Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə

Səhabə və müqəddəs şəxslər

ZEYD İBN ƏLİ İBN HÜSEYNİN (Ə) ŞƏXSİYYƏT VƏ QİYAMINA QISA BİR BAXIŞ

 

İmam Zeynəlabidinin (ə) oğlu Zeyd imamət və vilayət xanədanının məşhur və parlaq çöhrələrindən biridir. O, Əməvilər hakimiyyəti ilə mübarizə aparmış və Hişam ibn Əbdülməlikin xilafətinə qarşı qiyam etmişdir. Şeyx Müfid “Əl-irşad” əsərində onun şəxsiyyəti haqda belə yazır: “Zeyd ibn Əli ibn Hüseyn (ə) qardaşı imam Baqirdən (ə) sonra imam Zeynəlabidinin (ə) böyük oğludur. O, təqvalı, fəqih, səxavətli və şücaətli bir şəxs olmuş, öz qiyamı ilə “əmr be məruf” və “nəhy əz münkər” etmiş və imam Hüseynin (ə) qatillərindın qisas almışdır.” (Əl-irşad”, Şeyx Müfid, səh. 520.)

Qeyd etmək lazımdır ki, “Aşura” faciəsi və imam Hüseynin (ə) şəhadətindən sonra “Təvvabin” və Muxtar Səqəfinin qiyamları kimi Əhli-beyti (ə) sevənlər tərəfindən Kərbəla şəhidlərinin qısasını almaq və yaxud digər məqsədlər üçün Əməvilər hakimiyyətinə qarşı qiyamlar baş qaldırsa da, Ələvilərdən Zeyd ibn Əlinin zamanına qədər mühüm qiyam və hərəkata əl atan olmamışdır.

Bəzi rəvayətlərdən belə anlaşılır ki, Kufədə Əhli-beyt (ə) dostları və şiələri Zeyd ibn Əlinin (ə) mübariz əhval-ruhiyyəsindən, onun Əməvilər hakimiyyətinə qarşı aşkar və gizli müxalifətindən agah olduqda, onu Əməvilərə qarşı hərəkata rəhbərlik etmək üçün Mədinədən Kufəyə dəvət edirlər. Zeyd bu haqda böyük qardaşı imam Mühəmməd Baqirlə (ə) məsləhətləşdikdə, İmam (ə) onu qiyamın hələ tez və nəticəsiz olacağından xəbərdar edir. Zeyd imam Baqirin (ə) nəzərinə ehtiramla yanaşır və o həzrətin həyatında qiyama qalxmır. Lakin İmam (ə) şəhadətə yetdikdən sonra Mədinənin hakiminin ayrıseçkilikləri və zorakılıqlarının dözülməz həddə çatdığını görən Zeyd Mədinə hakimindən Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikə şikayət etmək üçün Şama yollanır. Hişam ibn Əbdülməlik, Zeydin şikayətinə nəinki etina etmir, hətta onu Şamdan qovur. Bundan sonra Zeyd qiyam haqda qəti qərara gəlib Kufəyə doğru hərəkət edir.

O, Kufəyə daxil olduqdan sonra camaatı gizli şəkildə mübarizəyə dəvət edir və bir dəstə onun dəvətinə müsbət cavab verir. Lakin Zeyd aşkar mübarizə üçün onların sayını kafi bilmədikdə, Kufədə dörd ay qaldıqdan sonra Mədinəyə doğru yola düşür. Əməvilər hakimiyyətinin müxalifləri və şiələr onun fikir və qərarından agah olduqda, onu İraqın qərb nahiyəsindən – Qadisiyyədən geri qaytarır və zülmkar hakimiyyətə qarşı mübarizədə ona yardımçı olacaqlarını söz verirlər.

