Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi

“Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi-Müəllif: Muqatil ibn Ətiyyə əl-Kubra

Həqiqətə gedən yol
Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi
Müəllif: Muqatil ibn Ətiyyə əl-Kubra

Allahın adı ilə


  İslam Peyğəmbərinin (s) canişinlik və imamət məsələsi, ötən on dörd əsr boyu həmişə müsəlmanların diqqətində olmuş mühüm məsələlərdən biridir. Şiə və sünni kimi iki böyük təriqətin – məzhəbin təşkil olunması, onun ardınca qarşıya çıxan əqidəvi, fiqhi və s. məsələlərdə fikir ayrılığı, həmçinin çoxsaylı müharibə və qarşıdurmaların baş verməsi, hər iki tərəfin öz iddia və haqlılıqlarını sübut etmək üçün elmi yığıncaqlar keçirməsi, yaxud çoxlu kitab və məqalələrin yazılmasının hamısı Peyğəmbərin (s) canişinlik məsələsi üzərində olan ixtilafın nəticəsidir.
Bir dəstə bu fikirdədir ki, Peyğəmbərin (s) canişini – hansı ki, Allahın xəlifəsi, nümayəndəsi də hesab olunur, – mütləq Allahın öz tərəfindən təyin olunmalıdır. Eyni zamanda başqa bir dəstə bildirir ki, Peyğəmbərin (s) canişini camaatın rəyinə əsasən seçilməlidir. Bütün bu söz-söhbət, çəkişmə və ixtilafların başlanğıc nöqtəsi də elə budur. Haqqı tanıyıb batildən ayırmaq, ideoloji əsaslardan agah olmaq və bəzən aldadıcı cümlələrə qarışmış zəhərli təbliğatlar qarşısında onu qoruyub gücləndirmək üçün bu cür mövzular haqqında araşdırma aparmağın zəruriliyini daha da artırır. Fikirlərin döyüş meydanında, batil və tərəfdarlarının aktivləşdiyi vaxtlar haqq əhlinin öz əqidəsini bir kənara qoyaraq şeytanlara xoş gəldin deyib ağızlarına su almalarını gözləməməliyik. Əksinə, onların olduqca ağır vəzifələri vardır, o vəzifə haqqın haqlı olmasını möhkəm və sarsılmaz sübutlarla başqalarının qulağına çatdırmaqdır.
Qarşınızdakı kitab Muqatil ibn Ətiyyənin “Bağdad alimlərinin toplantısı” adlı kitabının tərcüməsidir. Muqatil o yığıncaqda iştirak etmiş və o iclasda olanları nəql edənlərdən biridir.
Tərcümə olunmuş bu kiçik həcmli kitab yuxarıdakı mövzuların mühüm hissələrinə şərh və aydınlıq gətirərək mövcud suallara, qaranlıq məsələlərə cavab vermiş, Allahın razılığını qazanıb əbədi səadət arzusunda olan və təəssübkeşlikdən uzaq duran haqq axtaranlara yol göstərmişdir. Bu müxtəsər kitabda bəzən elmi diskusiyaların, geniş arqumentlərin əhatə dairəsi onlarla, yaxud yüzlərlə cild kitaba bərabər olur. Hansı ki, alim və mütəfəkkirlər öz növbəsində bu haqda danışıb və bu mövzular haqqında saysız-hesabsız kitablar yazmışlar. Amma bu kitab ixtisar və xülasə ilə yazıldığı üçün tərcümədə də onunla kifayətlənirik ki, hamı istifadə edə bilsin. Təbiidir ki, daha dərin və ətraflı mütaliə etmək istəyənlər daha geniş yazılmış kitablara müraciət edəcək.
Ümidvarıq, Allah-taala öz mərifətinin sonsuz zülalından faydalanmağımız, həmçinin öz sonuncu Peyğəmbərinin (s) haqq canişinlərini tanıyıb onlara itaət etməyimiz üçün bizim hamımıza yardımçı olsun!
Mütərcim

***
Bismillahir Rəhmanir Rəhim


   Həmd olsun tək olan Allaha!
Allahın salamı olsun elçilər içərisindən aləmlərə rəhmət göndərilən həzrət Məhəmməd (s) peyğəmbərə, onun pak ailəsinə və ona itaət edən dostlarına!
Qarşınızdakı bu kitab, Məlik şah Səlcuqinin öz vəziri olan görkəmli alim Nizamulmülkün nəzarəti altında təşkil etdiyi Bağdad alimlərinin toplantısından verilən bir məlumatdır. Bu yığıncağın baş tutma səbəbi aşağıda qeyd edəcəyimiz şəkildə baş vermişdir:
Məlik şah Səlcuqi, azad düşüncəli və həqiqət axtarışında olan bir gənc idi. O, öz atalarının getdiyi yolu kor-koranə getmir, elmi və elm əhlini çox sevərdi. Bununla yanaşı, əyləncəni, şikar və ova çıxmağı da xoşlayardı. Onun vəziri Nizamulmülk də alim, fəzilətli, zahid və güclü iradəyə malik bir şəxsiyyət idi. Yaxşılığı və yaxşılıq edənləri sevər, daima həqiqət axtarışında idi. O, Peyğəmbər (s) ailəsini də sevərdi. Bağdadın “Nizamiyyə” mədrəsəsini də o tikdirmiş, alim və tələbələr üçün də aylıq təqaüd ayırmışdı. Həmçinin, kasıb təbəqəli insanlara da məhəbbətini əsirgəmirdi.
Bir gün şiənin böyük alimlərindən olan Hüseyn ibn Əli Ələvi, Məlik Şahın yanına gələrək onunla söhbət etdi. Məclisi tərk etdikdən sonra orada olanlardan biri şiə alimini məsxərə etdi.
Məlik Şah soruşdu: – Nə üçün onu məsxərə edirsən?
O kişi cavabında dedi: – Ey mənim şahım! Bilmirsinizmiki, o, Allahın qəzəb etdiyi kafirlərdəndir?
Məlik Şah təəccüblə soruşdu: – Nə üçün? O, müsəlman deyilmi?!
–Xeyr, o şiədir.
Şiə nə deməkdir? Şiələr müsəlman firqələrindən biri deyilmi?
–Xeyr, çünki onlar Əbubəkr, Ömər və Osmanın xəlifəliyini qəbul etmirlər.
–Elə bir müsəlman varmı, o üç nəfərin xilafətini qəbul etməsin?
Bəli, şiələr qəbul etmir.
–Əgər onların xilafətini qəbul etmirlərsə, nə üçün camaat onları müsəlman adlandırır?
–Elə mən də buna görə dedim ki, onlar kafirdir...
Məlik Şah uzun müddət fikrə gedəndən sonra dedi: – Vəzirimiz Nizamulmülkü çağıraq ki, həqiqət bizim üçün aydın olsun.
***
Məlik Şah vəziri Nizamulmülkü çağırıb ondan bu barədə soruşdu:
–Şiələr müsəlmandırmı?
–Əhli-sünnənin bu barədə fikri müxtəlifdir. Bir dəstə onları müsəlman bilir, çünki onlar Allahın təkliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verir, namaz qılıb oruc tuturlar. Başqa bir dəstə isə onları kafir bilir.
–Şiələrin sayı nə qədərdir?
Onların dəqiq sayını bilmirəm. Amma müsəlmanların təqribən yarısını şiələr təşkil edir.
Belə çıxır ki, müsəlmanların yarısı kafirdir?
–Bəziləri onları kafir bilir. Amma mən onların kafir olmasına inanmıram.
–Sən şiə və sünni alimlərini elmi diskusiya və həqiqətin bizə aydın olması üçün bir yerə yığa bilərsənmi?
–Bu iş çox çətindir, onun nəticəsindən məmləkət və Şah üçün qorxuram.
–Nə üçün?
–Çünki, şiə-sünni məsələsi sadə məsələ deyil, əksinə haqq və batil məsələsidir. Belə ki, onun uğrunda çoxlu qanlar axıdılıb, kitablar yandırılıb və qadınlar əsir götürülüb. Həmçinin, buna görə çoxlu kitablar yazılıb, saysız müharibələr baş vermişdir.
Cavan şah bunu eşidəndə təəccüb edib fikrə getdi. Bir müddət sükutdan sonra dedi: – Ey vəzir! Çox yaxşı bilirsən ki, Allah bizə geniş bir məmləkət, saysız-hesabsız ordu əta etmişdir. Buna görə də bu nemətin şükrünü yerinə yetirmək üçün həqiqəti tapıb sonra da azğınları doğru yola hidayət etməliyik.
Şübhəsiz, bu iki dəstədən biri batildir. Çarə yoxdur, haqqı tapıb onun ardınca getməli, batili də tanıyıb ondan uzaqlaşmalıyıq. Tez bir zamanda yığıncaq təşkil et. Şiə və sünni alimlərini bir yerə topla ki, bir-biri ilə elmi diskusiya edib haqqı tanıtdırsınlar. Sərkərdələri, katib və ölkə böyüklərini də bu məclisə dəvət et. Əgər görsək haqqı əhli-sünnə ilədir, o zaman şiələri güclə onların təriqətinə – məsləkinə vadar edərik.
–Əgər şiələr onların məzhəbini qəbul etməzsə, nə edək?
–Onların hamısını qətlə yetirəcəm.
–Müsəlmanların yarısını öldürmək mümkündürmü?
–Bəs bu müşkülün həlli nədir?
–Bu işdən çəkinin!
Şah və elm əhli olan vəziri arasında danışıq bitdi. Amma Məlik Şah o gecəni səhərə qədər aramlıq tapa bilmədi və hey düşünürdü ki, bu problemi necə həll etsin.

Şah səhərə qədər bu haqda düşündü. Yavaş-yavaş səhər açıldı, günəş çıxdı. Nəhayət, Şah məsələnin həllinin münasib yolunu tapdı.
Vəzirini çağırıb dedi: – Hər iki tərəfin alim və mütəfəkkirlərini çağıraq, onlar müzakirə etsinlər. Biz də onların elmi müzakirələrindən haqqın hansı dəstə ilə olduğunu başa düşəcəyik. Əgər haqq əhli-sünnə ilə olarsa, şiələri xoş sözlər və gözəl nəsihətlərlə bu yola dəvət edib, mal və məqam vasitəsilə onları bu məzhəbə yönləndirərik. Necə ki, Allahın Peyğəmbəri (s) qəlblərini İslama yönləndirmək istədiyi şəxslərlə bu cür rəftar edirdi. Bu işimizlə İslam və müsəlmanlara böyük xidmət etmiş olarıq.
–Şah sağ olsun, təklifiniz yaxşıdır, lakin mən bu işin aqibətindən qorxuram.
–Nə üçün qorxursan?
–Qorxuram ki, şiələr əhli-sünnəyə qalib gəlsin, onların dəlilləri bizim dəlillərdən üstün olsun və camaat da şəkk-şübhəyə düşsün.
–Belə bir şeyin olması mümkündürmü?
–Bəli, şiələr öz təriqət və əqidələrini isbat etmək üçün əllərində Quran və hədislər baxımından möhkəm dəlilləri vardır.
Vəzirin sözləri Şahı qane etmədi, o, vəzirinə belə dedi: – Haqqın batildən ayrılması üçün hər iki dəstənin alimlərini dəvət etməkdən başqa yolumuz yoxdur.
Vəzir, Şahın əmrini icra etmək üçün bir ay möhlət istədi. Lakin Şah qəbul etməyib on beş gün ərzində bu yığıncağın təşkil olunmasını tələb etdi.
***
Bu fürsət ərzində vəzir sünni alimlərindən tarix, fiqh, hədis, üsul, münazirə fənni üzrə hamıdan daha üstün olan on nəfəri və eləcə də şiə böyüklərindən on nəfərini dəvət etdi. Bu yığıncaq şaban ayında Bağdadın Nizamiyyə mədrəsəsində baş tutdu və hər iki tərəfdən aşağıdakı şərtlərə riayət edilməsi tələb olundu:
1.    Münazirə namaz vaxtları, yemək və azca istirahət istisna olmaqla, səhərdən axşama qədər davam etməlidir.
2.    Münazirə zamanı deyilənlər şaiyələrə, eşidilənlərə yox, sənəd, möhkəm mənbə və mötəbər kitablara əsaslanmalıdır.
3.    Hər iki tərəfin münazirə və danışıqları yazılmalıdır.
Nəhayət, müəyyən olunmuş gün Məlik Şah, ordu sərkərdələri və vəziri ilə öz yerlərində oturdu. Sünni alimləri şahın sağ tərəfində, şiə alimləri isə sol tərəfində əyləşmişdi. Yığıncağın məsulu olan vəzir Allahın adı ilə, Peyğəmbərə (s), ailəsinə və səhabələrinə salam göndərməklə yığıncağı açıq elan edib dedi:
–Diskusiya (münazirə) ədəblə, doğru şəkildə və aldatma olmadan yerinə yetirilməlidir. Bu yığıncaqda iştirak edənlərin hədəfi, qarşı tərəfə qalib gəlmək yox, haqqı tapmaqdır. Münazirə zamanı Peyğəmbərin (s) səhabələrindən heç birinə nalayiq sözlər deyilməməlidir.
Bu zaman sünni alimlərindən olan Abbasi belə dedi: – Mən bütün səhabələri kafir sayanlarla münazirə və elmi diskusiya apara bilmərəm.
Şiənin böyük alimlərindən olan Hüseyn ibn Əli Ələvi dedi: – Peyğəmbərin (s) bütün səhabələrini kafir bilən kimdir?
Abbasi: Siz şiələr.
Ələvi: Sizin bu sözünüzün həqiqəti yoxdur. Sizcə həzrət Əli (əleyhissalam), Abbas, Salman, İbn Abbas, Miqdad, Əbuzər və başqaları səhabə deyillərmi? Biz şiələr bu şəxsləri kafir bilirikmi?
Abbasi: Bütün səhabələr deməkdə məqsədim, Əbubəkr, Ömər, Osman və onların davamçılarıdır.
Ələvi: Özünüz öz sözünüzün ziddinə danışdınız. Məntiq alimləri “Xüsusi iqrari hökm, ümumi inkari hökmün ziddi hesab olunur” demirlərmi?! Sən gah deyirsən ki, şiələr bütün səhabələri kafir bilir, gah da deyirsən ki, şiələr bəzi səhabələri kafir bilir.
Bu əsnada Nizamulmülk danışmaq istədi, lakin şiə alimləri ona icazə verməyib dedilər: –Ey böyük vəzir! Heç kəsin söhbətə qarışmaq haqqı yoxdur. Yalnız biz cavab verə bilmədikdə müdaxilə edə bilərsiniz. Əks halda bütün elmi mübahisə bir-birinə qarışacaq, diskusiyamız nəticə almadan başqa səmtə yönələcək.
Sonra şiə alimi, Abbasiyə üzünü tutaraq dedi: – Buna görə də aydın oldu ki, sizin “şiələr bütün səhabələri kafir bilir” – dediyiniz söz açıq-aşkar yalandır.
Abbasi cavab verə bilmədi, utandığına görə üzü qızardı. Sonra dedi: – Bu mövzudan keçək. Siz şiələr Əbubəkr, Ömər və Osmana nalayiq sözlər demirsinizmi?
Ələvi: Şiələrin bəziləri onlara nalayiq sözlər deyir, bəziləri demir.
Abbasi: Sən hansı dəstədənsən?
Ələvi: Mən nalayiq sözlər deməyən dəstədənəm, lakin əminəm ki, onlara lənət göndərənlərin özünəməxsus məntiqli dəlilləri vardır və o üç nəfərə lənət göndərmək kafir və ya fasiq olmağa səbəb olmur, hətta kiçik günah belə sayılmır.
Abbasi: Ey şah! Eşitdinizmi bu kişi nə danışır?
Ələvi: Ey Abbasi! Sözünü Şaha demək müğalitə (həqiqətə əsaslanmayan mübahisə) və çaşqınlığa salmaqdır. Şah bizi bura dəvət edib ki, biz onun güc və qüdrətini yox, dəlil-sübutlarımızı hakim edək.
Bu zaman Şah dilləndi: – Ələvinin dediyi sözlər döqrudur. Ey Abbasi, cavabın varmı?
Abbasi: Aydındır ki, kim səhabəni lənətləyib nalayiq sözlər deyərsə, kafirdir.
Ələvi: Elə bir şəxsin kafir olması sənin üçün aydındır, mənim üçün yox. Kimsə səhabəni məntiqi dəlillərə əsaslanaraq lənətləyirsə, onun kafir olmasına nə sübutunuz ola bilər? Qəbul edirsənmi ki, Peyğəmbər (s) kimi lənətləmişdirsə, o insan lənətə layiq insandır?
Abbasi: Qəbul edirəm.
Ələvi: Həzrət Peyğəmbər (s), Əbubəkr və Öməri lənətləmişdir.
Abbasi: Harada onları lənətləmişdir? Bu, Allahın Peyğəmbərinə (s) deyilən bir töhmətdir.
Ələvi: Əhli-sünnə tarixçiləri yazır ki, Peyğəmbər (s) Üsamənin sərkərdəliyi altında bir qoşun (1) toplayıb Əbubəkr və Öməri də o qoşunda qərarlaşdırdı. Sonra isə belə buyurdu:

لعن الله من تخلّف عن جيش أسامة


“Üsamənin ordusuna qoşulmaqdan imtina edən şəxsə Allahın lənəti olsun!”.(2)
Əbubəkr və Ömər həmin ordu ilə döyüşə getməkdən imtina etdi. Deməli, Peyğəmbərin (s) lənəti onlara şamil oldu və Peyğəmbərin (s) lənətlədiyi hər kəsi bütün müsəlmanlar da lənətləyə bilər.
Bu sözdən sonra Abbasi başını aşağı salıb bir söz demədi.
Bunu eşidən Məlik Şah üzünü vəzirinə tutub soruşdu: Ələvinin dediyi düzdürmü?
Vəzir: Bəli, tarixçilər bu hadisəni qeyd etmişlər.
Ələvi: Əgər səhabəyə lənət göndərmək haram və küfrə səbəb olursa, bəs nə üçün Müaviyə ibn Əbu Süfyanı kafir, fasiq və günahkar saymırsınız? Halbuki Müaviyə, səhabə olan Əli ibn Əbutalibə (ə) qırx il lənət göndərdi və sonralar da bu iş yetmiş il davam etdi.
Məlik Şah: Bu söhbəti sona yetirin və mövzunu dəyişin.

