Bz.er12182017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə

Dualar və zikrlər

QURANLA DƏRMAN - QƏLƏM SURƏSİ

 Göz-nəzərin təsirindən sağalmasından ötrü bu ayəni yazıb özünüzdə saxlayın
“QƏLƏM” SURƏSI
(Nun vəl-qələm)

İmam Sadiq (ə) buyurdu: Hər kəs "Nun vəl-qələm" surəsini özünün vacibi və müstəhəbbi namazlarında oxusa, əzəmətli Allah onu həmişə çətinlik və yoxsulluğa düşməkdən qoruyar, dünyadan köçəndən sonra qəbr sıxıntısından və onun əzabından ona pənah verər.
Rəsulu-Əkrəm (s) buyurdu: "Nun vəl-qələm" surəsini oxuyan kəsə, Allah xoşəxlaq adamların savabını əta edər.

Günlərin birində Həzrət Məhəmməd Mustəfa (s) Bəqi qəbiristanlığından ötüb keçəndə, belə buyurdu: Allaha and olsun, bu qəbiristan əhlinin çoxu göz-nəzərdən ölmüşdür.
Göz yarasının sağalmasından ötrü bu ayəni yazıb özünüzdə saxlayın və həmçinin evinizdə də asın.
"Və in yəkadulləzinə kəfəru ləyuziqunəkə biəbsarihim ləmma səmiuz-zikrə və yəqulunə innəhu ləməcnun. Vəma huvə illa zikrun lilaləmin." (Qələm-52). Çox təsiri vardır. (qələmi götürün və indi bu ayəni yazıb, cibinizə qoyun). Həzrət Nəbiyyi-Əkrəm (s) buyurdu: Göz ağrısı, dəvəni qazana, kişini isə (adamı) gora salar.

Dilin, canın, ruhun, qəlbin, ağılın, mərifətin, məqamın zikri

İmam Əli (ə) buyurur: “Allahı yada salmaq ağılı sakit edər, qəlbi aydınlandırar və Onun rəhmətini yerə endirər”.

İmam Əli (ə) zikrin iki növünü bizə tanıtmış və buyurmuşdur: “Zikr iki cür olur: müsibət zamanı edilən zikr ki, gözəl və yaxşıdır. Ondan üstünü isə Allahın haramı ilə rastlaşan zaman sənə mane olmaq üçün Allahı yada salarsan”.

İmam Baqir (ə) zikrin növləri barəsində buyurmuşdur:
“Dilin zikri – həmd və sitayişdir.
Canın zikri – səy və çalışmaqdır.
Ruhun zikri – qorxu və ümiddir.
Qəlbin zikri – doğruluq və səmimiyyətdir.
Ağlın zikri – təzim və həyadır.
Mərifətin zikri – təslim və rizadır.
Məqamın zikri – Liqaallahdır”.

İmam Sadiq (ə) nəql edir: “Yoxsullar və miskinlər Peyğəmbərin (s) xidmətinə gəlirlər və deyirlər: Ey Allahın Rəsulu! Zənginlərin (o qədər pulu vardır ki) qul azad edirlər, bizim yoxdur. (Sərvətləri vardır) həccə gedirlər, biz getmirik. (Sərvətləri vardır) sədəqə verirlər, biz vermirik. Cihad etmək üçün (vasitələri vardır) bizim yoxdur. Nəticədə biz bu əməllərin savabından məhrumuq”.

Peyğəmbər (s) buyurur: “Hər kim yüz dəfə “Allahu Əkbər” deyərsə, yüz qul azad etməkdən daha yaxşıdır.
Hər kim yüz dəfə “Sübhənallah” deyərsə, yüz dəvə (qurban etməkdən) daha yaxşıdır.
Hər kim yüz dəfə “Əlhəmdulillah” deyərsə, Allah yolunda (cihad üçün) yüz at, yəhər və atlısı ilə birlikdə göndərməkdən daha yaxşıdır.
Hər kim yüz dəfə “Lə iləhə illəllah” deyərsə, həmin gün əməl cəhətdən ən yaxşı insandır”.

Evlilik üçün dua

 

Dua etmək müstəhəb əməllərdəndir ki, Allahın xüsusi inayətinə səbəb olar. Evlilikdən əvvəl də edilən dualar və Allaha təvəkkül etmək insanı hidayət edər və xeyir yoluna yönləndirər. Hədislərimizin bir çoxunda Məsumlarımız (ə) mömin və layiqli həyat yoldaşına malik olmaq üçün dua etməyi bizlərə tövsiyə etmişdilər. Bunun üçün təmiz niyyət və pak qəlblə Allaha üz tutmağımız kifayətdir.