Zeyd ibn Əli (ə) yenidən Kufəyə qayıdıb, orada on ay qalır. Bu müddət ərzində Bəsrə əhalisini də mübarizəyə dəvət etmək üçün həmin məntəqəyə yollanır və iki ay orada yaşayır. Nəhayət, Zeydin hərəkatı və fəaliyyətləri haqda xəlifə Hişam ibn Əbdülməlikə məlumat verdikdə, xəlifə Kufənin hakimi Yusif ibn Ömərə məktub yazıb, Zeydin hakimiyyətə təhlükəli bir ünsür olduğunu xəbər verir. Ondan sonra Yusif ibn Ömər, Zeydin axtarışına başlayır. Zeyd də Mədain, Bəsrə, Vasit, Musil, Xorasan, Rey və digər şəhərlərə nümayəndələr göndərməklə həmin məntəqələrin şiələrini Əməvilər sülaləsinə qarşı qiyama dəvət edir. Yalnız Kufədən on beş min onunla beyət edib, zülmkar hakimiyyətlə mübarizəyə hazırlıqlarını bildirirlər. Beyət edənlərə müxtəlif fiqhi və ideoloji cərəyanlar, həm əhli-sünnə, həm də Əhli-beyt (ə) tərəfdarları qoşulurlar. Müxtəlif dini cərəyanlar Əməvilər hakimiyyətinə qarşı mübarizədə yekdil fikirdə olurlar.

Yusif ibn Ömər, Zeyd ibn Əlini (ə) ələ keçirmək üçün müxtəlif işlərə əl atır. Kufəyə ciddi rejim hakim kəsilir. Elə bu səbəbdən, Zeyd ibn Əli (ə) bir həftə vaxtından tez qiyama başlayır. Bu da səbəb olur ki, beyət edənlərdən az bir dəstəsi özünü Zeydə yetirib qiyamına qoşul bilsin.

Zeyd ibn Əli (ə) 120-ci (və yaxud 121-ci) hicri-qəməri ilinin Səfər ayının 1-də Kufənin hakimi Yusif ibn Ömərin ordusu və Şamdan gələn əsgərərlə döyüşə başlayır. Şam ordusundan bir çoxları qətlə yetirilir və yaralanırlar. Zeyd ibn Əlinin (ə) mübarizlərinin sayı Yusif ibn Ömərin ordusu ilə müqayisədə olduqca az olsa da, döyüş iki gün davam edir və döyüş əsnasında Zeyd ibn Əlinin (ə) alnına bir ox dəyərək onu qüvvədən salır. Onun yaralanması ilə bəzi əsgərlər döyüş meydadnını tərk edib pərakəndə olur, az bir qismi isə, gecə ikən onun yaralı bədənini Hərran ibn Əbu Kərimə adlı şiələrdən birinin evində məxfi edirlər. Onu müalicə etmək üçün bir təbib gətirirlər. Təbibin də zəhməti faydasız olur. Onun alnından oxu çıxardıqdan sonra, 120-ci (və yaxud 121-ci) hicri-qəməri ilinin Səfər ayının 2-də (yaxud 3-də), qırx iki yaşında ikən şəhadətə yetir. Zeydin dostları məsləhətləşdikdən sonra onun cəsədi hakim dairələrin və Əməvi məmurlarının əlinə düşməsin deyə, bir su arxının kənarında dəfn edib, arxın yolunu qəbrin üstündən açırlar.

Zeydin dostları, övladları, o cümlədən, Yəhya adlı oğlu onun cəsədini dəfn etdikdən sonra bir-birindən ayrılır və Kufədən qaçıb başqa şəhərlərə sığınırlar. Kufənin hakimi Yusif ibn Ömər, Zeyd ibn Əlinin (ə) cəsədinin tapılması üçün böyük məbləğdə hədiyyə təyin etdiyindən, dəfnin şahidlərindən birinin xəbərçiliyi ilə Zeydin qəbrini tapıb cəsədini çıxarırlar. Başını bədənindən ayırıb Şama – xəlifə Hişam ibn Əbdülməlikə göndərir və bədənini də Kufədə dar ağacından asırlar. Bu hadisədən bir müddət keçdikdən sonra, xəlifə Hişam ibn Əbdülməlikin əmri ilə Zeydin bədəninə od vurub yandırırlar.