Sünni Abbasi, Ələviyə dedi: – Siz şiələrin bidətlərindən biri də Qurana inanmamağınızdır.
Ələvi: Xeyr, Qurana inanmayan sizsiniz və bu, sünnilərin bidətlərindən biridir. Dəlilim isə sizin öz sözünüzdür: “Quranı Osman bir yerə yığıb kitab halına salmışdır”.
İndi isə sizdən soruşuram: Peyğəmbər (s) Quranın pərakəndə şəkildə qalması təhlükəsindən xəbərsiz idimi onu toplayıb kitab halına salmadı və sonra Osman gəlib bu işi gördü?! (3) Bundan əlavə necə olur ki, deyirsiniz Quran Peyğəmbərin (s) zamanında yığılmamışdı, halbuki Peyğəmbər (s) öz səhabələrinə Quranı oxuyub xətm etmək əmrini vermiş və buyurmuşdur: “Kim Quranı xətm edərsə, onun üçün filan qədər savab və mükafat vardır!”.
(Peyğəmbərin (s)) pərakəndə və bir yerə yığılmamış Quranın xətminə əmr verməsi mümkündürmü?! Yəni müsəlmanlar – bütöv Quran əllərində olmadığı üçün – azğınlıq içində sərgərdan idilər və nəhayət, Osman gəlib onlara nicat verdi?!
Söhbətin bu yerində Məlik Şah yenidən üzünü vəzirə tutub dedi: – Ələvinin bu dedikləri doğrudurmu? Doğrudanmı, əhli-sünnə Osmanın Quranı toplayıb bir yerə yığdığını düşünür?
Vəzir: Təfsirçi və tarixçilər belə yazırlar. (4)
Ələvi: Ey padşah! Bilin ki, şiələr Quranın Peyğəmbərin (s) dövründə yığıldığına inanır və əlimizdəki Quranın Peyğəmbərin (s) dövründə yığılıb kitab halına salınan Quranla eyni olduğuna etiqad bəsləyir. Belə ki, ondan nə bir hərf azaldılmış və nə də ona bir hərf artırılmışdır. Amma əhli-sünnə deyir ki, Quranda artırılma-azalma olmuş və onun ayələrinin yeri dəyişmişdir. Peyğəmbər (s) onu bir yerə yığmamışdır, Osman əmir olub ümmətin işlərini öhdəsinə götürdükdən sonra Quranı bir yerə toplamışdır.
Abbasi fürsəti fövtə verməyib dedi: – Ey Padşah, eşitdinizmi bu kişi Osmanı xəlifə bilmir və onu əmir adlandırır?
Ələvi dərhal cavab verdi: – Bəli, Osman xəlifə deyildi.
Məlik Şah: Nə üçün?
Ələvi: Çünki, şiələr Əbubəkr, Ömər və Osmanın xəlifəliyini qəbul etmir və onu batil sayır.
Məlik Şah təəccüblə soruşdu: – Niyə görə?
Ələvi: Ona görə ki, Osman, Ömərin təyin etdiyi altı nəfərdən ibarət şura tərəfindən xəlifəliyə seçildi. Əlbəttə, o altı nəfərin hamısı Osmanı seçmədi, əksinə iki yaxud üç nəfər Osmanın xəlifəliyinə səs verdi. Deməli, Osmanın xəlifəliyi Ömər tərəfindən rəsmiləşdirilmişdir. (5)
Ömərin özü isə Əbubəkrin vəsiyyəti ilə xilafətə çatmışdı. Deməli, Ömərin xəlifəliyi də (Allah tərəfindən yox) Əbubəkr tərəfindən olmuşdu. Əbubəkrin xəlifə seçilməsi də kiçik bir dəstə tərəfindən qılınc və zor gücünə həyata keçmişdi. Deməli, Əbubəkrin xilafətinin təsdiq olunması (rəsmiyyəti) də silah və zor gücünə idi. Məhz buna görə də Ömər onun haqqında belə demişdi: – “Allah müsəlmanları onun şərindən qorudu. Kim bu yola yenidən qayıdarsa, onu qətlə yetirin!”.
Əbubəkrin özü həmişə belə deyərdi:


أقيلونى فلست بخيركم وعلىّ فيكم


“Məni boşlayın! Nə qədər ki, Əli sizin aranızdadır, sizin ən xeyirliniz mən deyiləm!”. (6 və 7)
Buna görə də şiələr o üç nəfərin xilafətini kökündən batil bilir.
Məlik Şah üzünü vəzirə tutub dedi: – Ələvinin Əbubəkr və Ömər haqqında dedikləri doğrudurmu?
Vəzir: Bəli, tarix yazarlar bu cür qeyd etmişlər.
Məlik Şah: Bəs nə üçün biz o üç nəfəri möhtərəm sayırıq?
Vəzir: Çünki, atalarımızın getdiyi yolu gedirik.
Ələvi Şaha dedi: – Vəzirinizdən soruşun ki, haqqın ardınca getmək doğrudur, yoxsa atalarımızın? Sizcə, Allah-taalanın buyurduğu bu ayə ata-babalardan itaət edib haqqın əleyhinə çıxanlara şamil  edənlərin haqqında deyilmi?


وَكَذَلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آثَارِهِم مُّقْتَدُونَ(8)


“Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: “Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik””.
Məlik Şah Ələviyə dedi: – Əgər o üç nəfər Peyğəmbərin (s) canişini deyilsə, bəs Peyğəmbərin (s) canişini kimdir?
Ələvi: Peyğəmbərin (s) canişini İmam Əli ibn Əbutalibdir (ə).
Məlik Şah: Hansı dəlilə əsasən o, Peyğəmbərin (s) canişinidir?
Ələvi: Ona görə ki, Peyğəmbər (s) özü onu öz canişini seçmiş və çoxlu yerlərdə onu canişini olaraq təqdim etmişdir. (9) O cümlədən, Məkkə və Mədinə arasında Qədir Xum adlanan yerdə camaatı bir yerə toplayaraq Əlinin (ə) əlini qaldırıb müsəlmanlara xitabən buyurmuşdu:


من كنت مولاه فهذا علىّ مولاه، اللّهمّ وال من والاه وعاد من عاداه وانصر من نصره واخذل من خذله


“Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi! Onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol. Ona kömək edənlərə kömək et, onu xar edənləri xar et!”.
Sonra söhbət etdiyi yerdən aşağı düşərək, yüz iyirmi min müsəlmana belə buyurdu:


سلّموا على علىّ بإمرة المؤمنين


“Əliyə “əmirəl-möminin” ünvanı ilə salam verin!”.
Müsəlmanlar da biri digərinin ardınca həzrət Əlinin (ə) yanına gəlib deyirdi: – Salam olsun sənə, ey möminlərin əmiri!
Əbubəkr və Ömər də gəlib həzrət Əliyə (ə) eyni şəkildə salam verdilər.
Ömər dedi:


السلام عليك يا امير المؤمنين! بخ بخ لك يا ابن ابى طالب! أصبحت مولاى ومولى كلّ مؤمن ومؤمنة


“Salam olsun sənə, ey möminlərin əmiri! Mübarək olsun, mübarək olsun (və ya afərin, afərin!) sənə, ey Əbutalibin oğlu! Sən indi mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”.(10)
Məhz buna görə də Peyğəmbərin (s) həqiqi və Allah tərəfindən seçilən canişini Əli ibn Əbutalibdir (ə).
Söz bu yerə çatanda Məlik Şah vəzirə dedi: – Ələvinin Peyğəmbərin (s) canişini haqqında söylədikləri doğrudurmu?
Vəzir: Bəli, tarix yazarlar və Quranı təfsir edənlər belə qeyd ediblər.
Məlik Şah əmr etdi ki, bu haqda olan mövzunu sona yetirib başqa mövzuya keçsinlər.

Abbasi Quranın təhrif olma mövzusunu açdı və Ələviyə belə dedi: – Şiələr Quranın təhrif olmasına inanır.
Ələvi: Siz dediyiniz kimi deyil, əksinə siz əhli-sünnə arasında Quranın təhrif olması, ondan azaldılıb və ona əlavə olması dillər əzbəridir.
Abbasi: Bu, açıq-aşkar yalandır!
Ələvi: Məgər siz öz kitablarınızda rəvayət etməmisinizmi “Ğəraniq” haqqında Peyğəmbərə (s) ayələr nazil oldu və sonra həmin ayələrin hökmü qüvvədən düşərək Qurandan silindi?
Bu söz Məlik Şaha ağır gəldi və vəzirindən soruşdu: – Ələvinin dedikləri doğrudurmu?
Vəzir: Bəli, təfsir alimləri bunu da qeyd etmişlər.
Məlik Şah: Təhrif olunmuş Qurana necə etibar etmək olar?!
Ələvi sözə başlayaraq dedi: – Ey şah! Biz şiələr bu sözü qəbul etmirik və bunu sünnilər deyir. Ona görə də Quran bizim yanımızda etibarlı kitabdır. Amma sünnilərin əqidəsinə əsasən Allahın kitabı olan Qurana etibar etmək olmaz.
Abbasi Ələviyə dedi: – Sizin kitablarınızda da bu qəbildən hədislər mövcuddur və sizin alimlərinizdən bəziləri Quranın təhrif olmasını qəbul edir.
Ələvi: Əvvəla, bizim kitablarımızda bu haqda olan hədislər azdır. İkincisi, şiələri pis göstərmək və onların şöhrətini sual altına almaq üçün bu hədislər şiələrin düşmənləri tərəfindən hiylə ilə hazırlanmış hədislərdir. Üçüncüsü isə bu hədislərin sənədləri zəifdir və onu rəvayət edənlər etibarlı (əmin) şəxslər deyil. Amma bizim bəzi alimlərdən nəql olunanlar elə də diqqətəlayiq deyil. Bizim böyük və etibarlı alimlərimiz Quranın təhrif olmasını qəbul etmir və sizin kimi demirlər ki, Allah bütlər haqqında ayələr nazil etmişdir:
– Allaha pənah bu sözdən – “تلك الغرانيق العلى منها الشفاعة ترجى – “Bu uca məqamlı bütlərdir ki, onların şəfaət etməsinə ümid vardır”.
Məlik Şah o iki alimin sözlərindən həqiqəti başa düşüb dedi: – Bu mövzunu dəyişin.

***

Ələvi üzünü Abbasiyə tərəf tutub dedi: – Sünnilər Allahın əzəmətinə layiq olmayan şeyləri ona nisbət verirlər.
Abbasi: Nə kimi?
Ələvi: Məsələn onlar deyirlər: Allah cisimdir və insan kimi gülür, ağlayır, əli-ayağı, gözü və s. bədən üzvləri vardır; Qiyamət günü ayağını cəhənnəm oduna salaraq (orada olanları sıxacaq ki,) başqa cəhənnəm əhli üçün də yer açılmış olsun; O, bir ulağa süvar halında göylərdən yer aləminə enəcək...
Abbasi: Bu sözün nə iradı vardır ki? Quran da açıq-aşkar buyurur:

{وَجَاء رَبُّكَ وَالْمَلَكُ صَفّاً صَفّاً}(11)

“Rəbbin gəlib mələklər səf-səf duracağı (gün)”.

{يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ}(12)


“(Yada sal) baldır açılacağı (yəni iş çətinləşəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.”

{...يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ ...}(13)


“...Allahın əli (qüdrəti) onları əlləri üzərindədir...”
Hədislərdə də gəlmişdir ki, Allah öz ayağını cəhənnəm oduna salacaq. (14)
Ələvi: Allahın cisim və maddə olması haqqında gələn hədislər biz şiələrin əqidəsinə əsasən batil, yalan və iftiradır. Çünki, Əbu Hüreyrə və onun kimilər Peyğəmbərin (s) adından bu cür yalanlar danışırdılar. Hətta iş o yerə çatdı ki, Ömər, Əbu Hüreyrəyə hədis nəql etməyi qadağan etmişdi.
Məlik Şah bunu eşidəndə vəzirindən təəccüblə soruşdu ki, Ömərin Əbu Hüreyrəyə hədis nəql etməsinə qadağa qoyması doğrudurmu?
Vəzir: Bəli! Tarixdə gəlib ki, Ömər ona hədis nəql etməyi qadağan etdi.
Məlik Şah: Belədirsə, biz necə Əbu Hüreyrənin hədislərinə etibar edə bilərik?
Vəzir: Alimlər onun hədislərinə etibar etmişlər.
Məlik Şah: Belə çıxır ki, alimlər Ömərdən daha çox bilirlər. Çünki, o, Əbu Hüreyrəyə yalan hədis nəql etdiyi üçün bu işi görməyi qadağan etdi, lakin alimlər onun hədislərinə etibar edirlər.
Söhbətin bu yerində Abbasi üzünü Ələviyə tutaraq belə dedi: – Fərz edək ki, bu haqda olan hədislər düzgün deyildir, bəs açıq-aşkar Quran ayələrinə nə deyirsən?
Ələvi: Quranın ayələri “möhkəm” (aydın və açıqlamaya ehtiyacı olmayan) və “mütəşabih” (açıqlamaya ehtiyacı olan) ayələrə bölünür. Möhkəm ayələr (Quranın dediyi kimi) Quranın əsas və təməlidir, (belə ki, başqa ayələr onlara əsasən açıqlanır). Həmçinin Quran ayələrinin zahiri və batini vardır. Buna görə də möhkəm ayələrin zahirindən istifadə edib ona tabe oluruq, amma mütəşabih ayələri, bəlağət qanununa əsasən məcaz, kinayə yaxud təqdirə əsasən mənalandırırıq. Əks halda onun mənası ağıl və şəriət tərəfindən qəbulolunmazdır. Misal üçün: əgər –وَجَاء رَبُّكَ – “Rəbbin gəldi...” – ayəsini zahirinə baxaraq qəbul etsək, ağıl və şəriətin ziddinə əməl etmiş olarıq. Çünki, ağıl və şəriət buyurur ki, Allah hər yerdədir və heç bir məkan ondan xali deyil. Halbuki, ayənin zahirindən Allahın cisim olması başa düşülür. Aydın məsələdir ki, hər bir cisim də məkana ehtiyaclıdır. Belə olan halda əgər Allah göydə olarsa, yerdə olmur və əgər yerdə olarsa, göydə olmamışdır. Bu söz ağıl və şəriət baxımından yanlışdır.
Abbasi bu aydın məntiqin qarşısında aciz və əlacsız qalıb dedi: – Mən bunu qəbul etmirəm, bizə vacibdir ki, Quranın zahirinə əməl edək.
Ələvi: Bəs “mütəşabih” ayələrlə nə edəcəksən? Bundan əlavə sən Quranın bütün ayələrinin zahirini qəbul edə bilməzsən, çünki sənin yanında oturan dostun Şeyx Əhməd Osmanın (Şeyx Əhməd Osman sünni alimlərindən idi və gözləri görmürdü) cəhənnəm əhli olması lazım gəlir.
Abbasi: Niyə görə?
Ələvi: Ona görə ki, Allah-taala Quranda buyurur:

{وَمَن كَانَ فِي هَـذِهِ أَعْمَى فَهُوَ فِي الآخِرَةِ أَعْمَى وَأَضَلُّ سَبِيلاً}(15)


“Kim bu dünyada kor olarsa, axirətdə də kor və daha azğın olacaqdır”.
Şeyx Əhməd Osman da bu dünyada kor olduğu üçün axirətdə də kor olacaqdır.
Ələvi sonra üzünü Şeyx Əhməd Osmana tutub dedi: – Siz bunu qəbul edirsinizmi?!
Şeyx Əhməd qəzəblənərək dedi: – Əsla, əsla! Ayədə kor sözündə məqsəd haqq yolundan azmaqdır.
Ələvi: İndi məlum oldu ki, Quranın bütün zahiri mənalarını qəbul etmək olmaz!
Bu arada Quranın zahiri haqqında olan söhbət və mübahisə şiddətləndi. Abbasi Ələvinin möhkəm dəlilləri müqabilində aciz qalıb cavab verə bilmədi.
Məlik Şah həqiqəti anlayıb bu mövzunun da dəyişdirilməsini istədi.

***

Ələvi “cəbr” (məcburiyyət) məsələsinə toxunaraq dedi: – Siz sünnilərin batil əqidəsindən biri də budur: Allah insanları günah və haramlara məcbur edib sonra onlara əzab verir.
Abbasi: Bu fikir doğrudur, çünki Allah-taala Quranda buyurur:


{مَن يُضْلِلِ اللّهُ فَلاَ هَادِيَ لَهُ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ}(16)


“Allah kimi (itaətsizliyinə görə) azğınlıqa salarsa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır”.

{أُولَـئِكَ الَّذِينَ طَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَارِهِمْ وَأُولَـئِكَ هُمُ الْغَافِلُونَ} (17)

“Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir”.

