Çr.ax11202018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Əhli-beyt ələyhim əs-səlam

Əhli-beyt məhəbbəti

Əhli-beytə (ə) məhəbbət insanı bir çox fitnələrdən qurtarıb, nöqsanları aradan qaldırar.
Cəsarətlə demək olar ki, biz şiələrin İslamdan olan biliyinin 90 faizi Əhli-beytdən öyrəndiklərimizdir. Bu sözü başqa məzhəblər haqqında da demək olar. Sonuncu Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra bəşəriyyət üçün yeganə ilahi bilik mənbəyi Əhli-beyt məsumlarıdır. Onlar üç əsr ərzində insanları ilahi maariflə tanış etmişdir. Allah-təala Qurani-Kərimdə öz Peyğəmbərinə (s) buyurmuşdur: «De ki, mən sizdən peyğəmbərliyin müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm». («Şura» surəsi, ayə 23.) Peyğəmbər (s) insanlardan yalnız Allaha itaət istəyirdi. «Fürqan» surəsinin 57-ci ayəsində buyurulur: «…Mən sizdən ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm». Bu iki ayə Peyğəmbər (s) Əhli-beytinə (ə) olan məhəbbətin əhəmiyyətini açıq-aşkar bəyan edir. Əlbəttə ki, bizim Əhli-beytə məhəbbətimiz yalnız onların Allah dərgahına yaxınlığı ilə bağlıdır.
Əgər Allahın mərifət və məhəbbətini düzgün şəkildə anlayıb xoşbəxt olmaq istəyiriksə, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) ardıcıllıq etməliyik. Allaha məhəbbətin sübutu Peyğəmbərə (s) itaət, Həzrətə (s) itaətinin tərkibi olan Əhli-beytə (ə) bağlılıqdır. Məşhur «Səqəleyn» hədisi deyilənlərə sübutdur.
Əhli-beytə məhəbbətin yardımı
Adi insanlar günahsız olmadıqlarından dini etiqadları, əməlləri qüsurlu ola bilər. Əhli-beytə (ə) məhəbbət insanı bir çox fitnələrdən qurtarıb, nöqsanları aradan qaldırar. Amma Əhli-beyt (ə) vilayətindən uzaqlıq insanı təhlükəli aqibətlə üzləşdirə bilər.
Əgər tarixə nəzərə salsaq hətta kəbirə günahlara yol vermiş insanların Əhli-beyt (ə) işığında tövbəyə nail olduğuna şahid olarıq. Əksinə, dini göstərişlərə ciddi əməl edib, lakin Əhli-beyt məhəbbətindən məhrum olduğu üçün süquta uğrayanlar da az deyil.
Mərhum Teyyub İmam Hüseynə (ə) xüsusi sevgisi ilə seçilən insanlardan idi. Onun əzadar dəstəsi məhərrəm mərasimlərində məşhur idi. Teyyub məlum Xordad hadisələrində həbs olunmuşdu. Xəfiyyələr Teyyubdan tələb edirdilər ki, qiyamda iştirak üçün imamdan pul aldığını etiraf etsin. Belə bir izahat müqabilində onu azad edəcəklərinə söz verirdilər. Amma Teyyub Allah rizasına qiyama qalxdığını bəyan etdi. Mücahid müsəlmanı dara çəkdilər…
Bu hadisədən sonra çoxları Teyyubu yuxuda gördü. Onun yaxın dostlarından biri müəlliflə görüşündə Teyyubun xatirəsinə Quran açmağı xahiş etdi. Allah şahiddir ki, səhifənin ilk sözü «teyyib» və ilk ayəsi bu idi: «Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar». («Fatir» surəsi, ayə 10.)
Teyyub adi bir müsəlman idi. Amma Əhli-beytə aşiq olan adi bir müsəlman! Məhz bu məhəbbət Teyyubu xeyirli bir aqibətə ‒ şəhadətə qovuşdurdu.
Bunu da qeyd etməliyik ki, insanın qəlbi elə həddə çirklənə bilər ki, Əhli-beyt məhəbbətinə layiq olmaz.

Əhli-beyt məhəbbəti İslamın əsasıdır

Din insanla Allah arasında əlaqə yaratmaq üçündür

 

İmam Sadiq (ə) buyurur: «Hər şeyin əsası var və İslamın əsası biz Əhli-beytə məhəbbətdir».
İslam bir saraya oxşayır ki, sütunları Əhli-beytə məhəbbətdir. Möhkəm sütunlu binanın ömrü də uzundur. İllər ötdükcə bu binanın zahiri görkəmi dəyişib solğunlaşa bilər. Amma sütunları möhkəm olduğundan onu əvvəlki görkəminə qaytarmaq çox asandır. Amma sütunları möhkəm olmayan bina kiçik bir titrəyişdən müvazinətini itirir və nə qədər təmir olunsa da onu ilkin vəziyyətinə qaytarmaq mümkün olmur. İslam möhkəm sütunlara malik olduğundan əsrlərin təlatümlərini əzmlə keçmiş və öz ilkin mahiyyətini qoruyub saxlamışdır.
Bəs nə üçün İslamın sütunu Əhli-beyt məhəbbətidir? Burada isbat və sübuta ehtiyac vardır. İsbat məqamı dedikdə, sübut üçün ayə və dəlillərin varlığı nəzərdə tutulur. Məsələn, yuxarıda zikr olunmuş hədis bu mövzu üçün bir dəlildir. Amma sübut məqamı dedikdə, bu məsələyə aydınlıq gətirilməsi nəzərdə tutulur. Nə üçün Əhli-beytə məhəbbəti olmayan insanın dini süst və kövrək olmalıdır? Biz daha çox sübut məqamını araşdıracağıq.

Din və Əhli-beyt məhəbbəti arasında əlaqə

Din insanla Allah arasında əlaqə yaratmaq üçündür. Amma bu əlaqə iki amildən asılıdır: tanıma və fitri meyl. İnsan ilk əvvəl gördüyü dünyanın yaradıcısı olduğunu dərk edir. Anlayır ki, bütün nemətlərin sahibi vardır. İkinci mərhələdə qəlbdə bu nemət sahibinə məhəbbət yaranmalıdır. Əgər bu tanıma və məhəbbət insan vücudunda formalaşarsa, Allahla bəndə arasında əlaqə üçün şərait yaranar. Amma bu tanıma və məhəbbət insanın doğru yol tutması üçün kifayət etmir. Tarixdə Allahı tanıyıb sevdiyi halda yolunu azanlar çox olub. «Zumər» surəsinin 3-cü ayəsində buyurulur: «Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar deyirlər: «Biz onlara yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik». Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir». «Yunus» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «(Müşriklər deyir) Bunlar (bütlər) Allah yanında bizdən ötrü şəfaət edənlərdir».
Demək, doğru yolu tapmaq üçün Allahı tanımaq kifayət deyildir. Ona görə də Allah-təala peyğəmbərlər göndərmişdir. Amma bununla da məsələ bitmir. Tarixə nəzər salsaq görərik ki, peyğəmbərləri qəbul etdikləri halda əsl ilahi hədəfdən yayınanlar az deyil. Təkcə İslamda 82 məzhəb və təriqət mövcuddur. Hamı müsəlmanlıq iddiasında olsa da peyğəmbər vəsisinə, canişininə münasibətdə baxışlar haçalanır. İslam dinində Allah-təala Peyğəmbərə (s) canişinlər təyin edərək onları müsəlmanlar üçün rəhbər qərar verir. Beləcə, aydın olur ki, nə üçün Əhli-beyt məhəbbəti İslamın əsasıdır.