(“Tarixi-xüləfa”, Ustad Rəsul Cəfəryan, səh. 650; “Tarixi-Dəməşq”, İbn Əskər Əsqəlani, 19-cu cild, səh. 456-476; “Mürucuz-zəhəb”, 3-cü cild, səh. 250-251.)

Kərbəla qəhrəmanı Bureyr ibn Əbdürrəhman Ənsari

Bureyr ibn Əbdürrəhman Ənsari Həzrət Əli ibni Əbitalibin (ə) tərəfdaşlarından olmuşdur ki, Kufə məscidinin tanınmış qarilərindəndir. O, hər işa namazının dəstəmazı ilə sübh namazını qılar və sonra da Quran xətm edərdi. O zamanında ən abid insanlardan hesab edilirdi. İmam Səccad (ə) ona etimad edirdi. Bureyr hədis əhli idi.

O zaman ki, İmam Hüseynin (ə) Mədinədən Məkkəyə gələcəyi xəbəri yayılır, Bureyr Məkkəyə tərəf hərəkət edir. O, İmamın (ə) ordusuna qoşulur və şəhid olana qədər Həzrətlə (ə) bir yerdə olur.

Məhərrəm ayının 2-də İmamın (ə) ordusu Kərbəlaya daxil olur. Orada xütbə oxuyur və hər bir ənsarı onunla yenidən beyət edir. Bureyr Zuheyrdən sonra ayağa qalxıb dedi: “Ey Rəsulallahın oğlu! Allah Təala mübarək varlığınla bizə minnət qoymuşdur. Sizin bayrağınızın altında vuruşuruq. Sizin yolunuzda bədənimiz tikə-tikə olsun. Qiyamət günü sizin cəddiniz bizim şəfihimiz olar”.

Əhli-beyt (ə) üçün ən çətin gecə - Aşura gecəsi idi. Ancaq Bureyrin halı bir başqa idi və o, Əbdürrəhmanla zarafat edirdi. Əbdürrəhman da buna görə irad tutmuşdu. Bureyr isə belə cavab vermişdi: “Ey qardaş! Mənim qəbiləm bilir ki, o zaman ki, cavan idim, zarafatcıl deyildim, o ki, qaldı indi qoca yaşımda. Ancaq mən tezliklə qovuşacağım şeyə çatmışam. Allaha and olsun ki, bizimlə huruleyn arasındakı fasilə bu qəbiləyə qılıncla hücum etmək qədərdir. Necə də istəyirəm ki, bu zaman indi olsun”.

Aşura günü İmam Hüseyn (ə) ona düşmənə xitab etmək icazəsi verir. O, Ömər ibni Sədin (lən) ordusuna yaxınlaşan zaman sözünü belə başladı: “Ey insanlar! Allah Təala Muhəmmədi (s) müjdəverən, qorxudan və Allah Təlaya dəvət edən və bizim aramızda aydın çıraq qərar vermişdir. Bu Fərat çayı hətta bütün heyvanlara mübahdır. Bəs niyə Peyğəmbər (s) qızının övladına qadağan etmisiniz? Məgər Muhəmməd (s) risalətinin muzdu budur?”. Ömər (lən) dedi: “Ey Bureyr, çox danışırsan. Allaha and olsun ki, Hüseyn (ə) gərək susuz olsun, necə ki, ondan əvvəlkilər də susuz idilər”. Bureyr dedi: “Məgər qəbul etmirsiniz ki, Hüseyn (ə) gəldiyi yoldan geri qayıtsın? Vay olsun ki, sizə, Kufə əhli! Məktub yazdınız, əhd aldınız və Allahı şahid tutdunuz, unutmusunuz? Peyğəmbərin (s) Əhli-beytini (ə) İbn Ziyada təslim etmək istəyirsiniz? Peyğəmbərdən (s) sonra onun övladı ilə necə də pis rəftar edirsiniz! Sizə nə olubdur? Allah Qiyamət günü sizi sirab etməsin, siz pis ümmətsiniz. Allahım, mən bu qəbilənin rəftarından bezaram. Sən özün onların arasına oxlar at ki, Səninlə qəzəbləndiyin halda görüşsünlər”.

