Çr.ax09172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə

Səhabə və müqəddəs şəxslər

Abbas! Qardaş... aç gözlərini. Mənəm, Hüseynəm, gəlmişəm!.

Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl də bu ümumi qanundan istisna oluna bilməzdi. Üm-mül-Bənin kimi bir ananın qucağında tərbiyələnmək, Əmirəl-möminin (ə) kimi atadan əxlaqi, mənəvi sifətləri, xüsusiyyətləri öyrənəmək, İmam Həsən (ə), İmam Hüseyn (ə), Zeynəb (ə) və Ümmü Gülsüm kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl yox, Əbülfəzail (fəzilətlər, gözəlliklər atası) yaradır. Bu sifətlər, bu xüsusiyyətlərin bir hissəsi o Həzrətdə (ə) zatidir ki, dəyərli atasından irs aparmışdır.

Xarəzminin «Məqtəl»indən götürülmüş bir hədisdə oxuyuruq: «Uşaqlıq çağlarında bir dəfə Həzrət Əbülfəzl atası Əmirəl-mömininin yanında oturmuşdu. Həzrət Əbülfəzlin görkəminə tamaşa edərək onunla uşaq dili ilə danışmaq istədi və dedi : «Oğlum, de bir». Əbulfəzl dedi: «Bir». İmam buyurdu: «De, iki». Ərz etdi ki: «Atacan, bir dediyim dil ilə iki deməyə həya edirəm». Əmirəl-möminin öz azyaşlı övladından bu sözü eşitdikdə onu qucaqlayıb öpdü. Buyurdu ki, vahid və tək olmaq yalnız yerin-göyün yaradanına məxsusdur. Körpə vaxtı bu tərz-təfəkkürə malik olması bunu göstərir ki, Həzrətin belə mərifətə sahib olması sonradan öyrənməklə ələ gəlməmişdir. Bu, atasından qan vasitəsilə ona keçmiş zati xüsusiyyətdir.

Başqa bir mötəbər hədisdə deyilir:

Ümmül Bənin bir dəfə görür ki, Həzrət Əmirəl-möminin (ə) Həzrət Abbas (ə) qucağına götürüb, əllərini öpür və ağlayır. Bunu görən Ümmül Bənin pərişan olur. Çünki indiyə kimi belə bir şey olmamışdı. O, həzrətdən (ə) nə olmasını soruşduqda Əli (ə) cavab verdi ki: Bu iki əllər Aşura günü Kərbəlada Hüseynə (ə) kömək etməsi yolunda kəsiləcəkdir. Bu məsələni eşidəndə ananın ürək yandıran fəryadı göyə ucaldı...

Həzrət Abbas (ə) Kərbəladakı şücaətləri yaddaşlaradan silinməyən izlər qoyub. Kərbəlada döyüş meydanında mübarizə bayrağını çiyninə götürən axırıncı şəxs İmam Hüseyn (ə) qardaşı Abbas (ə) idi. O, ucaboylu göyçək bir kişi idi. Ata minəndə ayaqları yerə çatırdı. Həzrət Abbas (ə) uşaqların susuzluqdan etdikləri nalələri eşidəndə, yaralı bir aslan kimi irəli atıldı. Həzrətin qarşısında durub meydana getmək üçün izin istədi. Seyyidüşşühəda onun səadət bağına pərvaz etmək istədiyini görüncə izn verdi. Buyurdu ki: «sən mənim bayraqdarımsan, lakin bu uşaqlar üçün bir az su tap».