 

"İmam Sadiq (ə) siyasət meydanında"

İslam dinini qəbul edən millətlərin çoxu, onda olan bərabərlik, ədalət, mərhəmət və s. kimi gözəlliklərin vurğunu olaraq, İslama üz tutmuşdular

İmam Məhəmməd Baqirin (ə) şəhadətindən sonra ağır imamət yükü həzrət imam Sadiqin (ə) üzərinə düşdü. O həzrətin imamət dövrü İslam dünyasının siyasi, ictimai cəhətdən ən keşməkeşli və ağır dövrünə təsadüf etdi. 

1. İmam Sadiq (ə) iki nəsil xəlifələri: Mərvanilər və Abbasilərdən olan, İslama, xüsusən də şiələrə zülm etməkdə bir-birləri ilə yarışan on iki zalım xəlifə ilə üzləşdi. 
2. İslam dininin müsəlmanları elm və biliyə təşviqi, İslam hökumətində fikir və əqidə azadlığı nəticəsində müsəlmanlar İslam elmlərini öyrənməkdən əlavə, fəlsəfə, nücum, riyaziyyat və s. elmləri də öyrənir. Amma bu elmləri öyrədənlərin çoxu qeyri-müsəlman olduğu üçün bu elmlər İslama varid olmaqla yanaşı, özü ilə çoxlu şübhələr də gətirdi. 

