sınaqdan keçdi.
Kufə camaatı həmin camaatdır ki, Fərəzdəq, imam Hüseyn (ə)-ın Kufə camaatının vəziyyəti barədə verdiyi suala belə cavab verdi: “Kufə camaatının ürəkləri sizinlə, qılıncları isə sizin əleyhinizədir.
Bəzi tədqiqatçıların dediyinə görə, Kufə camaatı tez sakitləşərdilər. Bir söz eşitcək qəzəblənər və bir hadisə görçək yumşalırdılar.
Onlar Hüseyn ibni Əlinin nümayəndəsini elə həvəslə qarşıladılar və belə namərdliklə də onu İbni Ziyadın əlinə verdilər. Elə qeyrətsizcəsinə evlərinin qapısını bağlayıb sakit oturdular ki, İbni Səd və onun qoşunları imam Hüseyn (ə) və onun dostlarını öldürdülər. İndi də onun qadın və uşaqlarını şəhərlərə əsir aparırlar.
Bəli, Kufə camaatı o vaxt ayılıb öz işlərinin çirkinliklərini görürlər ki, Hüseyn (ə)-ın qadın və qızlarını, Əli övladlarını və Peyğəmbər nəvələrini kafir əsir kimi bu şəhərə gətirdilər. Peyğəmbərin xəlifəsi və müsəlmanların əmiri olan Əli (ə)-ın bu şəhərdə beş illik hakimiyyətindən iyirmi ildən çox keçməzdi. Yaşı otuzu keçməyən qadınlar həzrət Zeynəbi belə günlərdə görmüş və Əli (ə)-ın gözündə isə onun həya əzəmətini müşahidə etmişdilər. Bu mənzərəni görmək keçmiş xatirələri diriltdi. Küçələr, məhəllələr, tinlər, bazar şivənlə doldu. Qadınların şivəni uşaqları ağlatdı və uşaqların ağlamağı qocaların bərk ürəyini yumşaltdı. Bir dəfəyə hər tərəfdən fəryad və fəqan qalxdı. Bu cəmiyyətin içində öz sözləri ilə həyacanı zirvələrə yetirə biləcək şəxs Əlinin qızı Zeynəb idi.
MİNBƏR ÜZƏRİNDƏ
İmam Zeynəlabidin (ə) o günlərdə bərk xəstələndiyindən taqətsiz idi. Camaatın şivən qoparıb ağladığını gördükdə yavaşca belə buyurdu: Bunlar bizə ağlayırlar?! Bəs bizi kim öldürdü?
Bu vaxt Zeynəb (s) əli ilə işarə edib hamını sakitləşdirdi. Bütün səslər kəsildi. Dəvələrin zınqırovları işdən düşdü. Belə ki, yalnız nəfəslər eşidilirdi.
Zeynəb (s) xütbə oxuyub kufəlilərin yatmış vicdanını oyatdı. Kufəlilər hələ indi gözlərini açıb, Əhli-beytin haqqında çox böyük cinayət işlətdiklərini və heç bir yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər.
Zeynəb (s) elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi.
Ravi belə deyir: Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim.
Ustad Şəhid Mütəhhəri demişkən: Əli şücaəti, qadınlıq həyası ilə qarışmışdı.
Zeynəb (s) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə, onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:
Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! Heç bir zaman gözlərinizin yaşı qurumasın. Siz o qadına bənzəyirsiniz ki, öz əyirdiyi ipləri bir dəfəyə zay edir. nə sizin peymanınızın dəyəri var, nə də sizin andınızın etibarı. Faydasız sözdən, özünə pərəstişdən və üzdə yaltaq kənizlər kimi yaltaqlanıb, arxada düşmənlə saziş etməkdən başqa nə varınızdır. Siz peyinlikdə bitən yaşıl və təzə bitkiyə oxşayırsınız. Siz bəzənmiş qəbrin divarlarının suvağına oxşayırsınız. O dünya üçün pis azuqə hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. çox ağlayın və az gülün. Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan çirkinlik! Peyğəmbər balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir insanı! ölün və xəcalətli başınızı aşağı salın. Bir anda öz keçmişinizi bərbad etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz.
Bundan sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana, dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz, hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz ki, Peyğəmbər ciyərini parçalamısınız? nə qədər çirkin və ağılsız iş görmüsünüz. Elə bir iş ki, onun çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan damlalarının yağmasına təəccüb edirsiniz?! Amma bilin ki, axirətin əzab və xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın. Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını edir.
Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu. Ravi belə nəql edir: And olsun Allaha, o gün camaatı çox heyran və pərişan gördüm. narahatlıqdan əllərini ağızlarına qoyub təəssüf edir və ağlayırdılar. öz yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün tükləri göz yaşı ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi: Anam-atam sizə qurban olsun, sizin yaşlılarınız yaşlıların ən yaxşısıdır, cavanlarınız, cavanların ən yaxşısıdır, qadınlarınız, qadınların ən yaxşısıdır və nəsliniz, nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstün və ucadırlar.
Zeynəbin sözü qurtarmağa az qalmış imam Səccad (ə) buyurdu: Bibican! Sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim və öyrədilməmiş müdriksən. Ağlamaq və nalə çəkmək gedənləri qaytarmaz.