Həzrət Abbas (ə) su məşkini əlinə aldı. Ata minib Fərata tərəf yola düşdü. Suyun yanındakı mühafizəçiləri dağıtdı. Suya qədəm qoydu. Suyun sərinliyini hiss etdi və ovcunu su doldurub içmək istəyəndə İmam Hüseyn (ə)-ın susuzluğunu yadına salıb ovcundakı suyu yerə tökdü. Səy etdi ki, tez bir zamanda suyu susuzluqdan ciyərləri yanan, dodaqları quruyan uşaqlara çatdırsın. Bunu görən düşmən qoşunu ona hücum etdi. Gözlənilmədən həmlə edib ağanın sağ qolunu vurdular. Əbülfəzl (ə) qılıncı sol əlinə alıb yenidən döyüşə girişdi. Bu təkrar döyüşdə pusquda dayanmış düşmən Əbülfəzl (ə) sol qolunu da qılıncla vurdu. Həzrət bayrağı və su məşkini sinəsinə yapışdırdı. Düşmən bu dəfə ona tərəf yağış kimi oxlar yağdırdı. Oxlar ağanın sinəsinə sancıldı. Bu vaxt bir ox su məşkinə, bir ox isə mübarək sinəsinə sancıldı... Sonra namərdlərdən biri həmlə edib əmudla onun mübarək başına vurdu. Beyin kisəsi dağılıb qana bulaşdı. Ağa at üstə dura bilməyib üzü üstə torpağa düşdü...

İmam Hüseyn (ə) bu halı görüb düşmən səflərini dağıdaraq özünü vəfalı qardaşına çatdırdı. Atdan yerə enib başını diz üstə aldı.
- Abbas! Qardaş... aç gözlərini. Mənəm, Hüseynəm, gəlmişəm!..

Ağa zəif səslə dilləndi.

- Ya Hüseyn! Gözlərimi qan tutub səni görə bilmirəm. Gözlərimi sil ki, son dəfə baxa bilim. Sənin o ay camalını bir də görüm. Qollarım olsaydı, səni can kimi bağrıma basardım... Məni xeymələrə aparma, qardaş. Qoy burda qalım. Səkinəyə vədə vermişdim su gətirəcəyəm. Apara bilmədim. Su məşkim oxlandı. Su axdı, calandı. Yanında xəcalətəm!.. xırdaca qızların indi əlində cam su gözləyirlər. Xeymələrə getməyə üzüm yoxdu, qardaş!..

İmam Hüseyn (ə) qardaşının bu vəsiyyətinə əməl etdi.

Tarix yazanlar qeyd etmişlər ki, İmam Hüseyn (ə) döyüş meydanından kənarda bir xeymə qurmuşdu. Səhabələrdən və əhli-beytdən olan şəhidləri oraya aparırdı. Təkcə qardaşı Abbas (ə) atdan düşdüyü yerdə, Fəratın yaxınlığında qoymuşdu ki, şərif qəbir də elə oradadır. Bunun bir sirri vardırsa, bu siz bəsirətli, inananlara gizli deyil. Qəmər Bəni Haşimin məzarının ayrı olmasının səbəbi budur ki, ziyarətçilər onu ziyarət etməyə tələssinlər. Hacətləri olanlar ora pənah aparsınlar və onun kəramətlərini görməklə onun Allah yanında olan qədir-qiymətini, məqam və mənzilətini dərk etsinlər. Burada Allahın vəlisi istəmişdir ki, Əbülfəzl (ə) zahiri məqam-mənziləti ilə onun mənəvi və axirət məqamı səviyyəsində olsun. Və əgər İmam Hüseyn (ə) onu sair şəhidlər kimi xeymələrə aparsaydı, bu parlaq ulduz İmam Hüseyn (ə)-ın günəş nurlu vücudunun nurunda qərq olacaqdı.

Əgər İmam Hüseyn (ə) Həzrət Əbülfəzl haqqında dediklərini xatırlasaq və onun barəsində dediyi sözlərə diqqət yetirsək o, Həzrətin şəxsiyyəti, böyüklüyü bizim üçün daha da aydınlaşar.

Tasua günü axşam düşmən hücuma başlarkən İmam qardaşına belə müraciət etdi: «Canım sənə qurban, qardaş! Atına min, bunlarla görüş və çadırlara tərəf hərəkət etmələrinin səbəbini soruş». Bu cümlənin təhlilini dərk etməkdə insan acizdir. Bu nə məqamdır ki, məsum İmam (ə), kainatın yaranma səbəbi özünü ona fəda edir?! Bu nə mənəviyyat, bu nə dərəcədir ki, bəşəriyyətin yüksək şəxsiyyəti, haqqında «Allah sizinlə başlayır və sizinlə bitər» cümləsini dediyimiz şəxslərdən biri onu «Sənə qurban olum» kimi fəxri bir dərəcəyə layiq görür.