3. Özlərini Peyğəmbər (s) canişini adlandıraraq xilafəti qəsb edənlər öz qeyri-şəri, qeyri-əxlaqi, qeyri-insani əməllərini, amansız zülmlərini, törətdikləri cinayətləri ört-basdır etmək, camaatın fikrini yayındırmaq və başlarını özlərinə qatmaq üçün xalq arasında puç, yanlış və əssasız əqidələr yayırdılar, bununla da əhli-beytdən (ə) uzaq düşmüş müsəlmanlar arasında müxtəlif firqələr yaranır və bu firqələrin bəziləri siyasi məqsədlər güdürdülər. İmam Sadiqin (ə) siyasi həyatına nəzər saldıqda aydın olur ki, o həzrət İslama daxil olan şübhələrə, Allah dini ilə uyğun olmayan əqidələrə cavab vermək və həqiqi dini üzə çıxarmaq üçün yaranmış fürsətdən yetərincə istifadə edə bilmişdir. O, elmi mərkəz təsis edərək dünyanın hər tərəfindən axışıb gələn elm təşnələrini müxtəlif elmlərdə təlimləndirməklə kifayətlənməmiş, siyasi meydanda da lazımi addımlar atmış, öz ilahi siyasəti ilə Peyğəmbərdən (ə) sonra ağır təzyiqlərə, əzab-əziyyətlərə məruz qalmış, müaviyyələr, yezidlər, həccaclar və s. görmüş şiələri bu siyasi qarşıqlıqda qorumağa, siyasi oyunların qurbanı olmamağa, firqələrə bölünməklərinin qarşısını almağa, möhkəmləndirməyə çalışmışdır. Həmin dövrdə şiələrin vəziyyətini imam Məhəmməd Baqirin (ə) dilindən eşitdikdə imam Sadiqin (ə) qarşısında hansı ağır vəzifələrin dayandığı və bu vəziyyətdən çıxmaq üçün o dövrün siyasi durumunu nəzərə alaraq imam Sadiqin (ə) yeritdiyi siyasi tədbirin necə də yerində olduğu aydınlaşır. İmam Məhəmməd Baqir (ə) buyurur: "İmam Həsənin (ə) şəhadətindən sonra şiələrin vəziyyəti və onların didərginliyi olduqca acınacaqlı halda idi. Müaviyyənin pis və sərt rəftarı öz həddini aşmışdı. Şiələr hər tərəfdə öldürülür, güman əsasında ayaqlar kəsilirdi. Bizimlə əlaqə saxlayanların ən yüngül cəzası onların var-yoxunun talanması, evlərinin viran olunması idi... Sonra Həccac qüdrət sahibi oldu. O, şiələri ən pis şəkildə qətliam edir, güman və böhtan əsasında onları həbs edirdi. Onun zamanında təzyiqlər elə bir həddə çatmışdı ki, camaat onlara zındıq və kafir deyilməsinə razı idi, amma Əli (ə) şiəsi deyilməsinə yox." İmam Sadiqin (ə) siyasi fəaliyyətlərindən nümünələr 1. İmamətin təblği Artıq İslamın əhatəsi Ərəbistan yarmadasını adlamış, müxtəlif qonşu ölkələrə yayılmışdı. İslam dinini qəbul edən millətlərin çoxu, onda olan bərabərlik, ədalət, mərhəmət və s. kimi gözəlliklərin vurğunu olaraq, İslama üz tutmuşdular. Amma Peyğəmbərin (s) vəfatından yarım əsr keçməsinə baxmayaraq, o həzrətin yerində oturan canişinlərin İslamdan bəhrələnmədiklərini, Quran göstərişlərinə və Peyğəmbər (s) sünnəsinə əməl etməmələrini, bərabərlikdən, ədalətdən və s. yalnız ad qaldığını görən, İslamdan hələ də dəqiq məlumatları olmayan müsəlmanların yavaş-yavaş etiraz səsləri ucalır. Onlar İslama şübhə ilə baxmağa, onun Allahın göndərdiyi din yox, istismar üçün yeni qurğu olduğunu düşünmyə və İslam ilə qarşılaşmağa başlamışdılar. Bu zaman imam Sadiq (ə) İslamın ümumi mənafeini nəzərə alaraq, İslamın həqiqi bir din olmasını, lakin onun İslam düşmənlərinin əlinə düşməsini anlatmaq, yavaş-yavaş ucalan etiraz səslərini İslama yox, İslam xilafətini qəsb edənlərə yönəltmək üçün öz imamətini təbliğçilər vasitəsilə İslam hökumətinin hər tərəfinə yayırdı. Əlbəttə, bəziləri imamı (ə) qəbul edir və imamın (ə) itaətində olduqlarını bildirir, bəziləri ehtiyat edir, bəziləri isə heç cür qəbul etmirdilər. İmamətin həm İslam mərkəzində, həm də mərkəzdən xaricdə təbliği, İmamın (ə) siyasi fəaliyyətinin genişliyindən xəbər verir. 2. İmam Sadiqin (ə) dönəmində iki böyük silahlı qiyamın baş verməsi və o həzrətin bu qiyamlara münasibəti Imam Sadiqin (ə) imaməti dövründə Mərvanilərə qarşı olan Zeyd ibn Əlinin (ə) və Abbasilərin iki böyük qiyamları baş verdi. Amma bu qiyamların heç birində bir siyasi rəhbər kimi imamın (ə) iştirakı gözə dəymir. Görəsən imam (ə) nə üçün bu fürsətləri əldən vermiş və hakimiyyəti öz əlinə almağa çalışmamışdır? Zeydin qiyamı Əməvilərin və Mərvanilərin davamlı zülmünə dözməyib hökumətə qarşı qiyama qalxmış Zeydin qiyamını tədqiq edən hər kəs, bu qiyamın həqiqətdə imam Sadiqin (ə) icazəsi ilə olduğunu görər. Çünki, imam Sadiqi (ə) özünə imam bilən və qalib gələcəyi təqdirdə hökuməti o həzrətə verəcəyini düşünən Zeyd kimi təqvalı bir alimin, imamın (ə) icazəsi olmadan qiyama başlaması mümkün deyil. İmam Rizadan (ə) gəlib çatan bir hədisdə oxuyuruq: "...Zeyd, İmamın (ə) xidmətiindən getdi. İmam (ə) o vaxt buyurdu: Vay olsun o kəsin halına ki, onun (Zeydin) çağırışını eşidə, amma ona köməyə tələsməyə." İmam Sadiqdən (ə) Zeyd barədə nəql olan bir rəvayətdə oxuyuruq: "Allah onu rəhmət etsin. O,mömin,arif, alim və doğruçu bir şəxs idi. Əgər qalib gəlsəydi öz əhdinə vəfa edəcəkdi, hökuməti ələ keçirdikdə onu kimə tapşıracağını yaxşı bilirdi." Bu kimi bir çox hədislər və tarixi məlumatlar, Zeydin qiyamının imam Sadiq (ə) tərəfindən qəbul edildiyini bildirir. Lakin özünün bünövrələri titrəməkdə olan hökumətini əldə saxlamaq üçün bütün vasitələrə əl atan, Əhli-beytin (ə) ümmət arasındakı nüfuzundan qorxaraq həmişə onları nəzarətdə saxlayan, hər bir kicik hərəkətlərinə belə göz qoyan, diqqətlə izləyən, azca güman əsasında onlara və tərəfdarlarına ağır cəzalar verən, əhli-beyti (ə) məhv etmək üçün bəhanə axtaran Mərvanilərin əlinə bəhanə və fürsət veməmək üçün bu qiyam ehtiyatla irəliləməli və imamın (ə) bu qiyama müdaxiləsindən heç kimin xəbəri olmamalı idi. İmamın (ə) bu qiyamda aşkar iştirak etməməsinin səbəblərindən