Ələvi: Bütün bunların Quranda olduğunu deyirsənsə, cavabı belədir: Quran məcaz və kinayədən istifadə edir, onları tanımalı və onlara uyğun ayələri mənalandırmalıyıq. Buna görə də “Allah kimi (itaətsizliyinə görə) azğınlıqa salarsa...” – ayəsində məqsəd budur ki, Allah bədbəxt insanları öz hallarına (öhdələri) buraxır ki, öz azğınlığına davam etsinlər. Bu eynilə günümüzdə işlətdiyimiz sözə bənzəyir: “Hakimiyyət öz camaatını fəsada uğratdı”. Yəni, onları öz halına buraxdı və əsla onlarla maraqlanmadı. Bu birinci cavab idi.
İkinci cavabı isə Quran açıqlayır:

{وَإِذَا فَعَلُواْ فَاحِشَةً قَالُواْ وَجَدْنَا عَلَيْهَا آبَاءنَا وَاللّهُ أَمَرَنَا بِهَا قُلْ إِنَّ اللّهَ لاَ يَأْمُرُ بِالْفَحْشَاء أَتَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ}(18)


“Onlar pis bir iş gördükləri zaman “atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir” deyərlər. De: “Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?””.


{إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِراً وَإِمَّا كَفُوراً }(19)


“Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor”.


{وَهَدَيْنَاهُ النَّجْدَيْنِ} (20)


“Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!”.
Məhz belə açıq-aydın ayələrin olmasını nəzərə alaraq, digər (mütəşabih) ayələri elə məna etməliyik ki, bunlarla ziddiyyət təşkil etməsin.
Üçüncü cavab isə belədir: Ağıl da bunu qəbul etmir ki, Allah insanları günaha vadar etsin və sonra da onları həmin günaha görə cəzalandırsın. Bu iş adi insanlardan gözlənilməzdir, o ki qala Allah-taalaya. Allah, müşrik və zalımların dediyindən daha pak və daha ucadır.
Məlik Şah dilə gəlib dedi: – Əsla, əsla mümkün deyil ki, Allah insanı günaha məcbur edib sonra da onu həmin günaha görə cəzalandırsın. Bu zülmün özüdür və Allah zülm etməkdən uzaq və pakdır.


{...وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ} (21)


 “...Allah əsla bəndələrə zülm edən deyildir”.
Amma mən sünnilərin Abbasinin dediklərini qəbul etməsini güman etmirəm. Üzünü vəzirinə tutub soruşdu: – Sünnilər bu deyilənlərə inanırlarmı?
Vəzir: Bəli, əhli-sünnə arasında bu fikir məşhurdur.
Məlik Şah: Axı, ağıla zidd olan şeyə necə inanırlar?
Vəzir: Onların da dəlil-sübutları vardır.
Məlik Şah: Nə qədər dəlil gətirsələr, ağıla sığmır və mən Ələvinin nəzərindən başqa – hansı ki, deyir: “Allah insanı küfrə və günaha məcbur etməz!” – bir şey qəbul etmirəm.
Ələvi söhbəti başqa mövzuya apararaq dedi: – Əhli sünnə deyir ki, Allahın Rəsulu (s) öz peyğəmbərliyində şəkk edirdi.
Abbasi: Bu açıq-aşkar yalandır.
Ələvi: Kitablarınızda Peyğəmbərin (s) “Cəbrail yanıma gələndə hec vaxt gecikməzdi, yalnız İbn Xəttaba (Ömərə) nazil olmasını güman etdiyim hallar istisna olmaqla, – söylədiyini yazan siz deyilsinizmi? (22)

Baxmayaraq ki, Allahın öz peyğəmbəri Məhəmməddən (s) onun peyğəmbərliyi barədə əhd-peyman alması haqqında çoxlu ayələrin mövcud olduğunu da bilirik.
Məlik Şah təəccüblə vəzirindən soruşdu: – Ələvinin əhli-sünnə kitablarında olduğunu dediyi bu hədis düzgündürmü?
Vəzir: Bəli, bəzi kitablarda mövcuddur.
Məlik Şah: Bu eynilə küfürdür.
Ələvi başqa bir mövzu açaraq Abbasiyə belə dedi: – Əhli-sünnə öz kitablarında nəql ediblər: Peyğəmbər (s) Ayişəni öz çiyninə aldı ki, təbilçilərə, şeypur çalanlara tamaşa edib əylənsin. (23).

Bu söz Peyğəmbərin (s) şəninə, məqamına yaraşan sözdürmü?
Abbasi: Bunların heç bir zərəri yoxdur.
Ələvi: Sən adi bir insan olduğun halda bu işi görərdinmi? Sən öz həyat yoldaşını təbilçilərə, şeypur çalanlara tamaşa edib əylənsin deyə çiyninə alardınmı?
Məlik Şah: Həya və qeyrətin ən aşağı mərtəbəsində olan insan bu işə razı olmaz, o ki qala qeyrət, iman və həya nümunəsi olan həzrət Peyğəmbər (s) bu işi görsün. Bu sözün sünnilərin kitablarında olması həqiqətdirmi?
Vəzir: Bəli, bəzi kitablarda qeyd olunub.
Məlik Şah: Özü öz peyğəmbərliyində şəkk edən bir peyğəmbərə biz necə iman gətirək?
Abbasi dedi: Bu hədisi təvil edib mənasını açıqlamaq və əsaslandırmaq lazımdır.
Ələvi: Bu hədis təvil edilib əsaslandırıla bilərmi? Ey şah! Əhli-sünnənin bu batil və əsassız mətləbləri, xurafatları qəbul edib ona inandığını gördünüzmü?
Abbasi: Batil mətləblər, xurafatlar deməkdə məqsədin nədir?
Ələvi: Öncədən demişdim və yenə də təkrar edirəm: 1. Allahın insan kimi əli, ayağı, hərəkəti, məkanı vardır. 2. Quran təhrifə uğrayaraq azaldılıb və artırılıb. 3. Allahın Peyğəmbəri (s) hətta sıravi insanın görmədiyi əməli yerinə yetirir, məsələn: Ayişəni çiyninə alması. 4. Peyğəmbər (s) öz peyğəmbərliyində şübhə edirdi. 5. Əli ibn Əbutalibdən (ə) öncə hakimiyyətə çatanlar öz hakimiyyətlərini isbat etmək üçün qılıncdan, gücdən istifadə edib və hakimiyyətləri ilahi və qanuni deyildi. 6. Kitablarınızda Əbu Hüreyrə və onun kimi saxta hədis düzəldənlərdən rəvayətlər nəql edilir.
Məlik Şah: Bu mövzunu da dəyişin, yeni bir mövzuya keçin.
***
Ələvi yeni mövzu açaraq dedi: – Siz əhli-sünnə adi bir insanın görmədiyi bir işi Peyğəmbərə (s) nisbət verirsiniz.
Abbasi: Məsələn, nə deyirik?
Ələvi: Misal üçün deyirsiniz ki, “Əbəsə” surəsi Peyğəmbər (s) haqqında nazil olub.
Abbasi: Nə eybi var?
Ələvi: Eybi Allahın kəlamına zidd olmasındadır, çünki Allah-taala buyurur:


{وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ }(24)


“Həqiqətən, sən böyük bir əxlaqa maliksən”.


{وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ} (25)


“(Ya Məhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”.
Sizcə, Allahın böyük bir əxlaq sahibi və aləmdəkilər üçün yalnız bir rəhmət olaraq vəsf etdiyi bir Peyğəmbərin (s) gözü görməyən bir möminlə qeyri-insani rəftar etməsi ağıla sığırmı?!
Məlik Şah: Xeyr, insanlıq və rəhmət peyğəmbərinin belə bir iş görməsi ağıla sığmaz. Amma cənab Ələvi bəs bu ayə kimin haqqında nazil olub?
Ələvi: Peyğəmbər (s) ailəsinin – hansı ki, Quran onların evində nazil olub – səhih hədislərində gəlib ki, bu surə Osman ibn Əffan haqqında nazil olmuşdur. Hadisənin şərhi belədir: İbn Ummu Məktum kor bir insan idi. (Bir gün) o, Osmanın yanına gəlir. Osman üzünü çevirib arxasını ona döndərir. Onun (Osmanın) bu rəftarının ardınca sözügedən ayələr nazil olur.


{عَبَسَ وَتَوَلَّى ** أَن جَاءهُ الْأَعْمَى} (26)


“Qaşqabağını tökdü və üz çevirdi. **Yanına korun gəlməsindən dolayı.
Bu arada məclisdə iştirak edən şiə alimi Seyid Cəmaləddin söhbətə qoşulub nəzərini bildirdi: – Bu surə haqqında maraqlı bir əhvalatım var. Məsihi alimlərindən biri mənə dedi ki, bizim peyğəmbərimiz həzrət İsa (ə) sizin peyğəmbəriniz həzrət Məhəmməddən (s) daha üstündür.
Dedim: – Nə üçün?
Dedi: – Ona görə ki, sizin peyğəmbərinizin pis əxlaqı var idi. O, kor insanların yanında qaşqabağını tökər, üzünü turşudar və onlara üz çevirərdi. Halbuki, bizim peyğəmbərimiz həzət İsa (ə) gözəl əxlaqlı olmaqla yanaşı, xora və alaca xəstələrinə də şəfa verərdi.
Dedim: – Ey məsihi, biz şiələr bu surənin bizim Peyğəmbər (s) haqqında deyil, Osman ibn Əffan haqqında nazil olduğuna inanırıq. Bizim peyğəmbərimiz həzrət Məhəmməd (s) xoş əxlaqa, bəyənilmiş xüsusiyyətlərə malik idi. Allah onun haqqında Quranda belə buyurur:

{وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ}


“(Ya Məhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”.
Məsihi alimi dedi: – Mən bu sözləri Bağdad məscidinin xətiblərinin birindən eşitmişəm.
Ələvi, Seyid Cəmaləddinin sözünə əlavə edərək dedi: – Biz şiələrin əqidəsinə əsasən bəzi dinlərini satan xain rəvayətçilər Osmanın adını təmizə çıxarmaq üçün bu surənin Peyğəmbər (s) haqqında nazil olduğunu demişlər. Çox təəccüblüdür! Bunlar Allah və Peyğəmbəri (s) adından yalan uydurmaqla öz xəlifələrinə, başçılarına bəraət qazandırırlar.
Məlik Şah: Bu mövzunu dəyişin, başqa bir mövzu açın.
***
Abbasi yeni bir mövzu açaraq Ələviyə dedi: – Şiələr, üç xəlifənin iman gətirməsini inkar edir və bu da yalan bir sözdür. Əgər onlar mömin deyildilərsə, Peyğəmbər (s) necə onların kürəkəni oldu?!
Ələvi: Şəiələr o üç xəlifənin Allaha qəlbən iman gətirmədiyini qəbul edir, baxmayaraq ki, onlar zahirdə təslim olmuş və dillərində İslamı qəbul etmişdilər. Həzrət Rəsul (s) da kəlmeyi-şəhadət verən hər kəsi müsəlman qəbul edirdi. O insan münafiq olsaydı belə, yenə də onlarla müsəlman kimi rəftar edərdi. Peyğəmbərin (s) onlara kürəkən olması da bu qəbildən idi.
Abbasi: Əbubəkrin iman gətirməməsinə dair sübutun nədir?
Ələvi: Buna dair çoxlu möhkəm sübutlar vardır. O cümlədən, Əbubəkr çox yerlərdə Peyğəmbərə (s) xəyanət etmişdir. Onlardan biri də Üsamənin rəhbərliyi ilə təşkil olunan qoşuna qoşulmaqdan imtina etməsidir. Halbuki, Quran Peyğəmbərə itaətsizlik edənlərin imanını inkar edərək buyurur:


{فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجاً مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيماً} (27)


“Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.”
Əbubəkr də Peyğəmbərin (s) əmrindən boyun qaçırıb itaətsizlik etdi. Deməli, itaətsizlərin imanını inkar edən ayə Əbubəkrə də aiddir. Bundan əlavə, Peyğəmbər (s) Üsamənin ordusundan qaçanları lənətləmişdir və öncədən də qeyd etdik ki, Əbubəkr Üsamənin ordusunda iştirak etməkdən boyun qaçırdı. Görəsən, Peyğəmbər (s) bir mömini lənətləyə bilərdimi? Əlbəttə ki, yox.
Ələvinin söhbəti bura çatanda Məlik Şah dedi: – Belə olduqda Ələvinin dediyi kimi Əbubəkrin mömin olmaması düzdür?
Vəzir: Əhli-sünnə onun orduya qoşulmaqdan boyun qaçırmasını başqa yerlərə yozur və əsaslandırmağa çalışırlar.
Məlik Şah: Allahın Peyğəmbərinin (s) əmrinə itaət etməyi başqa yerə yozmaq onun haram olmasını aradan apara bilərmi? Əgər başqa yerə yozmağa, əsaslandırmaya qalsa, hər günahkar özü üçün günahına görə bir dəlil gətirərək günahsız olduğunu iddia və isbat edər. Oğru deyəcək: yoxsul olduğum üçün oğurluq etdim; şərab içən deyəcək: çox qəmli idim şərab içdim; zinakar deyəcək və və.... belə olan təqdirdə ictimai nizam-intizam bir-birinə dəyəcək və hamı günah edəcək. Xeyr, əsla! Günahı hansısa yerə yozmaq bizim dərdimizə dəyməz.
Abbasinin üzü qızardı, bilmədi nə desin. Nəhayət, dili topuq vura-vura dedi: – Ömərin imansız olmasına dəlilin nədir?
Ələvi: Ömərin imansız olmasına dair çoxlu sübutlar vardır. Elə biri onun özünün imansız olmasını etiraf etməsidir.
Abbasi: Harada?
Ələvi cavab verdi:


ما شككت فى نبوّة محمد مثل شكّ يوم الحديبية


“Hüdeybiyyə” sülhü günündə Məhəmmədə (s) şəkk etdiyim qədər heç vaxt şəkk etməmişdim”. (28)
Onun bu sözündən anlamaq olur ki, o mütəmadi olaraq həzrət Məhəmmədin (s) peyğəmbərliyində şəkk edir və Hüdeybiyyə günü isə onun şəkki başqa günlərlə müqayisədə daha dərin, daha çox və daha böyük oldu. Bu halda – ey Abbasi – səni Allahına and verirəm! Mənə de görüm, əgər bir şəxs daima Peyğəmbərə (s) şəkk edərsə, mömin sayıla bilərmi?
Abbasi sakit duraraq xəcalətdən başını aşağı saldı.
Məlik Şah vəzirə xitabən soruşdu: – Doğrudan da Ömər bu sözləri deyib?
Vəzir: Hədis söyləyənlər belə nəql etmişlər.
Məlik Şah: Təəccüblüdür! Həqiqətən çox təəccüblüdür! Mən Öməri İslamda öndə gedənlərdən bilirdim və onun imanını nümunəvi iman sanırdım. Amma indi aydın oldu ki, onun imanın əslində şəkk-şübhə var imiş.
Abbasi, Şahın Seyid Ələvinin sözlərindən təsirləndiyini görüb dedi: – Tələsməyin hörmətli Şah! Əqidənizdə möhkəm olun, bu yalançı Ələvinin sözləri sizi aldatmasın!
Məlik Şah üzünü Abbasidən çevirib narahat halda dedi: – Bizim vəzirimiz Nizamulmülk Ələvinin dediklərini etiraf edərək Ömərin sözlərinin kitablarda qeyd olunduğunu deyir, bu axmaq isə deyir ki, o yalançıdır. Bu inadkarlıq və düşmənçilik deyilmi?
Məclisi qorxulu bir sükut bürüdü. Məlik Şah qəzəbləndi. Abbasi və digər sünni alimləri başlarını aşağı saldı. Vəzir də sükuta qərq oldu. Yalnız Ələvi başıuca Şaha baxaraq nəticəni gözləyirdi!
Abbasi çətin anlar yaşadı, xəcalətinin şiddətindən yerin aralanmasını, ora girməsini və ölüm mələyinin onun canını almasını istəyirdi. Çünki, onun təriqətinin (məzhəb) batil, etiqadının xurafat olması Şah, vəzir, başqa alim və böyüklərin yanında aşkar olmuşdu. Amma, nə etsin? Padşah sual-cavab və haqqı batildən ayırmaq üçün onu məclisə dəvət etmişdi. Buna görə də gücünü toplayaraq başını qaldırıb dedi: – Ey Ələvi! Osmanın qəlbən iman gətirmədiyini necə deyə bilərsən, halbuki Peyğəmbər (s) öz iki qızı Rüqəyyə və Ümmü-Gülsümü ona ərə vermişdi?
Ələvi: Onun da imansız olmasına dair sübutlar çoxdur, yalnız bu mətləblə kifayətlənirəm: Aralarında səhabələrdən də olan müsəlmanlar onun əleyhinə toplaşaraq onu öldürdülər və siz özünüz rəvayət etmisiniz ki, Peyğəmbər (s) buyurub: “Mənim ümmətim xəta və yanlış üzərində toplaşmaz!”. Bəs, aralarında səhabələrdən də olan müsəlmanlar mömin bir şəxsin əleyhinə toplanıb qətlinə fərman verdilər”.
Difər tərəfdən, Ayişə onu yəhudiyə bənzədərək qətlinə fərman verib deyirdi:

اقتلوا نعثلا فقد كفر، اقتلوا نعثلا قتله الله...(29)


“Nəsəli (yəhudi bir kişinin adı idi) öldürün ki, şübhəsiz o kafir olmuşdur! Nəsəli öldürün! Allah onu öldürsün!”.
Həmçinin, Osman Peyğəmbərin (s) əziz səhabələrindən olan Abdullah ibn Məsudu o qədər vurdu ki, daxilində yırtıq yarandı və xəstələndi. Sonda da həmin xəstəliyin nəticəsində dünyadan köçdü.
Daha bir nümunə: Peyğəmbərin (s), haqqında “Əbuzərdən düzgün (red: düzdsanışan) bir kəsə səma kölgə salmadı, yer onu öz üstündə gəzdirmədi” – deyə buyurduğu yüksək məqamlı səhabəsi Əbuzəri də Osman sürgün etdi.


