Çr09202017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Hüseyn (ə)

İmam Hüseyn (ə)

Nə üçün imam Hüseyn (ə) Yezidlə beyətdən qəti imtina edirdi? Məgər hansısa şərtlər irəli sürmək olmazdımı?

Cavab: Əvvəla, hər bir tarixi qərar həssas bir dönəmdə bir sıra səbəblərdən ortaya çıxır və hər iki tərəf bu fürsəti əvvəlcədən gözləyir. Peyğəmbər (s) sünnəsindən kənarlaşma və imamların ədaləti aşuradan sonra çox-çox əvvəlki gerçəklik idi. Salman, Əbuzər, Əmmar kimi pak səhabələr fürsət düşən kimi xalqı oyatmağa çalışardılar. Amma elə tarixi məqam çatır ki, hər iki tərəf son söz demək qərarına gəlirlər. Müaviyənin ölümündən sonra artıq belə bir məqam yaranmışdı. İş o yerə çatmışdı ki, Yezid Allahdan vəhy nazil olmadığını, imam Hüseyn (ə) isə Yezid kimilərinin hakimiyyətdən kənarlaşdırılması zərurətini elan edirdi. Yezid imam Hüseyndən (ə) beyət tələb edir, imam Hüseyn (ə) isə "mənim kimisi onun kimisinə beyət etməz" deyirdi.

 Beyətdən imtina edən imam Hüseynin (ə) dəlilləri kimsədə şübhə doğurmurdu. Hətta Yezidin əmisi oğlu Vəlid İmamın məntiqi qarşısında susurdu.

 Beyət nədir? Beyət Allahın dinini rəhbər tutan xəlifəyə tabeçiliyin izharıdır. Quran "özünüzdən olan əmr sahiblərinə itaət edin" buyurur. Allahın qanunlarını hər addımda pozan Yezidə beyətin mümkünsüzlüyünü hamı bilirdi. Amma həqiqəti aşkar şəkildə imam Hüseyn (ə) izhar edə bildi. Bütün müsəlmanlar zilləti qəbul edib Yezidə beyət etsəydilər də, imam Hüseyn (ə) kimi kəramət və fəzilət sahibi zillət buxovunu taxa bilməzdi.

 İmam Hüseyn (ə) sözsüz ki, başqalarından fərqlənirdi. O, Peyğəmbər Əhli-beyti, mələklərin müsahibi, mərhəmət kölgəsi idi. İmam (ə) bir dəfə Fərəzdəqə buyurur: "Bu camaat Allaha itaətdən çıxıb, şeytana üz tutub. Onlar aşkar günah edir, hədləri pozurlar. Şərab içir, fəqir və kimsəsizlərin malını mənimsəyirlər. Din, izzət, şəriətə yardım, Allah kəlməsinin elanından ötrü cihad üçün ən layiqli fərd mənəm."("Təzkirətül-xəvas" səh. 252)

 Yezid kimi rəzil bir varlıq Peyğəmbər (s) taxtında oturub, müsəlmanlara rəhbərlik etmək istədiyi vaxt İmamın qiyamdan başqa vəzifəsi yoxdur. Çünki onun beyət etməsi xalqın nəzərində haqsız bir hakimi haqlı edir. Bu məntiq İmamın Aşura günündəki çıxışında da təsdiqlənir: "And olsun Allaha! Nə qədər ki, üzüm qanıma boyanmış şəkildə Allahla görüşməmişəm, xalqın istəklərinə müvafiq cavab verməmiş oluram."(Sümuvvəl-məna" səh. 118)

 Sünni alimi Seyyid Qütb deyir: "Əməvilərin hökuməti islami xilafət yox, vəhy ilə uyuşmayan, cahiliyyət düşüncəsindən doğmuş istibdad rejimi idi. Bu hökumətin hansı əsaslarla möhkəmləndiyini bilmək üçün Yezidin beyət səhnəsinə baxmaq kifayətdir. Müaviyə Yezidə beyət almaq üçün xalq arasında bəzi qrupları dəvət edərək, onların münasibətini soruşur. Yezid ibn Müqəffə adlı bir şəxs ayağa qalxıb Yezidə işarə ilə deyir: "Müaviyə öləndə əmirəlmöminin budur. Kim bunu qəbul etməsə..." − sonra qılıncını göstərdi.
İmam Hüseyn (ə) öz qiyamı ilə Yezid hökumətinə İslamın münasibətini bildirdi. Əgər İmam beyət etsəydi, xalqda İslam hökuməti haqqında yanlış təsəvvür yaranardı.
 Sual: Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?