biri də hələ də müsəlmanların imaməti yaxşı başa düşməməsi, imamət yolunda qiyam edə biləcək qədər yetişməmələri və imamı yalnız öz siyasi və dünyəvi mənfəətləri üçün himayə etmələri idi. Uzun illər boyu Şam ilə ticarət yolları uğrunda mübarizə aparan kufəlilər, imam Hüseyni (ə) Kufəyə dəvət etmiş, lakin Yezid hökumətinin qorxusundan və qəbilə başçılarının dünya malına aldanması üzündən imamı (ə) himayə etmək əvəzinə, o həzrətə qarşı müharibəyə qalxdılar. Əvvəlcə Zeydi himayə edəcəklərini bildirən kufəllilər, Yusif ibn Əmrin qoşununun müharibəyə hazırlaşdığını eşidəndə bəhanə ilə Zeydi tərk etdilər. İmam Sadiq (ə) bunların hamısını bilir, ona görə də heç bir rəhmi olmayan, Zeydin başını bədənindən ayırıb, dörd il dar ağacında camaatın gözü qarşısında saxlayan, sonra isə yerə salaraq od vuranların əlinə bəhanə vermək istəmir, Əhli-beyti (ə) və bir ovuc olan həqiqi şiələri qorumaqla Allah dinini qorumağa çalışırdı. Abbasilərin qiyamı İmam Sadiqin (ə) dövründə baş verən ikinci qiyam Abbasiərin qiyamıdır. Qiyamın başlancığına nəzər saldıqda, zahirən belə görünür ki, İmam (ə) üçün qiyam etməyə burada daha əlverişli və geniş fürsət yaranmışdır. Belə ki, qiyam etmək istəyənlərin ilk məktubları Abbasilərə yox, o dövrdə böyük siyasi rəhbər, məzhəb başçısı və camaat arasında ən nüfuzlu şəxs olan, imam Sadiqə (ə) ünvanlanmış, o həzrətin bu böyük qiyama rəhbərlik etməsi xahiş olunmuşdu. Amma bir-birinin ardınca gələn məktublara müsbət cavab verməyən imam (ə), hətta onları gətirənlərin gözü qarşısında məktubları yandırmaqla bu qiyama qarşı münasıbətini bildirmişdir. Hətta Mərvanilərə qarşı qələbənin nişanələri aşkar göründüyü zaman imam (ə) qiyama rəhbərlik etmək üçün ona göndərilən məktuba müsbət cavab vermədi. Nə üçün imam Sadiq (ə) Abbasilərin qiyamında iştirak etmədi? Qiyam edənlərin niyyətlərini araşdırdıqda, o həzrətin bir imam və siyasi rəhbər kimi bu qiyamda iştirak etməməsinin səbəbləri aydınlaşır, onun nə qədər uzaqgörən bir siyasətçi olduğu və bu siyasi meydanın qalıbi olduğu məlum olur. İmam Sadiq (ə) bu qiyamın rəhbərlərinin hökuməti ələ almaqdan başqa bir niyyətlərinin olmadığını və yalnız camaatın diqqətini özlərinə cəlb etmək, bu vasitə ilə onlardan dəstək almaq üçün imamı (ə) önə çəkmək istədiklərini yaxşı bilirdi. O həzrət, Əbu Müslim kimilərinin imamətə etiqadlı olmadığını bilir, ona görə də qiyama rəhbərliyi öhdəsinə götürmür və hətta əmisinə də "Nə vaxtdan Xorasan camaatı sənin tərəfdarın olubdur? Əbu Müslümü sən onların yanına göndərmisən? ... Mən hər bir müsəlmanın xeyrini düşünməyi özümə vacib bildiyim halda necə olar ki, sənin xeyrini istəməyim?"- deyərək qiyamdan çəkindirirdi. Məlum olduğu kimi Abbasilər hakimiyyətə gəldikdə ilk qarşılaşdıqları şəxslər, qiyamda öz şərikləri sayılan imam Həsənin (ə) övladları oldu. İmam Sadiq (ə), öz rəhmsizliyində Həccacdan geri qalmayan, güman əsasında nəsilləri məhv edən Əbu Müslüm, onun sifarişçiləri kimi zülmkarlarla dövləti idarə edə bilərdimi? Tarixi dəlillərə görə, Abbasilər öz hakimiyyətlərini qorumaq üçün Əbu Müslimin əli ilə 600000 nəfəri qətlə yetirmiş, boyu "beş qarış" olan körpə uşaqlara belə rəhm etməmişdilər. İslam adından çıxış edərək, Məhəmməd (s) ailəsinin razılığını özlərinə şüar etmiş Abbasi qiyamçılarının özləri İslam göstərişlərinə əməl etmir, Məhəmməd (s) ailəsinə əziyyət verməkdən çəkinmirdilər. İmam Sadiq (ə) isə ümmətin fikri və əməli vəziyyətini bilirdi, siyasi və ictimai şəraitdən tamamilə xəbərdar idi. O həzrət qiyama başlamaq üçün öz imkan və məhdiyyətlərini nəzərə alırdı. İmam (ə) bilirdi ki, qiyam edərək təkcə hakimiyyəti ələ almaq kifayət deyil. Bu işdə imama itaət edərək hakimiyyəti İslam qanunları çərçivəsində idarə edə biləcək saleh insanlara ehtiyac var və onlar da hələ lazımi həddə çatmamışdır. Qiyamdan öncə belə şəxsləri yetişdirmək lazım idi. İmamın (ə) Sədir Seyrafi ilə söhbətində bu səbəb tamamilə öz əksini tapmışdır: İmamın (ə) xidmətinə gələn Sədir, o həzrətin qiyama qalxmasını istəyir və deyir: "Sənin çoxlu dostların və köməkçilərin var". İmam (ə) ondan bunun sayını soruşduqda, Sədir onların 100000, sonra 200000, daha sonra isə dünyanın yarısı qədər olduğunu deyir. İmam (ə), Sədirdən onunla bir yerə getməsini istəyir və ora çatdıqda əli ilə otlaqda otlayan bir dəstə keçiyə işarə edib: "Əgər mənim bunlar qədər dost və tərəfdarım olsaydı heç vaxt yerimdə oturmaz, qiyama qalxardım", deyə buyurur. Bəli, imam Sadiq (ə) siyasət və hökumətə tövhid nəzəri ilə baxırdı. O həzrət hakimiyyətə gəldikdə Qüran göstərişlərinə əməl edilməli, ədalət və Peyğəmbər (s) sünnəsi bərpa olunmalı idi.İmamın (ə) nəzərincə siyasət və hökumət qurluşu iqtisadi və ictimai işlərdə idarə etmə, əmniyyət və asayişin təminindən əlavə, insanların mənəvi əxlaq və rəftarlarını da öz öhdəsinə götürməlidir. Amma bunların heç birini "hökumət sonsuzdur" deyib, fikir və güclərini təkcə öz hakimiyyətlərini əldə saxlamaq üçün sərf edən, bunun üçün əmisinə, qardaşına, övladına, körpəyə belə rəhm etməyən kimsələrlə birləşib, qiyam edib hakimiyyət qurmaqla ələ gətirmək olmazdı. Bəlkə üstəlik zərərlər də görəcəkdi. İmam Sadiq (ə) yaranmış fürsətdən istifadə edərək, öz siyasət və tədbirləri ilə İslam elmlərinin dərinliklərini açıqladı, onun və tələbələrinin vasitəsi ilə İslamda düzgün əqidələr öz yerini tapdı. O həzrət, şiə məzhəbini elə möhkəmləndirməyə və istiqamətləndirməyə müvəffəq oldu ki, indinin özünə qədər həqiqi İslam və doğru yol bu məzhəbdə axtarılır.