)ما أظلّت الخضراء ولا أقلّت الغبراء على ذى لهجة أصدق من أبى ذر(


Onu bir-iki dəfə Mədinədən Şama, sonra da Mədinə və Məkkə arasında yerləşən susuz, otsuz-ələfsiz Rəbəzə çölünə sürgün etdi. Sonunda Əbuzər susuzluq və aclıqdan orada dünyadan köçdü.
Həmin vaxtlar beytul-mal Osmanın əlində idi, müsəlmanların mallarını Bəni-Üməyyə və Mərvanın nəslindən olan qohumları arasında bölüşdürürdü.
Məlik Şah vəzirinə üz tutub dedi: – Ələvi düz deyirmi?
Vəzir: Tarix yazarlar bu hadisəni kitablarında qeyd etmişlər.
Məlik Şah: Bəs necə oldu ki, müsəlmanlar onu xəlifə seçdilər?
Vəzir: Osman “Şura” vasitəsilə xəlifə seçildi.
Ələvi, vəzirin cavabından narahat olub dedi: – Cavab verməyə tələsməyin cənab vəzir, düzgün olmayan şeyi danışmayın!
Məlik Şah təəccüblə soruşdu: – Ey Ələvi nə deyirsiniz?
Ələvi: Vəzir öz sözündə səhvə yol verdi. Osman yalnız Ömərin vəsiyyəti ilə hakimiyyətə gəldi və onun seçimi yalnız üç münafiqin – Təlhə, Səd ibn Əbi Vəqqas və Əbdurrəhman ibn Ovf – vasitəsilə oldu. Bu üç münafiq bütün müsəlmanların rəyini özündə əks etdirə bilərmi?

Tarix kitabları yazır: Bu üç nəfər də Osmanın həddini aşdığını, Peyğəmbər (s) səhabələrinin hörmətinin saxlanmadığını, müsəlmanların işlərində yəhudi Kə`bul-Əhbar ilə məsləhətləşdiyini və onların mallarını Mərvan övladları arasında böldüyünü görəndə, ondan üz döndərib camaatı Osmanı öldürməyə təhrik etdilər.
Məlik Şah vəzirinə dedi: – Ələvinin sözləri doğrudurmu?
Vəzir: Bəli, tarixçi alimlər belə qeyd etmişlər.
Məlik Şah: Bəs, necə oldu ki, “O, şura vasitəsilə xəlifə seçildi” – dediniz?
Vəzir: Mən şura dedikdə, o üç nəfəri nəzərdə tuturdum.
Məlik Şah: Üç nəfərin seçkisini şura adlandırmaq olarmı?
Vəzir: Peyğəmbər (s) o üç nəfəri cənnətlə müjdələmişdir.
Ələvi bu sözü eşitcək qəzəblə dedi: – Səbr edin, cənab vəzir! Düzgün olmayan sözü dilinizə gətirməyin! “Əşərətun mübəşşirə” – “Müjdələnmiş on nəfər” (30) hədisi Peyğəmbərin (s) adından deyilən yalan və iftiradır.
Abbasi: Siz necə bu hədisi inkar edirsiniz, halbuki etibarlı hədisçilər onu nəql etmişdir.
Ələvi: Bu hədisin yalan və batil olmasına dair çoxlu sübutlar vardır ki, mən yalnız onlardan üçünü qeyd edirəm:
Birincisi, Peyğəmbər (s) onu incidən şəxsə, yəni Təlhəyə necə cənnət müjdəsi verə bilər? Hansı ki bəzi tarixçi və təfsirçilər Təlhənin belə dediyini qeyd etmişlər: “Peyğəmbər dünyadan getdikdən sonra onun xanımları ilə evlənəcəyəm” və ya “Ayişə ilə evlənəcəyəm”.
Həzrət Rəsul (s) onun sözünü eşitdikdə, incidi və narahat oldu. Allah-taala da bu ayəni nazil etdi:


{...وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَداً إِنَّ ذَلِكُمْ كَانَ عِندَ اللَّهِ عَظِيماً} (31)


“...Sizə yaraşmaz ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla icazə verilmir ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır)”.
İkincisi, Təlhə və Zübeyr, Əli ibn Əbutalib (ə) ilə müharibə etdi, halbuki Peyğəmbər (s) həzrət Əlinin (ə) haqqında buyurmuşdu:


يا على حربك حربى وسلمك سلمى


“Ya Əli! Sənin müharibən mənim müharibəm, sənin sülhün mənim sülhümdür”. (32).


من أطاع علياً فقد أطاعنى ومن عصى علياً فقد عصانى


“Əliyə itaət edən mənə itaət etmişdir və Əliyə qarşı üsyan edən mənə üsyan etmişdir”. (33).

علىّ مع القرآن والقرآن مع على لن يفترقا حتى يردا علىّ الحوض


“Əli Quran ilə, Quran da Əli ilədir, o ikisi Kövsər hovuzunun başında mənə qovuşana qədər bir-birindən ayrılmazlar”. (34).


على مع الحقّ والحقّ مع على يدور معه الحق حيثما دار


“Əli haqq ilə, haqq da Əli ilədir. Harada Əli vardırsa, haqq da onunladır”. (35).
Sizcə, Peyğəmbərə (s) qarşı çıxan, onunla müharibə edən cənnətə gedəcəkmi? Haqla, Quranla müharibə aparan kəs mömin sayılarmı?
Üçüncüsü, Təlhə və Zübeyr Osmanın qətlində iştirak etmişlər. Sizcə, Osman, Təlhə və Zübeyrin (ölən və öldürənlər birlikdə) cənnətdə olması mümkündürmü? Halbuki bir-birlərilə vuruşmuşdular. Peyğəmbər (s) bir hədisdə buyurur:


القاتل والمقتول كلاهما فى النار


“Qatil (öldürən) və məqtul (ölən) hər ikisi atəşdədir”.


Məlik Şah təəccüblə vəzirindən soruşdu: – Ələvinin bütün dedikləri doğrudurmu?
Burada vəzir sakit durub bir söz demədi. Abbasi və yoldaşları da sakit dayanıb bir söz demədi. Nə desinlər?! Haqqı desinlər?! Şeytan icazə verərmi haqqı etiraf etsinlər? Pisliklərə əmr edən nəfs qoyarmı ki, həqiqətin və haqqın qarşısında təslim olsunlar? Güman edirsən haqqı etiraf etmək rahat işdirmi? Əsla! Həqiqətən çətin bir işdir! Çünki, bunun üçün ilk öncə öz cahil təəssübkeşliyini və nəfsani istəklərini ayaq altına atmaq lazımdır, halbuki az bir dəstədən ibarət olan möminlərdən başqa camaat öz batil nəfsani istəklərinin dalınca düşüblər....
Ələvi sükutu pozaraq dedi: – Ey Şah! Hörmətli vəzir, Abbasi və bütün əhli-sünnə alimləri mənim sözlərimin düzgünlüyündən xəbərdardır və əgər məni inkar etsələr, şübhəsiz Bağdadda olan alimlər mənim sözümün düzgünlüyünə şəhadət verəcək. Bu mədrəsənin kitabxanasında elə kitablar vardır ki, mənim sözümün düzgünlüyünə şəhadət verir. Əgər buradakı alimlər mənim sözümü təsdiqləsələr, daha yaxşı olar. Əks halda mən elə indicə həmin kitabları, hədis qaynaqlarını, şahidləri gətirməyə hazıram.
Məlik Şah vəzirə üzünü tutub dedi: – Ələvinin söylədiklərinin hədis qaynaqlarında, kitablarda qeyd olunması doğrudurmu?
Vəzir: Bəli, onun sözləri doğrudur.
Məlik Şah: Bəs nə üçün əvvəldə sakit durdun?
Vəzir: Çünki, mən Peyğəmbərin (s) səhabələrini məzəmmət edərək onlardan səhv tutmaq istəmirəm.
Ələvi, vəzirin sözlərinin yanlış olduğunu önə çəkərək dedi: – Qəribədir, sən onların səhvlərini tutmaq istəmirsən, halbuki Allah və Peyğəmbərin (s) bu işdən acığı gəlmir. Allah Quranda bəzi səhabələri münafiq tanıtdırmış və Peyğəmbərinə (s) əmr etmişdir ki, kafirlərlə vuruşduğu kimi onlarla da vuruşsun. Peyğəmbərin (s) özü belə bəzi səhabələrini lənətləmişdir.
Vəzir: Ey Ələvi! Alimlərin “Bütün səhabələr ədalətlidir”. – sözünü eşitməmisənmi?
Ələvi: Bu sözü eşitmişəm. Amma bilirəm ki, yalan və iftiradır. Çünki, necə bütün səhabələr adil ola bilər, halbuki bəzilərini Allah-taala, bəzilərini də Peyğəmbər (s) lənətləmişdir, hətta onlar bir-birilərini lənətləmişlər; onlardan bir dəstəsi başqa bir dəstə ilə döyüşmüş, bir dəstəsi o biri dəstəyə qarşı nalayiq ifadələr işlətmiş və başqa bir dəstə isə digər bir dəstəni qətlə yetirmişdir.
Burada bütün qapıları üzünə bağlı görən Abbasi, başqa qapıdan girməyə çalışaraq dedi: – Ey şahım! Bu Ələvidən soruşun ki, əgər xəlifələrin imanı yox idisə, müsəlmanlar necə onları xəlifə kimi seçib onlara tabe olmuşlar?
Ələvi, Abbasinin sözünə cavab olaraq dedi: – Birincisi, müsəlmanların hamısı onları xəlifə kimi qəbul etmir, yalnız sünnilər onları qəbul edir.
İkincisi, onların xəlifəlyini qəbul edənlər iki dəstədir:
a)    cahillər b) inadkarlar
Ona görə ki, onların çirkin əməllərindən, gizli işlərindən xəbərsiz idilər, onları pak və imanlı bir insanlar kimi tanıyırdılar. İnadkarlıqları isə onlara dəlil-sübut təqdim edildikdə qəbul etmirdilər.

{سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِن يَرَوْاْ كُلَّ آيَةٍ لاَّ يُؤْمِنُواْ بِهَا وَإِن يَرَوْاْ سَبِيلَ الرُّشْدِ لاَ يَتَّخِذُوهُ سَبِيلاً وَإِن يَرَوْاْ سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلاً ذَلِكَ بِأَنَّهُمْ كَذَّبُواْ بِآيَاتِنَا وَكَانُواْ عَنْهَا غَافِلِينَ }


“Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam. Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir”.


{ وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْراً وَإِن يَرَوْاْ كُلَّ آيَةٍ لاَّ يُؤْمِنُواْ بِهَا حَتَّى إِذَا جَآؤُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُواْ إِنْ هَذَا إِلاَّ أَسَاطِيرُ الأَوَّلِينَ}


“Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər “bu, (Quran) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir” deyəcəklər”. (36)
Həmçinin buyurur:


{إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ} (37)


“(Ya Rəsulum!) kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməyəcəklər”.

Üçüncüsü isə onları xəlifə seçənlər öz seçimlərində səhvə yol verdilər, necə ki, məsihilər həzrət İsanı (ə) Allahın oğlu bilməklə səhvə yol verdilər. Onlar belə dedilər:


"المسيح ابن الله"


“Məsih (İsa) Allahın oğludur”. (“Tövbə” surəsi, ayə 30)
Həmçinin yəhudilər də Üzeyiri (ə) Allahın oğlu bildilər və dedilər:


"عزير ابن الله"


“Üzeyir Allahın oğludur”. (“Tövbə” surəsi, ayə 30)
İnsan Allah və onun peyğəmbərinə itaət etməli, haqqın dalınca getməlidir. Camaatın dalınca getməməlidir, hansı ki camaat batil və səhv yola düşə bilir. Belə ki, Allah-taala Quranda buyurur:


{قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ...} (38)


“De: Allaha itaət edin və onun peyğəmbərinə itaət edin...”.
Həqiqəti dərk edən Məlik Şah dedi: – Bu söhbəti dayandırın, yeni mövzuya keçin.
Ələvi Abbasiyə dedi: – Sünnilərin səhvlərindən biri də Əli ibn Əbutalibi (ə) buraxıb keçmişdəkilərin sözlərinə itaət etmələridir.
Abbasi: Bu iş nəyə görə səhv sayılır?
Ələvi: Çünki, Peyğəmbər (s) o üç nəfəri deyil, Əli ibn Əbutalibi (ə) öz canişini olaraq təyin etmişdi.
Ələvi üzünü Şaha tutub sözünə davam etdi: – Hörmətli Şah! Əgər siz kimisə öz yerinizə canişin təyin etsəniz, vəzir-vəkillərə, dövlət məmurlarına ona tabe olmaları lazımdır, yoxsa onu taxtdan salıb başqasını sənin canişin seçməlidirlər?
Məlik Şah: Təbii ki, mənim təyin etdiyim canişinə itaət etmələri lazım və vacibdir.
Ələvi: Şiələr də bu şəkildə əməl etmişlər. Onlar Allahın əmri ilə Peyğəmbərin (s) təyin etdiyi bir xəlifənin ardınca getdilər. O xəlifə də Əli ibn Əbutalib (ə) idi. Ondan başqalarını isə tərk etdilər.
Abbasi, sünnilərin əməllərinin müdafiəsinə qalxaraq dedi: – Əli ibn Əbutalib (ə) xəlifə olmağa layiq deyildi, çünki onun yaşı az idi. Digər tərəfdən də müharibələrdə ərəb böyüklərini və igidlərini öldürmüşdü. Buna görə də ərəblər onun xilafətini qəbul etməzdi. Amma onun əksi olaraq, Əbubəkrin yaşı çox idi və döyüşlərdə kimsəni öldürməmişdi.
Ələvi: Ey Şah! Eşitdinizmi, Abbasi deyir ki, camaat səlahiyyətli şəxsi təyin etməkdə Allah və Peyğəmbərindən (s) daha elmlidir. Çünki, o, Allah və Rəsulunun (s) Əli ibn Əbutalibi (ə) xəlifəliyə təyin etməklə bağlı sözlərini qəbul etmir. Əksinə, bir qrup camaatın Əbubəkrin daha səlahiyyətli olması ilə bağlı dedikləri sözləri qəbul edir. Sanki, alim və hikmət sahibi olan Allah daha səlahiyyətli və daha üstün şəxsi tanımır və bir qrup cahil camaat da gəlib daha səlahiyyətlini seçir! Məgər, onlar Allahın belə buyurduğunu eşitməyiblər?


{وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْراً أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالاً مُّبِيناً} (39)


“Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz (və şərən içazəli və əqlən rəva deyildir ki,) Allah və Onun Rəsulu bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə, şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür”.
Məgər, Allah belə buyurmur?


{يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ ...} (40)


“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin (s) dəvətini qəbul edin...”
Abbasi: Əsla! Mən demədim ki, camaat Allah və Peyğəmbərindən (s) daha biliklidir.
Ələvi: Belə olan təqdirdə daha sənin sözünün yeri yoxdur. Çünki, əgər Allah və Peyğəmbəri (s) bir şəxsi xilafət və imamət məqamına seçirsə, ona itaət etmək vacibdir, istər camaat onu bəyənsin, istər bəyənməsin.
Abbasi: Əli ibn Əbutalibin xəlifəliyə ləyaqəti az idi.
Ələvi: Əvvəla, sənin sözünün mənası budur ki, Allah Əli ibn Əbutalibi (ə) yaxşı tanımırdı və onun üstünlüyünün azlığından xəbərsiz idi və bilmədən onu xilafətə layiq bildi. Bu ki, açıq-aşkar küfrdür.
İkincisi, xilafətin şərt və xüsusiyyətləri kamil şəkildə Əli ibn Əbutalibdə (ə) toplanmışdı, halbuki, başqalarında bu üstünlüklər, bu xüsusiyyətlər yox idi.
Abbasi: O xüsusiyyətlər nə idi?
Ələvi: İmam Əlinin (ə) gözəl xüsusiyyətləri və üstünlüyü olduqca çoxdur. Ən birinci üstünlüyü elə bunda idi ki, Allah və Peyğəmbəri (s) tərəfindən xəlifə seçilmişdi.
Digər üstünlüyü budur ki, bütün sahələrdə o biri səhabələrdən daha alim və daha üstün idi. Hansı ki Peyğəmbər (s) onun haqqında buyurur:

اقضاکم علي


“Qəzavət işlərində sizin ən bilikliniz Əlidir (ə)”. (41)
Ömər ibn Xəttab da deyir:

اقضانا علي


“Qəzavət işlərində içimizdə ən elmlisi Əlidir (ə)”. (42)
Həmçinin həzrət Peyğəmbər (s) buyurur:


أنا مدينة العلم وعلىّ بابها فمن أراد المدينة والحكمة فليأت الباب


“Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Elm və hikmətə yiyələnmək və şəhərə daxil olmaq istəyən, onun qapısından girməlidir”. (43)
Həzrət Əli (ə) özü belə buyurur:


علّمنى رسول الله ألف باب من العلم يفتح لى من كل باب ألف باب

“Allahın Peyğəmbəri (s) mənə elmdən min qapı öyrətdi ki, hər qapıdan da min qapı açılır”.
Təbiidir ki, alim cahildən daha öndədir. Allah-taala Quranda bu barədə buyurur:

{...قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ...} (44)


“...De: “Məgər bilənlərlə bilməyənlər birdirlər?”...”
Üçüncü xüsusiyyəti, onun başqalarına ehtiyacı olmaması idi. (İmam Əli (ə)) Hökm verdikdə başqalarına müraciət etmirdi, əksinə başqaları buna ehtiyaclı idi. Məsələlər, hadisələr önə çıxanda ona müraciət edirdilər. Əbubəkr özü deyib:


أقيلونى فلست بخيركم وعلىّ فيكم


“Məni boşlayın! Nə qədər ki, Əli sizin aranızdadır, sizin ən xeyirliniz mən deyiləm!”. (45).
Məgər, Ömər yetmiş dəfə belə deməyib:
 

لولا علي لهلک عمر


“Əli olmasaydı, Ömər həlak olardı”. (46).