 Cavab: İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi.

 İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar.

 Mənbələrdə oxuyuruq: "İslam mütəfəkkirlərinə məlumdur ki, Bəni-üməyyə fəsad mənbəyi olmuş, təbiətən bütün mərasimləri və boyaları ilə cahiliyyət əsrini diriltmişlər." (Sümuvvəl-məna" səh.28)
Başqa bir mənbədə bildirilir: "Hüseyn (ə) ona görə həmin qövmə üz tutdu ki, şəriətin məhv olduğunu görürdü. O, şəriətin dayaqlarını möhkəmləndirmək üçün çalışırdı." ("Təzkirətül-xəvas" səh 283)
Əgər Yezid Bəni-üməyyənin xain planlarının icrasına başlasaydı, atası Müaviyənin istədiyi kimi, azan, tövhid və risalətə şəhadət tərk olunar, İslamdan quru ad qalardı. Əgər Yezid xilafəti cəmiyyətdə ciddi müqavimətlərlə qarşılaşmasaydı, Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul olunar, İslam məmləkəti günah, qumar, şərab, ğina, rəqs mərkəzinə çevrilərdi. Çünki bütün cəmiyyətlərdə insanlar öz başçılarını nümunə götürür, onlar kimi yaşamağa çalışırlar.

 Bəli, İslamın hifzi, Bəni-üməyyə başçılarının hiyləgər simasının açılması üçün qiyam baş verməli idi. Bundan əlavə, xalqın dini hissləri oyandırılmalı, insanlar əməviləri din düşməni kimi tanımalı idilər. Demək, imam Hüseynin (ə) qiyamının məqsədi Bəni-üməyyə maskasını yırtmaq və xalqın dini hisslərini oyatmaq olmuşdur.

Düşmənin amansızlığı imamın (ə) cihadının qarşısını ala bilmədi. Çünki bu mücahid, Allah əmri ilə ayağa qalxdığından zahiri məğlubiyyətdən çəkinmirdi. Zahiri məğlubiyyət də, qələbə də imam üçün şərafət idi. ("Tövbə" 52)
İmam Hüseyn (ə) Allah yolunda, həqiqət naminə şəhid oldu. Onu qətlə yetirənlər Allahın, mələklərin və xalqın lənətini qazandılar. Zahirən məğlub olmuş imam Allah yanında ən ali dərəcəyə çatdı.

 Sual "Höccətin tamamlanması" ("itmamü höccət) nə deməkdir?

 Cavab: Höccətin tamamlanması dedikdə hər hansı bir həqiqətin yetərli şəkildə sübuta yetirilməsi, bəhanəyə yer qoyulmaması nəzərdə tutulur. Aşura qiyamında imam Hüseyn (ə) xalqı oyatmaq üçün müxtəlif təbliğat üsullarından istifadə edirdi. Bu təbliğat üsulları həm qiyama əbədilik verib, onu yanlış düşüncələrdən qoruyur, həm də mücahid müsəlmanları ruhlandırıb, Kufə qoşununu tərəddüdə salırdı. Höccətin tamamlanması imamın təbliğat üsullarından biri idi. İmam bu üsul vasitəsi ilə ağı ağ, qaranı qara yerində oturdur, bütün bəhanələrin qarşısını alırdı.

 Bu üsulu imam Hüseyn (ə) Əhli-beyt məktəbindən öyrənmişdi. O, görürdü ki, İslamın təbliğində elm və məntiqin yerini kobudluq və zor tutur. Ona görə də imam (ə) öz məntiqi dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı.