Әhli-bеyt (ә) аrdıcıllаrının nәzәrindә vilаyәt

Əgәr ölsәm, Pеyğәmbәr (s), Әli (ә), Hәsәn (ә), Hüsеyn (ә) vә Sәccаdlаmı (ә) görüşәcәyәm?
Әgәr tаriхi әsәrlәrә nәzәr sаlsаq, görәcәyik ki, Әhli-bеyt (ә) dоstlаrı vilаyәt mәfhumunu mәsumlаrın bахışlаrı әsаsındа әhаtәli qәbul еtmişlәr. Hәkim ibn Әtibә nәql еdir ki, İmаm Bаqirin (ә) хidmәtindә оlduğum vахt оrаdа böyük cәmiyyәt vаrdı. Bu vахt әlindә dәmir әsа bir kişi dахil оldu. О qаpıdа durub dеdi: “Әssәlаmu әlәykә yәbnә rәsulillаh vә rәhmәtullаhi vә bәrәkаtuh.” İmаm (ә) buyurdu: “Әlәykumus-sәlаm vә rәhmәtullаhi vә bәrәkаtuh.” Sоnrа qоcа mәclisdәkilәrә üz tutub sаlаm vеrdi, mәclisdәkilәr dә оnun sаlаmını аldılаr. Qоcа üzünü İmаmа (ә) tutub оnun yаnındа yеr istәdi vә dеdi: “Аnd оlsun Аllаhа, Sizi dә, Sizin dоstlаrınızı dа sеvirәm. Mәnim bu mәhәbbәtim dünyа mаlı üçün dеyil. Аnd оlsun Аllаhа, sizin düşmәnlәrinizi dә düşmәn bilir, оnlаrа nifrәt еdirәm. Аllаh şаhiddir ki, bu düşmәnçiliyimin sәbәbi mәnimlә оnlаrа оlаn kin-küdurәtim dеyil. Sizin hаlаl bildiyinizi hаlаl sаyırаm, hаrаm bildiyinizi hаrаm. Sizin qiyаmınız intizаrındаyаm. Еy Pеyğәmbәr (s) övlаdı, sәnә fәdа оlum, bu хüsusiyyәtlәrlә qurtuluşа ümid еdә bilәrәmmi?” İmаm (ә) buyurdu: “Qаbаğа gәl.” Hәzrәt (ә) оnu yаnındа оturdub buyurdu: “Еy qоcа, bir gün bir şәхs sәnin mәnә vеrdiyin suаllа аtаm Sәccаdа (ә) mürаciәt еtdi. Аtаm оnun cаvаbındа buyurdu: “Әgәr dünyаdаn gеtsәn, Pеyğәmbәr (s), Әli (ә), Hәsәn (ә), Hüsеyn (ә), Sәccаdlа (ә) görüşәrsәn, qәlbin sәrinlәşәr. Qәlbini fәrәh bürüyәr, şаd оlаrsаn, gözlәrin işıqlаnаr. Sоrğu mәlәklәri sәninlә хоş rәftаr еdәr. Cаnın burаyа (İmаm (ә) әli ilә bоğаzını göstәrdi) çаtdıqdа hәyаtdа gözlәrini işıqlаndırаcаq şеylәr görәrsәn, bizimlә ucа bir mәqаmdа оlаrsаn.”
Dеyilәnlәr qоcаnı о qәdәr sеvindirdi ki, оnlаrı ikinci dәfә еşitmәk istәdi. Оnа görә suаlını tәkrаrlаdı: “Еy Pеyğәmbәr (s) övlаdı, nә buyurdun?” İmаm Bаqir (ә) dеdiyi sözlәri tәkrаrlаdı. Qоcа әrz еtdi ki, әgәr ölsәm, Pеyğәmbәr (s), Әli (ә), Hәsәn (ә), Hüsеyn (ә) vә Sәccаdlаmı (ә) görüşәcәyәm? Gözüm işıqlаnаcаq, qәlbim sәrinlәşәcәkmi? Yаzаn mәlәklәr mәni хоşluqlаmı qаrşılаyаcаq? Sаğ qаlsаm Аllаh gözümә işıqmı vеrәcәk? Sizinlә ucа bir mәqаmdа оlаcаğаmmı?” О, bu sözlәri dеyib hönkürtü ilә аğlаdı. Оnun hаlı hаmıyа tәsir еtdi, әtrаfdаkılаr dа оnа qоşulub аğlаmаğа bаşlаdı. İmаm (ә) оnа nәvаziş göstәrib mübаrәk әli ilә gözlәrini sildi. Qоcа bаşını qаldırıb әrz еtdi: “Еy Pеyğәmbәr övlаdı, mübаrәk әlini mәnә vеr.” Hәzrәt (ә) әlini qоcаyа tәrәf uzаtdı. Qоcа оnun әlini öpüb, gözlәrinin üstünә qоydu. Yахаsını аçıb İmаmın (ә) әlini sinәsinә çәkdi. Sоnrа аyаğа qаlхıb sаğоllаşdı vә gеtdi.
İmаm Bаqir (ә) qоcа gözdәn itәnәdәk оnun аrхаsıncа bахdı. Sоnrа üzünü әtrаfdаkılаrа tutub buyurdu: “Kim bеhişt әhli görmәk istәyirsә, bu şәхsә bахsın.” Hәdisi nәql еdәn Hәkim ibn Әtibә dеyir ki, hеç bir әzаdаrlıq mәclisi bu sаyаq üzüntü vә göz yаşlаrı ilә kеçmәmişdi.

