Cm.ax11232017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

İmam Rza (ə)

İmam Rza (ə) və Culudi adlı zalım sərkərdənin əhvalatı

İmam Rzanın (ə) imamət dövrü 20 il (203-283 h.q) sürüb. İmam bu dövrdə Harun ər-Rəşid, oğulları Əmin və Məmunla eyni zamanda yaşayıb. İmam Harunun dövründə müxtəlif zülmlərə məruz qalsa da, Məmunun dövründə nisbətən xəlifə Məmunun fitnələrindən amanda qalıb.

Bir gün Harunun zalım sərkərdələrindən biri Culudi xəlifədən əmr alır ki, Mədinədə Əli ailələrini təftiş və onların əmlaklarını müsadirə etsin. Harun əmr etdi ki, Əli nəslinin qadınlarında yalnız geyinməyə bir paltar qalmalıdır.

Əmri canla-başla yerinə yetirmək istəyən Culudi Mədinədə Əli ailələrinin qaldığı məhəllələrə basqın etməyə başladı.

Çoxlu insanlar İmam Rzanın evinə sığınmışdı. İmam Rza qadınları böyük bir otağa salıb qapını bağladı.

Bura çatan Culudi əynində olan paltarlardan başqa qadınlardan bütün əşyaların alınacağını dedi.

Lakin imam Rza buna icazə verməyəcəyini və qapıdan çəkilməyəcəyini deyir.

Uzun çəkişmədən sonra İmam Rza ona “qadınların əşyalarını mən özüm alıb sənə verəcəyəm” təklifini verdi və Culudi razılaşdı.

İmam qadınların paltarlarını və zinət əşyalarını yığıb Culudiyə verdi.

Bir neçə il keçmişdi. İmam Rza Mərvdə xəlifə Məmunun yanında vəliəhd idi. Bu zaman bəzi ordu sərkərdələri və əsgərləri üsyan etmiş və tutulmuşdular.

Qəzəblənən Məmun onları bir-bir cəzalandırmaq istəyirdi. Onların arasında Culudi də var idi.

Üsyançı sərkərdələr bir-bir Məmunun qarşısına gətirilirdi.

Culudini görən İmam Məmuna tərəf əyilib, onun qulağına pıçıldayaraq dedi:

-Bu şəxsi mənə görə bağışla və edam etmə!

Məmun təəccüblə dedi:

-Bu həmin şəxsdir ki, Allah Rəsulunun xanədanının qadınlarını soymağa cəsarət etdi. Onların nəyi var idi qarət etdi. Niyə onun üçün şəfaət edirsən?!

İmam Rza dedi: Hər halda onu bağışla!

Bunu görən Culudi fikirləşdi ki, İmam bu şəkildə danışmaqla onun edam edilməsini istəyir. Buna görə Culudi Məmuna xitabən dedi:

-Ey “möminlərin əmiri”! Sizi Allaha and verirəm. Sizə və atanıza çoxlu xidmətlər etmişəm. Sizdən xahiş edirəm Əli ibni Musanın sözünü qəbul etməyin!

Məmun dedi: Yaxşı onun sözünü qəbul etmirəm. Amma bunu bil ki, o sənin bağışlanmağını istəmişdi. İndi mən də sənin istədiyin kimi onun sözünü qəbul etmirəm. Cəllad boynunu vur!

İmam Rzanın (ə) Əhlibeyt tərəfdarlarına göndərdiyi 8 mühüm tövsiyə

İmam Rza (ə) Əhlibeytsevərlərə 8 mühüm tövsiyəsini İmam Həsənin 5-ci nəvəsi olan Əbul-Qasim Əbdül-Əzim bin Abdullah vasitəsilə çatdırıb.