 İmam Hüseyn (ə) Kərbəladakı müraciətlərindən birində buyurur: "Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə və Cəfər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: "Bu iki nəfər behişt cavanlarının ağasıdırlar."?! Əgər məni yalançı sayırsınızsa, Cabir ibn Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm, Ənəs ibn Malikdən soruşun! Mən sizlərdən kimi öldürmüşəm ki, qanını almağa gəlmisiniz?! Kimin malına zərər vurmuşam ki, əvəzini istəyirsiniz?! Kimi yaralamışam ki, qisas tələb edirsiniz?! "Müraciət edilənlər susdular. İmam (ə) əvvəlcə onu qiyama dəvət edib, sonra düşmənə qoşulanlara üz tutdu: "...Siz yazmamışdınız ki, meyvələr yetişib, bağlar səfalanıb, tələs hazır qoşuna tərəf? Yox, and olsun Allaha, heç vaxt alçaq adamlara beyət əlini uzadıb, qullar kimi qaçmaram." ("Tarixi Təbəri" c. 5, səh 224-227)
İmam öz məntiqli cümlələri ilə həqiqətləri işıqlandırır, bütün bəhanələri kəsir və beləcə, höccəti tamamlayırdı.

Sual: İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?

 Cavab: Şiə mənbələrindəki rəvayətlərə görə İmam (ə) qeybi biliklərdən xəbərdar idi. Qurani-kərimdə bildirilir ki, Allah Peyğəmbərdən (s) başqa heç kəsə öz qeybini əyan etməz. ("Cinn" 26-27) Demək, Allahın izni ilə məsum imamlar həzrət Peyğəmbərdən (s) həmin bilikləri əxz edə bilərlər. Əllamə Təbatəbai bu barədə yazır: "İmam Hüseyn (ə) imamiyyə şiələrinin əqidəsinə görə Peyğəmbərin (s) üçüncü canişini və küllən vilayət sahibidir. İmamın elmi nəqli və əqli dəlillərə əsasən iki qisimdir:

 1. İmam (ə) bütün şəraitlərdə Allahın izni ilə varlıq aləminin hissi və fövqəlhissi həqiqətlərindən agahdır. Səmada olanlar, keçmişin və gələcəyin hadisələri ona məlumdur.

 2. Adi elmlər. Peyğəmbər (s) və imam da bu sahədə başqaları kimi daha layiq bildiklərinə ixtiyari olaraq əməl edirlər."

 Mötəbər rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) və imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər vermişlər. İmama yaxın adamlar Peyğəmbərin (s) buyuruğundan xəbərdar olduqlarından və Bəni-üməyyənin İslam dünyasına zülmlərini gördüklərindən məyus idilər. Kufə əhlinin həzrət Əli və imam Hüseynə qarşı xəyanətkar mövqeyi bir daha sübut edirdi ki, İmam ölümə doğru gedir.

 Dəfələrlə öz ölümü haqqında danışan imam Hüseyn (ə) bir dəfə də olsun Yezid hökumətinin süquta uğrayacağını bildirmirdi. İmam (ə) xalqı Yezidə itaətsizliyə çağırır, eyni zamanda, şəhadətə yetiriləcəyini bildirirdi. İmam (ə) onu bu səfərdən saxlamaq istəyənlərə buyururdu: "Mən yuxuda Allahın Rəsulunu gördüm və elə bir işə məmur oldum ki, o işi görməyim daha yaxşıdır. İmam Səccad (ə) nəql edir ki, hansı mənzilə çatırdıqsa, atam Yəhya ibn Zəkəriyyanın şəhadətindən danışırdı.

Bütün bunlardan aydın olur ki, İmam (ə) hərbi qələbəyə çatmayacağını və şəhadətə yetiriləcəyini qabaqcadan bilirdi. O, öz şəhadəti ilə Bəni-üməyyə xanədanının əsil simasını açdı və düşüncələrdə əbədi inqilab toxumu səpdi.

Sual: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın?

 Cavab: Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bəzən haram, bəzən isə vacibdir. Əgər İslam dininin varlığı təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala bilərsə, meydana atılmaq vacibdir. Kimə icazə verilir ki, canını qurtarmaq üçün İslamın məhvinə "hə" desin. Məmləkəti düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, can barədə düşünmək olmaz.

 Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. Amma bəzən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun.

 "Öz əlinizlə özünüzü təhlükəyə atmayın" buyurulan ayədə, çox güman ki, nahaq ölümdən və xəsarətdən danışılır. ("Bəqərə" 195) Sözsüz ki, vətəni düşməndən qoruyan mücahidlə cansız, kövrək budağa dırmanıb meyvə dərmək istəyən adamı eyni tutmaq olmaz. Birincinin ölümü şərəf, ikincinin ölümü isə əbəsdir.