Yalnız zühurdan sonra açılacaq sirr

İmam Cəfər Sadiqin (ə) həyatına bir baxış

Bizə müxtəlif münasibətlərlə “Nüdbə” duasını oxumaq tövsiyə olunub. Nüdbə duası Həzrət Mehdinin (əc) zühurunun intizarını çəkənlərin sızıltılarıdır. Müsəlmanların 6-cı imamı İmam Cəfər Sadiq (ə) şəvval ayında abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən Mədinədə şəhadətə çatdırılmışdır. İmamın həyatına son qoymaq üçün ona zəhər verilir. “Şeyxül-əimmə” adı ilə tanınan İmam Sadiq (ə) bütün başqa imamlardan uzunömürlü olub. Onu Bəqi qəbiristanlığında atası İmam Baqir (ə) və İmam Həsən Müctəbanın (ə) kənarında dəfn ediblər.
İmam Sadiq (ə) şəhadətə yetirildiyi zaman onun 65 yaşı olub. Həzrət Sadiq (ə) 34 il imamət məqamını imamət məsuliyyətini daşıyıb. İmam Sadiqin (ə) dövrü şiə məktəbinin qızıl dövrü sayılır. Həmin dövrdə əməvilərlə abbasilər arasında böyük qarşıdurma yaşanıb. Bu səbəbdən şiə məktəbi üçün ictimai meydan bir qədər açıq olub. İmam Sadiq (ə) yaranmış fürsətdən məharətlə istifadə edərək dəyərli şagirdlər tərbiyə edib, şiə ruhiyyəsinə təravət gətirib.
Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra, üç xəlifənin dövründə xəlifələr fiqhi sualla rastlaşanda İmam Əliyə (ə) müraciət edərdilər. Bütün çətin məsələləri Həzrət Əli (ə) cavablandırardı. Həzrət Əli (ə) şəhadətə çatandan sonra onun övladları ciddi sıxıntıya məruz qaldı, xalqla Əhli-Beyt (ə) arasında bir ayrılıq yaradıldı. Dinini dünyasına satan zalım hakimlər eyş-işrət dolu həyatlarını rahat yaşamaq üçün hətta saxta hədislər uydurdular. O qədər saxta hədis yaradılmışdı ki, alimlər bu hədisləri bir-birindən seçməkdə çətinlik çəkirdilər. Hicri qəməri 40-cı ildən birinci əsrin sonuna qədər səhabə və tabeindən olanların kiçik bir hissəsi Ali-Məhəmməd fiqhindən bəhrələnirdi. İmam Baqirin (ə) dövründə təzyiqlər bir qədər azaldı, İmam Sadiqin (ə) imamət dövründə, 114-148-ci illərdə Ali-Məhəmməd fiqhi tədris və təbliğlə yayılmağa başladı.
İmam Sadiqdən (ə) fiqh və kəlam mövzüsunda o qədər əhatəli rəvayət və hədislər nəql olunub ki, artıq həmin dönəm şiə, cəfəri məktəbi dönəmi kimi yadda qalıb. Siyasi gərginlik azaldığından insanlar azad şəkildə İmam Sadiqə (ə) müraciət edib, öz fiqhi suallarına cavab alıblar. Əhli-Beytdən (ə) İmam Sadiq (ə) qədər şagirdi olan ikinci bir şəxs yoxdur. Ən çox rəvayət İmam Sadiqdən (ə) nəql olunub. Əshabi-hədis İmam Sadiqdən (ə) hədis nəql edənlərin 4 min nəfər olduğunu yazır. Bu 4 min nəfər hər gün imamın hüzurunda olmasa da, onun elmindən bəhrələnərdir.
Bu 4 min nəfər rəvayətçinin çoxu qısa bir müddət imamın hüzurunda olub. İmam Sadiqin (ə) dövründə qiyamların əksəri hakimiyyətə qarşı olub. Bununla belə İmam Sadiq (ə) hakimlərə qarşı qiyamı dəstəkləməyib, ona vəd verən qiyam rəhbərlərini qəbul etməyib. İmam bütün imkanlarını Ali-Məhəmməd fiqhinin və Əhli-Beyt (ə) maarifinin yayılmasına sərf edib. Bəni-Haşimi qiyama dəvət edənlər hakimiyyəti ələ almaq istəyənlər idi. Onların əsl məqsədi bidəti aradan qaldırıb Əhli-Beyt (ə) maarifini dirçəltmək deyildi. Həmin dövrdə bəzən şiələr özləri çətinlikdə qalıb, hadisələrlə bağlı suallarını İmam Sadiqə (ə) ünvanlayırdılar. Mərhum Küleyni “Kafi”də nəql edir ki, imam bir bu qədər tərəfdarı olduğu halda qiyam qaldırmadığı üçün qınanırdı. Ona deyirdilər ki, bu qədər şiə və tərəfdar olduğu zaman sakit oturmaq düzgün deyil. Belə bir sualla müraciət edən Sudeyrə İmam Sadiq (ə) buyurur: “Onların sayı neçə nəfərdir?” Sudeyr cavab verir ki, 100 min nəfər. İmam təəccüblə soruşur ki, 100 min nəfər? Bu dəfə Sudeyr 200 min nəfər deyir. İmam yenə təəccüb etdikdə Sudeyr cavab verir ki, dünyanın yarısı sizə tərəfdardır. İmam Sadiq (ə) ayağa qalxır və Sudeyrlə bayıra çıxır. Bir keçi sürüsünün yanından keçərkən imam buyurur: “Ey Sudeyr! And olsun Allaha, bu keçilərin sayı qədər tərəfdarım olsaydı, qiyam qaldırmamağım rəva olmazdı.” Biz namaz qılıb ayağa qalxdıq - bunu Sudeyr nəql edir - Keçiləri saydım, orada cəmi 17 keçi vardı. Bəli, İmam Sadiqin (ə) dövründə onun sadiq tərəfdarlarının sayı 17 nəfərə çatmırdı!
Sünnə əhlindən olan Zəhəbi hənəfi məzhəbinin başçısı Əbu Hənifədən nəql edir ki, İmam Sadiqdən (ə) fəqih bir şəxs görmədim. Zübeyr Bükar yazır: Əbu Hənifə İmam Sadiqlə (ə) çox görüşüb. Görüşlərindən birində İmam Sadiq (ə) ona buyurdu: “Allahdan qorx, dində qiyas aparma, ilk qiyas aparan şeytan olub. Allah şeytana deyib ki, Adəmə (ə) səcdə et, o isə özünün oddan, Adəmin (ə) torpaqdan yaradılmasını qiyas apararaq özünü üstün sayıb (bax: Əraf, 21). Sonra İmam Əbu Hənifədən soruşub ki, adam öldürmək pisdir, yoxsa zina? Əbu Hənifə cavab verib ki, adam öldürmək pisdir. İmam Sadiq (ə) yenə sual verib: “Bəs nə üçün adam öldürənə iki, zinaya dörd şahid istənilir?” İmam bununla Əbu Hənifəyə qiyas əsasında fitva verilməsinin düzgün olmadığını anladıb.
Əbu Hənifəyə İmamın növbəti sualı bu olub ki, Allah yanında oruc yüksəkdir, yoxsa namaz? Əbu Hənifə cavab verib ki, namaz yüksəkdir. İmam növbəti sualı verib: “Nə üçün aybaşı dövründə qadın tutmadığı orucların qəzasını tutmalıdır, qılmadığı namazların qəzasını qılmamalıdır?” Bu da qiyasın düzgün olmamağı ilə bağlı Əbu Hənifə qarşısında qoyulan ikinci dəlil idi.
Əbu Bəsir deyir ki, Ümmi-Həmidənin xidmətində idim, İmam Sadiqin (ə) dünyasını dəyişməsinin münasibəti ilə başsağlığı verməyə getmişdim. O ağladı, mən də ağladım. Dedi ki, imam dünyasını dəyişəndə orada olsaydım maraqlı bir hadisəyə şahid olardım. İmam gözünü açıb buyurdu ki, kimin mənimlə qohumluq əlaqəsi varsa onu dəvət edin. Hamını dəvət etdik, imam onlara müraciətlə buyurdu: “Kim namazı yüngül saysa mənim şəfaətimdən bəhrələnməyəcək.”
