Cümə09222017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam

Quran surələrinin fəziləti

Quranı oxumağın misilsiz savabları

Həzrət Peyğəmbər (s) Quran qarilərinin fəziləti barəsində Salman Farsiyə buyurur: “Allah Quran qarilərinə Öz rəhmətini nazil edər və diqqət edər. Ali məqamlı mələklər Quran oxuyan üçün bağışlanma istəyər. Behişt onlarla görüşün müştaqı olar. Aləmlərin Allahı ki, Quran Onun sözü və kəlamıdır, Kitabın qarilərindən razı olar. Mömin o zaman ki, Quran oxuyar, Allah ona məhəbbət nəzəri salar. Oxuduğu hər ayəyə görə onun üçün min huri yaradar. Quranın hərfləri qədər nur xəlq edər ki, Siratda ona yol göstərər. Mömin o zaman ki, Quranı xətm edər, Allah ona 313 peyğəmbərlərin (ə) savabını inayət edər.

Quranı oxuyan o kəs kimidir ki, peyğəmbərlərə (ə) nazil olan bütün kitabı və İlahi səhifələri oxumuş kimi olar.

Ən yaxşı əməl – Qurani-Kərimi oxumaqdır. Allah oxuduğu hər surənin savabı olaraq, ona Firdovs behiştdə bir şəhər inayət edər. Hər şəhərdə min ev vardır. Hər evdə min hücrə vardır. Hər hücrədə nurdan min ev inşa olunmuşdur. Hər bir evdə yüz min qapı vardır. Hər bir qapıda min rəhmət qapısı vardır. Hər bir qapıda yüz min gözətçi vardır ki, gözətçilərin əlində rəngarəng hədiyyələr olar. Onların hər birinin başında parlayan parçadan əmmamə vardır ki, dünyadan və onda olanlardan daha yaxşıdır...

Hər bir taxtda yüz min yataq vardır və bir yataqdan o biri yatağa qədər olan fasilə yüz min zərədir (fasilə bildirən sözdür, dirsəkdən barmaqların ucuna qədər olan məsafədir). Hər bir yatağın üzərində hurul-eynlər halqa ilə dövrə vurublar. Hər bir mələyin və hurul-eynin əlində hədiyyə vardır. Onların başında dürr və yaqutla bəzənmiş ənbərdən tac vardır. Hər birinin qulağında qızıl və cəvahirdən min bölməsi olan sırqa və boyunbağı vardır ki, heç biri o birisinə bənzəmir.

Hər birinin arasında bir huri və hər bir hurinin arasında isə min xadim vardır ki, hər bir xadimin əlində min qızıl kasada behişt şərabı və min süfrə və hər bir süfrədə min kasa rəngli yeməklər və min qab (pak behişt) şərabı vardır ki, heç biri o birisinə bənzəmir. Hər bir yeməyin və şərabın (öz) ləzzəti vardır ki, heç birində o ləzzət yoxdur. Hər bir tikədə yüz min ləzzət vardır ki, Allahın vəlisi onu dərk edər. Bütün bunlar Quran qarilərinə məxsusdur”.