Onu oxladılar və o, xeymələrə tərəf qayıtdı.

Aşura günü Yezid ibni Məqəl fəryad çəkir: “Ey Bureyr! Allahın səninlə rəftarını necə görürsən?”. O, cavab verdi: “Allahdan özümə qarşı yaxşılıq və sənə qarşı pislikdən başqa bir şey görmədim. Yezid dedi: “Bundan da artıq yalançı olmaz. Yadındadır ki, bir yerdə olanda deyirdin ki, Müaviyə yolunu azıb və İmam Əli (ə) hidayətdir”. Bureyr deyir: “Bəli, belədir və mən buna şəhadət verirəm”. Yezid deyir: “Mən də şəhadət verirəm ki, sən yolunu azmısan”.

Bureyr onu mübahilə etməyə dəvət edir. Hər ikisi də əlini göyə qaldırdı. Allahdan istədilər ki, Özü yalançını rüsvay etsin. Sonra vuruşmağa başladılar. Bureyr onun başına zərbə vurur və Yezidin başı yarılır. Qılıncını elə zərbə ilə vurmuşdu ki, başında ilişib qalmışdı və Bureyr çalışırdı ki, qılıncını dartıb çıxartsın. Bu zaman Rəzi ibni Mənqəz ona hücum etdi. Bureyr onu yerə yıxıb sinəsində əyləşdi. Rəzi öz dostlarını yardıma çağırdı. Kəəb ibni Cabir arxadan Bureyrə hücum etdi və nizəsini onun belindən soxdu. Bu zaman Bureyr Rəzinin sinəsinə yıxıldı. Kəəb qılıncı ilə İmam Hüseynin (ə) vəfadar dostuna zərbə vurdu və onu şəhid etdi.

İmam Əlinin (ə) ordusunda vuruşan səhabə

İbn Məsud nəql edir: "Allahın Rəsulu (s) Cunadə ibn Haris üçün bu məzmunda məktub yazmışdı: "Bu yazı peyğəmbər Muhəmməd (s) tərəfindən Cunadə, onun qəbiləsi və onun əlinin altında olanlar üçün məktubdur. Namazı bərpa edin, zəkatı verin, Allaha və Peyğəmbərə (s) itaət edin ki, hər kəs belə edər, Allahın və Rəsulunun (s) amanında olar". 
Ixlas.Az deyerler.org-a istinad
ən bildirir ki, Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü. O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar. İmam (ə) cavabında buyurmuşdur ki, onlar mənim dostlarımdır və mənimlə gələn insanlar kimidirlər. Onları elə himayə edərəm ki, özümü o cür himayə edirəm. Nə zaman bu fikirdə olsan, səninlə işim olmaz, əks halda səninlə vuruşaram". Hürr İmamın (ə) bu müdafiəsini görüb, geri çəkilmişdi.
Cunad
ə döyüşün əvvəlində Əmr ibni Xalid, Məcmə ibni Abdullahla bir yerdə şeytan ordusuna hücum etdi. Onlar düşmən mühasirəsinə düşdülər. Ancaq Əbülfəzl Abbas (ə) bu mühasirəni sındırdı və onlara nicat verdi. Düşmən ikinci dəfə hücuma keçəndə, onlar mərdcəsinə şəhid oldular.
İmam Zaman ağa (ə.f) "Nahiyə" ziyarətində Cunadə ibn Harisə salam göndərir.