İmamın bu sözləri Zeynəbin vəhy çeşməsindən içmiş və bəşər elmindən yuxarı səviyyəli bir elmdən bəhrələnmiş əzəmət və cəlalını aşkar edirdi. O, vilayət məktəbində dərs oxumuş və ürəyi elm, mərifət nuru ilə işıqlanmışdı.
Zeynəbin, Əli sözlərinə oxşar sözlərində bəzi məqamlar var ki, onun bilikli və ziyalı olmasına sübutdur. Onlardan bəzisinə toxunuruq:
1.Onun əhatəli kəlamı və bəyanının bədiiliyi o qədər idi ki, bəziləri danışanın Əli (ə) olduğunu zənn etdilər.
2.Kufə camaatını tanıtdırması, onların şəxsiyyətlərini bəyan etməsi, cəmiyyət, ruhiyyə və geriyə oturmalarının amillərinə olan dərin elmini göstərir. Bu fərasət cəmiyyət və camaatı tanımaqda atasından yetişən mirasdır. Ərəb ədiblərindən biri olan Cahizin dediyi kimi ki, Əli (ə) hər bir tayfanın ruhiyyə və xislətini yaxşı tanıyır və onlara uyğun danışırdı.
Zeynəb (s) elə danışdı ki, hamıda dəyişiklik yaratdı və onlar öz əməllərindən peşiman oldular.
3.Düşmənin Kərbəlada Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərin əsərini bəyan etməsi və həmçinin o cinayətin böyüklüyünü izah etməsi camaatı bu cinayətin dərinlikləri ilə daha çox agah edib onların ayılmasına səbəb oldu və onları düşmənlə mübarizəyə qaldırdı. Elə qiyamlar baş verdi ki, Bəni Üməyyə səltənətini alt-üst edib, Kərbəla canilərindən qanlı qisas aldı.
Bu həzrət Zeynəbin aşura təbliğatının bir nümunəsi idi.
Bəzi tarix kitablarında belə nəql olunub ki, Zeynəbdən sonra kiçik Fatimə və Ümmü Gülsüm də xütbə oxuyaraq, Kufə camaatını məzəmmət edib danladılar və həmçinin bəzi başqa kitablarda həzrət Səccad (ə)-dan da xütbə nəql olunub.
İBNI ZİYADIN SARAYINDA
Qürur badəsi ilə məst olan İbni Ziyad özünü həmişəkindən qüdrətli görürdü. öz qüdrətini göstərib Kufə camaatını qorxutmaq üçün onların hamısına öz sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman edib Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də Seyyidüş-şühəda (ə)-ın mübarək başının gətirilməsinə fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbni Ziyad gülür və əsası ilə o Həzrətin dişlərinə vururdu. O, öz xam xəyalı ilə böyük qələbə əldə etmişdi.
Əsirlərin karvanını İbni Ziyadın məclisinə gətirdilər. Zeynəb (s) köhnə paltarda tanınmaz şəkildə bir guşəyə çəkildi və orada əyləşdi. Əhli-beytin başqa qadınları da onun ətrafına yığışdılar.
İbni Ziyad dedi: O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu? Zeynəb (s) cavab vermədi. İbni Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi. Qadınlardan biri dedi: Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir. İbni Ziyad üzünü Zeynəbə tutub dedi: “Şükr olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.”
“Zülmdən başqa dayağı olmayan bir zülümkar üçün, onun qüdrətini saymamazlıqla məsxərə etməkdən dərdli danışıqları üçün məzəmmət olunmazlar.
İbni Ziyad özünü Zeynəbin sözünün qarşısında aciz görüb dedi:
Sənin qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə şəfa verdi. Bu sözlə Zeynəbin qəlbi sındı və ağlayaraq dedi: Mənim sərvərimi öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun: Əgər sənin şəfan bundadırsa, şəfa tapdın.
İbni Ziyad dedi: Bu qadın gözəl danışır. Atası da mahir idi, gözəl üslub və ahənglə danışırdı.
Zeynəb (s) buyurdu: Qadınların ahənglələ nə işləri? İndi mənim şer söyləmək vaxtımdırmı? Ürək yanğısından başqa dilimə bir şey gəlmir.
Bununla Əlinin şücaətli qızı Zeynəb (s) ürəyində qorxuya yol vermədi, təsirli və kəsərli sözləri ilə, İbni Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli qızı dilləndi. Dilləndi amma elə bil indiyəcən heç nə baş verməmişdir. nə onun bir adamını öldürüblər, nə də özünü əsir tutublar. Elə bil, cavabını vermək istədiyi bu kişi ən adi bir işarə ilə onu və bütün yoldaşlarını öldürə bilməzdi.
- Şükr olsun o Allaha ki, öz peyğəmbəri Məhəmməd (s) ilə bizə kəramət buyurub, çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır.
İbni Ziyad dedi: Allahın Əhli-beytlə davranışını necə gördün?
Zeynəb cavab verdi: Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər etmişdi. Onlar öz qəbrlərinə tərəf tələsdilər və mən burada gözəllikdən başqa bir şey görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun.
Ravi deyir: Bu sözlərdən sınan İbni Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi. İbni Ziyadın ətrafındakılardan biri dilləndi: Ey Əmir! Bu qadındır.
Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır.
İbni Ziyad dedi: -“Allahın Əhli-beytinlə rəftarını necə gördün” sualının cavabında Zeynəb (s.ə) buyurdu:
-(Ma rəəytu illa cəmila). “Gözəllikdən başqa bir şey görmədim.”