لاابقاني الله لمعضلة لست فيها يا ابا الحسن


“Ey Əbulhəsən, Allah məni sən olmadığın müşküllər içərisində buraxmasın”.


لا يفتينّ أحد فى المسجد وعلىّ حاضر


“Əli məsciddə olduğu təqdirdə, kimsənin hökm (fitva) vermək yoxdur”. (47).
Dördüncü üstünlük və xüsusiyyət: Əli ibn Əbutalib (ə) heç vaxt Allaha qarşı günah etmədi, Allahdan başqasına ibadət etmədi, ömründə bir dəfə də olsun belə bütlərə səcdə etmədi. Amma o üç nəfər Allaha qarşı günah da etdi, ondan başqasına ibadət də etdi və bütlərə də səcdə etdi. Allah isə Quranda buyurur:


{...قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ} (48)


“...Dedi: – Mənim əhdim zalımlara nəsib olmaz!”.
Aydındır ki, günahkar zalımdır, zalımın da Allahın əhd-peymanı olan peyğəmbərlik və imamət məqamına çatmağa ləyaqəti yoxdur.
Həzrət Əli ibn Əbutalibin (ə) beşinci üstünlük və xüsusiyyəti budur ki, onun sağlam təfəkkürü, dərin ağlı, doğru və düzgün nəzərləri vardı. Bunların hamısı İslamdan qaynaqlanırdı, halbuki başqaları yanlış təfəkkürlərini şeytandan alırdı. Elə buna görə də Əbubəkr deyirdi:


إنّ لى شيطاناً يعترينى


“Mənimlə olan bir şeytanım vardır ki, həmişə sorağıma gəlir”. (49)
Ömər də çox yerdə Peyğəmbərə (s) itaətsizlik etmişdir. Osman da zəif iradəli, nəzər sahibi olmayan bir insan idi, belə ki, ətrafında olan fasid və imansız insanlar ona təsir və nüfuz etmişdilər. Onlardan biri də “qurbağa oğlu qurbağa” (Mərvan ibn Həkəm) idi. Peyğəmbər (s) onu və nəslini (möminləri istisna olmaqla) lənətləmişdir. Kəbul-Əhbar kimi şəxslər Osmanın ətrafında toplaşmışdı.

Bu sözlərə mat qalmış Məlik Şah təəccüblə vəzirindən soruşdu: – Əbubəkrin “Mənimlə olan bir şeytanım vardır ki, həmişə sorağıma gəlir”. – deməsi doğrudurmu?
Vəzir: Bu mətləb kitablarda mövcuddur.
Məlik Şah: Ömərin Peyğəmbərə (s) itaətsizliyi də doğrudur?
Vəzir: Gərək Ələvidən soruşaq bu sözü deməkdə məqsədi nədir?
Ələvi: Əhli-sünnə kitablarında çoxlu yerlərdə qeyd etmişlər ki, Ömər çox yerlərdə Peyğəmbərin (s) rəyini qəbul etməmiş və həzrətə itaətsizlik etmişdir. Onlardan bəzilərini nəzərinizə çatdırırıq: a) Peyğəmbər (s) Abdullah ibn Übəyyin cənazəsinə namaz qılmaq istəyəndə Ömər kobudcasına Həzrətə (s) etiraz etdi, belə ki, Allahın Rəsulu (s) ondan incidi. (50) Halbuki, Allah-taala buyurur:

{...وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ} (51) “

"...Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır”.

b) Həzrət Peyğəmbər (s), “təməttö ümrəsi” ilə “təməttö həcci” arasında fasilə salınmasına göstəriş verdi, eyni zamanda bu fasilədə ər-arvadın bir-birinə yaxın olmasına da icazə verdi. (“Bəqərə” surəsi, 196-cı ayənin təfsirinə müraciət edin.) Bu zaman Ömər xoşagəlməz bir ifadə ilə Peyğəmbərə (s) etiraz edib dedi:

أ نحرم ومذاكيرنا تقطر منياً؟

Peyğəmbər (s) onun cavabında buyurdu: “Sən heç zaman bu hökmə iman gətirməyəcəksən”. Peyğəmbər (s) bu cümləsi ilə bildirmək istəyirdi ki, Ömər hökmlərin bəzilərinə iman gətirmiş, bəzilərini inkar edən kəslərdəndir.
c) Geniş yayılmış və halal olan müvəqqəti nigah (siğə) məsələsində Ömər xilafətə çatdıqdan sonra dedi:

متعتان كانتا على عهد رسول الله وأنا أحرمهما وأعاقب عليهما

“İki mütə (təməttö həcci və müvəqqəti izdivac) Peyğəmbərin (s) zamanında halal idi və mən onları haram edirəm, bunu edəni cəzalandıracağam!”. Halbuki Allah-taala buyurur:

{...فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً...)

(52) “...Bəhrələndiyiniz (mütə etdiyiniz) qadınların mehrlərini vacib (mal) olaraq ödəyin!...” Təfsirçilər bu ayənin mütənin icazəli olması ilə bağlı nazil edildiyini vurğulayırlar. Səhabə buna əməl edirdi, geniş yayılmış və halal bir əməl idi. Hətta Ömərin xilafəti dövründə də buna əməl olunurdu. Amma o, bəzi məqsədlərə görə onu haram etdi. Bu səbəbə görə zina və günah yayıldı. (53) Ömər bu işi haram etməklə Allahın hökmünü aradan götürdü  və nəticədə bu ayə ona da şamil oldu:

{...وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ} (54)

“...Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!”.
d) Öncədən də qeyd etdiyimiz kimi Hüdeybiyyə sülhü və başqa yerlərdə Ömər Peyğəmbərə (s) itaətsizlik etdi və onu öz kobud sözləri ilə incitdi. (Bu barədə nümunələr çoxdur.)
Məlik Şah: Həqiqət budur ki, mən də müvəqqəti evliliyi bəyənmirəm.
Ələvi: Bunun İslamın qanuni bir hökmü olduğunu qəbul edirsənmi?
Məlik Şah: Xeyr, qəbul etmirəm.
Ələvi: Bəs, ayənin mənasını, həmçinin Ömərin sözlərini necə izah edirsiniz?

{...فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً...)

“...Bəhrələndiyiniz (mütə etdiyiniz) qadınların mehrlərini vacib (mal) olaraq ödəyin!...

” متعتان كانتا على عهد رسول الله وأنا أحرمهما وأعاقب عليهما"

“İki mütə (təməttö həcci və müvəqqəti izdivac) Peyğəmbərin (s) zamanında halal idi və mən onları haram edirəm, bunu edəni cəzalandıracağam!”. Sizcə, Ömərin sözündən başa düşmək olmurmu ki, qadınların mütəsi (müvəqqəti evlilik) Peyğəmbər (s), Əbubəkr və hətta Ömərin xilafəti vaxtı da icazəli idi, lakin Ömər onu qadağan edərək qarşısını aldı? Bundan əlavə, mütənin halal və icazəli olmasına dair başqa sübutlar da mövcuddur. Cənab padşah! Ömər özü də mütə edirdi. Abdullah ibn Zübeyr də mütədən dünyaya gəlmişdi.

Məlik Şah nəfsinin istəyi ilə dəlillərin qəbulu arasında qalıb vəzirə üzünü tutaraq dedi: – Nizamulmülk! Sən nə deyirsən?

Vəzir: Ələvinin dəlilləri düzgün və iradsızdır. Amma Ömər onu qadağan etdiyi üçün onu qəbul etmək bizə vacibdir. Ələvi: Sizə Allahın Rəsuluna (s) itaət etmək lazımdır, yoxsa Ömər ibn Xəttaba? Bu ayələri oxumamısınızmı? Belə ki, Allah-taala buyurur:

{...وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ}(55)

“...Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif) götürün və sizə nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir”.

{قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِن تَوَلَّوا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ } (56)

“De: “Allaha itaət edin və Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır”.

{لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ...}(57)

“Həqiqətən, Allahın Rəsulunda sizlər üçün gözəl örnək vardır...” Peyğəmbərin (s) bu məşhur hədisini eşitməmisinizmi?

حلال محمد(صلى الله عليه وآله وسلم) حلال إلى يوم القيامة وحرام محمد(صلى الله عليه وآله وسلم) حرام إلى يوم القيامة

“Məhəmmədin (s) halalı Qiyamət gününə qədər halaldır və Məhəmmədin (s) haramı Qiyamət gününə qədər haramdır”.
Məlik Şah: Mən İslamın bütün hökmlərini qəbul edirəm. Amma mütənin qanuni (şəriət baxımdan halal) olmasının hikmətini bilmirəm. Sizlərdən kimsə heç razı olarmı ki, qızını və ya bacısını bir neçə saatlıq bir kişinin ixtiyarında qoysun? Bu çirkin iş deyilmi?
Ələvi: Nə danışırsınız cənab Məlik Şah! İnsan, qızının və ya bacısının bir kişi ilə daimi izdivacına razı olarmı, baxmayaraq ki, o kişinin bir neçə saat ondan fadalandıqdan sonra ona talaq verməsini bilir?
Məlik Şah: Bu işi bəyənmirəm.
Ələvi: Amma əhli-sünnə bu daimi evliliyi və ondan sonrakı talaqı düzgün sayır. Deməli, müvəqqəti evliliklə daimi evlilik arasında fərq yoxdur. Fərq yalnız bundadır ki, müvəqqəti evlilikdə ayrılmaq təyin edilmiş müddətin tamam olması ilə sona yetir, daimi evlilikdə isə talaq verməklə bu izdivac sona yetir. Başqa sözlə desək, müvəqqəti evlilik icarə kimi, daimi evliliksə mülkiyyət kimidir. Buna görə də müvəqqəti evlilik qanununda yanlışlıq yoxdur. Hansı ki, cismin ehtiyaclarını aradan qaldıran bir qanundur. Necə ki, daimi evlilik qanunu talaq verilməklə sona yetir və burada heç bir irad yoxdur. Ey Şah, indi sizə bir sualım var: ərlərini itirmiş dul qadınlar – belə ki, heç kəs onlardan elçilik etmir – haqqında nə deyirsiniz? Sizcə, müvəqqəti evlilik onları fəsad və günahdan saxlamaq üçün yeganə çıxış yolu deyilmi? Bəs, evlənməyə şəraitləri, imkanları olmayan gənclər haqqında nə deyirsiz? Sizcə, müvəqqəti izdivac cinsi istəklərin alovunu söndürmək və günahdan amanda qalmaq üçün yeganə çıxış yolu deyilmi? Müvəqqəti evlilik zinadan, homoseksualizmdən, çirkin adətlərdən daha pisdirmi? Ey şah! Mən əminəm ki, hər bir zina, ləvat və istimna (onanizm) kimi günahlarda Ömər də şərikdir. Çünki, o, müvəqqəti evliliyi qadağan etdi və onu yerinə yetirənlərin qarşısını aldı. Bunu hədislər də təsdiqləyir: “Ömər müvəqqəti evliliyi (mütəni) qadağan edəndən sonra camaat arasında zina çoxaldı”. Ey Şah! Siz ki, deyirsiniz “ondan xoşum gəlmir”, İslam heç kimsəni bu işə (əməl) məcbur etməmişdir.

Ey Şah! Siz ki, deyirsiniz “ondan xoşum gəlmir”, İslam heç kimsəni bu işə (əməl) məcbur etməmişdir. Həmçinin, məcbur deyilsən qızını bir saatdan sonra talağını verən bir kişi ilə evləndirəsən. Bundan əlavə, siz və digərlərinin bir işə rəğbətinin olmaması, o işin haram olmasına dəlil ola bilməz. Çünki, Allahın hökmü sabitdir, camaatın nəzər və istəkləri ilə təyin olunmur.
Məlik Şah Ələvinin cavab və dəlillərini eşidəndə, cavab verə biləcək sözü olmadı, ona görə də vəzirinə üzünü tutub dedi: – Ələvinin, müvəqqəti evlilik haqqında dəlilləri olduqca möhkəmdir!
Vəzirin də Ələvinin dəlilləri müqabilində sözü olmadığı üçün öz əvvəlki sözünü təkrar edərək dedi: – Amma alimlər Ömərin sözünə itaət etmişlər.
Ələvi vəzirin təkrar sözündən qəzəblənərək dedi: – Əvvəla, Ömərin sözünə yalnız sünni alimləri itaət etmişlər, nə bütün alimlər. İkincisi, Allah və Peyğəmbərin (s) sözünə itaət etmək vacibdir yoxsa Ömərin? Üçücüsü isə, hətta sizin öz alimləriniz belə Ömərin sözünə müxalif olmuşlar.
Vəzir: Necə?
Ələvi: Ömər demişdi ki, “İki mütə Peyğəmbərin (s) zamanında halal idi, mən onları haram edirəm: həcc mütəsi və qadın mütəsi”. Əgər Ömərin dediyi söz düzdürsə, bəs nə üçün alimləriniz həcc mütəsi haqqında ona itaət etmədilər və onun qadağasına baxmayaraq “həcc mütəsi düzgündür!” – dedilər?
Əgər Ömərin sözü səhvdirsə, bəs nə üçün alimləriniz qadın mütəsinin qadağasında onun rəyinə uyğun fətva verdilər?
Cavabı olmayan vəzir naçar qalıb sakit durdu.
Məlik Şah vəzirinin bu halından məyus olaraq məclisdə oturanlara üzünü tutub dedi: – Nə üçün Ələvinin cavabını vermirsiniz?
Şeyx Həsən əl-Qasimi adlı şiə alimi dedi: – Ömər və tərəfdarları haqqında gətirilən dəlillərin hamısı möhkəmdir. Buna görə də onların cənab Ələviyə – Allah onu qorusun! – verəcək cavabları yoxdur.
Məlik Şah kimsənin cavabı olmadığını görüb sakitləşərək dedi: – Yaxşı daha bu mövzunu dəyişin və başqa bir mövzuya keçin.
Abbasi, Ömərin ölkələri fəth etməsini önə çəkərək dedi: – Şiələr elə düşünür ki, Ömərin heç bir fəzilət və üstünlüyü yoxdur, halbuki onun ölkələri fəth etməsi kifayət qədər fəzilətli olmasından xəbər verir.
Ələvi: Bizim bunun üçün kifayət qədər cavabımız vardır. Birincisi, padşahlar, hakimlər öz ərazilərini genişləndirmək və nüfuzlarını artırmaq üçün fəthlər edirlər. Başqa ölkələri fəth edib öz ölkəsinin ərazilərini genişləndirmək nə vaxtdan fəzilət sayılıb?
İkincisi, fərz edək fəthlər fəzilət və üstünlükdür, bu, Peyğəmbərin (s) xilafətinin qəsb olunmasına və Ömərə bəraət qazandırılmasına əsas verə bilərmi? Halbuki, Peyğəmbər (s) xilafəti onun üçün təyin etməmişdi, əksinə öz yerinə Əli ibn Əbutalibi (ə) canişin seçmişdi.
Ey padşah! Sən bir nəfəri öz yerinə canişin təyin etsən, səndən sonra başqa birisi gəlib onun yerini qəsb etsə və ondan sonra da ölkələrə hücum edib öz ölkəsinin ərazisini genişləndirərək yaxşı işlər də görsə, sən onun bu işlərinə razı olarsanmı? Yoxsa, sənin təyin etdiyin şəxsin yerini qəsb etdiyi və sənin razı qalmadığın halda canişinin olduğu üçün ona qəzəblənərsən?
Məlik Şah: Ona qəzəblənərəm və onun qələbələri günahlarına bəraət qazandırmaz.
Ələvi: Ömər də eynilə bu cür idi. Xilafət məqamını qəsb edərək Peyğəmbərin (s) icazəsi olmadan onun yerində oturdu.
Üçüncüsü: Ömərin fəthləri, qələbələri olduqca yanlış və pis nəticələrlə tamamlandı. Çünki, İslam Peyğəmbəri (s) başqalarına hücum etmirdi, onun bütün döyüşləri müdafiə xarakterli idi. Buna görə də insanlar İslama meyil göstərdilər, dəstə-dəstə Allahın dininə daxil oldular. Ona görə ki, İslamı sülh və dostluq dini olaraq gördülər. Amma Ömər şəhərlərə hücum edərək camaatı qılınc gücünə İslam dininə gətirdi. Məhz bu səbəbdən də bəziləri bu dinə qarşı ikrah hissi ilə yanaşaraq onu qılınc və zor gücünə olan din adlandırdı. Əslində isə bu din öz növbəsində məntiq, sülh, əmin-amanlıq dinidir. Halbuki, Ömərin bu işi İslam düşmənlərinin çoxalmasına səbəb oldu. Buna görə də Ömərin qələbələri İslamın dirçəlməsi ilə deyil, əksinə İslamın simasını çirkin göstərərək mənfi reaksiyalarla nəticələndi. Əgər Əbubəkr, Ömər və Osman xilafəti öz əsil sahibi olan həzrət Əli ibn Əbutalibdən (ə) alıb qəsb etməsəydi, həzrət (ə), Peyğəmbərdən (s) sonra xilafətə sahib çıxıb müsəlmanların işlərini elə Peyğəmbərin (s) qanunları ilə idarə edəcək, ayağını Peyğəmbərin (s) ayağlarının izinə ataraq doğru yol ilə ümməti irəliyə aparacaqdı. Həzrət Əlinin (ə) Peyğəmbərinin (s) qanunları ilə getməsi insanların dəstə-dəstə İslama daxil olamasına səbəb olardı və İslamın nüfuzu çoxalaraq bütün yer kürəsini əhatə edərdi. Amma... La hövlə vəla qüvvətə illa billahil Əliyyul-Əzim!
Söz bura çatanda Ələvi, Peyğəmbərdən (s) sonra olan hadisələri və İslamın başına gətirilən bəlaları xatırlayaraq..., ah çəkib əlini əlinə vurdu və üzünə qəm-qüssə çökdü.
Məlik Şah bundan təsirlənmişdi, Abbasiyə “Nə cavabın var?” – deyə, xitab etdi.
Heyrət içində qalan Abbasi dedi: – Mən, indiyə qədər belə məntiqli və dəlillərə əsaslanan sözlər eşitməmişdim!
Ələvi də cavabında dedi: – İndi ki, eşitdin və haqq sənin üçün aşkar oldu, öz xəlifələrini tərk et və Peyğəmbərin (s) Allah tərəfindən təyin etdiyi xəlifəsi Əli ibn Əbutalibə (ə) itaət et.
Sonra əlavə edərək dedi: – Siz əhli sünnənin işləri olduqca qəribədir. Əsli (kökü) tərk edib budaqlardan yapışmısız.
Abbasi: Necə?
Ələvi: Siz Ömərin qələbələrini qabardırsınız, lakin Əli ibn Əbutalibin (ə) qələbə və uğurlarını unudursunuz.
Abbasi: Əli ibn Əbutalibin qələbələri nələr olmuşdur?
Ələvi: Peyğəmbərin (s) fəth və qələbələrinin əksəriyyəti Əli ibn Əbutalibin (ə) əli ilə olub. O cümlədən: Bədr, Xeybər, Hüneyn, Xəndək və s. kimi böyük döyüşlər. İslamın əsasını ayaq üstə saxlayan bu zəfərlər olmasaydı, daha nə Ömər olardı, nə İslam və nə də iman. Buna sübutum Peyğəmbərin (s) Əhzab (Xəndək) döyüşündə buyurduğu sözdür: İmam Əli (ə) Əmr ibn Əbdəvudlə döyüşə gedəndə Peyğəmbər (s) buyurdu: “Bütün iman, bütün şirklə müharibəyə getmişdir!”.
Sonra buyurdu: “İlahi! Əgər sənə ibadət olunmasını istəmirsənsə, onda ibadət olunmayacaqsan”. Yəni, əgər Əli (ə) öldürülsə, müşriklər mən və bütün müsəlmanların ölümünə cürət edəcəklər, bundan sonra da İslam və iman qalmayacaq.
Həmçinin buyurdu:

