Çr11202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Arxiv

Vəhabi və salavat

Öncə bir  salavat çəkin!
Sağlamlıq haqqında dərc olunan çoxsaylı yazılar, bəzən təsəvvür edildiyindən fərqlidir.Sağlamlıq haqqında dərc olunan xəbərlərin ön səhifəsində, insanın fiziki və ruhi sağlığının mənəvi amillərdən aslılığı xüsusi qeyd olunur. Belə ki, bu xəbərə diqqət edin:
Vəhabilərin nisbətən tanınmş simalarından biri Saleh Məğamis, Səudiyyə Ərəbistanında Məlik Əbdüləziz adına “Xütəba və Natiqlər” institutunun elmi heyətinin üzvüdür. O, söhbət əsnasında açıqlayıb ki, Məhəmməd və Ali-Məhəmməd salavat göndərmək, onun şəfa tapmasına səbəb olub. Şeyx, Dubay televiziyasının yayımladığı “Əhli-Quran” proqramında, belə deyib:

Hüzn və kədərlə necə barışaq ?!

İndiyədək heç bir şəxs üçün sevinc və şadlıqla problemi olmayıb. Sevinclə və şadlıq həyatımıza daxil olanda onu rahatlıqla qəbul edirik. Amma qəm-qüssə, bizim sorağımıza gələndə adətən onunla mübarizə aparırıq. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, o, bizə dikdə edir ki, həmişə dodağımızıda gülüş və təbəssüm olsun. Ona  görə də narahatlıq və hüznü qarşılamaq bizə çətindir.
İstər bu narahatlıq həyatımızda bir şeyi itirməklə; məsələn, əzizlərimizin birini itirməklə olsun  istərsə də həyatımızın gündəlik kiçik əhəmiyyətsiz itkisi olsun,  yaranmış hüzn və kədər, bütün camaatın həyatının təbii bir parçasıdır.
Biz onlarla necə davarnmağı öyrənə bilərik. Belə hislərələ düzün davranmaq təkcə rahatlığımıza səbəb olmur, sağlamlığımız üçün də faydalıdır.
Hüzn və kədər hislərinə düzgün yanaşmamaq təhlükəli də ola bilər. Məsələn, o təhlükəni göstərən bir hadisəyə nəzər salaq: Qonşulardan birinin həyat yoldaşı xəstə idi. Nəhayət arvadını itirdi. Mən onun dərdinə şərik olmaq istəsəm də, o dərhal  bunu rədd etdi və onun şəxsi hiss olduğunu bildirdi. Bir həftə keçdi. O,  arvadının xəstəlik və ölümünü xatırladan bütün əşyaları çölə tökdü. Təəccüblü deyil ki, onun vəziyyəti o gündən başlayaraq gün-gündən daha pis oldu. Öncə onun xəstəliyinə aid heç bir şey tapılmadı. Amma zaman keçdikcə onun fiziki cəhətdən də onda ciddi problemlər yarandı. Bütün bunlar stresdən qaynaqland göz qabağındadır.
Əlbəttə bu, insanın öz kədər hisləri ilə düzgün davranmamasının bir nümunəsidir.  Əslində belə bir hadisədə hüzn və narahatlıqla necə davranmağın düzgün variantının mümükünlüyünü müşahidə etmək olar. Çox yaxşı olar ki, insan belə hislərlə barışsın və yeni məharətlər əldə etsin. Bu məqalədə məqsəd odur ki, həyatımızın narahatlıqları ilə  necə barışmaq qaydaları haqqında söz açırıq:
Sağlamlıq qayğısına qalmaq üçün modern üslublara əl atan müasir dövrün həkimləri çoxdandır ki, hislərinin insan sağlamlığında rolunu təsdiqləmiş, ona çox diqqət yetirmişlər.
Sağlam hislərdən ibarət həyatı yaşamaq üçün bütün hislərə hörmətlə yanaşmaq və özünü göstərəməsi üçün ona fürsət vermək lazımdır. Hüzn və kədər bizə üz tutanda onu kamil şəkildə hiss etmək üçün özümüzə icazə verməliyik. Bu vasitə ilə itirinlənlərə görə insanın hüznlü olmasını onun həyat qanunlarına qarşı çox təbii, adi reaksiyası olduğunu anlamaq olar.
Hər bir itki bizdə narahatlıq yarada bilər. Hətta narahatlığı gününü sona çatmasıını göstərən günəşin bir gözəl batışı da yarada bilər. Mümkündür ki, o narahatlığımızın səbəbini bilməyək. O, bədənimizdə kiçik bir dəyişiklik - kimyəvi prosses;  məsələn, hormonların dəyişməsi,  şəkərin qalxması və s. də ola bilər.
Belə məsələləri nəzərə alsaq, hislərimizə olan reaksiya dəyişəcək. Mühüm məsələ odur ki, hislərimizi heç bir vəchə məhv etməməli və onun qarşısında müqavimət göstərməməliyik.
Narahatığı həyatımızın adi bir hissəsi kimi qəbul etməliyik.
Hüzn və kədərlə barışmağın digər yolları da var. Aşağıda onlara işarə edirik:
Kədərlə barışmaq üçün beş əsas yol var:
1.    Hislərinizi etirbarlı dost və ya ailə üzvlərindən biri ilə bölüşün. O, elə bir şəxs olmaldır ki, sizin sözlərinizə yaxşı qulaq assın, danışdığınız məsələ haqqında hökm çıxarmaq və sizi dəyişmək məqsədində olmasın.
2.    Çalışın ki, elə bir işlər yerinə yetirin ki, sizə aramlıq versin. Piyada gəzintiyə çıxın, isti su ilə duş qəbul edin, yaxşı bir kitab oxuyun, evin gül və bitkilərinə qulluq edin, yaxud da sevdiyiniz (başınızı qatan) əyləncələrlə məşğul olun, dərhal stresinizi aşağı salın, zehninizi, hislərnizi sakitləşdirin, özünüdə xəyal asudəliyi yaradın.
3.    Öznünüzü təskinləşdirmək yolları tapın. Bunu etsəniniz, hislərinizi azad edib düşücələri meditasiya edə bilərsiniz. Sakitləşdirici musiqiyə qulaq asıb sadə gimnastik hərəkətlər yerinə yetirin.
4.    Xatirələrinizi yazın.  Belə etsəniz sanki sizin etibar edəcəyniz və sözlərnizi deyə biləcəyiniz bir yaxşı dinləyiciniz olacaq.
5.    “Necə yaxşı dost olmaq” yolunu öyrənin. Səy edin ki, bir dəfə də özünüzü nəzərdən keçirəsiniz.  Bu dəfə özünüzə məhəbbətlə baxın, öz qayğınızı çəkin və özünüzə həmdərd olun. Bu günədək özünüzlə sərt və amansız rəftar edirdiniz. Bundan sonra özünüzə acıyın.
Nə zaman mütəxəssisə müraciət etməliyik?
Uzun müddətli və şiddəti narathatlıq depresiya əlaməti də ola bilər. Depresiyada olan şəxs adədətən təklik və ümidsizlik hiss edir və belə bir hissə görə özünü qınayır.
Əgər narahatlıq və qüssə sizdə iki həftədən çox davam etsə, sizin gündəlik işlərinizdə,məsələn, iş və yemək rejiminizi korlasa o zaman mütəxəssisə müraciət edin. Hislər ölüm və intihar düşüncələri ilə birgə olsa təcili mütəxəssisin köməyindən istifadə olunmalıdır.