Tövbəsi dillər əzbəri olan Hürr Riyahi

Hürrün tövbəsi Kərbəla meydanında hər bir Əhli-beyt (ə) davamçısının ürəyini cuşa gətirmiş və Yezid (lən) ordusuna böyük zərbə vurmuşdu. Hürr tövbə edərək İmam Hüseynin (ə), atası və babasının imamətini qəbul etdi və bu yolla Yezidlə (lən) əlaqəsini birdəfəlik kəsdi. Bu tövbəsi şəhid olmaq bahasına başa gəldi. O, tövbə edərək nur ordusuna qoşuldu və şəhədatə yüksəldi. 

Ixlas.Az deyerler.org-a istinad
ən bildirir ki, Hürün hükayəsi belədir. İmam Hüseyn (ə) insanlara xitab edərək buyurur: "Ey insanlar! Əgər Allahdan qorxsanız, Allah sizdən razı olar. Biz Muhəmmədin (s) Əhli-beyti (ə) vilayətə görə başqalarının haqqı olmadığı və iddia etdiyindən daha öndəyik. Onlar sizin aranızda günah və zülmlə rəftar edirlər. Sizin məktublarınız mənə gəlib çatmışdır. İndi fikrimi dəyişirəm və sizin aranızdan geri qayıdıram". Hürr bu sözləri eşidən zaman məktub mövzusunu inkar edir və deyir: "Allaha and olsun ki, bu məktubların nə olduğunu biz bilmirik". İmam Hüseyn (ə) buyurur: "Ey Əqəbə ibni Səman! Məktublar içində olan xurcunu gətir!". O, getdi və xurcunu gətirdi, hamısını qarşılarında yerə tökdü. Hürr deyir: "Biz o kəslər deyilik ki, sizə məktub yazaq. Bizə əmr gəlmişdir ki, sizinlə qarşılaşan zaman sizdən ayrılmayaq və Kufəyə Ubeydullah ibni Ziyadın yanına aparaq". İmam (ə) buyurur: "Anan yasına əyləşsin, nə istəyirsən?". Hürr deyir: "Əgər ərəblərdən bir başqası mənə bu sözü desəydi, mütləq cavabını verərdim. Ancaq mənim haqqım yoxdur ki, sənin ananın adını çəkəm, məgər yaxşı sözlərlə". Bu Hürrün tövbə etməzdən əvvəlki halı idi. Aşura günü o, qəflət yuxusundan ayıldı. Gördükləri işin çirkinliyi dərk etdi. Komandirliyi və malik olduğu hər şeyi tərk edib, öz-özünə dedi: "Allaha and olsun ki, heç bir şeyi behiştdən üstün bilmərəm. Qayıtmaram, əgər tikə-tikə olsam belə, əgər yansam belə".
Niyy
əti İmam Hüseynə (ə) qoşulmaq oldu və əlini başına qoyub nalı çəkməyə başladı: "Allahım, Sənə pənah aparıram, tövbə əlini başıma qoy ki, mən Sənin Övliyanın və Peyğəmbər (s) qızının övladının ürəyini incitmişəm". İmama (ə) yaxınlaşıb salam verdi və dedi: "Allah məni sənə qurban etsin, ey Rəsulallahın oğlu! Mən o kəsəm ki, səni həbs etmişdim. Qayıtmağına mane olmuşdum. Səni izləmişdim ki, pənah yerinə çatmayasan. Sonra sənə zülm etdim və səni atdan düşürtdüm. Ancaq Allaha and olsun ki, güman etmirdim ki, bu insanlar sənin sözünü və təklifini qəbul etməyəcəklər. Sənin kimi insanla bu cür rəftar edəcəklər. İndi gəlmişəm ki, tövbə edim və fədakarcasına sənin qarşında ölüm. Mənim bu işimi tövbə bilirsənmi?".
İmam (ə) buyurdu: "Bəli, Allah tövbələri qəbul edəndir. Tövbəni qəbul edirəm və sən əfv olunmusan. Sən həmin hürrsən (azadsan), necə ki, ana səni belə adlandırmışdır. Sən dünya və axirətdə hürrsən".
İmam Sadiq (ə) buyurur: "Hürr övladı Bəkirə işarə edir ki, mənim ardımca gəl. İmam (ə) buyurur: "Kimdir?". Hürr deyir: "Oğlumdur". Buyurur: "Allah məndən sizə xeyir əvəzi versin". Hürr oğluna düşmənə hücum etmək əmrini verir. Hürrün oğlu İmamın (ə) əlini öpəndən sonra, atası ilə xudafizləşib düşmənə hücum etdi. Atası Allaha şükür etdi. Oğluna təşəkkür etdi ki, Allah tofiq verdi və zalımlardan ayrıldı. Oğlu şiddətli hücumlar etdi və çox sayda insanı öldürdü. Sonra atasına tərəf qayıdıb su istədi. Atası dedi: "Səbirli ol, qayıt orduya tərəf". Qayıdıb şərəflə şəhid oldu. Hürr onun cənazəsinə nəzər salıb dedi: "Allaha həmd olsun ki, sən öz İmamının yolunda şəhid oldun və şəhidlərin sırasına qoşuldun"".
B
əli, insanların bu ata və oğuldan öyrənməli olduqları çox dərslər vardır. Əgər biz də İmam Hüseyn (ə) hədəfi yolunda səy göstərsək, dünya və axirət xeyirinə biz də çatarıq.
"Ey iman g
ətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın?. Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir". ("Səff" 10-11).