ضربة على يوم الخندق أفضل من عبادة الثقلين


“Əlinin (ə) Xəndək günündə vurduğu zərbə bütün cinlərin və insanların ibadətindən üstündür”. (58).
Buna görə də deyə bilərik ki, İslam dininin zühuru həzrət Peyğəmbərə (s), onun davamlılığı isə Əli ibn Əbutalibə (ə) bağlıdır. Allahın lütfü və İmam Əlinin (s) təlaşları nəticəsində İslam dini yaşadı və davam etdi.
Ələvinin sözlərinin müqabilində heç bir dəlili olmayan Abbasi mövzunu başqa səmtə çəkərək dedi: – Fərz edək ki, Ömərin xətakar və qəsbkar olması haqqında sizin söylədikləriniz düzdür və o, İslamın hökmlərində özündən dəyişiklik etmişdir, bəs nə üçün Əbubəkrdən xoşunuz gəlmir?
Ələvi: Onun bir çox yanlış işlərinə görə. Onlardan ikisini sənin üçün deyirəm:
Birincisi, Peyğəmbərin (s) qızı və iki dünya xanımı həzrət Fatimeyi Zəhra (s) ilə olan rəftarı.
İkincisi, zina edən günahkar Xalid ibn Vəlidə zina həddini icra etməməsi.
Məlik Şah: Xalid ibn Vəlid günahkar idi?
Ələvi: Bəli.
Məlik Şah: Onun günahı nə idi?
Ələvi: Onun günahı bu idi ki, Əbubəkr onu Peyğəmbərin (s) böyük səhabəsi Malik ibn Nüveyrənin (Peyğəmbər (s) Maliki cənnətlə müjdələmişdi) yanına göndərərək, onu və qohumlarını qətlə yetirməsinə əmr vermişdi. Malik Mədinədən kənar bir məntəqədə yaşayırdı. Xalidin kiçik bir qoşunla ona tərəf gəldiyini gördükdə, qəbiləsinə əmr etdi ki, silahlansınlar. Onlar da silahlandılar.
Xalid onlara çatdıqda, hiyləyə əl atdı. Yalandan and içib onlara qarşı pis niyyətdə olmadığını bildirib dedi: – Biz sizinlə döyüşə gəlməmişik, bu gecəni sizin qonağınız olmaq istəyirik.
Xalid Allaha and içdiyi üçün Malik əmin oldu və silahlarını açıb kənara qoydular. Namaz vaxtı çatanda Malik və qəbiləsi namaz qılmağa başladı, bu vaxt Xalid və qoşunu onlara hücum edərək hamısını qətlə yetirdi. Sonra Malikin xanımının gözəlliyini görən Xalid ona meyl edərək ərini qətlə yetirdiyi gecə onunla zina etdi.

Malik və qəbiləsinin başlarını ocaqda odun yerinə yandıraraq, yemək bişirib tərəfdarları ilə birlikdə yedilər. Xalid Mədinəyə qayıdandan sonra Ömər istədi ki, müsəlmanları öldürdüyünə görə Xaliddən qisas alsın və Malikin xanımı ilə zina etdiyi üçün ona şəri cəza (zina həddi) tətbiq etsin. Lakin “imanlı (!)” Əbubəkr bu işlə müxalifət edib qisas almağa və Xalidi şəriət cəzasına məhkum etməyə razı olmadı. Bu işlə də müsəlmanların qanı hədər oldu, Allahın qanunu da icra olunmadı.
Dəhşətə gələn Məlik Şah vəzirindən soruşdu: – Xalid və Əbubəkr haqqında deyilənlər doğrudurmu?
Vəzir: Bəli, tarix belə yazır. (59)
Məlik Şah: Bəs nə üçün camaatın bir hissəsi onu “Allahın sıyrılmış qılıncı” adlandırır?
Ələvi: O, Allahın sıyrılmış qılıncı yox, şeytanın sınmış qılıncıdır. Lakin Əli ibn Əbutalibin (ə) düşməni və Ömərlə birlikdə xanım Zəhranın (s) evinə od vurmaqda əlbir olduğu üçün sünnilərin bəziləri onu Allahın qılıncı adlandırmışdır. (60)
Məlik Şah təəccüblə soruşdu: – Əhli-sünnə Əli ibn Əbutalibin düşmənləridirmi?
Ələvi: Əgər onun düşməni deyilsə, bəs nə üçün onun haqqını qəsb edənləri tərifləyərək düşmənlərinin başına dönür, fəzilətlərini inkar edirlər. Düşmənçilikləri o yerə çatib ki, “Həzrət Əlinin (ə) atası cənab Əbutalib dünyadan kafir olaraq getdi”. – deyirlər. Halbuki, Əbutalib mömin idi, İslamın ən çətin anlarında peyğəmbərlik vəzifəsini davam etdirmək üçün Peyğəmbəri (s) müdafiə etdi və İslama köməyini əsirgəmədi.
Məlik Şah dedi: Əbutalib İslamı qəbul etmişdi?
Ələvi: Əbutalib heç vaxt kafir deyildi ki, İslamı da qəbul etsin, əksinə o, mömin idi, amma imanını gizli saxlayardı. Elə ki, Allahın Peyğəmbəri (s) peyğəmbərliyə seçildi, Əbutalib onun yanında İslamını aşkar etdi. Buna görə də o, üçüncü müsəlman idi; ilk müsəlman Əli ibn Əbutalib (ə), ikinci müsəlman Peyğəmbərin (s) vəfalı xanımı Xədiceyi Kübra (s) və üçüncü müsəlman isə həzrət Əbutalib (Allahın salamı olsun ona) idi.
Məlik Şah vəzirindən soruşdu: – Ələvi düz deyirmi?
Vəzir: Bəli, tarix yazarların bəziləri bu məsələni qeyd etmişlər.
Məlik Şah: Bəs nə üçün camaat arasında yayılıb ki, Əbutalib kafir kimi dünyadan getdi?
Ələvi: Ona görə ki, Əbutalib (ə) möminlərin əmiri həzrət Əlinin (ə) atası idi və əhli-sünnənin Əliyə (ə) olan kini onları vadar edir ki, belə desinlər. Necə ki, İmam Əliyə (ə) olan bu kin onları cənnət cavanları həzrət Həsən (ə) və həzrət Hüseyni (ə) öldürməyə vadar etdi. Hətta Kərbəlada həzrət Hüseynlə (ə) müharibəyə gələn sünnilər belə deyirdilər: – Biz atanla olan düşmənçiliyimizə görə, həmçinin Hüneyn və Bədr döyüşlərində öldürülən atalarımızın intiqamını almaq üçün səninlə döyüşə gəlmişik.
Məlik Şah: Hüseynin qatilləri belə bir söz deyiblərmi?
Ələvi: Tarix yazarlar kitablarında qeyd etmişlər ki, onlar Hüseynə bunu dedilər.
Məlik Şah özü Ələvinin tərəf müqabili olduğu üçün fikirləşdi ki, ola bilsin əhli-sünnənin Xalid və Əbubəkrin işlərini, cinayətlərini əsaslandırmağa sözləri olsun, ona görə də Abbasiyə dedi: – Xalid ibn Vəlidin macərası haqqında nə deyə bilərsən?
Abbasi: Əbubəkr, belə məsləhət gördü.
Ələvi bu sözdən qəzəblənərək təəccüblə dedi: – Subhənallah! Hansı məsləhət səbəb ola bilər ki, Xalid günahsız insanları öldürsün və onların qadınları ilə zina etsin, sonra da cəzasız qalaraq azad edilsin, üstəlik, ona qoşunun başçılığı vəzifəsi də verilsin?! Bundan sonra Əbubəkr desin ki, o qınından sıyrılmş Allah qılıncıdır?! Allahın qılıncı kafirləri öldürməlidir, yoxsa möminləri? Allahın qılıncı müsəlmanların namuslarını qorumalıdır, yoxsa onların namusları ilə zina etməlidir?!
Abbasi vəziyyəti belə görəndə zirəklik edib Ələvini sakit etmək üçün dedi: – Əbubəkr səhv elədi, amma Ömər onun səhvini düzəltdi.
Ələvi: Xalidin günahının cəzası yalnız onu zina etdiyinə görə əvvəlcə şallaqlamaq, sonra isə müsəlmanların qanını nahaq axıtdığına görə öldürülmək idi. Amma Ömər bu işi görmədi. Deməli, o da Əbubəkr kimi səhv etdi.

Məlik Şah Abbasinin bir cavabı olmadığını görüb, öncədən Ələvinin işarə etdiyi mövzuya toxunaraq dedi: – Ey Ələvi! Sözünüzün əvvəlində işarə etdiniz ki, Əbubəkr Peyğəmbərin (s) qızı xanım Fatimeyi Zəhraya (s) qarşı ədəbsizlik edib, hörmətini saxlamadı. Əbubəkrin xanım Fatiməyə (s) olan ədəbsizliyi nə idi? Ələvi: Əbubəkr camaatdan qılınc, zor və qorxu gücünə beyət alandan sonra Ömər, Qunfuz, Xalid ibn Vəlid, Əbi Ubeydə Cərrah və münafiqlərdən bir dəstəsini Əli və Fatimənin (Allahın salamı olsun onlara) evinə yolladı. Ömər, həzrət Fatimənin (s) evinin qapısı ağzına odun yığdırıb evin qapısına od vuraraq yandırdı. Hansı ki, o evin qapısı ağzında Allahın Peyğəmbəri (s) dəfələrlə dayanaraq deyərdi:

السلام عليكم يا أهل بيت النبوة

“Salam olsun sizə, ey peyğəmbər Əhli-beyti!”. Həzrət Rəsul (s) heç vaxt icazəsiz o evə daxil olmazdı. Xanım Fatimə (s) qapının arxasına gəldi ki, Ömər və ətrafındakıları geri qaytarsın. Bu vaxt Ömər qapıya elə zərbə vurdu ki, həzrət Zəhra (s) qapı və divar arasında qalaraq bətnindəki övladını saldı. Qapıda olan mıx da onun sinəsinə sancıldı. Həzrət Fatimə (s) fəryad edərək belə dedi: – Ey ata! Ey Allahın Rəsulu! Gör, səndən sonra Xəttabın oğlu (Ömər) və Əbi Qəhafə (Əbubəkr) bizim başımıza nə gətirdilər! Bu zaman Ömər yanındakılara üzünü tutub əmr etdi ki, vurun Fatiməni! Qamçılar da Peyğəmbərin (s) dürdanəsi və canının parçasının üzərinə yağış kimi yağdı və o qədər çox oldu ki, onun bədəni yaralandı. Bu çətin təzyiqlər və acı zərbələr xanım Fatimənin (s) bədənini haldan saldı. Bundan sonra Həzrət (s.ə) xəstələndi, vücudunu qəm-qüssə bürüdü və atasının vəfatından bir qədər sonra həyatla vidalaşdı. Nəticə alırıq ki, xanım Fatimə (s) Peyğəmbər (s) ailəsinin şəhidi idi və Ömərin zülmü, işkəncəsi ilə şəhadətə çatdı.
Məlik Şah vəzirindən soruşdu: – Ələvinin sözləri doğrudurmu? Vəzir: Bəli, Ələvinin dediklərini tarix kitablarında görmüşəm.

Ələvi: Əbubəkr və Ömərə nifrətimizin səbəbi bunlardır. Sonra əlavə etdi: – Əbubəkr və Ömərin cinayətlərinə şahidimiz tarixçilərin yazdığıdır: Xanım Fatimə (s) dünyadan köçəndə Əbubəkr və Ömərə qarşı qəzəbli idi. Halbuki, Peyğəmbər (s) çox yerdə buyurmuşdur:

إنّ الله يرضى لرضا فاطمة و يغضب لغضبها

“Həqiqətən, Allah Fatimənin (s) razılığına sevinir və onun qəzəbinə qəzəblənir”. Siz ey Şah! Çox yaxşı bilirsiniz ki, Allahın qəzəb etdiyi kimsənin aqibəti necə olacaq. Məlik Şah vəzirə üzünü tutub dedi: – Bu hədis doğrudurmu? Fatimə (s) dünyadan köçəndə Əbubəkr və Ömərə qəzəbli halda dünyadan köçdü?
Vəzir: Bəli, bu hadisəni mühəddislər (hədis yazarlar) və tarix yazarlar qeyd etmişdir.

Ələvi sözünün qətiliyinə başqa bir dəlil gətirərək dedi: – Ey şah! Sözümü sənin üçün sabit etməyə başqa bir dəlilim də var: Həzrət Fatimə (s) Əli ibn Əbutalibə vəziyyət etdi ki, Əbubəkr, Ömər və ona zülm edənlər onun dəfn mərasimində iştirak etməsin və ona namaz qılmasınlar. Həmçinin vəsiyyət etdi ki, Əli (ə) onun qəbrini gizli saxlasın ki, hətta qəbrinin üstünə də gəlməsinlər. Əli (ə) də onun vəsiyyətlərinə əməl etdi. (61)
Məlik Şah bunu eşidəndə təəccüblə dedi: – Çox qəribədir! Əli (ə) və Fatimə (ə) doğrudanmı belə etmişlər?
Vəzir dedi: Bəli, tarix yazarlar belə yazıblar. Ələvi Əbubəkr və Ömərin başqa bir cinayətinə işarə edərək dedi: – Əbubəkr və Ömər həzrət Zəhraya (s) başqa zülm və əziyyət də etmişdir.
Abbasi soruşdu: – Hansı zülm? Ələvi: Onlar Fatimənin (s) mülkü sayılan Fədək (62) bağını qəsb edərək əlindən aldılar. Abbasi: Onların Fədək bağını qəsb etməsinə dair nə dəlilin var?
Ələvi: Tarix kitablarında yazılıb ki, Allahın Peyğəmbəri (s) Fədək bağını xanım Fatiməyə (s) bağışladı. Həzrət Peyğəmbərin (s) dövründə Fədək bağı həzrət Zəhranın (s) ixtiyarında idi. Elə ki, Peyğəmbər (s) dünyadan köçdü, Əbubəkr və Ömər məmurları göndərərək zor gücünə həzrət Fatimənin (s.ə) işçilərini bağdan çıxardı. Fatimə (s) Əbubəkr və Ömərə etiraz edərək onlarla höcətləşdi, amma onlar Xanıma qulaq asmayıb onu qəzəbləndirərək haqqını əlindən aldılar. Bundan sonra daha xanım Zəhra (s) onlarla ömrünün sonuna qədər danışmadı və onlardan küsülü halda dünyadan köçdü.