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

İmam Hüseyn (ə) haqqında hədislər

İmam Hüseyn (ə) haqqında Peyğəmbərin (s) buyurduqlarından

İmam Hüseyn  (ə) buyurub: Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu:
Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!
Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi:
Ey Allahın Rəsulu (s), necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!
Allahın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır.
(Üyunu əxbarir-Riza (ə), 1/59/29)
Həzrəti Fatimə (s) buyurub: Allahın Rəsulu (s) Hüseynin anadan olduğu gün mənim yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda həzrətə verdim. Allahın Rəsulu (s) sarı parçanı açıb kənara qoydu və ağ parça ilə Hüseyni bükdü. Sonra dedi: «Ey Fatimə, al (bu) uşağı. O, imam və imam övladıdır. Bu, doqquz pak və məsum imamların atasıdır, onların doqquzuncusu qaim (Həzrəti Məhdi əleyhis-salam) olacaqdır.»
(Kifayətul-əsər, səh. 194)

Allahın nuru hem zaman sönməz
Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır.
(Səf surəsi, ayə 8)
İmam Hüseyn (ə)-ın ziyarətlərinin birində İmam (ə)-a xitab edərək deyirik:

"Şəhadət verirəm ki, həqiqətən sən Allahın əbədi olan nurusan ki, heç vaxt sönməyib və sönməyəcəksən.”
(Məfatihul-cinan, səh. 443)

Peyğəmbər (s) buyurub: «Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.»
(Xəsaisul Hüseyniyyə, səh. 48)

Peyğəmbər (s) buyurub: Möminlərin qəlbində imam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.
(Xəsaisul-Hüseyniyyə, səh. 70)

Peyğəmbər (s) buyurub: «Həqiqətən möminlərin qəlblərində Hüseyn (ə)-dan ötəri gizli bir mərifət (agahlıq) vardır.»
(Bihar, 43-cü cild, səh. 43)

Allahın Rəsulu (s) buyurub: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kəs Hüseyni istəsə, Allah da onu istəyər.
(Əl-müstədrəku ələs-səhiheyn /177/2)

Allahın Rəsulu (s) buyurub: «Hüseyn məndən, mən də Hüseyndənəm.»
(Bihar, 43-cü cild, səh. 261)

Allahın Rəsulu (s) buyurub: «Mən Hüseyndən, Hüseyn də məndəndir.»
(Bihar, 43-cü cild, səh. 295)

Allahın Rəsulu (s) buyurub: «... O (Hüseyn) behişt cavanlarının ağası və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrimdir, Ona itaət etmək məndən itaət etməkdir. Hər kəs onun yolu ilə getsə məndəndir, hər kəs ona qarşı çıxıb üsyan etsə, məndən deyil.»
(Əmali-(Səduq): səh. 101)

Allahın Rəsulu (s) buyurub: «Hər kəs yer əhli içərisində asiman əhlinə ən sevimli olan bir kəsə baxmaq istəsə, Hüseynə baxsın.»
(Mənaqibi ibni ŞəhrAşub: 4/73)