Şeyx Mufid əl-İxtisas əsərində bu hədisi belə nəql edir:

  “Mərhəmətli və rəhimli Allahın adı ilə, Ey Əbdüləzim: Məndən dostlara salam de və onlara de ki, şeytana onlara yol tapmasına və nüfuz etməsinə imkan verməsinlər. Onlara əmr et ki danışanda düz danışsınlar, və əmanətləri sahiblərinə qaytarsınlar. Onlara əmr et ki, sükut etsinlər (təfəkkür etsinlər) və fayda verməyən höccətləşməyi tərk etsinlər. De ki, q0hum-əqrabaya baş çəkib bir-birilə isti və dostluq münasibətlərini saxlasınlar. Çünki bu iş Allaha, mənə və digər övliyalara yaxınlaşmağa səbəb olacaq.

Bizim dostlarımız həyatlarının qiymətli fürsətlərini bir-birilə düşmənçilik etməklə tələf etməməlidirlər. Mən özümlə əhd etmişəm ki, hər kəs bu işlərə riayət etməsə və mənim dost və ardıcıllarıma qəzəbli olsa və zərər yetirsə Allahdan istəyəcəyəm ki, onlara dünyada ən şiddətli əzaba düçar etsin. O zaman onlar axirətdə də ziyangörmüşlərdən olacaqlar.

Ey Əbdüləzim bizim dostlarımıza qarşı diqqətli ol! Çünki Allah onlardan yaxşı əməl sahiblərini bağışlayar, onlardan pis əməli olanları isə, (şirk edənlər, dostlarımız incidənlər və onlara qarşı kinli olanlar istisna olmaqla) Allahın əfvindən bəhrələnəcəklər.

Amma Allah o 3 qrupun günahlarından keçməyəcək. Onları bağışlamayacaq. Amma onlar da niyyətlərindən əl çəkib, pis işlərini tərk etsələr bağışlanarlar. İşlərində israrlı olsalar, Allah iman ruhunu onların qəlbindən qoparar və mənim vilayət cərgəmdən çıxarlar. Bu zaman Əhlibeytsevərlərin dəstəsində onların payı olmaz. Bax mən bu ayaq bürdəmələrindən Allaha sığınır və pənah aparıram."

 

İmam Rzaya (ə) niyə qərib deyirlər?

Lüğətdə vətənindən uzaq düşmüş insana qərib deyirlər. Həzrət Əli (ə) buyurur: “Qərib o kəsdir ki, dostu olmasın.

Ona görə də, vətənindən uzaq düşdüyünə və sürgün olduğu zamanlarda yar və yavəri olmadığına və məzlum halda şəhid edildiyinə görə İmam Rzanı (ə) qərib adlandırırlar. İmam Rzanın (ə) özündən özü haqqında belə hədis vardır: Hər kim qeybətimdə məzarımı ziyarət edərsə, Qiyamət günü üç dəfə fəryadına çataram. O yerin dəhşətindən ona nicat verərəm. O zaman ki, əməl dəftərini sağ və ya sol əlinə verəcəklər, Sirat zamanı, əməllərinin çəkildiyi zaman”.

Həruyidən belə nəql edilir: “Ərz etdim: Yəbnə Rəsulallah! Sizi kim öldürəcəkdir?” Buyurur: “Mənim zamanımdakı Allahın ən pis xəlqi. Məni zəhər vasitəsilə öldürəcəkdir. Sonra məni uzaq bir məkanda və qürbət yerdə dəfn edəcəkdir. Bil ki, hər kim məni qeybətimdə ziyarət edər, Allah Təala yüz min şəhidin, yüz min sadiqin və yüz min həccə gedənin, ümrə edənin və yüz min mücahidin əcrini onun üçün yazar. Bizimlə məhşur olar. Behiştin ali dərəcəsində bizimlə olar”.