Abbasi: Amma Ömər ibn Əbdüləziz öz xilafəti dövründə Fədək bağını xanım Zəhra (s) övladlarına qaytardı.
Ələvi: Bu qaytarmanın xeyri var? Kimsə evini qəsb edərək səni avara qoysa, sonra da başqa biri sənin ölümündən sonra gəlib evini övladlarına qaytarsa, qəsb edənlərin günahını da yumuş olurmu?
Məlik Şah: Siz ikinizin sözündən belə anladım ki, hər ikiniz qəbul edirsiniz Əbubəkr və Ömər Fədək bağını qəsb edib.
Abbasi: Bəli, tarixdə belə qeyd olunub.
Məlik Şah: Bəs onlar nə üçün belə bir iş görüblər?
Ələvi: Çünki, onlar xilafəti qəsb etmişdilər və bilirdilər ki, əgər Fədək bağı xanım Fatimənin (s) əlində qalarsa, onun çoxlu gəliri olduğu üçün (bəzi mənbələrdə Fədək bağının gəliri 120 min qızıl dinar qeyd olunur) camaat arasında bölünəcək və camaat da Əlinin (ə) ətrafına toplaşacaq. Əbubəkr və Ömər də bundan çox qorxurdu.
Məlik Şah: Bu sözlərin doğru olsa, həqiqətən onların işi çox təəccüblüdür. Əgər onların xilafəti batildirsə, Peyğəmbərin (s) canişini kim olacaq?
Ələvi: Peyğəmbər (s) özü Allahın əmri ilə öz canişinini təyin etmişdir. Hədis kitablarında gəlib ki, Həzrət (s) belə buyurur:


الخلفاء بعدى اثناعشر بعدد نقباء بنى اسرائيل وكلّهم من قريش (64)


“Məndən sonra canişinlərimin sayı Bəni-İsrail qövmünün rəhbərlərinin sayı qədər, yəni on iki nəfərdir ki, onların hamısı Qüreyşdəndir”.
Məlik Şah vəzirindən soruşdu: – Peyğəmbər (s) bu sözü deyibmi?
Vəzir: Bəli.
Məlik Şah: O, on iki nəfər kimlərdir?
Abbasi vəzirdən tez dillənərək dedi: – Onlardan dördünü tanıyırıq; Əbubəkr, Ömər, Osman və Əli.
Məlik Şah: Bəs qalanları kimlərdir?
Abbasi: Qalanları haqqında alimlər arasında ixtilaf vardır.
Məlik Şah: Onları say görək!
Abbasi sükut etdi.
Ələvi Abbasinin sakit dayanıb xəlifələri saya bilmədiyini görüb dedi: – Ey şah! Onların adlarını indi sizin üçün əhli-sünnə kitablarında necə gəlibsə, elə də deyəcəyəm: Onlar həzrət Əli ibn Əbutalib, Həsən ibn Əli, Hüseyn ibn Əli, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa Rza, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və sonuncusu isə Həzrət Məhdidir (Allahın salamı hamısına olsun!).
Abbasi həzət Məhdinin (əc.f) adını eşitcək fürsəti fövtə verməyib dedi: – Ey şah, qulaq asın! Şiələr deyirlər ki, Məhdi 255-ci ildən bu günə qədər diridir. (65) Bu ağıla batan sözdürmü? Şiələr həm də iddia edirlər ki, o axır zamanda zühur edərək, dünya zülm və ədalətsizliklə dolduğu zaman onu ədalətlə dolduracaq.
Məlik Şah Ələviyə üzünü tutub soruşdu: – Doğurdanmı sizin belə etiqadınız var?
Ələvi: Bəli, doğrudur. Çünki, bunu Peyğəmbər (s) buyurmuş, şiə və sünni raviləri də onu nəql ediblər.
Məlik Şah: Necə ola bilər ki, bir insanın bu qədər uzun ömrü olsun?
Ələvi: Həzrətin (əc.f) ömründən (qeybətindən) iki yüz ildən çox keçmir, halbuki Allah-taala Nuh peyğəmbər (ə) haqqında buyurur:

{...فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا...} (66)


“...(Nuh) onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı...”.
Allah bir insanı uzun ömürlü etməkdə acizdirmi? Məgər, ölüm və həyat Allahın əlində deyilmi? Bunların hamısından əlavə bu sözü əgər Peyğəmbər (s) deyibsə və o da Allahın təsdiq etdiyi şəxsdirsə, daha nə deyə bilərik?
Məlik Şah vəzirindən soruşdu: – Ələvinin dediyi kimi Peyğəmbərin (s) Məhdidən xəbər verməsi doğrudurmu?
Vəzir: Bəli.
Məlik Şah narahat halda Abbasiyə dedi: – Nə üçün biz əhli-sünnənin də nəql etdiyi həqiqətləri inkar edirsən?
Abbasi: Ümumi camaatın əqidəsinin zəifləməsindən və qəlblərinin şiələrə tərəf dönməsindən qorxuram. (67)
Ələvi: Ey Abbasi! Bu əməlinə görə də Allahın Quranda buyurduğu ayəyə şamil olursan:


{إنّ الذين يكتمون ماأنزلنا من البينات والهدى من بعد ما بيناه للناس فى الكتاب، أولئك يلعنهم الله ويلعنهم اللاعنون} (68)


“Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edənlər də onlara lənət oxuyar”.
Deməli, haqqı gizlətdiyin üçün Allahın lənəti sənə də şamil olur.
Sonra Ələvi əlavə edərək dedi: – Ey Şah! Abbasidən soruşun ki, alim bir şəxsə Allahın kitabını və Peyğəmbərin (s) sözünü qorumaq daha vacibdir, yoxsa Allah və Peyğəmbərin (s) qanunlarından uzaq düşmüş azğın camaatın əqidəsini qorumaq?
Abbasi: Mən camaatın əqidəsini qoruyuram ki, qəlbləri şiələrə tərəf dönməsin, çünki şiələr bidət əhlidir.
Ələvi: Sizin mötəbər kitablarınızda qeyd olunub ki, İslama ilk bidət gətirən şəxs Ömər olmuşdur. Özü də ona birbaşa etiraf edərək demişdi: – “Bu yaxşı bir bidətdir!”. Bu müstəhəb təravih (69) namazı camaatla birgə qılması ilə bağlı bidət idi ki, Allah və Peyğəmbərin (s) müstəhəb namazı camaatla qılmasını haram buyurduğuna baxmayaraq, o, camaatı bu işi görməyə əmr etdi. Buna görə Ömərin bidəti Allah və Peyğəmbərlə (s) açıq-aşkar müxalifət etmək idi. Bundan əlavə Ömər azandan “həyyə əla xayril əməl (xeyir əmələ tələsin)” cümləsini götürərək onun yerinə “əssəlatu xayrun minən novm (namaz yuxudan daha üstündür)”. (70) cümləsini qoymaqla yeni bir bidət gətirmədimi?
Ömər deyildimi, zəkatda “muəlləfətul-qulub” (İslamda olmayanların qəlbini dinə yönləndirmək) üçün ayrılan payı batil bilərək Allah və Peyğəmbərin (s) qanunlarına zidd iş görərək başqa bir bidət gətirdi? Təmnəttö həccinin qanununu ləğv etməklə Allahın qanunlarına yeni bir bidət gətirmədimi? Qadınların müvəqqəti izdivacı qanununu ləğv etməklə başqa bir bidət dində yaratmadımı? Xalid ibn Vəlid kimi zinakar və müsəlman qatili olan şəxsi bağışlamaqla bidət yaratmadımı? (71) Və siz əhli-sünnənin digər bidətləri...İndi siz bidət əhlisiniz, yoxsa biz şiələr?
Ömərin bidətlərini eşidən Məlik Şah vəzirindən təəccüblə soruşdu: – Ələvinin, Ömərin dində olan bidətləri haqqında dedikləri doğrudanmı olub?  
Vəzir: Bəli, alimlərdən bir dəstəsi bu məsələni öz kitablarında qeyd etmişlər.
Məlik Şah: Belə olarsa, biz necə dində bidət edənin davamçısı ola bilərik?
Ələvi: Bu səbəbdən, belə bir şəxsin davamçısı olmaq haramdır. Çünki, həzrət Peyğəmbər (s) buyurub:

كلّ بدعة ضلالة وكلّ ضلالة فى النار


“Bütün bidət azğınlıq və hər azğın cəhənnəm əhlidir”.
Deməli Ömərin bidətlərini qəbul edən və ona əməl edən hər bir kəs – bilərəkdən olarsa – şübhəsiz, cəhənnəm əhlidir.
Abbasi özünə haqq qazandırmaq üçün dilləndi: – Lakin əhli-sünnənin dörd məzhəbi Ömərin əməlini təsdiqləmişdir.
Ələvi: Ey şah! Bunun özü (dörd məzhəbin başçılarına itaət etmək) də başqa bir bidətdir.
Məlik Şah: Necə?
Ələvi: Çünki, bu dörd məzhəbin rəhbərləri yəni Əbu Hənifə, Malik ibn Ənəs, Şafei və Əhməd ibn Hənbəl Peyğəmbərin (s) zamanında dünyada yox idilər, təxminən iki yüz il sonra dünyaya gəlmişlər. Onların olmadığı dönəmdə müsəlmanlar azğınlıq və zəlalət içində idilərmi? Bundan əlavə, hansı dəlilə əsasən yalnız bu dörd nəfərə itaət etməli və başqa fəqihlərdən istifadə etmirsiniz? Bunu Peyğəmbər (s) sizə əmr edibmi?
Məlik Şah Abbasiyə dedi: – Ey Abbasi nə deyirsən?
Abbasi: Onlar digərlərindən daha elmli olublar.
Məlik Şah: Yəni, onlardan sonra gələn bütün alimlər elmdə bu dörd nəfərdən az olublar ki, biz onlara müraciət edə bilmirik? Yalnız onların elmindən istifadə etməliyik?
Abbasi: Şiələr də Cəfər Sadiqin təriqətinə – məzhəbinə tabedir.
Ələvi: Biz ona görə İmam Cəfər Sadiqin (ə) davamçısıyıq ki, onun məzhəbi (məktəbi, təriqəti) Allah Rəsulunun (s) məzhəbidir. Çünki, o elə bir ailədəndir ki, Allah onların barəsində Quranda belə buyurub:

{...إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكمُ‏ تَطْهِيرًا} (72)


“...Allah siz Əhli-beytdən hər növ çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər.”
Biz təkcə İmam Sadiqə (ə) yox, bütün on iki imama itaət edirik. Amma İmam Sadiq (ə) o biri imamlardan daha çox dini təfsir, hədis və əhkam elmini təbliğ etmə imkanı  vardı. Belə ki, onun dərsində dörd min tələbə iştirak edirdi (73). Abbasilər və əməvilərin məhv etməyə çalışdığı İslam hökmlərini yenidən dirçəldə bildi. Şiə də dini yenidən dirildənə, yəni İmam Sadiqə (ə) məsub oldu və Cəfəri adı ilə adlandı.
Məlik Şah Abbasiyə dedi: – Sənin buna nə sözün var?
Abbasi: Dörd məzhəbin başçılarına təqlid etmək biz sünnülərin özümüz üçün seçdiyimiz qədimi adətdir.
Ələvi: Əsla, siz dediyiniz kimi deyi, əksinə sizin başçılar və hakimlərinizdən bəziləri sizi buna məcbur etdi və siz də korkorana, dəlilsiz-sübutsuz onların sözlərinə itaət etdiniz.
Abbasi sakit oldu.
Ələvi: Ey şah! Əgər Abbasi bu halda ölsə, mən şəhadət verirəm və sizi əmin edirəm ki, o cəhənnəm əhlidir.
Məlik Şah: Hardan bilirsizin ki, o cəhənnəm əhlidir.
Ələvi: Çünki, hədis kitablarında qeyd olunur ki, Allahın Rəsulu (s) buyurdu:

 من مات ولم يعرف إمام زمانه مات ميتة جاهلية


“Zamanının imamını tanımayan halda ölən kimsə, cahillik (şirk və bütpərəstlik) zamanında ölən şəxs kimidir”. (74).
İndi siz Abbasidən soruşun ki, onun zamanının imamı kimdir?
Abbasi tez dillənərək dedi: – Allah Peyğəmbərindən (s) belə bir hədis yoxdur.
Məlik Şah vəzirindən soruşdu: – Peyğəmbərdən (s) belə bir hədis nəql olunubmu?
Vəzir: Bəli, nəql olunub.
Məlik Şah qəzəblənərək dedi: – Ey Abbasi, sənin düz danışan, etibarlı bir şəxs olduğunu güman edirdim, lakin indi mənə məlum oldu ki, sən yalançısan.
Abbasi: Mən öz zamanımın imamını tanıyıram.
Ələvi: O kimdir?
Abbasi: Şah, mənim zamanımın imamıdır.
Ələvi: Ey Şah! Bilin ki, o yalan deyir və onun bu sözü yaltaqlıqdan başqa bir şey deyildir.
Məlik Şah: Bəli, onun yalan danışdığını bilirəm. Mən özümü çox yaxşı tanıyıram, bilirəm ki, mənim camaatın zəmanə imamı olmağa ləyaqətim yoxdur. Çünki, mənim o qədər elmim yoxdur və vaxtımın çoxunu şikarda, məmləkətin işlərində keçirirəm.
Sonra Məlik Şah Ələvidən soruşdu: – Bəs sənin zamanının imamı (imam zamanın) kimdir?
Ələvi: Mənim əqidəmə əsasən, zamanımın imamı Həzrət Məhdidir (Allahın salamı olsun ona). Necə ki, öncədən Peyğəmbərin (s) ondan xəbər verdiyini bildirmişdim. Deməli, kim onu tanıyarsa, müsəlman və cənnət əhlidir, kim onu tanımazsa, cahiliyyət dövrünün insanları kimi dünyadan gedərək cəhənnəmdə yanacaqlar.  (75)
Ələvinin sözləri bura çatanda, Məlik Şah gülümsəyərək məclisdə olanlara üzünü tutub dedi: – Bilin ki, mən bu söhbətlər əsnasında yəqinə çatıb bildim ki, haqq şiələrlədir və onları əqidələri doğrudur. Əhli-sünnə isə batil yoldadır və həqiqətdən uzaq düşmüşlər. Mən haqqı görüb onu təsdiq edənlərdən və dünyada batildən uzağ olmaqla sonda axirətdə cəhənnəm əhlindən olmaq istəməyən şəxslərdənəm. Məhz buna görə də hamınızın hüzurunda öz şiə olduğumu elan edir və kim mənimlə birlikdə qalmaq istəyirsə, Allahın bərəkət və razılığı üçün şiə olmaqla özünü batilin zülmətindən haqqın nuruna çıxarsın.
Nizamulmülk vəzir də dedi: – Mən öz təhsil aldığım dönəmdə bu həqiqətə çatmışdım ki, şiə məzhəbi haqdır və yeganə düz əqidədə olan məzhəb şiə məzhəbidir. İndi də özümün şiə olduğumu aşkar edirəm.
Ravi: Həmçinin, məclisdə yetmiş nəfərə yaxın iştirak edən və təəssübkeş olmayan alim, yazıçı, sərkərdə və böyük şəxsiyyətlər də şiəliyi qəbul edərək haqq məzhəbi seçdilər.
Məlik Şah, Nizamulmülk və digər vəzir və böyüklərin şiə olma xəbəri bütün şəhərə yayıldı. Camaatın da çoxu şiəliyə üz tutdu.
Nizamulmülk mənim qaynatam idi və göstəriş verdi ki, ustadlar Bağdadın Nizamiyyə mədrəsəsində şiə məzhəbini tədris etsinlər. Buna baxmayaraq, bəzi təəssübkeş sünni alimləri öz batil əqidələrində qalıb Allahın Quranda buyurduğu bu ayələri özlərinə şamil etdilər:

{...فَهِىَ كاَلحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَة...} (76)


“...Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu...”
Onlar bu münazirənin nəticəsinin səbəbkarı kimi Məlik Şah və Nizamulmülkü təqsirləndirərək onların əleyhinə hiylələr, təxribatlar qurmağa başladılar. Baxmayaraq ki, vəzir ölkə işlərinin icra nümayəndəsi, mütəfəkkir biri idi, amma cinayətkar əllər ona uzanaraq hicrətin 485-ci ili Ramazan ayının on ikisində onu şəhid etdilər. Bununla kifayətlənməyib ondan 18 gün sonra Məlik Şah Səlcuqini də şəhid etdilər.


إنّا لله وإنّا إليه راجعون


“Hamımız Allahdanıq və ona doğru qayıdacayıq.”
Şübhəsiz, onlar Allah yolunda haqq və iman üçün öldürüldülər. Şəhadət şərbəti onlara və Allahın, haqqın, imanın uğrunda şəhid olanlara nuş olsun.
Mən (Muqatil ibn Ətiyyə) üç gün çəkən elmi münazirə məclisində iştirak edənlərdən biri idim və o məclisdə deyilən hər bir mövzunu qeyd etdim. Amma artıq mətləbləri çıxarıb iclası ixtisarla bu kiçik risalədə qələmə aldım.