Hüzəyfət ibni Yəmani deyir: Peyğəmbəri Əkrəm (s) Hüseyn ibni Əli (ə)-ın əlindən tutub deyirdi: «Ey camaat, bu Hüseyn ibni Əlidir, onu tanıyın. And olsun Alaha ki, mənim canım onun ixtiyarındadır, həqiqətən o (Hüseyn) cənnətdədir, onu sevənlər və onu sevənləri sevənlər də cənnətdədir.»
(Əmalis Səduq: səh. 478/4)
Allahın Rəsulu (s) buyurub: «Hüseynin vasitəsi ilə insanlar (onun yolu ilə gedənlər) xoşbəxt və (ona qarşı çıxanlar) bədbəxt olurlar. Agah olun və bilin ki, həqiqətən Hüseyn Cənnət qapılarından biridir, hər kəs onunla düşmənçilik etsə, Allah cənnətin ətrini ona haram edər.»
(Miətu mənqəbə, (İbni Şazan), səh. 47)

15- Bir hədisdə gəlibdir ki: «Hüseyn (ə) Peyğəmbərə (s) hamıdan çox oxşayır.»
(Əl-mucəmu li əlfazil-hədisin-Nəbəvi, 3-cü cild, səh. 64)

Bəra ibni Azib deyir: Allahın Rəsulu (s) Hüseyni qucağına götürüb deyirdi: «Pərvərdigara, mən onu çox istəyirəm, Sən də onu çox istə!»
(Əl-bihar: 16/264/43)
İmam Hüseynə (ə) ağlamaqlığın fəziləti

İmam Sadiq (ə) həmişə deyərdi: «Hər möminin göz yaşının tökülməsinin səbəbi Hüseyn (ə)-ın məzlumanə şəhadətə yetrilməsidir.»
(Bihar, 44-cü cild, səh. 280)

«Pərvərdigara, tökülən göz yaşıma xatir mənə rəhm et və qorxulu gündə (Qiyamət günündə) mənə əmin-amanlıq ver.»
(Məcməul-bəhreyn)

İmam Hüseyn (ə) buyurub: «Mən elə bir qətlə yetrilənəm ki, insanların insani duyğularını təhrik edirəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda ağlamasın.»
(Kamiluz-ziyarət: səh. 109)

Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt nemətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.»
(Əl-Bihar, 44-cü cild, səh. 293)

İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.»
(Bihar, 44-cü cild, səh. 280)

İmam Sadiq (ə) buyurub: «Əmirəl-möminin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: Ey möminlərin göz yaşı!
Hüseyn (ə) soruşdu: Atacan məni deyirsən? İmam Əli (ə) buyurdu: Bəli, ey mənim əziz oğlum!»
(Bihar, 44-cü cild/ Kamiluz-ziyarat, səh. 280)

Şair Əbu Əmarə imam Sadiq (ə)-dan belə nəql edir: «İmam Sadiq (ə) mənə dedi ki, Hüseyn ibni Əli (ə)-ın müsibəti haqqında mənim üçün bir şer oxu. Mən də oxudum, imam Sadiq (ə) ağladı, yenə oxudum, imam yenə də ağladı. And olsun Allaha, nə qədər oxuyurdumsa, o, göz yaşı töküb ağlayırdı. Axırda imamın evində ailəsinin də şivən edib ağladığını eşitdim. İmam (ə) buyurdu: Ey Əba Əmarə! Hər kəs Hüseyn (ə)-ın müsibətinə bir şer deyib 50 nəfəri ağlatsa, cənnət əhli olar. Hər kəs Hüseyn (ə)-ın müsibətinə bir şer deyib 30 nəfəri ağlatsa, cənnət əhli olar. Hər kəs Hüseyn (ə)-ın müsibətinə bir şer deyib 20 nəfəri ağlatsa, cənnət əhli olar. Hər kəs Hüseyn (ə)-ın müsibətinə bir şer deyib 10 nəfəri ağlatsa, cənnət əhli olar. Hər kəs Hüseyn (ə)-ın müsibətinə bir şer deyib 1 nəfəri ağlatsa, cənnət əhli olar. Hər kəs Hüseyn (ə)-ın müsibətinə bir şer deyib özü ağlasa, cənnət əhli olar. Hər kəs Hüseyn (ə)-ın müsibətinə bir şer deyib özünü qəmgin göstərsə, cənnət əhli olar.»
(Bihar, 44-cü cild, səh. 282)
Seyyid ibni Tavus nəql edibdir: Alir-Rəsuldan (s) nəql olunubdur ki, buyurublar: «Hər kəs (bizim müsibətimizə) ağlasa və 100 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 50 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 30 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 20 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 10 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 1 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs bizim müsibətimizə görə qəmgin olub hətta ağlamasa da belə, behişt əhli olar.»
(Bihar, 44-cü cild, səh. 288)

İmam Sadiq (ə) buyurub: «Hər kəs (bizim müsibətimizə) özü ağlasa və ya başqasını ağlatsa, yaxud da özünü ağlamağa vursa cənnət ona vacibdir.»
(Cəlalul-üyun, səh. 463)