Administrator

Zühurda da xürafat?!

Sanki cəhl və nadanlıq belə tezliklə bəşərdən əl çəkən deyil, zühura və Sur çalınanadək inkişaf edib bəşəriyyəti azğınlığa və puçluğa sürükləyəcək.
Yaranmış həşrədək belə olacaq,
Şor su şor, şirin su şirin qalacaq.

Təəccüblüsü budur ki, dünyanın yeganə xilaskarı üçün (bütün dünya əhli Ona fəda olsun və Allah, gəlişini yaxınlaşdırsın) atom bombası və hərbi silahlardan çox, insanların nadanlıq və cəhalətinin problem yaratdığını deyirlər!
Fəzl ibn Yəsar deyir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:

«Bizim Qaimimizin (ə.c) zühur etdikdə, axirəz-zaman camaatının cəhlindən görəcəyi azar-əziyyətləri, Rəsulallahın (s) İslamdan qabaq gördüyü ərəblərin cahiliyyətindən daha çətin olacaq.»
İmamdan soruşdum: «Bu necə olur?!» Həzrət (ə) buyurdu: «Peyğəmbər (s) yonulmuş daş, qaya, çubuq və taxtaya pərəstiş edən camaatın arasına gəldi. Amma bizim Qaimimiz qiyam edəndə, camaatın hamısı onun üçün Allahın Kitabından dəlil gətirəcək, Quran ayələrini təfsir edib yozacaqlar.»
Baxın! Səhv başa düşmək, əyri anlamaq və cahillərin saf İslam dinini xoşagəlməz tərzdə öyrətmələri işi hara aparıb çıxarır. Məsum İmamın yanında - Quran ayələrinə ehtiyaclı olduqları halda, öz anladıqlarını düzgün sayacaqlar!!!