İmam hamıdan elmli və məsum olduğu üçün səhvə yol verə bilməzdi. Digər bir tərəfdən, imamı şəhadətə yetirmək qərarında olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı.

Sual: İmam Hüseyn (ə) şəhadətə yetəcəyini bildiyi halda, nə üçün ailəsini özü ilə apardı?

Cavab: İmam Hüseyn (ə) qiyamı iki məsələni işıqlandırırdı: şəhadət və həqiqətin bəyanı. Bu qiyamda qadınların vəzifəsi həqiqəti işıqlandırmaq idi. İmam Hüseyn (ə) həzrət Peyğəmbəri (s) yuxuda gördükdən sonra ona aydın oldu ki, ailəsinin əsarəti Allahın istəyidir.

Heç bir mütəxəssis qadınların tarixdəki rolunu inkar etmir. Ən azı tarixi yaradan kişiləri dünyaya qadın gətirir. Ümumiyyətlə qadının tarixdəki rolunu nəzərə alsaq, onları üç qismə ayıra bilərik:

 1. Dəyərli əşya mislində olub, tarixdə rol oynamayan qadınlar. Belə qadınlar kişilərə yalnız qiymətli əşya kimi təsir edə bilmiş, heç bir ictimai rola malik olmamışlar.

 2. Cəmiyyətə çıxıb, dəyərini itirən qadınlar. Bəzi cəmiyyətlərdə qadın istədiyi yerə gedə bilirsə də, öz insani şəxsiyyətini, qadın müqəddəsliyini yollarda itirir. Qadının təbiəti onun kişi üçün dəyərli olmasını tələb edir. Kişilərin nəzərində möhtərəm sayılmayan qadının psixoloji durumu gərgin olur.

 3. Qadın şəxsiyyətini qoruyaraq ictimai həyatda rol oynayan qadın. İslam nəzərincə, qadın həm ictimai, həm də fərdi baxımdan dəyərli olmalıdır. Allah-taala Adəmlə yanaşı Həvvanın, İbrahimlə yanaşı Saranın, İsa ilə yanaşı Məryəmin şəxsiyyətini dəyərləndirir. Həzrət Fatimə (s) "kövsər" adlandırılır.

 İslam tarixində həzrət Fatimə (s) (Zəhra) ən nümunəvi qadındır. Yalnız ev işlərini xoşlayan Fatimə (s) məsciddə elə bir xütbə söyləyir ki, mahir natiqlər heyran qalır. Amma o, öz ehtiramını qorumaq üçün pərdə arxasından danışır!

 Bu baxımdan Kərbəla hadisəsi yalnız kişilərin yox, eləcə də qadınların rol oynadığı tarixi gerçəklikdir. Aşura günü günortadan sonra həzrət Zeynəb (ə) mübarizə sükanını öz əlinə alır. Artıq işin davamı onun öhdəsindədir. Həzrət Zeynəb (ə) İmamın cənazəsi üstə düşmənləri də ağladan ilk əzadarlıq məclisini qurur. O, imam Səccada, karvandakı qadınlara və uşaqlara himayədarlıq edir. Kufə darvazası qarşısında Əlinin şücaətindən, Fatimənin həyasından danışıb, Kufə camaatını ittiham edən Zeynəbdir. Budur İslamın istədiyi qadın obrazı − ictimai şəxsiyyəti inkişaf etmiş, həyalı bir qadın!

İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının bir neçə faydası oldu:

− aydın oldu ki, İslam dinində ictimai vəzifə təkcə kişilərə aid deyil. Əsir düşmüş ailə Kərbəla qiyamını davam etdirdi, qiyamın mahiyyətini tarixə öz əli ilə qeyd etdi.

− Kərbəla hadisəsinədək İslam haqqında yanlış təsəvvürdə olan Dəməşq əhli əsirlərin təbliğatı sayəsində həqiqi İslamı və bu İslamın düşməni olan Bəni-üməyyəni tanıdı.

− İmamın ailəsinin Kərbəlada iştirakı sayəsində qeyri-insani Yezid rejiminin iç üzü açıldı. İmam Səccad (ə) bu zalımlara üz tutaraq deyir: "Tutaq ki, öldürmək istəyirsiniz, bəs nə üçün bu sayaq? Nə üçün quş kimi bədənləri tikə-tikə edirsiniz? Nə üçün suyun qabağını kəsirsiniz? Nə üçün öldürdüyünüzü dəfn etmirsiniz? Nə üçün xeymələrə hücum edirsiniz? Nə üçün İmamın körpəsini öldürürsünüz?