Şeyx Səduq imam Sadiq (ə)-dan, o da öz atasından (ə), o da öz atasından (ə)  belə nəql edir: «Bir gün imam Hüseyn (ə) qardaşı imam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı.
İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram.
İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.»
(Nəfəsul-məhmum, səh. 484)

İmam Sadiq (ə) buyurub: «Cəddim imam Həsən (ə) imam Hüseyn (ə)-a xitab edərək buyurdu: Hüseyncan, bütün canlılar sənin müsibətinə ağlayacaqlar. Hətta səhra və dəryada yaşayan heyvanlar da.»
(Nəfəsul-məhmum, səh. 484)

İmam Sadiq (ə) buyurub: «Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb.»
(Bihar, 44-cü cild, səh. 302)

İmam Sadiq (ə) buyurub: «Həqiqətən imam Hüseyn (ə)-ın qətlinə göylər və yerlər ağladı. Yer və göy qırmızı rəngə boyandı. Göylər və yerlər imam Hüseyn (ə)-dan əlavə Yəhya ibni Zəkəriyyaya ağlayıb.»
(Bihar, 14-cü cild, səh. 183)

«Nahiyə» ziyarətində oxuyuruq ki, imam Zaman (ə) cəddi Hüseyn (ə)-a xitab edərək buyurur: «Gecə və gündüz sənə əzadarlıq edib göz yaşı tökürəm. Əgər göz yaşım qurtarsa, onun yerinə qan ağlayaram.»
(Məqtəlul-Hüseyn (ə), səh. 224)
İmam Sadiq (ə) buyurub: «İmam Səccad (ə) 40 il atası Hüseyn (ə)-a ağladı. Bu müddətdə gündüzləri oruc tutur, gecələri də ibadətlə məşğul olurdu.»
İftar vaxtı onun yanına xörək gətirib deyirdilər: Buyurun yeyin. Bu halda göz yaşı töküb deyirdi:

«Peyğəmbərin balasını ac və susuz qətlə yetirdilər.»
(Sugnameyi Ali-Muhəmməd (s), səh. 5)
İmam Sadiq (ə) buyurub: «O həzrət (imam Hüseyn ələyhis-salam) ona ağlayan kəslərə baxıb, onun bağışlanmasını Allahdan istəyir və atası Əli (ə)-dan da onun bağışlanmasını istəyir. O həzrət onun üçün ağlayan şəxsə xitab olaraq deyir: Əgər bilsəydin ki, Allah sənin üçün nə mükafatlar hazırlayıb sevincin qəm-qüssədən daha çox olardı. Həqiqətən imam Hüseyn (ə) ona ağlayanın bütün günah və xətalarının bağışlanmasını Allahdan istəyir.»
(Bihar, 27-ci cild, səh. 300)
İmam Hüseyni (ə) ziyarət etməkliyin fəziləti

İmam Riza (ə) buyurub: «Hər kəs imam Hüseyn (ə)-ın qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir. «Cabir ibni Əbdullah Ənsari Ətiyyə ilə Kərbəla ziyarətinə getdikdə bu hədisi zəmzəmə edərək deyirdi:

Peyğəmbədən (s) eşitmişəm ki, buyurub: «Hər kəs imam Hüseyn (ə)-ı Kərbəlada ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edibdir.»
(Mənaqibi İbni ŞəhrAşub, 4-cü cild, səh. 128)

Peyğəmbər (s) buyurub: «Hər kəs məni, vəfatımdan sonra ziyarət etsə, elə bil məni diriliyimdə ziyarət edib. Hər kəs Fatiməni ziyarət etsə, elə bil məni ziyarət edib. Hər kəs Əli ibni Əbi Talibi ziyarət etsə, elə bil Fatiməni ziyarət edib. Hər kəs Həsən və Hüseyni ziyarət etsə elə bil Əlini ziyarət edib. Hər kəs Həsən və Hüseynin övladlarını ziyarət etsə, elə bil Həsən və Hüseyni ziyarət edibdir.»
www.big.az