6.4.2011

Administrator

Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.

O, gələcək!

  1.  «Müsnəd» kitabının üçüncü cildinin otuz dördüncü səhifəsində yazılıb:
Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Dünya zülm və haqsızlıqla dolmayınca və ondan sonra mənim nəslimdən olan bir nəfər inqilab edib dünyanı zülm və haqsızlıqla dolduğu kimi ədalətlə doldurmayınca Qiyamət baş verməyəcəkdir.
Qısa izah:
  Mötəbər islami mənbələrə çoxlu sayda daxil olan bu ifadə (ondan çox rəvayət) onu göstərir ki, həzrət Məhdinin (ə) qiyamı mütləq baş verəcək bir işdir və bu barədə heç bir şəkk-şübhə yoxdur.
Varlıq aləminin ruhu ədalət əsasındadır və yaradılış ədalətə əsaslanaraq xəlq edilmişdir. Əgər ədalət qüvvəsi səma cisimlərindən götürülsə, onların hamısı bir-birinə qarışar və əgər bu qüvvə (hər şeyi öz yerində yerləşdirmək və hər şeyi ona lazım olduğu qədər vermək – mütərcim) insan bədənindən götürülsə, dərhal müvazinətini itirər və xəstəliyə düçar olar. İnsan cəmiyyəti də bu ədalət qanunauyğunluğundan kənarda qala bilməz. Ona görə də nəhayət, ədalət bu cəmiyyətə hakim olacaqdır ki, yaradılışın hədəfi hasil olsun. Bu ədalət bayrağı da məhz həzrət Məhdinin (ə) ləyaqətli əli ilə qaldırılacaqdır.
2. ONUN ADI PEYĞƏMBƏRİN ADIDIR
Termezinin «Səhih» kitabının 9-cu cildinin 74-cü səhifəsində Abdullah ibni Məsuddan belə nəql olunmuşdur:
«Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Adı mənim adımdan və özü mənim nəslimdən olan bir nəfər ərəb dünyasına (sonra bütün dünyaya) hakim olmayınca dünyanın sonu gəlməyəcəkdir.»
Qısa izah:
Bu, böyük zühur gününün mütləq olacağını bildirən daha bir təkidli ifadədir. Ancaq onun əvvəlki ilə iki fərqi vardır. Birincisi budur ki, həzrət Məhdinin (ə) proqramı dünya hökuməti təşkil etməkdir. Elə bir hökumət ki, onun sayəsində dünya xalqlarının mədəni səviyyəsini yüksəltmək mümkün olsun və bu yolla da xalqları ictimai ədalətə dəvət etmək asanlaşsın. O, əxlaqi pozğunluğun səbəblərindən biri olan kasıbçılığın kökünü kəsəcəkdir. Zalımların əllərini insan cəmiyyətindən kəsəcək və yaramaz adamları öz mənsəblərindən kənarlaşdıracaqdır.
İkincisi isə budur ki, onun adı Peyğəmbərin adıdır (Məhəmməd (s)). O həzrətlərin adının eyni olması zərif bir məsələni xatırladır ki, onların bütün hədəf və məqsədləri də eynidir.
3. FİTNƏ-FƏSAD ATƏŞİNİ SÖNDÜRƏCƏK
Hafiz Əbu Nəim özünün həzrət Məhdi (ə) barəsində olan «Qırx hədis» kitabında islam Peyğəmbərindən belə nəql edir:
Peyğəmbəri-əkrəm buyurmuşdur: Dünya əhalisinin əli peyğəmbərlər əsrindən üzüləcəyi zaman fitnə-fəsad (pozğunluq, əxlaqsızlıq, zülm, insan qırğınları – mütərcim) bütün yerlərdə aşkar olacaqdır. Belə bir zamanda Məhdi (ə) adında bir nəfər qiyam edəcəkdir. (Fitnələri yatırdar və peyğəmbərlər əsri ilə övliya əsrini birləşdirmək rolunu oynayar). Onun insanlara gətirdiyi bu hədiyyə çox ləzzətlidir. (Çünki bu qiyam hər yeri əhatə edəcək və ədalət şərbəti ilə yoğrulacaq.)
Qısa izah:
İnsanlar peyğəmbərlərin təlim-tərbiyəsindən nə qədər uzaq olublarsa, zülm, fitnə-fəsad, qalmaqal, müharibə və təcavüzlər bir o qədər də artmışdır. Texnikanın yüksək inkişafına baxmayaraq, insanlar arasında rəhimsizlik, xudbinlik, dünyapərəstlik qat-qat artmışdır. Dağıdıcı vasitələrdən və texniki alətlərdən istifadə edilməklə dünya dəhşətli hadisələrə doğru sürüklənir. Təcavüz və istismara məruz qalmış xalqların vəziyyəti getdikcə pisləşir. Əlbəttə Rəhman və Rəhim olan Allah razı olmaz ki, bu aləm zalımların, insan sifətli şeytanların, qaniçənlərin cövlangahına çevrilsin.
Nəhayət, Allah tərəfindən fitnə-fəsad atəşini söndürmək üçün göndərilən Məhdi (ə) adlı bir nəfər ədalətsizliyə son qoymaq, əmin-amanlıq, asayiş və nizam-intizam yaratmaq üçün qiyam edəcəkdir.