  İmam Əli (ə.s) buyurur: Hər kimsə evlənmək istəsə, iki rükət namaz qılsın və hər rükətdə Həmd'dən sonra Yasin surəsini oxusun.Namazdan sonra Allaha Həmd etsin.Bundan başqa bu duanı namazın qunutunda,hər namazdan sonra, səcdədə və hər vaxt çoxlu desin: "Əllahummə əğnini bihəlalikə'ən həramik və bita'ətikə ən mə'siyətik" (Allahım! Məni ehtiyacsız et halalınla haramından,itaətinlə itaətsizliyindən.)

İmam Əli (ə.s) başqa yerdə buyurur: Nə zaman sizlərdən biriniz evlənmək istəsəniz,gərək ilk iki rükət namaz qılasanız.Hər rükətdə Həmd'dən sonra Yasin surəsini oxuyun.Namazdan sonra Həmd etdikdən sonra deyin: "Allahım, mənə mehriban, qeyrətli, şükür edən həyat yoldaşı əta et ki, əgər ona yaxşılıq etsəm, mənə təşəkkür etsin, əgər ona pislik etsəm, məni bağışlasın. Əgər Allahı yada salsam, mənə yardım etsin. Əgər Allahı unutsam, mənə Allahı xatırlatsın. Əgər onun yanından xaric olsam, (mənim malımı, sirrimi və abrımı) qorusun, onun yanına gələn zaman sevinsin. Əgər ona bir işi əmr etsəm, mənə itaət etsin, əgər onun əleyhinə and içsəm, mənə həmin andı açıqlasın.Əgər ona qəzəblənsəm,məni razı salsın. Ey Cəlal və İkram sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı bəxş et.Mən onu səndən istəyirəm. Mənə bir şey çatmaz,məgər o şey ki,Sən mənə minnət qoyasan və əta edəsən."

İmam Sadiq (ə.s) buyurur: Sizlərdən biriniz nə zaman evlənmək üçün hümmət etdiniz, iki rükət namaz qılın, Allaha həmddən sonra deyin: "Allahım,mən evlənmək istəyirəm.Mənim üçün qadınlar arasından ən iffətlisini təqdir et.O qadın ki,öz və ərinin malını daha çox qoruyandır. Ruzisi və bərəkəti çox olsun. Mənim üçün elə övladlar təqdir et ki, mənim üçün həyatımda və vəfatımdan sonra saleh varislər olsunlar."

Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Hər kim Taha surəsini yazar, yaşıl parçaya bükər, elçiliyə gedər – elçiliyi rədd olmaz.Hacəti yerinə yetər

İmam Sadiq (ə.s) buyurur: Hər kimin elçisi yoxdur və ya elçiliyinə cavab verilmir, Taha surəsini yazsın,yusun və suyunu üzünə töksün. Allah evliliyini asan edər.

Hz.Zəhraya(s.ə) İstiğasə namazı

İstiğasə birini təcili köməyə çağırmağa deyilir. Rəvayət olunub ki, nə vaxt bir hacətiniz olsa, Hz.Zəhraya(s.ə) istiğasə namazını yerinə yetirin.
Namazın niyyəti belədir: Hz.Zəhraya(s.ə) istiğasə namazı qılıram qurbətən iləllah.
Adi sübh namazı kimi qılınan namazdan sonra 3 dəfə təkbir(Allahu Əkbər) deyilir və daha sonra səcdəyə gedilir və 100 dəfə "YA MƏULƏTİ YA FATİMƏTU ƏĞİSİNİ" یا مولاتى یا فاطمةُ اغیثینى (Ey mövlamız ey Fatimə kömək elə)deyilir. Sonra sağ üz yerə(möhür) qoyulur və yenə də 100 dəfə eyni zikr deyilir. Daha sonra sol üz yerə qoyulur və həmçinin 100 dəfə eyni zikr deyildikdən sonra yenidən alın yerə qoyulur və 110 dəfə həmin zikr qiraət edilir. Zikri bitirdikdən sonra hacət istənilir. Allahın istəyilə hacət qəbul olunur.

Yaxşı olar ki, duanı edib bitirdikdən sonra Xanım Fatimeyi-Zəhranın(s.ə) təsbihatı zikr edilsin.

Allah bütün edilən və ibadətləri qəbul etsin!

Hansı günahlar duanın qəbul olmasına mane olur?


İmam Səccad (ə) buyurur:
“O günahlar ki, duanı geri qaytarar, duanın qəbul olmasına mane olar, bunlardır:
1. Möminlərə və onların işlərinə sui-zənn etmək.
2. Daxilinin napak olması.
3. İman qardaş və bacıları ilə nifaqda olmaq.
4. Duanın qəbul olmasına inanmamaq.
5. Vacib namazları vaxtında qılmamaq.
6. Söyüş söymək.
7. Xəyanət etmək.
8. Sədəqə və yaxşı əməllərlə Allaha yaxınlaşmamaq ”.