Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə AUDİO-VIDEO Dualar Şəban

Şəban

Həzrət Əli Əkbərin yüksək məqamı

Həzrət Əli Əkbər ələyhis-salamın fəzilətlərindən bəzi məqamlar

1. Peyğəmbərə bənzərlik; Bu yaraşıqlı gənc davranışda, nitq qabiliyyətində, gözəllikdə, xislət və xilqətdə insanlar arasında Peyğəmbərə ən çox bənzərdi. Əgər nəzərə alsaq ki, Peyğəmbər ən kamil şəxsdir və onda bütün gözəl sifət və xislətlər toplanmışdır, onda həzrət Əli Əkbərin neçə bir gənc olduğunu bir daha təsəvvür etmək olar. Peyğəmbər səlləllahu ələyhi və alih haqqında Allah Quranda buyurub:

اِنّكَ لَعَلى خُلُقٍ عَظيمٍ

“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (Qələm surəsi, 4-cü ayə)

2. İsmət .“İsmət” məqamı da, “ədalət” kimi müxtəlif dərəcələrə bölünür və ismətdə heç kim On Dörd Məsum-a yetməz. Lakin belə bir məqamı Allah Taala həzrət Əli Əkbərə lütf buyurmuşdu.

3. Xüsisiyyətləri. Həzrət Əli Əkbər cəlal və cəmal sahibi, gözəl siyrətli və mələkut aləmi ilə bağlantısı olan bir şəxsiyyət idi. Mərhum Seyid İbn Tavus və Şeyx Müfid Kərbəla hadisələri zəminində yazıblar: O həzrət, uca atasından soruşdu:

أَفَسَلنا عَلَى الحَقِ

-"Biz haqq deyilmiyikl?"  Həzrət buyurdu:

اِذاً لا نبالى بالموتِ

“Belədir və (bu halda) biz ölümdən qorxmuruq”

4. Şücaət. Cənab Əli Əkbər, igidlikdə babasına çəkmişdi. Əllamə Məclisi nəql edir: O həzrət (döyüş əsnasında) üz çevirdiyi hər hansı tərəfdə önündəki dəstəni həlakətə uğradırdı.

فَلَم يَزَل يُقاتِلُ حتّى ضَجَّ الناسُ مِن كَثَرةِ مَن قَتَلَ منهُم وَ رُوِىَ أنّه قَتَلَ عَلى عَطَشِهِ مأةً و عِشرين رُجلاًثم رَجَعَ الى ابيهِ...فَلَم يَزَل يُقاتِلُ حتّى قَتل تمام المأقَين....

Qoşundan o qədərini öldürdü ki, ölülərin çoxluğundan düşmən şivən etməyə başladı. Rəvayət olunub ki, həzrət Əli Əkbər susuz olmasına baxmayaraq 120 nəfəri öldürdü...

sibtayn.com