Qurbаnlıq

Еy Musа, İsа, Mәhәmmәd (s) üçün yоl аçаn Аllаh dоstu! Bәndә оlmаq çох çәtindir. Bunun üçün mütlәq аzаdlığа çаtmаlısаn.

 Sоnuncu bütü dаşlаmаdаn sоnrа qurbаnlığа tәlәs. İblisin üç mәqаmınа işаrә оlаn üç mücәssәmәni unutmа. Аgаh şәkildә nәyyәtini sаbit еt.

Nә еtdiyini, nә üçün еtdiyini bilirsәnmi? Еtdiyin әmәllәrin zаhiri sәni çаşdırmаsın. Bu әmәllәr zаhiri хаrаktеr dаşıyır vә hәr birinin dәrin mаhiyyәti vаr. Mаhiyyәtlәrә diqqәt еt, fоrmаlistlikdәn çәkin. Unutmа ki, burаdа hәr şеy niyyәtә bаğlıdır. Hәr hаnsı bir әmәl zаmаnı mәzmunu unudub, fоrmаyа bаş qаtsаn, bu әmәl sәmәrәsiz оlаr.
Оruc tutаrkәn niyyәt еtmәsәn dә hаnsısа bir tәsir оlаcаq. Cihаd dа bеlәdir. Аmmа hәcdә niyyәtsiz hәrәkәtlәr tаm fаydаsızdır. Bilmәlisәn ki, hәcc mәrаsimindә bütün hәrәkәtlәr rәmzidir. Еtdiyi әmәllәrin mәnаsını düşünmәyәn insаn Mәkkәdәn imаn dоlu qәlblә yох, yаlnız аğır çаmаdаnlаrlа qаyıdа bilәr. Zәnbillәr dоlu, iç isә bоş!
Sәn tәvаf еtmәklә tövhid әmәl еtmiş оlursаn! Sәfа vә Mәrvа аrаsı sәyinlә Hаcәri хаtırlаyırsаn!
Kәbәdәn Әrәfаtаdәk Аdәmin bеhiştdәn çıхаrılmаsını yаdа sаlırsаn!
Әrәfаtdаn Minаyаdәk insаnın yаrаnış fәlsәfәsi hаqqındа düşünürsәn. Düşüncәn еlmdәn еşqәdәk Аllаhа dоğru mеrаc еdir.
Minаdа kаmilliyin sоnuncu mәrhәlәsini, mütlәq аzаdlıq vә mütlәq bәndәliyi, İbrаhimi аnırsаn!
İndi isә Minаdаsаn vә İsmаilini qurbаnlığа gәtirmisәn!
Kimdir sәnin İsmаilin? Mәqаmındırmı, vәzifәndirmi, sәnәtindirmi? Pulundurmu, еvindirmi, аvtоmоbilindirmi? Аilәndirmi, libаsındırmı? Gәncliyindirmi, gözәlliyindirmi, gücündürmü? Sәn özün bilirsәn о nәdir? Hәr nәdirsә, Minаyа gәtirib qurbаn еtmәlisәn.
Аmmа mәn sәnә hәmin qurbаnlığın әlаmәtlәrini dеyә bilәrәm: İmаnı zәiflәdib, sәni dоğru yоldаn sахlаyаn hәr şеy! Sәni şübhәyә sаlıb, özünә bаğlаyıb аrdıncа çәkәn hәr şеy! Hәqiqәti еtirаf еtmәyinә, İblisin cәngindәn qurtulmаğınа mаnе оlаn hәr şеy. İbrаhim yоlundа qаzаndıqlаrını itirmәyә vаdаr еdәn sәnin İsmаilindir. Sәnin İsmаilin аğlını bаşındаn çıхаrmış bir şәхs vә yа cаnsız bir әşyа оlа bilәr!