 Bəli, İmamın ailəsinin çıxışları Kərbəladan sonrakı mərhələnin əsasını təşkil edirdi./Şübhə doğuran suallara cavablar

İmаm Hüsеyndən (ә) qırх hәdis

“Әgәr üç şеy оlmаsаydı, bәşәr hеç nәyin qаrşısındа әyilmәzdi: 1. Kаsıblıq; 2. Хәstәlik; 3. Ölüm.” (“Nәzәhәtun-nаzir”, sәh. 80.)
“Sаlаmın yеtmiş sаvаbı vаr. Оnun аltmış dоqquzu sаlаm vеrәnin biri isә sаlаmın cаvаbını аlаnındır.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 120.)

“Hәr kәs оnu mәşhur еdәn bir pаltаr gеysә, Аllаh qiyаmәtdә оnа оddаn pаltаr gеyindirәr.” (“Furui kаfi”, sәh. 445.)

“Üzrә sәbәb оlаn işlәrdәn pәhriz еdin. Çünki mömin nә pis iş görәr, nә dә üzr istәyәr. Аmmа münаfiq isә hәr gün pis iş görәr vә sоnrа dа üzr istәyәr.” (“Tuhәfül-üqul”, sәh. 253.)

“Mәn göz yаşı üstә öldürülmüşәm. Еlә bir mömin tаpılmаz ki, mәni yаd еdib müsibәtimә аğlаmаsın.” (“Müstәdrәkul-vәsаil”, c. 1, sәh. 311.)

“Kim istәyir ki, әcәli tәхirә düşsün vә ruzisi çохаlsın, silеyi-rәhm еtmәlidir.” (“Uyuni-әхbаrir-Rzа” (ә) c. 2, sәh. 48.)

“Hәr kim Аllаhın rаzılığını cаmааtın qәzәbi ilә qаzаnsа, Аllаh оnu cаmааtа möhtаc еtmәz. Hәr kim cаmааtın rаzılığını Аllаhın rаzılığındаn üstün tutsа, Аllаh-tәаlа оnu cаmааtа tаpşırаr.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 126.)

“Pеyğәmbәr (s) duа еdәndә miskinin birinә әl аçdığı kimi әllәrini sәmаyа qаldırıb duа еdәrdi.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 282.)

“Cаmааt dünyаnın quludur. Dini yаlnız dillәrindә zikr еdirlәr vә оnu dünyәvi işlәrini tәmin еdәnә qәdәr qәbul еdirlәr. Аmmа çәtinliklә üzlәşәndә dindаrlаrın sаyı аzdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 316.)

“Qәnаәt, cismin rаhаtlığıdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 282.)

Hәzrәt qеybәt еdәn bir kişiyә buyurdu: “Qеybәtdәn çәkin ki, qеybәt, cәhәnnәm itlәrinin аzuqәsidir.” (“Хuruş”, аşlа yеyilәn qаrа.)

“Biz vә şiәlәrimizin fitrәti Аllаh-tәаlаnın Pеyğәmbәri (s) sеçdiyi fitrәt üzrәdir. Аmmа bаşqа insаnlаr bеlә dеyillәr.” (“Ricаli kәşşi”, c. 10, sәh. 331.)

“Әn sәхаvәtli insаn о kәsdir ki, qаrşı tәrәfdәn bir şеy ummаdаn еhsаn еtsin.” (“Ricаli kәşşi”, c. 10, sәh. 185.)

“Bir şәhәrin divаrının аltındаn bir lövhә tаpıldı. Оrаdа yаzılmışdır: “Mәndәn bаşqа Аllаh yохdur vә Mәhәmmәd mәnim еlçimdir. Tәәccüb еdirәm о kәsә ki, ölümә yәqini vаr, bununlа bеlә о nеcә şаddır! Tәәccüb еdirәm о kәsә ki, qәzа-qәdәri qәbul еdir, аmmа pis hаdisәlәrlә üzlәşәndә qәmgin оlur. Tәәccüb еdirәm о kәsә ki, dünyаnı sınаyıb, аmmа bunа bахmаyаrаq оnа nеcә güvәnir!” (“Bihаrul-әnvаr”, c. 73, sәh. 95. )

“Hәqiqәtәn, işlәrin düzgün müqәddәrаtı ilаhi аlimlәrin әlindәdir vә оnlаr Аllаhın hаlаl vә hаrаmınа zаmindirlәr.” (“Bihаrul-әnvаr”, c. 100, sәh. 79.)