Həzrət Rzadan (ə) belə nəql edilir: “Mən qürbət torpaqlarda öldürüləcəyəm, zəhərlənəcəyəm və dəfn olunacağam. Bunu atam atasından, o da Əli ibni Əbitalibdən və o, da Peyğəmbərdən (s) eşitmişdir ki, mənə vəsiyyət etmişdir. Həqiqətən, hər kim qürbətim zamanı məni ziyarət etsə, mən və atam Qiyamət günü onun şəfaət verəni olarıq. Hər kimin ki, şəfaət verəni biz olarıq, nicat tapar. Hətta əgər çiynində ins və cinin günahları olsa belə”.

Tarixin yazdığına görə, o zaman ki, İmam Rza (ə) Xorasana tərəf hərəkət etməyə məcbur oldu, səfərə çıxmamışdan qabaq qohumlarını topladı, Mədinəyə bir daha qaytımayacağına, qürbət və şəhadətinə işarə etdi. Həm Həzrətin (ə) özü və həm də başqaları ağladılar. Bu səfərin İmam Hüseynin (ə) səfəri ilə oxşarlıqları vardır. Çünki hər ikisi bu yolun sonunda şəhid olacaqlarını bilirdilər. O, qohumlarını başa saldı ki, Məmunun bu dəvəti zahirdə dostluq niyyətilə olsa da, əslində bir hiylədir. Hədəf Həzrət Rzanı (ə) siyasi və ictimai həyatdan uzaqlaşdırmaq idi.

Qohumlarının bəziləri Məmunun bu gizli hiyləsindən xəbərsiz olduqlarına görə, onun haqqında yaxşı sözlər deyirdilər. Məmun İmamı (ə) xilafətə gətirərək, onun adı altında öz xəbis işlərini görmək istəyirdi. Çünki, əhalinin əksəriyyətini Əhli-beyt (ə) davamçıları təşkil edirdilər.

Onları bu yolla aldadıb, İmama (ə) zahirdə guya hörmət göstərmək vasitəsilə yoldan çıxartmaq istəyirdi. Məmun bu planının işə yaramadığını görəndə, İmam Rzanı (ə) ölümlə hədələyir. İmam (ə) elm və tədbirlə Məmunla müxalifətlik edir, qətllə hədələnəndən sonra Məmunun şərtini qəbul etməyə məcbur olur.

İmam (ə) dəyərli sözləri və tutduğu mövqe ilə insanları düz yola hidayət etməyə çalışır. Nişapurdakı çıxışında buyurmuşdu: Vəhdaniyyət və Allaha pərəstişə gedən yol ancaq bizim yolumuzla mümkündür. Yəni, bu bizik ki, müsəlman olmağa məna veririk. O bizik ki, mömin insanı kamil imana çatdırırıq. Bizim davamçılarımız bizim göstərişlərimizi yerinə yetirirlər, düşmənlərimizlə müxalifdirlər, hər kim bu cür olmazsa, bizdən deyildir. Hər kim bizdən uzaqlaşanlara yaxınlaşar, ya bizim qohumlarımızdan uzaqlaşar, ya bizdə eyb axtaranlara sitayiş edər, ya da düşmənimizə hörmət edərsə - bizdən deyildir və biz də ondan deyilik”.

Bu sözlərdən görünür ki, İmam (ə) o zamanda nə qədər əzab çəkirmiş. Əgər İmamın (ə) sözlərini araşdırmaq istəsək, görərik ki, bu sözlərdə bir giley, bir inciklik vardır.

İmam Hüseynin (ə) Aşura günü qəribliyi fikri bir qürbət idi. Aşura günü İmamın (ə) qarşısında elə insanlar səf qurmuşdular ki, Həzrəti (ə) tanıyırdılar. Onların bəziləri Kufədə İmam Hüseynin (ə) atasını dərk etmişdilər. Hətta bəziləri Peyğəmbəri (s) belə görmüşdülər. İmam Hüseyn (ə) ona görə qərib idi ki, onun fikir və əqidəsini kfəlilər qəbul etmirdilər. İmamın (ə) Kufə əhlindən istədiyi şeyi onlar dərk etmirdilər.