Aşura haqqında hədislər

Hədislər

1.Hz. Əlidən rəvayət olunmuş bir hədisdə belə deyilir: “Bir nəfər ondan (hz. Əlidən) Ramazandan sonra hansı ayda oruc tutmağımı buyurarsan? soruşdu. Hz. Əli də belə cavab verdi: “Mən Rəsulullahın (s) yanında oturarkən bir nəfərin bu sualı verdiyini eşitdim. Rəsulullah (s) buyurdu: “Ramazandan sonra oruc tutacaqsansa Məhərrəmdə tut. Çünki o Allahın ayıdır (şəhrullah)” (Termizi. Sövm 40 (741) Həsən-qərib).
2. “Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı (şəhrullah) Məhərrəmdəkidir” (Tirmizi. Sövm 40 (740); Müslim. Siyam 202 (1163); Əbu Davud. Sövm 55).
3. İbn Abbas rəvayət edir ki: “Rəsulullah (s) Mədinəyə gəldiyi zaman yəhudilərin aşura günü oruc tutduqlarını gördü və onlara: “Bu nədir?” - deyə sual etdi. Dedilər ki: “Bu, saleh gündür. Bu gün Allah İsrail oğullarını düşmənlərindən xilas etdi. Musa peyğəmbər də bu gün (şükür əlaməti olaraq) oruc tutdu”. Peyğəmbər də: “Mən Musaya sizdən daha çox layiqəm”, - deyə buyurdu, o gün oruc tutdu və müsəlmanlara da tutmağı əmr etdi” (Buxari. Sövm, 69; Müslim. Siyam, 127 (1130). 
4. Buxari və Müslim Hz. Aişənin (r) belə dediyini rəvayət edirlər: “Qureyşlilər Aşura gününü cahiliyyə dövründə oruc tutardılar. Rəsulullah (s) da bu günü oruclu keçirərdi. Mədinəyə gəldiyi zaman da bu orucu tutdu və tutulmasını əmr etdi. Ramazan orucu fərz qılınanda səhabələrinə dedi: “Kim istəyər o orucu tutar, kim də istəyər tutmaz”.
5. Müslim İbn Abbasdan (r) rəvayət edir ki, Rəsulullah (s) Aşura gününü oruc tutub və səhabələrinə də əmr etdiyi zaman dedilər ki, “Ya Rəsulullah bu günə yəhudilər və nəsranilər ehtiram edir.” Bu zaman Rəsulullah (s) buyurdu: “Gələn il olarsa inşallah doqquzuncu günü də tutarıq.” Ancaq gələn il gəlmədən Rəsulullah vəfat etdi.
Əhməd ibn Hənbəlin rəvayətində isə “Yəhudilərə müxalif olun bir gün qabaq, bir gün sonra oruc tutun” deyilir.
6. Rəsulullah (s) buyurmuşdur: “Aşura orucunun keçmiş ilin günahına kəffarət olmasını umuram” (Tirmzi. Sovm 48 (752)
6. İmam Əhmədin Hz. Ənəs yolu ilə etdiyi rəvayətdə deyilir:
“Yağış mələyi Rəsulullahın (s) hüzuruna gəlmək üçün izin istədi. Ona izin verildi. Mələk içəri daxil olan zaman Allahın rəsulu (s) Ümmü Sələməyə (r): “Qapını bağla və qapıda dur ki, heç kəs yanımıza gəlməsin!” - deyə buyurdu. Ancaq Əlinin oğlu Hüseyn (r) gəldi və   qaçaraq içəri daxil oldu. Rəsulullahın (s) çiyninə dırmaşdı. Mələk Rəsulullahdan (s) soruşdu:
- Sən onu sevirsənmi?
- Bəli.
- Ümmətin onu öldürəcək. İstəyirsən öldürəcəkləri yeridə sənə göstərim.
Bunu dedikdən sonra mələk əllərini çırparaq Rəsulullaha (s) qırmızı rəngli torpaq göstərdi. Bu zaman Ümmü Sələmə (r) o torpağı götürərək paltarının bir ucuna yığıb düyünlədi. Ümmü Sələmə (r) deyirdi: “Biz Hüseynin (r) Kərbəlada öldürüləcəyini daha əvvəllər eşitmişdik”.
7. Həmçinin, Əhməd bin Hənbəl Abdullahın atasından bunu rəvayət edib:
“Mən  Əli (r)  ilə birlikdə yola çıxmışdım. Neynəvaya gəlib çatdıqda mənə: “Səbir et, ey Əbu Abdullah! Firat quyusuna çatdığın zaman səbir et!”- deyə səsləndi.
Mən ondan bununla nə demək istədiyini soruşdum. O da belə cavab verdi:
“Bir gün Rəsulullahın (s) yanına getmişdim. Gözlərindən yaşlar axırdı. Soruşdum ki, “Ey Allahın rəsulu, niyə ağlayırsan?” Cavab verdi:
-Bir az bundan qabaq Cəbrayıl yanımda idi. Mənə Hüseynin Firat quyusu yanında öldürüləcəyini bildirdi və istəsəm öldürüləcəyi yerin torpağını mənə iylədə biləcəyini söylədi. Əlini uzatdı və mənə bir ovuc torpaq  verdi. Mən də o torpağı gördükdə dözə bilmədim, ağlamağa başladım”.
Hz. Hüseynin (r) kəsilmiş mübarək başı Küfəyə gətirildiyi zaman vali Übeydullah ibn Ziyad əlindəki əsa ilə onun dodaqlarına toxunmağa başladı. Buna tab gətirə bilməyən Rəsulullahın yaşlı səhabəsi Zeyd ibn Ərqam: “Çək o əsanı! Özündən başqa ilah olmayan Allaha and olsun ki, mən Rəsulullahı (s) o dodaqlardan öpərkən gördüm” deyərək özünü ağlamaqdan saxlaya bilməmişdi. Sonra saraydan çıxıb gedərkən toplanmış camaata yönələrək belə buyurdu: “Ey ərəb toplumu! Siz Fatimənin oğlunu öldürüb fahişənin oğlunu başınıza gətirdiz. Bundan sonra sizin şərəfliləriniz qılıncdan keçiriləcək, adilləriniz də kölələşdiriləcək. Bundan sonra köləsiz ey ərəb toplumu, kölə!!!”
İbn Teymiyyə demişdir: “ Aşura günü Allah Hüseynə şəhid olmağı nəsib etməklə hz. Hüseynin hörmətini ucaltmış, onu qətlə yetirənləri, habelə bu işdə onlara köməklik göstərənləri və bundan məmnun qalanları isə alçaltmışdır... Hüseynin qətlə yetirilməsi, həqiqətən də, böyük bir müsibətdir. Rəsulullahın (s.)  əhli-beytini sevib onları gözətmək hər müsəlmanın borcudur”.
Hər şeyin doğrusunu  Allah bilir.
/AzeriMuslims/