İmаm Hüsеyn (ә) sаlаmsız hаl-әhvаl sоruşаnа buyurdu: “Sаlаm kәlаmdаn qаbаqdır. Аllаh sәnә аfiyәt vеrsin! (Sоnrа buyurdu:) Sizinlә sаlаmsız dаnışmаq istәyәnә icаzә vеrmәyin.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 117.)

“Düz dаnışmаq izzәtdir. Yаlаn dаnışmаq аcizlikdir. Cаmааtın sirri әmаnәtdir. Qоnşuluq qоhumluqdur. Cаmааtа kömәk еtmәk sәdәqәdir. Iş özü tәcrübәdir.” (“Tаriхi-Yәqubi”, c. 2, sәh. 246.)

“Hәr kim hәqiqәtәn Аllаhа bәndәlik еtsә, Аllаh оnа gözlәdiyindәn dә аrtıq bәхşiş еdәr.” (“Mizаnul-hikmәt”, c. 6, sәh. 27.)

İmаmdаn әdәbin mәnаsı sоruşulduqdа, buyurdu: “Әdәb оdur ki, еvdәn хаric оlаndа üzlәşdiyin şәхsi özündәn üstün bilәsәn.” (“Divаni-Imаm Hüsеyn”, sәh. 99.)

“Nә çох хәtаlаr vаr ki, üzrü оnlаrdаn dа pisdir.” (“Mizаnul-hikmәt”, c. 6, sәh. 116. )

İmаm (ә), Pеyğәmbәrә (s) dеdi: “Sәni ziyаrәt еdәnin sаvаbı nә qәdәrdir? Buyurdu: Еy оğlum! Hәr kim mәni sаğlığımdа, yа ölәndәn sоnrа vә аtаnı, qаrdаşını, sәni ziyаrәt еtsә, (Аllаhın izni ilә) оnu qiyаmәt günü ziyаrәt еdәr, günаhlаrındаn kеçәr vә cәnnәtә dахil еdәrәm.” (“Tәnzibul-әhkаm”, c. 6, sәh. 4.)

“Ömür bоyu bәdәninizi sаğlаm sахlаyın.” (“Bihаrul-әnvаr”, c. 75, sәh. 120.)

“Hәr kimdә bеş şеy оlmаsа, çох fаydа götürmәz: 1. Аğıl; 2. Din; 3. Hәyа; 4. Әdәb; 5. Хоş әхlаq.” (“Hәyаtul-Imаm Hüsеyn”, c. 1, sәh. 181.)

“Bu ümmәtin әmәl dәftәri hәr gün sübh çаğı Аllаh-tәаlаyа tәqdim оlunur.” (“Bihаrul-әnvаr”, c. 65, sәh. 358.)

“Hәqiqәtәn, cаmааtın sizә möhtаc оlmаsı Аllаhın nеmәtlәrindәndir. Оnа görә dә оnlаrın istәklәrini yеrinә yеtirmәkdә sәhlәnkаrlıq еtmәyin.” (“Bihаrul-әnvаr”, c. 71, sәh. 318.)

“Hәr kәs sәnin hәdiyyәni qәbul еtsә, sәnә böyük bir kömәk еtmişdir.” (“Bihаrul-әnvаr”, c. 65, sәh. 358.)

“Hәr kәs bizә görә bir yеtimi (yәni, bizim mәhәbbәtimiz vә mәdәniyyәtimizdәn mәhrum оlаnlаr) himаyәsinә götürsә vә bizim еlmimizlә оnu hidаyәt еtsә, Аllаh оnа buyurаr: “Еy mәnim kәrim bәndәm, mәnim kәrәmim lаp çохdur! Еy mәlәklәr, öyrәtdiyi hәr bir hәrfin müqаbilindә оnа minlәrlә qәsr vә lаyiq оlduğu nеmәtlәri vеrin.” (“İhticаc”, c. 1, sәh. 116.)