Аmmа İbrаhimin İsmаili оnun dоğmаcа övlаdı idi.
Sаçlаrı аğаrmış, bir ömür qоvğаlаr içindә yаşаmış, zаlım Nәmrudlа cihаd mеydаnınа girmiş, bütpәrәstlәrin vә ulduzpәrәstlәrin cәhаlәt аğrısını yаşаmış, bütpәrәst bir kişinin еvindә аzаdlığını tаpmış, еvindә tәәssübkеş аrvаdı оlаn, аğır pеyğәmbәrlik vәzifәsi ilә yüklәnmiş, cәhаlәt vә şirklә mübаrizәdә qоcаlmış İbrаhim ömrünün sоnundа Аllаhdаn bir övlаd istәyir. Аmmа аrvаdı Sаrа dа, özü dә о qәdәr qоcаlmışlаr ki, оnlаr üçün övlаd yаlnız şirin bir хәyаldır. Bununlа bеlә Аllаh-tәаlа ömrünü Оnа хidmәtdә kеçirmiş sеvimli pеyğәmbәrinә övlаd hәdiyyә еdir. Sаrаnın kәnizi Hаcәr İbrаhimlә izdivаcа girәrәk оnun üçün İsmаili dünyаyа gәtirir.
İsmаil İbrаhim üçün sаdәcә bir övlаd dеyildi. İsmаil bir әsr әziyyәtin hәdiyyәsi idi.
Bәli İbrаhim üçün İsmаil böyük dәyәrә mаlik idi. Аmmа İbrаhim hәttа bеlә bir оğulu qurbаn vеrmәyә hаzır idi. Sәnin İsmаilin isә dünyа mаlı, vәzifә, hаnsısа dәyәrsiz bir şеydir.
İndi gözlәrinin qаrşısınа hәqiqәt yоlundа çаrpışmаlаrınа hәdiyyә оlаrаq İsmаili аlmış qоcа İbrаhimi gәtir. Gеniş bir sәhrаdа gözünü yеgаnә аğаcа tikmiş bаğbаn!
Bütün ömrü әzаb-әziyyәtdә kеçmiş İbrаhimin hеç оlmаyа ömrünün sоn аnlаrındа öz övlаdındаn lәzzәt аlmаsı tәbiidir. İsmаil yüz il yоlu gözlәnilmiş оğuldur. О, bütün ümidlәr üzüldüyü bir vахt dоğuldu. Vахt ötürdü, İbrаhimin hәyаtının yеgаnә mеyvәsi оlаn İsmаil sеvgili bir gәnc hәddinә çаtdı. İbrаhimin qәlbi övlаd еşqindә qәrq оlmuşdur…
Аmmа ömür durduqcа sınаqlаrdа durur. Vәhy qаpılаrı аçılır vә Аllаh-tәаlа әn çәtin sınаq üçün әmr vеrir: “İbrаhim! Bıçаğı İsmаilin bоğаzınа qоy vә kәs!”
İbrаhimin hаlını tәsәvvür еtmәk mümkündürmü, görәn?! Аllаhın хаlis bәndәsi оlаn, bәşәr tаriхinә qаrşı qiyаm qаldırmış İbrаhim ömründә ilk dәfә titrәdi. Аmmа bu әmri Аllаh vеrmişdi.