Ancaq İmam Rzanın (ə) qürbəti belə bir qürbət deyildi. İmam Rzanın (ə) getdiyi yerdə onu tanıyanlar az idi və o, da tanımadığı insanların içinə gedirdi. Bu yolda çox çətinlik çəkəcəyini bilirdi və hətta necə şəhid olacağı haqqında belə məlumatı vardı. Ancaq getməli idi. Öz diyarından və məhbublarından uzaqlaşmalı idi. Bu,onun məzlumiyyətindən xəbər verirdi. Ancaq İmam (ə) hara gedirdisə-getsin, həmin yerdə mütləq Allah bayrağı dalğalanardı, İlahi mərifət bulağı hamını doyuzdurardı.

İmamın Xorasana gəlməsi ilə Əhli-beyt (ə) davamçılarının sayı artdı və İmamın (ə) qoyub getdiyi qönçələrin gülləri ildən-ilə yayılmağa başladı.

İmam (ə) özü ilə Allahın həqiqi elmini gətirmişdi və onun bu elmindən bəhrələnənlərin sayı çox oldu. İmam (ə) özündən sonra çox sayda tələbə qoyub getdi və onun qoyub getdiyi İlahi mərifət hələ də bizləri bəhrələndirir.

Pakizəlik və təmizlik – peyğəmbərlərin əxlaqındandır” – İmam Rzadan (ə) hədislər

İmam Rza (ə) buyurur: “Allahın rəhməti o kəsə olsun ki, bizim işimizi dirçəldər”. Sual olunur ki, necə? Buyurur: “Bizim elmimizi öyrənsin və başqalarına öyrətsin”.

İmam Rza (ə) buyurur: “Çalışın ki, hər gün ətirdən istifadə edəsiniz. Əgər bacarmasanız, bir gündən bir, əgər onu da bacarmasanız hər cümə günü özünüzü ətirləndirin”.

İmam Rza (ə) buyurur: “Hər kəs bacardığı qədər gərək ev əhlinə infaq etsin və xərcləsin”.

İmam Rza (ə) buyurur: “Həqiqətən, sükut və susmaq – hikmətin yollarındandır. Sükut sevgiyə və əlaqəyə səbəb olar. Sükut xeyir işləri əldə etmək üçün yol göstərəndir”.

İmam Rza (ə) buyurur: “Hər kim möminin çətinliyini və qəmini aradan aparar, Allah Qiyamət günü qəmi ürəyindən aparar”.

İmam Rza (ə) buyurur: “Pakizəlik və təmizlik – peyğəmbərlərin əxlaqındandır.

İmam Rza (ə) buyurur: “Allaha gözəl güman bəslə, çünki Allah Təala buyurur: “Mən bəndəmin gümanının yanında hazıram. Ona görə də ey bəndəm! Mənə xeyir gümandan başqasını bəsləmə””.

İmam (ə) buyurur: “Namaz hər bir təqvalı insanı Allah Təalaya yaxınlaşdırandır.

İmam (ə) buyurur: “İnsandan ilk hesaba çəkilən əməl – namazdır. Əgər düzgün və qəbul olunarsa, qalan əməl və ibadətləri də qəbul olar, əks halda rədd olunar”.

İmam Rza (ə) buyurur: “Oğlan uşaqları gərək yeddi yaşından namaza vadar edilsin.

İmam Rza (ə) buyurur: “Əgər Yer kürəsi İlahi hüccətdən bir an boş olsa, öz əhlini batırar.

İmam Rza (ə) buyurur: “Sizlərdən hər biriniz əmr-be-məruf və nəhy-əz-munkər etməlidir. Əks halda, ən şər insan sizə hakim olar və sizlərin ən yaxşısının etdiyi dua və nifrinlər yerinə yetməz”.

