Çr.ax04302024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə aşura İmam Hüseyn (ə) müsibəti ən böyük müsibət kimi tarixdə həmişə yad olunur. İmam Baqir (ə) Aşura günü barədə belə bildirmişdir: “Vay bu müsibətə, nə qədər də böyükdür. Nə qədər onun əzası İslamda, yer və göy əhli yanında ağır və bahadır”.

aşura İmam Hüseyn (ə) müsibəti ən böyük müsibət kimi tarixdə həmişə yad olunur. İmam Baqir (ə) Aşura günü barədə belə bildirmişdir: “Vay bu müsibətə, nə qədər də böyükdür. Nə qədər onun əzası İslamda, yer və göy əhli yanında ağır və bahadır”.

  • Aşura

     İmam Hüseyn (ə) müsibəti ən böyük müsibət kimi tarixdə həmişə yad olunur. İmam Baqir (ə) Aşura günü barədə belə bildirmişdir: “Vay bu müsibətə, nə qədər də böyükdür. Nə qədər onun əzası İslamda, yer və göy əhli yanında ağır və bahadır”.
     
    Bəs niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir? Abdullah ibni Fəzl Haşimi adlı bir nəfər bu sualı İmam Sadiqə (ə) bu şəkildə vermişdi: “Ey Peyğəmbər övladı! Necə olur ki, Aşura günü müsibət, qəm və göz yaşı tökmək günüdür, ancaq Peyğəmbərin (s) vəfat günü, xanım Fatimənin (s.ə), Əmirəl-möminin (ə), İmam Həsənin (ə) şəhadət günü belə deyildir?”. Həzrət Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) (şəhid) olduğu gün başqa günlərdən daha böyük müsibətdir. Ona görə belədir ki, Allah Təala məqamında ən əziz olan Kəsa səhabələri beş nəfər idilər. O zaman ki, Peyğəmbər (s) onların arasından getdi, Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) sağ idilər. Nə zaman insanlar onlardan birinə nəzər salırdı, Peyğəmbərlə (s) olan vəziyyətini yada salırdı. Allahın Peyğəmbərinin (s) onunla danışığını və onun haqqında dediklərini xatırlayardı. O zaman ki, onların hamısı dünyasını dəyişdi, Allah dərgahının əzizlərini görməyi əldən verdilər, onların hər birini əldən vermək onların hamısını əldən vermək sayılmazdı, məgər İmam Hüseyni (ə) əldən verməkdən başqa. Çünki, o, onların ən axırıncı nəfəri idi. Ona görə də (onun öldürüldüyü) gün - ən böyük matəm günüdür”.
     
    Sonra Abdullah İmam Sadiqə (ə) başqa bir sual verir və deyir: “Ey Peyğəmbərin (s) oğlu! (Əgər Aşura böyük müsibət günüdürsə), bəs niyə səqifə əhli Aşura gününü bərəkət hesab edirlər?”. İmam (ə) ağlayır və buyurur: “O zaman ki, Hüseyn (ə) öldürüldü, Şam əhli saxta hədislə Yezidə (lən) yaxınlaşmaq istədilər. Ona görə də ümumi maldan mükafat aldılar. Onların saxta etdiyi mövzulardan biri də bu idi ki, Aşura mübarək bir gündür ki, insanlar həmin günü nalə çəkmək və ağlamaq yerinə şadlansınlar və xoşhal olsunlar. Allah bizimlə onlar arasında qəzavət etsin!”.
     
    Bəni-Üməyyə və onun ordusu İmam Hüseynin (ə) qətl edildiyi günü qələbə günü hesab edir və belə bir adət çıxartdılar ki, hər kim bu günü bir illik ərzağını toplayar, həmin azuqə gələn ilə qədər ruzisinin artmasına səbəb olar. Ona görə də Əhli-beyt (ə) mənbələrində ərzaqın bu niyyətlə alınması qadağan edilmişdir.
     