İbrаhim hәyаtındа әn böyük cihаdа qаlхdı. Bu cihаd mеydаnı оnun qәlbi idi. İbrаhimin köksündә “Аllаh, yохsа İsmаil” sеçimi gеdirdi. İbrаhim kimi sеçmәli idi? Аllаhı, yохsа özünü? Bаğlılığı, yохsа аzаdlığı? İstәyi, yохsа hәqiqәti? Lәzzәti, yохsа mәsuliyyәti? Hәyаtı, yохsа ахirәti? Аtаlığı, yохsа pеyğәmbәrliyi? Bir sözlә, Аllаhı yохsа İsmаili?
Sеç, İbrаhim! Хаlq аrаsındа bir әsirlik risаlәtinin sоnundа pеyğәmbәrliyә vә imаmlığınа, şirkә qаrşı cihаdınа, tövhid binаsını qоymаğınа, bütlәri sındırmаğınа, cәhаlәti puçа çıхаrmаğınа, bütün cәbhәlәrdә qәlәbәnә, bir аn bеlә оlsun büdrәmәmәyinә, bütün imtаhаnlаrdаn üzüаğ çıхmаğınа qürrәlәnmә! Sәni yüz illik cihаd qәlәbәlәrin аldаtmаsın. Еlә düşünmә ki, büdrәmәkdәn sığоrtаlаnmısаn. Sәni sәndәn dаhа yахşı tаnıyаn vаr. Büdrәyә dә bilәrsәn, çаşа dа bilәrsәn, аldаnа dа bilәrsәn. Gözün dünyаdа qаlsа sәni mәhv еtmәyә nә vаr?! Simurğlа Rüstәmin әhvаlаtını unutmа!
Еy İbrаhim! Еy tаriхin әn әzәmәtli döyüşünün qәhrәmаnı! Еy ülul-әzm pеyğәmbәr! Hәlә pеyğәmbәrliyin bаşа çаtmаyıb. Аllаh insаnа bоyun dаmаrındаn yахın оlsа dа, Оnа dоğru, insаnın yоlu nәhаyәtsizdir.
Sәn pеyğәmbәrliyindә kаmаlın әn ucа zirvәsinә çаtmısаn. Аmmа bunun bәndәliyә nә dәхli?! Еy Musа, İsа, Mәhәmmәd (s) üçün yоl аçаn Аllаh dоstu! Bәndә оlmаq çох çәtindir. Bunun üçün mütlәq аzаdlığа çаtmаlısаn. Kаmаlın zirvәsinә qаlхmış insаnın dа süqut qоrхusu vаr. Nә qәdәr ucаdаn yıхılsаn bir о qәdәr çох әzilәrsәn!
İsmаilini qurbаn еt! Öz әllәrinlә! Sеvgili övlаdını, ömür mеyvәni, ciyәrpаrаnı, gözünün nurunu, bir sözlә, sәni bu dünyаyа zәncirlәmiş sеvgini qurbаn vеr!
Sәn isә, еy hаcı öz İsmаilinin qurbаn vеrilmәsinә rәmz оlаrаq qurbаnlıq bir qоyun аl, аyаqlаrını tut, yеrә yıх. Bаşının tükündәn bәrk yаpışıb аrхаyа çәk ki, bоğаz dаmаrı görünsün. Bu dаmаrı kәs, bәdәni sоyuduqdаn sоnrа аyаğа qаlх.