4. HƏR YER ALLAH NURUNA BOYANACAQ
Şeyx Süleyman Qunduzi özünün «Yənabiul məvəddə» kitabının 423-cü səhifəsində Əmirəl-möminin Əli (ə)-dan belə yazır:
«Canım Onun əlində olduğu kəsə and olsun ki, onun zühuru vaxtında bütün şəhərlərdən, abadlıqlardan yüksək səslə: «La ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah» sədası ucalacaqdır.»
Qısa izah:
Həmin gün bütün yer üzü tövhid bayrağı altına girəcək və hər yerdə islam qayda-qanunları hökm sürəcəkdir. Ola bilsin ki, həmin vaxtda da yəhudi və xristianlar azlıq şəklində qalmış olsunlar. (La ikrahə fiddin – dini qəbul etməkdə məcburiyyət yoxdur). Hər halda həmin vaxtda hakimiyyət islama məxsus olacaqdır və bütün qulaqlara səhər-axşam tövhiddən, peyğəmbərlərin sonuncusunun peyğəmbərliyi şüarı çatacaqdır.
Bəli, dünyada fəsadın əsil təməli olan zalım və batil məktəblər tarix səhnəsindən silinəcək və onun əvəzinə insanların ədalət, bərabərlik, qardaşlıq məktəbi olan tövhid nuru hər yerə yayılacaqdır.
5. HƏZRƏT MƏHDİNİN GENİŞ PLANI
Məhəmməd Mövləvi «Fiqhul-əkbər»in 2-ci cildinin 71-ci səhifəsində həzrət Əli (ə)-dan belə nəql edir:
Yəni: «Qiyamətə yaxın zamanlarda bədənlər öldüyü kimi möminlərin qəlblərinin də sıxıntı və çətinliklər nəticəsində öldüyü, dəhşətli hadislər baş verdiyi, həqiqət yolçularının sünnətini məhv etdikləri və bidətləri üzə çıxardıqları, əmr be məruf tərk edildiyi, nəhy əz münkər unudulduğu bir zamanda mənim nəslimdən olan bir şəxs qiyam edəcəkdir. Belə bir zamanda Allah-taala həzrət Məhdi (ə) vasitəsilə sünnəti dirildəcəkdir. O, möminlərin qəlbini öz ədalət və bərəkətilə şadlandırar və əcəm ilə ərəb arasında məhəbbət, sülh və səmimiyyət yaradar.»
Bu hədis o qədər aydındır ki, izaha ehtiyac yoxdur.
6. ZALIMLARI MƏHV ETMƏSİ
Əllamə Süyuti öz kitabında tanınmış səhabə olan Hüzeyfədən nəql edir ki, Allahın peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:
«Ədalətsiz və zalım rəhbərlərin əlindən bu ümmətə yazıqlar olsun... Ancaq Allah islamın izzət və şərəfini özünə qaytarmaq istədiyi vaxt bütün kinli zalımları məhv edəcəkdir... Ey Hüzeyfə, əgər dünyanın sonuna bir gün qalmış olsa da, Allah onu o qədər uzadacaqdır ki, nəhayət mənim nəslimdən olan bir nəfər dünyaya hakim olsun. Onun əliylə böyük hadisələr baş verəcəkdir və islam dini bütün yer üzünə yayılacaqdır. Bu iş mütləq baş verəcəkdir.»
Qısa izah:
Zalımların hökuməti xilaskarın qiyamına şərait yaradır. Çünki bütün dünya xalqları uzun-uzadı təcrübələrdən sonra bu qənaətə gələcəklər ki, insanların öz şəxsi fikirlərinə əsasən qurduqları hökumət nəticədə zalımlara xidmət edəcəkdir. Bəli, insanlar zülm və əziyyətdən yorulub ilahi rəhbər axtaracaqlar.
7. DÜNYA MƏHDİ HÖKUMƏTİNDƏ
İmam Sadiq (ə) buyurmuşdur:
«O, inqilab və qiyam edən zamanda ədalətlə hökumət edəcək, zülm və sitəm aradan götürüləcəkdir. Onun sayəsində yollarda əmin-amanlıqlar olacaqdır. Yer öz bərəkətlərini üzə çıxaracaq və haqq sahiblərinin haqqı özünə qaytarılacaqdır. O, insanlar arasında Davud peyğəmbər və həzrət Məhəmməd (s) kimi Allah dinini həyata keçirəcəkdir. Yer öz xəzinələrini üzə çıxardacaq və bərəkətlər artacaqdır. Xalqın yaşayış səviyyəsi o qədər yüksələcəkdir ki, kömək etmək üçün kasıb tapa bilməyəcəklər.»
Qısa izah:
İqtisadi çətinlik bəşəriyyətin ən böyük bəlası və bütün dövrlərdə fitnə-fəsadların əsas səbəbi hesab edilir. Bu problemin əsas səbəbi isə mədəni gerilikdir. İnsanların əqidə və mədəniyyəti güclənməsə maddi cəhətdən varlı olmaq mümkün deyildir. O, insanları elə yetişdirəcəkdir ki, dünyanın heç bir yerində məhrumiyyət tapılmayacaqdır.
6.4.2011
Administrator