والحمد لله وحده والصلاة على محمد وآله الأطياب وأصحابه الأنجاب


Allahın birliyinə həmd olsun, Peyğəmbərə (s), pak ailəsinə və səhabələrinə salavat və salam olsun.
Bağdadın Nizamiyyə mədrəsəsi
Müəllif: Muqatil ibn Ətiyyə

İstifadə edilmiş ədəbiyyat:


1.    Bu qoşun Peyğəmbərin (s) ömrünün sonlarında İslam torpaqlarından birinin (Şam məntəqəsi) sərhədlərini – təhlükə ehtimalı olduğundan – müdafiə etmək üçün yaradılmışdı.
2.    “əl-Meyaru vəl-muvazənə”, Əbu Cəfər İskafi, səh. 211; “Şəvahidut-tənzil”, Həskani, səh. 338; “Cəvahirul-mətalib fi mənaqibil-İmam Əli (ə)”, İbn əd-Dəməşqi, c. 2, səh. 173.
3.    Əvvəllər Quran pərakəndə vərəq və lövhələr şəklində, müxtəlif şəxslərin əlində (ixtiyarında) idi. Peyğəmbərin (s) ömrünün sonlarında onun göstərişi ilə Quranın  bütün ayələri onu vəhy yazarların (onlar çoxlu sayda idilər və onların hər hansı birinin ayənin nazilolma zamanında olmaması da mümkün idi) əlindən alınaraq toplandı. Sonra Peyğəmbər (s) ayə və surələrin yerini müəyyənləşdirməklə onu səliqəli və kamil şəkildə hamının ixtiyarında qoydu. Amma müzdlu (pula satılmış) ravilər rəvayətlər uydurmaqla Quranın Osmanın zamanına qədər beləcə pərakəndə qaldığını və onun göstərişi ilə bir yerə toplandığını göstərməyə çalışmışlar.
4.    Tarixçilər yazır ki, Osman Quranları toplamış və sonra da onları yandırmışdır. “Səhih Buxari”, “Quranın fəzilətləri” fəsli; “Sünəni-Beyhəqi”, c. 1, səh. 41; “Kənzul-ummal”, c. 10, səh. 281; “Muşkilul-asar”, Təhavi, c. 3, səh. 4.
5.    Ömər ölümü zamanı xəlifənin təşkili üçün altı nəfərlik şura təyin etmişdi. Onun üzvləri aşağıdakılardan ibarət idi:
1) Osman ibn Əfvan. 2) Səd ibn Əbi Vəqqas. 3) Əbdürrəhman ibn Ovf. 4) Təlhə. 5) Zübeyr. 6) Əli ibn Əbutalib (ə).
Həzrət Əlinin (ə) üzv seçilməsi onun rəyindən, nəzərindən istifadə etmək üçün deyil, izi itirmək və ümumi düşüncəni aldatmaq üçün idi. Şuranın üzvlərinin tərkibini və həzrət Əlinin (ə) digərləri ilə razılaşmayacağı ehtimalını nəzərə alaraq, Ömər göstəriş vermişdi: Əgər dörd və ya beş nəfər bir şəxsi seçsə və digərləri onlarla müxalifətçilik etsə, müxaliflər öldürülsün. Əgər üç nəfər bir nəfərin seçilməsi ilə razı və digər üç nəfər onlarla müxalif olsa, tərkibində Əbdürrəhman ibn Ovf olmayan qrup qətlə yetirilsin. Ömərin proqnozu düz idi və bilirdi ki, Əbdürrəhman kimi münafiq bir şəxs əsla həzrət Əli (ə) ilə həmfikir olmayacaq. Həmçinin, Osman və Səd ibn Əbi Vəqqas kimilər. Digər tərəfdən, Təlhə və Zübeyrin həzrət Əliyə (ə) meyil göstərəcəyini də ehtimal verirdi. Həmin səbəbdən, öz fikrinin həyata keçməsi və həzrət Əlinin (ə) seçilməsinin qarşısını almaq üçün Əbdürrəhmanın qarşı tərəfində dayanmış olacan üç nəfərin öldürülməsi hökmünü verdi ki, xilafətin həzrət Əliyə (ə) yetişməyəcəyindən əmin olsun.
6.    “əs-Səvaiqul-muhriqə”, İbn Həcər, səh. 8; “əl-Miləlu vən-nihəl”, Şəhristani.
7.    “əs-Siyərul-kəbir”, Məhəmməd ibn Həsən Şeybani, c. 1, səh. 36.
8.    “Zuxruf” surəsi, ayə 23.
9.    Allah Rəsulunun (s) həzrət Əlini (ə) özünün xəlifə və canişini kimi tanıtdırdığını göstərən mənbələr həddən artıq çoxdur. O cümlədən, “İbn Cərir tarixi”, c. 2, səh. 62; “Kənzul-ummal”, c. 6, səh. 392; “Səhih Tirmizi”; “Səhih İbn Macə”; “Müsnəd”, Əhməd ibn Hənbəl; “Mustədrəkus-Səhiheyn”; “Fəxri Razi təfsiri”; “əs-Səvaiqul-muhriqə” və yüzlərlə digər kitablar.
10.    “Müsnəd”, Əhməd ibn Hənbəl, c. 4, səh. 281; “Fəxri Razi” təfsiri, – ((ياأيّها الرسول – “Təbliğ” ayəsinin təfsirində; “Bağdad tarixi”, Xətib Bağdadi, c. 8, səh. 290; “əs-Səvaiqul-muhriqə”, İbn Həcər, səh. 107.
11.    “Fəcr” surəsi, ayə 22.
12.    “Qələm” surəsi, ayə 42.
13.    “Fəth” surəsi, ayə 10.
14.    “Siyəru-əlamin-nubəla”, c. 2, səh. 600-603; “əl-Bidayətu vən-nihayə”, c. 8, səh. 106 (“əs-Səhihu minəs-sirə” kitabına istinadən, Seyid Mürtəza Cəfər Amili, c. 1, səh. 84).
15.    “İsra” surəsi, ayə 72.
16.    “Əraf” surəsi, ayə 186.
17.    “Nəhl” surəsi, ayə 108.
18.    “Əraf” surəsi, ayə 28.
19.    “İnsan” surəsi, ayə 3.
20.    “Bələd” surəsi, ayə 10.
21.    “Ali-İmran” surəsi, ayə 182.
22.    “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 12, səh. 178 (azacıq fərqlə)
)ما أبطأ عليّ جبرئيل مرّة إلاّ وظننت أنّه نزل على ابن الخطّاب(
23.    “Səhih Müslim”, c. 6, səh. 6; “Səhih Buxari”, c. 2, səh. 11.
24.    “Qələm” surəsi, ayə 4.
25.    “Ənbiya” surəsi, ayə 107.
26.    “Əbəsə” surəsi, 1 və 2-ci ayələr.
27.    “Nisa” surəsi, ayə 65.
28.    Cəlaləddin Süyuti, “Fəth” surəsinin təfsirində (Əbdürrəhman Əhməd əl-Bəkrinin yazdığı “Ömər ibnul Xəttab” adlı kitaba istinadən, səh. 71). (azacıq fərqlə)
29.    “əl-Fitnətu və vəqətul-Cəməl”, Seyf ibn Ömər əl-İnəbi, səh. 115; “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 6, səh. 215 və c. 20, səh. 17 və 22. Həmin səhifədə yazır: “Ayişə Peyğəmbərin (s) köynəyini gətirdi və camaata dedi: “Bu, Peyğəmbərin (s) köynəyidir və hələ aradan getməmişdir, lakin Osman onun sünnəsini aradan aparmışdır.””; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə, c. 1, səh. 72; “İmam Hüseynin (ə) tərcümeyi halı”, İbn Əsakir, səh. 197; “Kəşful-ğummə”, Ərbili, c. 1, səh. 239 və c. 2, səh. 108.
30.    Pul almaqla hədislər uyduran ravilər bəzi münafiqlər və cinayətkarların mövqeyinin yaxşılaşdırılması üçün rəvayətləri Peyğəmbərə (s) nisbət verdilər ki, “Əşərətun mübəşşirə” – “Müjdələnmiş on nəfər” adı ilə məşhurlaşdı. Bu saxta rəvayətdə Peyğəmbərin (s) dilindən cənnətlə müjdələnən on nəfərin adı çəkilmişdir. Rəvayətin camaat arasında yayılması, qəbul edilməsi üçün həzrət Əlinin (ə) də adını həmin şəxslərin adları arasında qeyd etmişdilər. Həmin rəvayətlə onların bütün günah və cinayətlərinin üstünü ört-basdır etməyə çalışırlar.
31.    “Əhzab” surəsi, ayə 53.
32.    “Yənabiul-məvəddət”, Qunduzi, səh. 172 və 253; “əl-Mənaqib”, Xarəzmi, səh. 129.
33.    “əl-Kamil”, İbn Üdəyy, c. 4, səh. 349; “Dəməşqin tarixi”, İbn Əsakir, c. 42, səh. 270.
34.    “Kənzul-ummal”, hədis: 1152; “əs-Səvaiqul-muhriqə”, İbn Həcər, səh. 57; “Mustədrəki-Hakim”, c. 3, səh. 124.
35.    “Bağdad tarixi”, c. 14, səh. 321; “Məcməuz-zəvaid”, Heysəmi, c. 7, səh. 236; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə, c. 1, səh. 68; “Mustədrəki-Hakim”, c. 3, səh. 125; “Camei-Tirmizi”, c. 2, səh. 213. Daha ətraflı məlumat üçün “Haqq, Əli (ə) ilədir.” kitabına müraciət edin.
36.    “Əraf” surəsi, ayə 146. “Ənam” surəsi, ayə 25.
37.    “Bəqərə” surəsi, ayə 6.
38.    “Nur” surəsi, ayə 54.
39.    “Əhzab” surəsi, ayə 36.
40.    “Ənfal” surəsi, ayə 24.
41.    “Səhih Buxari”, ما ننسخ من آية – (“Bəqərə” surəsi, 106-cı ayənin təfsirində); “Təbəqati-İbn Səd”, c. 6, səh. 102; “əl-İstiab”, c. 1, səh. 8 və c. 2, səh. 461; “Hilyətul-Ovliya”, c. 1, səh. 65; “Mucəmu-əvsət”, Təbərani, c. 7, səh. 357; “Kəşful-xəfa”, İsmail ibn Məhəmməd əl-Əcluni, c. 1, səh. 1630; “İləlu Darqutni”, səh. 86; “Siyəru-əlamin-nubəla”, Zəhəbi, c. 1, səh. 391; “Cəvahirul-mətalib fi mənaqibil-İmam Əli (ə)”, İbn əd-Dəməşqi, c. 1, səh. 203 və 296.
42.    “Mustədrəki-Hakim”, c. 3, səh. 136; “Mucəmu-kəbir”, Təbərani, c. 11, səh. 55; “əl-Faiq”, Zəməxşəri, c. 2, səh. 16; “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 7, səh. 219 və c. 9, səh. 165; “Camiu-səğir”, Süyuti, c. 1, səh. 415; “Kənzul-ummal”, Müttəqi Hindi, c. 13, səh. 148 və c. 6, səh. 152; “Feyzul-qədir”, Mənavi, c. 3, səh. 60; “Bağdad tarixi”, Xətib Bağdadi, c. 4, səh. 348; “Usdul-ğabə”, c. 4, səh. 22; “Təhzibut-Təhzib” , İbn Həcər, c. 6, səh. 330....
43.    Yenə orada (yuxarıda qeyd olunan qaynaqlara müraciət edin).
44.    “Zumər” surəsi, ayə 9.
45.    “Sirrul-aləmin”, Qəzali; ”İbtalul-batil”, İbn Ruzbəhan; “Şərhi-Təcrid”, Quşçi, 5-ci məqsəd (“İmamət” bəhsi) (azacıq fərqlərlə).
46.    “əl-Mustədrək”, Hakim, (Kitabus-səlat) c. 1, səh. 358; “əl-İstiab”, c. 3, səh. 39; “əl-Mənaqib”, Xarəzmi, səh. 48; “Təzkirətus-Sibt”, səh. 87; “Təfsiri-Neyşaburi”, “Əhqaf” surəsinin təfsirində.
47.    “Təzkirətus-Sibt”, səh. 87; “əl-Mənaqib”, Xarəzmi, səh. 60; “Feyzul-qədir”, Mənavi, c. 4, səh. 357. Yuxarıdakı mətn və qırxdan çox məsələ ilə bağlı oxşar mətnlərin sənədləri ilə tanış olmaq üçün “İmam Əmirəl-möminin (ə) xəlifələrin baxışında” kitabına müracit edin. “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 1, səh. 18.
48.    “Bəqərə” surəsi, ayə 124.
49.    “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 6, səh. 20 və c. 17, səh. 157 və 160; “Təbəqati-İbn Səd”, c. 3, səh. 212; “Dəməşqin tarixi”, İbn Əsakir, c. 30, səh. 303; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə, c. 1, səh. 34 (Başqa çapda səh. 22).
50.    “Təbəqati-İbn Səd”, c. 3, səh. 212; “Tarixi-İbn Cərir”, c. 2, səh. 440; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə, səh. 6.
51.    “Tövbə” surəsi, ayə 61.
52.    “Nisa” surəsi, ayə 24.
53.    Həzrət Əlidən (ə) belə nəql olunur: “Əgər Ömər “mütə”ni (müvəqqəti evlilik) qadağan etməsəydi, bədbəxtdən başqa heç kəs zina etməzdi”.
54.    “Maidə” surəsi, 44-47-ci ayələrə müraciət edin.
55.    “Həşr” surəsi, ayə 7.
56.    “Nur” surəsi, ayə 54.
57.    “Əhzab” surəsi, ayə 21.
58.    “Nihayətul-uqul”, Fəxri Razi, səh. 104; “əl-Mustədrək”, Hakim, c. 3, səh. 32; “Bağdad tarixi”, Xətib Bağdadi, c. 3, səh. 19; “Təlxisul-Mustədrək”, c. 3, səh. 32; “Ərcəhul-mətalib”, səh. 481; “Yənabiul-məvəddət”, c. 1, səh. 412.
59.    “Tarixi-Əbul-Fida”, c. 1, 158; “Təbəri tarixi”, c. 3, səh. 241; “İbn Əsir tarixi”, c. 5, səh. 149; “Tarixi-İbn Əsakir”, c. 5, səh. 105; “İbn Kəsir tarixi”, c. 6, səh. 321.
60.    “əs-Səqifə”, Əbubəkr Cövhəri; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə; “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 2, səh. 19. “Xanım Zəhranın (s.ə) evinin qapısının yandırılması” mövzusu və onun sənədləri haqqında ətraflı məlumat əldə etmək üçün “Vəhy evinə vurulan od” kitabına müraciət edin.
61.    “Səhih Buxari”, (xums kitabı), c. 2, səh. 64,  hədis: 2. Həmçinin, “Xeybər” döyüşü babı (c. 5, səh. 177) və fəraiz kitabı; “Səhih Tirmizi”, c. 1, “Ma caə min tərəkəti Rəsulillah (s)” babı; “əl-Mustədrək”, Hakim, c. 3, səh. 153; “Mizanul-itidal”, c. 2, səh. 72; “Kənzul-ummal”, Müttəqi Hindi, c. 6, səh. 219.
62.    Fədək Mədinə və Xeybər arasında yerləşən torpaq sahəsinin adıdir. O, Peyğəmbərin mülkü idi, sonra onu qızı Fatimeyi-Zəhraya (ə) bağışlamışdı.
63.    “Məcməuz-zəvaid”, Heysəmi, c. 9, səh. 39 və c. 7, səh. 49; “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 16, səh. 208; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə.
64.     Peyğəmbərin (s) on iki imamın adını çəkməsi barədə əhli-sünnə vasitəsi ilə iyirmidən artıq nəss (aşkar rəvayət) nəql edilmişdir. O cümlədən, “Fəraidus-səmtəyn”; “Təzkirə”, İbn Cuzi, səh. 379; “Yənabiul-məvəddət”, səh. 442; “Ərbəin”, Hafiz Əbu Məhəmməd ibn Əbil-Fəvaris; “Məqtəlul-Husəyn”, Əbil-Muəyyid; “Minhacul-fazilin”, səh. 239; “Durərus-səmtəyn.” kitablarında bildirilmişdir.
65.    İndi 1422 hicri ilidir. (Tərcümə edildiyi və tənzimləndiyi vaxt) Həzrət Məhdinin (əc.f) 1167 yaşı var. Amma münazirə olan zaman Həzrətin (əc.f) ömründən (qeybətindən) iki yüz ilə yaxın keçirdi.
66.    “Ənkəbut” surəsi, ayə 14.
67.    “əl-Məlahim vəl-fitən”, 19-cu fəsil; “İqdud-durər”, hədis: 26; “Yənabiul-məvəddət”, səh. 491; “Təzkirətul-xəvass”, 6-cı fəsil; “Hilyətul-Ovliya”; “Ərcəhul-mətalib”, səh. 278; “Zəxairul-uqba”, Şafei.
68.    “Bəqərə” surəsi, ayə 159.
69.    “Səhih Buxari”, “Təravih namazı” bölməsi; “Səvaiq”; Əsqəlani, “İrşadul-bari fi şərhi Səhih Buxari” kitabının 5-ci cildi, 4-cü səhifəsində Ömərin “Bu, yaxşı bidətdir.” sözünə yetişdikdə, yazır: “Allah Rəsulunun (s) ona göstəriş vermədiyi, həmçinin, Əbubəkrin zamanında da, gecənin əvvəllində də (qılınma məsələsi) və bu miqdarda mövcud olmadığı üçün onu “bidət” adlandırmışdır.”
70.    “Muvəttəi-Malik”, səh. 70; “Tənvirul-məhalik”, Süyuti, səh. 92; “Məvahibul-cəlil”, c. 2; “əl-Həttab ər-Ruyani”, səh. 74.
71.    Əhli-sünnənin böyük alimlərindən olan Quşçi yazır: “Ömər dedi: “Allah Rəsulunun (s) zamanında üç əməl vardı ki, mən onları qadağan və haram edir və onu yerinə yetirənləri cəzalandırıram: Qadınlarla mütə, təməttö həcci və həyya əla xəyril-əməl demək.”” Malik “əl-Muvəttə” kitabında ona belə bildirildiyini yazır: “Müəzzin Ömərin yanına gəlib sübh azanının yetişdiyini xəbər vermək istədikdə, onun yuxuya daldığını gördü və dedi: əs-Səlatu xəyrun minən-nəvm (namaz yuxudan daha xeyirlidir)” Ömər həmin cümlənin sübh azanına əlavə edilməsinə göstəriş verdi.”
72.    “Əhzab” surəsi, ayə 33.
73.    “əl-İmamus-Sadiq (ə) vəl-məzahibul-ərbəə”, “Bağdad tarixi” və digər kitablar. 
74.    “Səhih Müslim”, c. 8, səh. 110; “Yənabiul-məvəddət”, səh. 117.
75.    Ətraflı məlumat üçün “İmamı tanımaq, cahiliyyət ölümündən xilas olma yolu” kitabına müraciət edə bilərsiniz.
76.    “Bəqərə” surəsi, ayə 74.

http://www.sibtayn.com/az

Filters

Bu bölümdə məqalə yoxdur. Əgər bu səhifədə altbölümlər göstərilirsə, gümanki, onlarda məqalələr var.