“Tәlәsmәk sәfеhlikdir. Sәfеhlik isә zәiflikdir.”
Bir nәfәr İmаmın әhvаlını sоruşduqdа, buyurdu: “Еlә bir hаldаyаm ki, Аllаhım әmәllәrimә nәzаrәt еdir, cәhәnnәm аtәşi qаrşımdаdır, ölüm mәni izlәyir, hеsаb (cәzа günü) mәni әhаtә еdib, özüm dә әmәllәrimin girоvuyаm vә qоrхduğum şеyi dә özümdәn uzаqlаşdırа bilmirәm. Çünki işlәr bаşqаsının әlindәdir, istәsә mәnә әzаb vеrәr, istәsә bаğışlаyаr. Bәs, mәndәn dаhа yохsulu vаrmı?” (“Mәn lа yәnzuruhul-fәqih”, c. 4, sәh. 404.)

“Pахıl о kәsdir ki, sаlаmı dа әsirgәyәr.” (“Mәn lа yәnzuruhul-fәqin”, c. 4, sәh. 404.)

“Pеyğәmbәr (s) bеlә buyurub: “Hәr kim mәnә sаlаvаt göndәrib, Әhli-bеytimә isә sаlаvаt göndәrmәsә, cәnnәtin iyini duymаz. Hәqiqәtәn, cәnnәtin iyi bеş yüz illik mәsаfәdәn duyulur.” (“Bihаrul-әnvаr”, c. 8, sәh. 186.)

“Sәni görmәyәn göz kоrdur, hәyаtdа mәhәbbәtindәn nәsib еtmәdiyin bәndә ziyаndаdır!” (“Әrәfә” duаsı.)

“Hәr kim bаğışlаsа, әziz оlаr. Hәr kim pахıllıq еtsә, хаr оlаr.” (“Mizаnul-hәkmәt”, c. 2, sәh. 184.)

“Qurаnın zаhiri gözәl, bаtini isә dәrindir.”
Böyük bir еv tikib оnu göstәrmәk üçün Hәzrәti dәvәt еdәn şәхsә buyurdu: “Әsl еvi хаrаb еdib, bаşqа еvi аbаd еtmisәn. Yеr üzündәkilәr sәni аldаdır, sәmаdаkılаr isә mәzәmmәt еdirlәr.” (“Müstәdrәkül-vәsаil”, c. 3, sәh. 467.)

“Biz, Pеyğәmbәrin (s) dövründә münаfiqlәri Әliyə (ә) vә оnun övlаdlаrınа düşmәnçiliklә tаnıyırdıq.” (“Bihаrul-әnvаr”, c. 39, sәh. 302.)

“Hәr kәs mәni ölümümdәn sоnrа ziyаrәt еtsә, оnu qiyаmәt günü ziyаrәt еdәcәyәm. О, әgәr cәhәnnәmdә bеlә оlsа, оrаdаn çıхаrdаcаğаm.” (“Әlmüntәhаbul-turеyhi”, sәh. 69.)

“İnsаn аğlı yаlnız hаqqа tаbе оlmаqlа kаmillәşәr.” (“Әlаmüd-din”, sәh. 298.)

“Möminә yаrаşmаz ki, bаşqаlаrının günаh еtdiyini görüb оnlаrı әmr bе-mәruf vә nәhy әz münkәr еtmәsin.” (“Kәnzul-ümmаl”, c. 3, sәh. 85, hәdis: 5616.)

“Günаhkаrlаrlа hәmsöhbәt оlmаq bәdgümаnlığа sәbәb оlаr.” (“Mәdәnul-cәvаhir”, sәh. 63.)

İmam Hüseyni (ə) dünya məşhurları kəlamında

Rajendra Prasad, Hindistanın ilk prezidenti: “İmam Hüseynin şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir”.