Yazının tərtibində "haqqyolu.orq" elektron kitabxanasından istifadə olunub.

Münəccim sözü etibarlıdırmı?!

Nücum elminin həqiqət olması və peyğəmbərlərin (ə) elmindən sayılması şübhəsizdir. Məsum olmayan və bu elmi öyrənmiş münəccimlərin sözünə etina edib onların gələcək proqnozlarını qəbul etmək olarmı?! Əllamə Təbatəbai bu sualın cavabında deyir: «Münəccimlərin bəzi mətləbləri, (o cümlədən, zahiri baxımdan şəriətlə zidd sayılan günlərin nəhs və uğurlu olması) etibarsızdır. Əmirəlmömininə (ə) mənsub bir divanda («Nəhcül-bəlağə») deyilir: «Həzrət (ə) Siffeyndən qayıdanda və Nəhrəvana getmək istədikdə bir münəccim İmama belə dedi: «Bu gün (səfərə) çıxmaq olmaz». Həzrət (ə) beytlər (şer) qoşdu və onun sözünə etina etmədi."
Münəccimlər öz təcrübələri üzündən müəyyən məsələləri deyir, tarixi hekayə də nəql edirlər.
Mərhum Xacə Nəsrəddin Tusi səfərlərinin birində bir dəyirmana çatdı və gecə orada qalmalı oldu. Hava münasib olduğu üçün göstəriş verdi ki, onun yerini çöldə salsınlar. Dəyirmançı ona dedi:
– Bu axşam yağış yağacaq. Yaxşıdır ki, dəyirmanın içində yatasan.
Xacə dedi:
– Haradan bilirsən?
– Mənim bir itim var; yağış yağacağı axşamlarda dəyirmanın içində yatır. Bu axşam da dəyirmanın daxilin də yatıb.
– (Nücum elminə əsasən bir hesablama apardı) Xeyr, bu axşam yağış yağmayacaq.
O, dəyirmanın çölündə yatdı. Gecədən bir qədər keçdikdən sonra buludlar aşkar oldu və yağış yağdı. Xacə dəyirmanın içinə keçməyə məcbur oldu. Dedi: «Allaha şükür ki, bir it qədər də elmimiz yoxdur.»

6.4.2011
Administrator

Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.