Hüseynə yerlər ağlar, göylər ağlar ...

Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətuli-Mürtəza Peyğəmbər ağlar.

Hüseynin nohəsin Dilriş yazanda ,
Müsəlman səhlidir ki, kafər ağlar.

Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki, görsün, öz əlində xəncər ağlar.

Hüseynin köynəyi Zəhra əlində,
Çəkər qeyha qiyamət, məhşər ağlar.

Atanda Hərmələ ox, Kərbəlada,
Görəydin, düşmən ağlar, ləşkər ağlar.

Qucağında görəydin Ümmi-Leyla,
Atıb nəşi Əliyyi-Əkbər ağlar.

Başında kaküli Əkbər havası,
Yel ağlar, sünbül ağlar, ənbər ağlar.

Yazanda Ali-Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.

Məhərrəmdir xanım Zeynəb əzası..

Məhərrəm bir, xanım Zeynəb əzası
Bizi səslir Hüseynin Kərbəlası
Yolu bağlı qalıb oluşmən əlində
Daha zəvvarının yox səs-sədası
Bu gün Kərbübəla viran olubdur
Hüseyn öz qanına qəltan olubdur.
Çağır Şahı Nəcəf gəlsin hərayə
Cihad ilə açaq yol Kərbəlayə
Əlinin zülfüqarı dadə çatsın
Hüseyn qurbanları gəlsin.
Bu gün Kərbübəla viran olubdu
Hüseyn öz qanına qəltan olubdur.
Cihad meydanıdır, millət dayansın
Müsəlman xabi-qəflətdən oyansın
Ucaltsın nəreyi-Allahu-Əkbər
Gərək kafir cəhənnəm içrə yansın
Bu gün Kərbübəla viran olubdu
Hüseyn öz qanına qəltan olubdur.
Gəlib qeyrət günü, himmət zamanı
Ucaldaq başda Azərbaycanı
Gedək Səddami-kafirlə cihadə
Yıxaq bu bimürüvvət ev yıxanı.
Bu gün Kərbübəla viran olubdu
Hüseyn öz qanına qəltan olubdur.
Hüseyn zəvvarının qurtardı səbri
Qıraq qurdları, kaftarı, bəbri
Açaq yol Uərbəlayə, Kazimeynə
Çəkək ağuşə ol şiş guşə qəbri
Bu gün Kərbübəla viran olubdu
Hüseyn öz qanına qəltan olubdur.
Gərək din olmasa, dünyanı atmaq
Şərəf-izzətli bir dünya yaratmaq
Səadətdir Hüseyn qurbanları tək
Şəhadətlə liqaullahə çatmaq.
Bu gün Kərbübəla viran olubdu
Hüseyn öz qanına qəltan olubdur.
Ana! Oğlun şəhid oldu, mübarək
Şəhadətlə səid oldu, Mübarək
Ümidi-cənnəti tapdın, da səndən
Cəhənnəm na ümid oldu, mübarək.
Belə toy kim görüb dünyadə Qasim