Professor Pyer Durtgi: “ Biz Qərbdə İmam Hüseyn (ə) fədakarlığı kimi bir fədakarlığa malik deyilik. Bu məsələ ki, o, fəda olmuşdur, biz xristianlar tərəfindən dərk edilə bilən bir məsələdir. Ancaq burada Peyğəmbərin (s) yaxınlarından söhbət gedir. Onu ardıcılları öldürürlər. Bu nəinki zehinlərə, bəlkə hisslərə də təsir edir. Biz insanlara deməyilik ki, məsələ rəqəm, hesab və kitab məsələsi deyildir. O, hər şeyini əldən vermişdir. Ancaq qələbə qazanmışdır. O, İmam Hüseyndir (ə)! Belə fikirləşirəm ki, bu gün ardınca getməli olduğumuz məsələ – İmam Hüseyni (ə) daha yaxından tanımaqdır. Bunun üçün təkcə Aşura və tarixi tanımalı deyil, həm də bilməliyik ki, fədakarlıq sözün əsl mənasında tərbiyə məsələlərində daha çox olmalıdır. Bu o şeydir ki, bu gün əldən vermişik. İmam Hüseyn (ə) kamil şəkildə fədakarlıq etdi. Bu, insanlığın sifətlərindən biridir. Bu, özünü Allah yolunda fəda etməkdir. Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, İslam bu yerə çatmazdı”.

Mahatma Qandi: “Mənim İmam Hüseynin (ə) 72 tərəfdarı kimi bir silahım olsaydı, bütün Hindistanı 24 saat ərzində əsarətdən xilas edərdim”

Astoin Bara, xristian alim: “Əgər Hüseyn bizlərdən biri olsa idi biz dünyanın hər yerində onun şərəfinə bayraqlar asar və minarələr ucaldaraq hər yerdə insanları xristianlığa çağırardıq”

Tomas Karleyl, şotland tarixçisi və yazarı: “Hüseynin (ə) azlıqda olmasına baxmayaraq qələbə qazanması məni heyrətləndirir”.

Rabindranat Taqor, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı (1913): “İmam Hüseyn (ə) bəşəriyyətin lideridir”.

Mahatma Qandi: “Mən Hüseyndən zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim”.

İqnaz Qoldziher, macar yazıçı: “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri-zorakılıqla mübarizəni simvolizə edir”.

Cəvahirləl neyru, Hindistanın ilk baş naziri: “İmam Hüseynin (ə) fədakarlığı dünyada bütün qruplar, cəmiyyətlər və toplumlar üçün haqq yolunun ideal nümunəsidir”.

Çarles Dikens: “Əgər Hüseyn öz dünyəvi məqsədləri üçün vuruşsa idi onda mən başa düşmürəm ki, niyə onun bacısı, həyat yoldaşı və uşaqları onu müşaiyyət edirdi. Bu onu göstərir ki, O, tamamilə İslama görə qurban olub.”

Edvard Qibbon, ingilis yazarı, keçmiş parlament üzvü: “Hüseynin (ə) şəhid edilməsi səhnəsi hətta ən soyuqqanlı oxucuda da rəğbət oyatmaq gücünə malikdir”.

Ceyms Korn, “Çin tarixi” əsərinin müəllifi: “Hüseyn (ə) və tərəfdarları 8 növ düşmənlə mübarizə aparırdılar. Onlardan 4-ü oxlar yağdıran Yezidin qoşunları idi, 5-cisi qızmar günəş idi, 6-cısı Kərbəlanın səhrası idi, 7-cisi aclıq, 8-cisi isə susuzluq idi. Bu cür şərtlərlə minlərlə düşmən ordusu məğlubiyyətə uğradı. Tarixboyu bugünədək Hüseyndən (ə) başqa heç kəs bu cür qəhrəmanlıq göstərməyib”.

Rabindranat Taqor, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı (1913): “Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar, necə ki, bunu İmam Hüseyn (ə) etdi”.

Edvard Broun, Kembric Universitetinin professoru: “Kərbəlanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi iditməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir”.

Radra Krişnan, Hindistanın eks-prezidenti: Baxmayaraq ki, İmam Hüseyn (ə) 1300 il öncə dünyasını dəyişib, onun ruhu bugünkü insanların qəlblərinə hakimdir”.

Tomas Karleyl, şotland tarixçisi və yazarı: “Kərbəladan çıxan dərslər bundan ibarətdir ki, Hüseyn (ə) və onun ətrafındakılar Allaha möhkəm iman gətirmişdilər. Onlar göstərdilər ki, haqq və batil üz-üzə gələndə say üstünlüyünün heç bir önəmi olmur”.

Rabindranat Taqor, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı (1913): “İmam Hüseyn (ə) ən soyuq qəlbi də isidir”.