    Bəni-Üməyyənin başqa bir adəti bu idi ki, Aşura gününü bayram edərdilər və başqa bayram günlərində etdikləri sünnəti burada da davam edərdilər. Yeni paltar geyinər, sileyi-rəhm edər və bir-birini təbrik edərdilər.
     
    Bu günə məxsus saxta hədislər tərtib edib, xüsusi dualar uydurdular və adını da qoydular Aşura gününün duaları.
     
    Allah Təala ümməti bu fitnələrdən amanda saxlasın!

  • Tarixin ən faciəli günü - Aşura


    Aşura ərəb sözüdür və onuncu deməkdir. Kərbəla hadisəsindən öncə də Aşura gününə müsəlmanlar arasında özünəməxsus şəkildə önəm verilirdi. Lakin hicrətin 61-ci ilində Məhərrəm ayının 10-da İmam Hüseyn və onun 72 sirdaşı İraqın Neynəva əyalətində Kərbəla səhrasında zalım Bəni-Üməyyə hakimi Yezid ibn Müaviyə tərəfindən şəhid edilir. İmam Hüseynlə (ə) birgə bütün 72 nəfərin başı bədənindən ayrılır. Başsız bədənlər üstündə atlar çapılır. Başlar isə nizələrə vurularaq digərlərinə ibrət olsun deyə İraq və Şam şəhərlərində gəzdirilir. İmam Hüseynin (ə) ailəsi isə əsir götürülür və Dəməşqə Yezidin hüzuruna aparılır.

     Hadisənin 14 əsr bundan öncə baş verməsinə baxmayaraq, hər il bu olayı yüz milyonlarla insan xatırladır və onu digər nəsillərə təlim edir. Məhərrəm ayı daxil olduqda qanlar çoşmağa başlayır. Qollara qüvvət və bədənlərə taqət gəlir. Zülm qarşısında qorxmazlıq hissi isə bu müqəddəs ayın ən bariz əlamətidir.
     
    İmam Hüseyn ibn Əli (ə) Həzrəti Məhəmməd peyğəmbərin (s) nəvəsi olmaqla yanaşı həm də, birinci İmam Həzrəti Əlinin (ə) oğludur. İslam peyğəmbərinin ən sevimlisi olan İmam Hüseyn Hicri tarixinin 4-cü ilinin şaban ayında dünyaya göz açıb. Peyğəmbərdən (s) nəql edilən çoxsaylı hədislərə görə o, cənnət gənclərinin ağasıdır. Qurani-Kərimdə Əhzab surəsinin 33-cü ayəsinə əsasən, beş müqəddəs insandan təşkil edilmiş Əhli-Beyt ailəsinin biridir. Səhabələrdən nəql edilən hədislərə əsasən, ö peyğəmbərin ən sevimlisi idi. Həzrəti Məhəmməd (ə) Hüseyn düşmənlərini peyğəmbər düşmənləri adlandırmışdı.

     Aşura günü baş verən faciə hərbi baxımdan adi görünsə də, az keçməmiş bu faciə islam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Tövbəkarlar qiyamı, Zeyd ibn Əlinin qiyamı, daha sonra Yəhya ibn Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibn Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı  Aşura faciəsinin nəticəsində baş verir. Nəhayət, Müslim Xorasanının İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Əbbasilər qiyamı sonda Hicrətin 139-cu ilində Bəni Uməyyə hakimiyyətinə son qoyur.
     
    Amma İmam Hüseyn qiyamının şüarları ilə həyata keçirilən qiyamlar bunlarla bitmir və tarix boyu dəfələrlə təkrarlanır.
     
    Aşura faciəsi bir daha sübut etdi ki, zülm və işğalçılıq, fədakarlıq, qorxmazlıq və mərdliyin qarşısında acizdir və həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət, və mərdanəlik sübuta yetirdi.
     

    Bu gün Aşura faciəsi digərlərindən fərqlənir. Onu yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi özündən qaynaqlanır.