İmam Rza (ə) buyurur: “Bizim davamçılarımız o kəslərdir ki, bizim əmr və nəhyimizə təslim olarlar, bizim dediklərimizi öz əməl və dediklərində həyat sərlövhəsi qərar verərlər. Bizim düşmənlərimizlə müxalif olarlar. Və hər kim belə olmaz, bizdən deyildir”.

İmam Rza (ə) buyurur: “Əgər insanlar yediklərini azaltsalar və çox yeməsələr, bədənləri müxtəlif xəstəliklərə düçar olmaz.

Hər kim İmam Rzanı (ə) ziyarət edərsə, İmam (ə) onu 3 yerdə ziyarət edər

Ola bilsin ki, sizin üçün də bu hal yaranmış olsun, bəzən insan əyləşdiyi yerdən İmam Rzanı (ə) ziyarət etmək istəyir. Məsumlarımız (ə) bizə dəfələrlə buyurur ki, ürəklərinizi azad buraxın, Kərbəla yoluna, Məşhəd yoluna, Mədinə yoluna... (Tebyan)

Bu ürəyin sürəti çoxdur və biz gözlədiyimizdən də çoxdur. Gedər və bizi də özü ilə aparar. Bu gün ürəklərimiz Məşhəd yangısı ilə od tutub alışır. Bu müqəddəs məkanı nə qədər ziyarət etsək də, yenə də ürəyimiz tab gətirmir, oranı istəyir.

Zilqədə ayının son günlərində İmamı (ə) ziyarət etməyin xüsusi ləzzəti vardır. Ona görə də bu dəyərli günlərin qədrini bilək və əlimizi bir neçə dəqiqə işdən çəkək. Qərib İmamımızla (ə) xəlvət edək.

 

İmam Rza (ə) buyurur: “Xorasanda bir abidə vardır və elə bir zaman gəlib çatacaqdır ki, həmin abidə mələklərin gəlib-getdiyi məkana çevriləcəkdir - Qiyamətin surunun çalındığı günə qədər və Qiyamət gəlib çatana qədər”.

İmamdan (ə) soruşurlar ki, bu abidə hansıdır? İmam Rza (ə) buyurur: “Bu abidə Tus diyarındadır. Allaha and olsun ki, o diyar – behişt bağlarındandır. Hər kim mənu bu abidədə ziyarət edər, o kəs kimi olar ki, Allahı Rəsulunu (s) ziyarət etmişdir. Onun üçün min qəbul olmuş həccin və min qəbul olmuş ümrənin savabı yazılar. Mən və atam Qiyamət günü onun şəfaət verəni olarıq”.

Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “Hər kim məni qürbətdə ziyarət edər, Allah onu bizimlə məhşur edər və ali dərəcələrdə bizim rəfiqimiz olar”.

 

İmam Sadiq (ə) buyurur: “Musa ibni Cəfərin (ə) övladlarından olan kişi ayağa qalxacaq və adı - Əmirəl-möminin (ə) adı kimi Əlidir. O, Tusun Xorasan diyarında dəfn olunacaqdır. O, zəhər vasitəsilə öldürüləcək və elə orada qərib şəkidə dəfn ediləcəkdir. Hər kim onun haqqını tanıyan halda ziyarət edərsə, Allah ona o kəsin savabını verər ki, Məkkənin fəthindən əvvəl Allah yolunda infaq edib vuruşmuşdur”.

İmam Rza (ə) buyurur: “Hər kim hərəmimin uzaq olmasına baxmayaraq, məni ziyarət edərsə, Qiyamət günü üç yerdə ziyarətinə gedərəm ki, onu həmin günün çətinliyindən xilas edim: o zaman ki, yaxşı və pis əməllərinin dəftəri açılar, Sirat körpüsündən keçən zaman, əməllərin ölçüldüyü zaman”.

Ona görə də bu əziz İmamımızı (ə) ən azı əyləşdiyimiz yerdən salam göndərərək, ziyarət edək və ruhumuzu bu gözəl vasitə ilə zənginləşdirək.