Abbasi xəlifəsi Mənsur əmr etdi ki, Məkkə və Mədinədə hakim kimi tanınan Həsən ibn Zeyd İmam Sadiqin (ə) evini yandırsın. Hakim bu göstərişi yerinə yetirdi. Evə od vurulandan sonra İmam Sadiq (ə) od tutmuş evə daxil olub hərəkət etməyə başladı. İmam od arasında hərəkət edərkən deyirdi ki, cəddim İbrahim (ə) Nəmrudun atəşində yanmadığı kimi mən də Allahın izni ilə bu odda yanmayacağam. Sözünün davamında buyurdu ki, biz Peyğəmbər (s) Əhli-Beyti (ə), kövsər nəsli olaraq qiyamətə qədər yaşayacağıq.
İmam Sadiq (ə) nəql edir ki, od tutmuş evin qapısı ağzında durduğum zaman evin içində ailə-övladım nalə çəkərək o tərəf bu tərəfə qaçdığını gördüm. Cəddim Hüseynin (ə) Aşura günü od vurulan xeymələri yadıma düşdü.
Allahın seçilmişləri arasında mühüm qeyb və zühur hadisəsinin işıqlandırılmasında İmam Sadiqin (ə) fəaliyyətləri diqqəti cəlb edir. İmam Sadiq (ə) tərəfindən nəql olunan rəvayətlərin sayı, mövzuları ardıcılların mərifətə çatması üçün böyük imkanlar yaradıb. İmam Sadiqin (ə) ən böyük uzaqgörənliklərindən biri onun zühur dövründəki elmi inkişaf, texnoloji tərəqqi barədə verdiyi xəbərlərdir. İmam Sadiqin (ə) rəvayətlərinə nəzər salıb bugünkü elmi inkişafı araşdırdıqda imamın uzaqgörənliyinə heyrət etməmək mümkün deyil. Həmin dövrdə heç bir insan düşüncəsi belə bir elmi inkişafı proqnozlaşdıra bilməzdi. Abdullah ibn Miskan deyir: İmam Sadiq (ə) buyurur: “İmamın qeyb dövründə şərqdəki insan qərbdəki insanı görəcək, qərbdəki insan da şərqdəki insanı müşahidə edəcək.” İmam Sadiq (ə) belə bir texniki imkanların həyata keçməsindən min il öncə bu xəbəri vermişdi. Bunu onun üçün möcüzə də saymaq olar.
Şeyx Səduq “Kəmaluddin” kitabında yazır: Abdullah bin Fəzl Haşimi İmam Sadiqdən (ə) 12-ci imamın qeybi barədə soruşur. İmam buyurur: “İmam əsrin zühurundan öncə qeybin əsl hikməti açıqlanmaz. Necə ki, Xızrın (ə) rəftarları Musaya (ə) aydın deyildi. O gəmini deşəndə, körpə uşağı öldürəndə, uçan divarı təmir edəndə Musa (ə) bu işlərin hikmətini bilmirdi. Yalnız sonradan bütün bu rəftarların mənasını anladı. Ey Fəzl oğlu, Allah hikmət sahibidir, imamın qeybi də hikmətlidir. Bu qeybin hikməti qeyb dövründə möminlərə gizli qala bilər.”
Sual oluna bilər ki, bəs qeybin faydası nədir? Süleyman İmam Sadiqdən (ə) qeybin faydası barədə soruşur. İmam Sadiq (ə) buyurur ki, günəş bulud arxasında faydalı olduğu kimi qeyb hadisəsi də faydalıdır.
Qeyb dövrünün uzunluğu, şübhə və tərəddüdlər bəzi möminlərin qəlbində bu hadisəyə şübhə yarada bilər. Məsum imamlar müxtəlif yollarla bu hadisə ilə bağlı yaranacaq şübhələri aradan qaldırıblar. Ğəriq duası, əhd duası da bu qəbildəndir. Şeyx Səduq “Kəmaluddin”də İmam Sadiqdən (ə) nəql edir: Tezliklə şübhəyə düşəcək, imam və rəhbərsiz qalacaqsınız. Yalnız Ğəriq duasını oxumaqla bu şübhələrdən qurtula bilərsiniz. Ravi bu dua barədə soruşanda imam buyurur: “Ya Allahu, Ya Rəhmanu, Ya Rəhimu, Ya Müqəllibəl-qülubi səbbit qəlbi əla dinik...” qeyb dövründə Ğəriq duasını ardıcıl oxumaq tövsiyə edilmişdir.
İmam Sadiq (ə) fərəc intizarında olanlar üçün dua qaydalarını açıqlayır. Dua qeybdə olan imama sevgi vasitəsidir. İntizarda olanlar öz salamını imama bu yolla çatdırır. İmam Sadiqin (ə) duasında oxuyuruq: Bismillahir-rəhmanir-rəhim, Allahummə bəlliğ məvlana sahibəz-zaman əynəma kanə və həysu ma kanə min məşariqəl ərzi və məğaribiha səhliha və həbəliha ənni və ən validəyyə və ən vuldi və ixvanit-təhiyyə vəs-səlamu ədədə xəlqillahi və zinətə ərşillah vəma əhsahu kitabuhu və əhətə bihi ilmuh. Allahummə inni ucədidu ləhu fi səbihəti hazəlyəvm... Duada deyilir ki, Rəhman və Rəhim Allahın adı ilə; Pərvərdigara, mənim, valideynimin, övladlarımın, qardaşlarım tərəfindən mövla sahibəz-zamana salam göndər; harada olsa, şəqrdə ya qərbdə, səhrada ya dağda Allahın yaratdıqları sayda, Onun ərşi qədər, kitabında sayılan həddə, elm çatan qədər salam göndər... Pərvərdigara, beyətimi yeniləyirəm bu gün sübh...
İmam Sadiqin (ə) buyuruğuna əsasən Əhd duası imamın xidmətinə çatmaq iftixarına səbəb olur, onun hökumətində xidmət fürsəti yaradır. Duada oxuyuruq ki, Pərvərdigara, bizi imamın istəklərinə çatmasında köməkçilərdən qərar ver, onun hüzurunda şəhadətə çataq... Başqa bir məqamda duada oxuyuruq: Kim imam əsrin intizarında dünyasını dəyişsə onun xeyməsində olmuş kimidir...
Şeyx Səduq “Kəmaluddin” kitabında Sudeyr Serfidən nəql edir: Mövlam İmam Sadiqin (ə) hüzuruna yetişdim. O torpaq üstündə oturub övladı ölmüş ana kimi ağlayırdı. Çöhrəsinin rəngi dəyişmişdi, simasında qəm-qüssə müşahidə olunurdu, göz yaşı libasını islatmışdı. O duada belə deyirdi: Ey mənim mövlam! Sənin qeybin gözümdən yuxumu alıb, yer mənə dar olub, asayişim əlimdən çıxıb!
Duada oxuyuruq: Səyyidi, ğəybətukə əfzələt musabi bifəcaiil əbədi və fəqdul vahidi bədəl vahidi yəfnil-cəmə vəl ədədə fəma əhissu bidəməti tərqa min əyni və əninin yəfru min sədri ən dəvaricir-rəzaya və səvalihil-bəlaya illa mussilə bi iyni ən ğəvabiri əzəmiha və əfəziha və bəvaqi əşəddiha və ən kəriha və nəvaibə məxlutəti bi qəzəbikə və nəvazilə məcunətin bisəhətik... Ey mənim mövlam! Sənin qeybin mənim müsibət və çətinliklərimi həmişəlik faciəyə döndərdi; dostları bir-bir əldən verməklə ətrafım dağıldı; gözümdən gələn yaşın acısı, qəlbimdən qalxan nalə sənin qeyb dövrünün çətinliklərini yada salmaqla sona çatmır; daha çətin və daha ağırlı dərd-bəla gözümün qarşısındadır...
Sudeyr deyir ki, gördüyüm səhnələrdən İmam Sadiqin (ə) qarşısına böyük bir çətinlik çıxdığını düşündüm. Soruşdum ki, bu göz yaşlarının səbəbi nədir? İmam Sadiq (ə) göz yaşları içərisində buyurdu: Bu gün səhər Cəfr kitabına baxdım, qaimin mövludu, uzun qeybi, möminlərin çətinlikləri, həmin dövrdə yaranacaq şəkk-şübhələr, insanların öz əhdini pozması qəlbimi riqqətə gətirdi, pərişanlığım artdı. Hansı ki, Allah-Taala hər bir insanın əməl naməsinin boyundan asılacağını bildirib...