Həzrət Abbas (ə) ibrətə layiq olanlardan olub. Onun fəzilətlərindən və müsibətindən yazanlar çox olub. Mərhum Müqərrəm «Məqtəl»in səhifələrindən birində yazır: Böyük alimlərdən olan Şeyx Kazim Sibtidən eşitdiyi bir hədisdə deyirdi: Bir gün etibarlı alimlərdən biri mənim yanıma gəlib dedi: Mən Həzrət Əbülfəzldən sənə sifariş gətirmişəm. O, Həzrəti yuxumda gördüm və hiss etdim ki, sənə yaman qəzəbi tutub. Mənə buyurdu ki: Şeyx Kazim Sibti niyə mənim müsibətimi yada salmır? Ərz etdim: Ey ağam! Mən sizin müsibətinizi onun dilindən çox eşitmişəm. Buyurdu: Xeyr, ona de ki, mənim bu müsibətimi oxusun: Əgər bir şəxs atın üstündən yerə yıxılsa, əllərin irəli verər ki, bədənini qorusun. Lakin sinəsi ox yarası ilə dolu olan, hər iki qolu kəsilmiş adam özünü necə qoruya bilər!..

Başqa bir rəvayətdə, Əli (ə) Həzrət Abbas (ə) yanına çağırdı. Bağrına basıb gözlərindən öpdü və onunla əhd-peyman bağladı ki, əgər Kərbəlada əli suya çatsa, qardaşına verməmiş özü sudan içməsin. Doğrudanda həzrət Abbas (ə) suya çatdı və atasının sözünə əməl etmək üçün suyu ovcuna aldıqdan sonra dərhal yerə atdı.

İmam Zeynəlabidin (ə) buyurub: Əmim Abbasın Cənnətdə elə bir dərəcəsi vardır ki, bütün şəhidlər ona qibtə edərlər. Beləliklə, Qəməri Bəni Haşim (ə) imanı, fəziləti, elm, yəqin, ədəb və əxlaqda iki qardaşı İmam Həsən (ə) və İmam Hüseyn (ə)-dan sonra birinci şəxs olması məlum olur. Çünki, o, əziz atasından sonra iki qardaşın bilik və kamalından bəhrələnmişdir.

Allah özü istəmişdir ki, Həzrət Abbas (ə) bu cür məqamlara çatsın. Ona görə o Həzrətin (ə) müqəddəs hərəmi gecə-gündüz hacətlər qibləgahı etmişdir. Bu məkan elə bir hacət qapısıdır ki, dərdli olan burada dərdinə dərman-dəva tapır, ona pənah aparır.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Həzrət Əbülfəzl Abbasın (ə) Kəbənin damındakı xütbəsi

Elə bir qövmü qorxudursuz ki, uşaqlıqdan ölümlə oynayırlar, görün böyüyəndə necədirlər

Hicri-Qəməri tarixin 60-cı ilində Həcc mərasimi vaxtı hacılar Beytullahdan Ərəfat düzünə hərəkətə başlayan zaman Yezid ibn Muaviyə (l.ə.) silahlarını ehramın altında gizlətmiş adamlar göndərmişdi ki, Hüseyn ibn Əlini(ə) orada qətlə yetirsinlər.

O məqamda "Qəməri- bəni Haşim" ləqəbli (Haşimilərin ayı - çox gözəl olduğu üçün ona bu ad verilmişdi) Əbülfəzl Abbas ibn Əli(ə) imam Hüseynin icazəsi ilə Kəbənin damına çıxdı və bəni Üməyyəyə (Əməvilərə) xitabən bu xütbəni oxudu:

" بسم الله الرحمن الرحیم
Rəhman və Rəhim Allahın adı ilə
الحمدالله الذی شرف هذا بیت بقدوم أبیه٬ من کان بالأمس بیتاً أصبح قبلة.
Pərəstiş Allahadır ki, bu evi(Kəbəni) onun atasının qədəmləri ilə şərəfləndirib, bir yer ki dünən onun üçün ev idi bu gün qiblə edib.
ایها الکفرة الفجرة... أتصدون طریق البیت لامام البررة؟
Ey günahkar kafirlər... Evin(Kəbənin) yolunu xeyirxahların İmamına bağlayırsınız ?
من هو احق به من سائر البریة؟ من هو ادنی به؟
Kim bu evə ondan daha layiqdir? Kim bu evə ondan daha yaxındır?
و لؤ لا حکم الله الجلیة و اسراره العلیة و اختباره البریة٬ لطار البیت الیه قبل ان یمشی لدیه٬
Əgər Allahın hikməti və yüksək səviyyəli israrı aşkar və xalqın imtahanı üçün olmasaydı, hər dəfə O(Hüseyn) təvafa gəlməzdən öncə Kəbə evi ona tərəf uçardı.
قد استلم الناس الحجر٬ و الحجر یستلم یدیه٬
Həqiqətən xalq Həcəruləsvədi salamlayırlar, Həcəruləsvəd isə onun(Hüseynin) əlini salamlayır.
و لؤ لم تکن مشیة مولای مجبولة من مشیة الرحمن٬ لوقعت علیکم کاسقر الغضبان علی عصافیر الطیرا
Əgər Mövlamın(Hüseynin) istəyi və iradəsi rəhimli Allahın istəyindən qaynaqlanmasaydı hər dəfə qəzəblənmiş şikarçının uçmaqda olan quşlara hücum etdiyi kimi sizə hücum edərdim.
اتنحوفون قوماً یلعب بالموت فی الطفولیة٬ فکیف کان فی الرجولیة؟
Elə bir qövmü qorxudursuz ki, uşaqlıqdan ölümlə oynayırlar, görün böyüyəndə necədirlər.
و لفدیت بالحامات لسید البریات دون الحیوانات.
Canlıların yerinə öz canımı verər və ən əziz adamlarımı Ağam üçün qurban edərdim.
هیهات...فانظروا ثم انظروا ممن شارب الخمر و ممن صاحب الحوض و الکوثر؟
Heyhat… diqqətlə baxın və görün kim şərabxordur və kim Kövsər hovuzunun sahibidir?
و ممن فی بیته الغوانی السکران و ممن فی بیته الوحی و القرآن؟
Kimin evində məst xanəndələr var və kimin evində vəhy və qurandır?
و ممن فی بیته اللهوات و الدنسات و ممن فی بیته التطهیر و الآیات؟
Kimin evində eyş-işrət və kimin evində İlahi paklıq və nişanələrdir?
و انتم وقعتم فی الغلطة التی قد وقعت فیها القریش، لأنهم ارادوا قتل رسول‌الله(ص) و انتم تریدون قتل ابن بنت نبیکم٬
Siz səhv edərək yolunuzu elə azmısınız ki, vaxtilə Qureyş də bunu etmişdi. Onların istəyi Allahın Rəsulunu(s) öldürmək idi və siz də Peyğəmbərimizin qızının övladını öldürmək istəyirsiniz.
و لا یمکن لهم مادام امیرالمؤمنین‌(ع) حیاً٬ و کیف یمکن لکم قتل ابی‌عبدالله الحسین(ع) ما دمت حیاً سلیلاً؟
Əmirəlmöminin(ə) yaşadığı zamanca (Peyğəmbəri öldürmək) onlar üçün mümkün deyildi, bəs sizin üçün Əba Əbdullah Hüseyni(ə) öldürmək necə mümkün ola bilər axı, bir haldakı mən yaşayıram?
تعالوا اخبر کم بسبیله٬ بادروا قتلی٬ و اضربوا عنقی٬ لیحصل مرادکم ..
Gəlin sizə onun yolunu başa salım, məni öldürməyə qədəmlər atın, mənim boynumu vurun ki muradınız hasil olsun.
لا بلغ الله مدارکم و بدد اعمارکم و اولادکم٬ و لعن الله علیکم و علی اجدادکم.
Allah sizi məqsədinizə çatdırmasın, ömrünüzü və övladlarınızı kiçiltsin, Allahın lənəti sizə(bəni üməyyəyə) və əcdadlarınıza olsun. "