Məhəmmədhüseyn Şəhriyar

İslammektebi.org


Ya Hüseyn, kim sən kimi öz xanimanından keçər?
Kim sənin tək həqq yolunda baş, canındən keçər?
Kim sənin tək tərk edər cahu-cəlalın, Ya Hüseyn?
Kim verər yəğmaya sən tək mülki-malın, Ya Hüseyn?
Kim görər zillətlə öz əhli-əyalın, Ya hüseyn?
Kim Əli Əkbər kimi növrəs cavanından keçər?
Hər nə ki, zülmü-sitəm etdi sənə əhli-cəfa,
Tab edib cövrü-cəfaya birbəbir, oldun riza,
Hansı aşiq sən kimi, ey padişahi-Kərbəla,
Birbəbir məşuqəsinin imtəhanından keçər?
Kim sənin tək şahzadə Əkbərindən əl çəkər?
Qasimu Əbbasu Övnü Cəfərindən əl çəkər?
Kim sənin tək cümlə yaru-yavərindən əl çəkər?
Kim Əli Əskər kimi şirinzəbanından keçər?
www.parlaq.net

Belә әhd eylәmişәm, ey bacı, cananım ilәn,
Әrseyi-Kәrbübәladә boyanım qanım ilәn.

Çünki bu cami-әcәldә şәkәrü şәhdim var,
Bu sәbәbdәn susuz ölmәkliyә çox cәhdim var,
Alәmi-zәrrdә canan ilә bir әhdim var,
Varam öz eylәdiyim әhd ilә, peymanım ilәn.

Bacı, әhdim budu bu çöldә gәrәk qanә batam,
Qanımı Әkbәrimin qanına şövq ilә qatam,
Can verib tәşnә, gәrәk isti qum üstündә yatam,
Cismi-mәcruhim ilә, sineyi-suzanım ilәn.

Qan içindә elәyim hәqq ilә bir razü niyaz,
Budur әhdim ki, quram burda gәrәk mәclisi-raz,
Can verәn vәqtdә meydanda qılam, bacı, namaz,
Dәstәmazım ola bu şәrt ilә öz qanım ilәn.

Düşdü İbrahim әgәr şövqi-hәvayi-eşqә,
Etmәdi tab, vәli dәrdü bәlayi-eşqә,
Bircә qurban ilә gәldi o, Minayi-eşqә,
Gәlmişәm mәn bura yetmiş iki qurbanım ilәn.

Çәkmәrәm dәm, dәmi-şәmşirdә, şәmşir nәdir,
Xәncәrü tiğ nәdir, nizә nәdir, tir nәdir,
Mәclisi-vәslә qәdәm qoymağa tәxir nәdir,
Mәn bu bәzmә gedirәm başım ilә, canım ilәn.

Zövrәqi-cismimә var lücceyi-xun içrә nicat,
Tәşneyi-eşqә verir suzi-әtәş abi-hәyat,
İçmәrәm gәr tuta dünya üzünü abi-Fәrat,
Bәzmi-vәslә gedirәm bu lәbi-әtşanım ilәn.

Hәq yolunda susuz ölmәk demә zәhmәtdi mәnә,
Gözümә ox dәyә gәr, eyni-mәhәbbәtdi mәnә,
Alәmi-eşqdә hәr zәhmәti rahәtdi mәnә,
Dözәrәm yüz belә zәhmәtlәrә bir canım ilәn.

Çәkmәrәm minnәt әdudәn, çәkәrәm bu әtәşi,
Bacı, eşq alәminin çoxdu belә keşmәkeşi,
Sәni bazarә çәkәrlәr çü әsiri-hәbәşi,
Şami-şum içrә әyali-şәhi-mәrdanım ilәn.

Әhli-Kufә yetirir zülmünü itmamә, bacı,
Bәdәnimdә dәxi qoymazla qala camә, bacı,
Nizәlәrdә apararlar başımı Şamә, bacı,
Bәdәnim yerdә qalar peykәri-üryanım ilәn.

Şamdә mәclisi-işrәt qurular, söz demәrәm,
Kuçәvu bamdә sәf-sәf duralar, söz demәrәm,
Xeyzüran çubu nә qәdri vuralar, söz demәrәm,
Bәzmi-әğyardә mәn bu lәbü dәndanım ilәn.

Zeynәb әrz eylәdi:--Qardaş, bilirәm ruzi-cәza
Sәn ilә hәşrә gәlir başlar әlindә şühәda,
Üsәranı başıma cәm edәrәm mәn dә, әxa,
Gәlәrәm mәhşәrә bu zülfi-pәrişanım ilәn.

Ümmәtә cümlә şәfaәt edәrәm mәn sәn ilә,
Kәrbәladә bulaşan qanına pirahәn ilә,
Şimri-dunun yaxasından tutaram şivәn ilә,
İstәrәm qanını bu çaki-gәribanım ilәn.

Ya hüseyn, hövli-qiyamәtdә yetiş imdadә,
Raciyәm, bircә ümidim sәnә var üqbadә,
Ağlaram, olsa hәyatım nә qәdәr dünyadә,
Gecә-gündüz sәnә bu dideyi-giryanım ilәn.

http://www.anl.az/el/k/k002/her001.htm-in Google kəşindən