Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

İmam Hadi (ə)

Şərab məclisi bir-birinə dəyir

Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o taxtlar, hanı o taclar, hanı o xələtlər?
Bir dəfə yenə İmam Əliyyən-Nəqi əleyhissəlamdan Mütəvəkkilə yalandan şikayət edərək deyirlər ki, o, evində qiyam qaldırmaq məqsədi ilə Qum şəhərinin şiələrinin göndərdikləri silah, məktub və başqa əşyalar saxlayır. Mütəvəkkil o Həzrətin evini yoxlamaq üçün bir neçə nəfəri axtarış üçün oraya göndərir. Onlar gecə vaxtı İmamın evinə hücum çəkib evi axtarsalar da, bir şey tapa bilmirlər. İmamın isə qapısı bağlı bir otaqda yun paltar geyib boş torpaq üzərində oturub Allaha ibadət etməsini, Quran oxumasını görürlər. İmamı elə həmin vəziyyətdə Mütəvəkkilin yanına gətirib deyirlər: “Onun evindən heç nə tapa bilməyib özünü isə üzü qibləyə oturub Quran oxuyan gördük.” Mütəvəkkil İmamı görcək o Həzrətin əzəmət və heybətindən özünü itirib ixtiyarsız olaraq o Həzrətə qarşı hörmətlə rəftar etməyə başlayır və onu öz yanında əyləşdirir. Şərab dolu piyaləni İmama uzatdıqda, o Həzrət buyurur ki, mənim ətim və qanım buna qatışmamışdır, məni üzürlü say. Mütəvəkkil piyaləni geri çəkib dedi: “Onda bir şer de!” İmam buyurdu: “Mən çox az şer bilirəm.” Mütəvəkkil dedi: “Mütləq bir şer oxumalısan”. İmam Əliyyən-Nəqi (əleyhissəlam) çarəsiz qalıb aşağıdakı məzmunda bir şer oxudu: 
“Qüdrətli kişilər (zalım hakimləri) qoruduğu halda, onlar yüksək dağ qüllələrində gecələri sübhə qatıblar, lakin o qüllələr onları (ölümdən) qurtara bilmədi. Onlar bir müddət yüksək vəzifədə qaldıqdan sonra nəhayət, yerləri qəbirlər oldu. Nə pis mənzil tutdular! Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o taxtlar, hanı o taclar, hanı o xələtlər? Hanı naz-nemət içində olmuş, hörmət əlaməti olaraq otaqlarına pərdələr çəkilmiş simalar? Qəbir onların əvəzinə cavab verər ki, indi qurd-quş həmin simaları didib-dağıtmaq üstə bir-birini qırır. Onlar dünyada uzun müddət yeyib-içdilər, ancaq bu qədər yeyib-içmələrinə baxmayaraq indi özləri qurd-quşa yem olmuşlar. Onlar özlərinə təm-təraqlı evlər tikib ölümdən uzaq olmaq istəyirdilər, ancaq bir müddət keçdikdən sonra həmin evləri ailələri ilə birlikdə tərk edib qəbir evinə gedəsi oldular. Çoxlu mal-dövlət toplamışdılar, ancaq onlardan ayrılıb hamısını düşmənləri üçün saxladılar. Onlar abad ev-eşikləri, sarayları xarabalıqlara çevirərək zülmət qəbirlərə getdilər.”

İmam Əliyyən-Nəqi əleyhissəlamın bu sözünün təsirindən Mütəvəkkil elə ağlayır ki, saqqalı tamamilə islanır. Məclisdə oturanlar da ağlayırlar. Mütəvəkkil əmr edir ki, içki (şərab) məclisini yığışdırsınlar. İmamı isə hörmətlə evinə qaytarır. (Mürucuz-zəhəb, c.4, səh.11.)