Bəli, İmam Sadiq (ə) Həzrət Höccətin (əc) intizarını çəkənlərdən, ona dua edənlərdən idi. O möminlər və şiələr üçün qeyb dövründə aydın bir yol göstərmişdi. Hansı ki, İmam Sadiq (ə) qeyb dövründən 100 ildən artıq öncə yaşamışdı. Amma buna görə necə nigaran idi! Buna görə də həmişə nüdbə duası oxunmasını tövsiyə edirdi.
İmam Sadiqin (ə) elmi məqamı təkcə şiə mənbələrində təsdiqlənməyib. Altıncı imamın fövqəladə mənəvi və elmi dərəcəsi sünnə-əhli kitablarında da yer almış mövzulardandır. İbn Əbdülbirr deyir: Cəfər ibn Məhəmməd ibn Əli ibn Əbu Talib (ə) Əbu Talibin künyəsi Əbu Abdullahdır, anası Əbu Bəkrin oğlu Məhəmmədin oğlu Qasimin qızı Fərvədir. O Sadiq adı ilə tanınır. Alim, əmin, düşüncəli, həkim, təqvalı, fəzilət sahibi olan bir şəxsdir, cəfəri məzhəbi ona aiddir...
Məşhur sünnü alimi Novey deyir: İmam Əbu Abdullah Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib Sadiq adı ilə tanınır. Məhəmməd İbn İshaq, Yəhya Ənsari, Malik, İbn Cərih, Şöbə, Yəhya Əl-Qitan və başqaları ondan hədis nəql ediblər. Hamı onun imamət və cəlalını təsdiqləyir. Əmr ibn Əbu Miqdad deyir ki, ona baxanda Peyğəmbər (s) nəslindən olduğunu görürdüm...
Şeyx Əttar “Təzkirətül-övliya” kitabında ariflər və övliyalardan danışarkən sözə İmam Sadiqlə (ə) başlayır və deyir: O Mustafa ümmətinin sultanı, risalət dəlili, böyük alim, övliyaların qəlb meyvəsi, peyğəmbərlərin ciyərparəsi, Əli (ə) davamçısı, Peyğəmbər (s) varisidir. O arif, aşiq Cəfər Sadiqdir (ə)...
Şeyx Əttar deyir: Peyğəmbərlərin, səhabə və əhli-beytin haqqında ayrıca kitablara ehiyac var. Mən övliyalardan söz açdığım bu kitabda təbərrük olaraq əvvəlcə İmam Sadiqin (ə) adını çəkirəm. Onun ardınca gedənlər 12 imam məzhəbindəndirlər. Bu 12 nəfər bir nəfər, bir nəfər 12 nəfərdir. Onun kamalda misli yoxdur, hamının etimadını qazanıb, ilahiyyatda şeyx idi, Məhəmməd (s) ümmətinin imamı idi, zövq əhli və eşq əhlinin qabaqcılı idi, təfsir və əsrari-tənzildə misli yox idi... Təəccüb edirəm o adamlara ki, sünnə əhlinin Əhli-Beyt (ə) yolunu getmədiyini düşünür. Kim Məhəmmədə (s) inanırsa, Əhli-Beytinə (ə) inanmırsa, Məhəmmədə (s) inanmır. Şafii Muhəmməd (s) Əhli-Beytini (ə) elə sevirdi ki, bu barədə şeirlər deyərdi və həmin şeirlər məşhurdur. Şeirlərdən birində deyir ki, əgər Ali-Məhəmmədi (ə) sevmək rafiziliksə mənə rafizi deyin.
İmam Cəfər Sadiq (ə) əsl Allah bəndəsi idi. Buna görə də Allaha ibadətdən qəflətdə qalmazdı. Malik ibn Ənəs onun ibadəti barədə deyir: Mən onu üç haldan birində gördüm. Ya namaz qılar, ya oruc olar, ya Quran oxuyardı. Dəstəmazsız halda Peyğəmbərdən (s) hədis dediyinə şahid olmadım. Faydasız söz danışmazdı, Allahdan qorxan bir zahid idi. Onunla həccə getdiyim zaman Şəcərəyə çatdığımız vaxt məhərrəm idi. Nə zaman təhlil (zikr) demək istəyirdisə huşu başından çıxırdı. Səbəbini soruşanda deyirdi ki, “Ləbbəykə Allahummə ləbbəyk” deyəndə Allahdan “La ləbbəyk, və la sədeyk” eşidəcəyimdən qorxuram...
Əbu Nəim Əbu Abdullah Cəfər ibn Məhəmməd Sadiq (ə) öz dövründə vilayət sahibi idi, xüşu ilə ibadətə məşğul idi.
Sünnə-əhli mənbələrində bildirilir ki, İmam Sadiqin (ə) elm və fəziləti kimsəyə qaranlıq deyil. Bu barədə müxtəlif kitablarda yazılıb. Məhəmməd Bəsi deyir: İmam Sadiq (ə) fiqh, elm və fəzilət baxımından Əhli-Beyt (ə) seyyidlərindən idi. Suri, Malik, Şöbə ondan hədis nəql ediblər.
Hənəfi məzhəbinin rəisi Əbu Hənifə İmam Sadiqi (ə) həyatında gördüyü ən fəqih şəxs kimi yada salır. Ondan ən fəqih şəxs haqqında soruşulanda deyir ki, Cəfər ibn Məhəmməddən (ə) fəqih insan görmədim.
Mənsurun göstərişi ilə Əbu Hənifə İmam Sadiqə (ə) ünvanlamaq üçün 4 çətin sual hazırlayır. Suallara cavab alandan sonra etiraf edir ki, mən bu hadisədən qabaq da onun ən elmli şəxs olduğunu demişdim. Əbu Hənifə İmam Sadiqin (ə) bütün məzhəblərə aid elmlərə sahib olduğunu bildirir.
Sünnə-əhli mənbələrində İmam Sadiq (ə) haqqında kifayət qədər məlumat verilmişdir. Bu məlumatlar arasında həzrətin Quran təfsiri ilə bağlı buyuruqları da yer alıb. Süyuti “Vəşkuru li vəla təkfurun” ayəsi haqqında danışarkən İmam Sadiqdən (ə) nəql edir: Sizə nemət verənə şükürü yerinə yetirin; nemətin şükürünü yerinə yetirəndə o sonsuz olur, nemətə küfr etdikdə nemət kəsilir; şükür nemət və asayişin artmasına səbəb olur...
Səmərqəndi Ali-İmran surəsinin son ayələrinin təfsirində İmam Sadiqi (ə) yada salaraq onun dilindən nəql edir: Kim Allahı bu dualarla yada salsa duaları eşidilər; Allah buyurur ki, mənə ibadət ünvanında yerinə yetirilən savab əməllər puça çıxmaz, həmin şəxs kişi ya qadın olsa fərq etməz...
Səmani “ləvla ən rəəy borhanə rəbbi” ayəsi haqqında danışarkən Həzrət Yusifin (ə) əhvalatını yada salır və İmam Sadiqin (ə) sözlərini xatırlayır: Qadının evində büt vardı, öz niyyətini həyata keçirməzdən öncə bütün üzünə pərdə atdı; Həzrət Yusif (ə) bunun səbəbini soruşdu. Qadın cavab verdi ki, mən bütdən utanıram. Həzrət Yusif (ə) buyurdu ki, mənim Allahım həya etməyə daha layiqlidir; bunu deyib qaçdı...
Süyuti İbn Abbas və İbn Əmrdən nəql edir: Allah-Taalanın 99 adı var. Kim bu adları saysa behiştə daxil olar. İmam Sadiqdən (ə) bu 99 ad haqqında soruşulduqda buyurdu ki, bütün bu adlar Quranda yer alıb. Fatihə surəsindəki beş ad bunlardır: Ya Allah, Ya Rəbb, Ya Rəhman, Ya Rəhim, Ya Malik... Sonra imam başqa surələrdəki adları da dilə gətirdi və 99 ad saydı.
Sünnə-əhli mənbələrində bildirilir ki, İmam Sadiq (ə) öz ata-babaları kimi doğru İslam yolunu getdi, xalqın maariflənməsi ilə məşğul oldu. İmam Cəfər Sadiqdən (ə) böyük bir elmi irs qaldığı bildirilir. Bunu İslam dünyasının fəxri sayırlar. Təkcə müsəlmanlar yox, bütün bəşəriyyət İmam Sadiq (ə) məktəbindən bəhrələnib cəhalət qaranlığından qurtula bilər.
İmam Sadiqin (ə) etiqad, əxlaq, ibadət, siyasət, ictimaiyyət mövzusunda dəyərli sözləri də sünnə-əhli mənbələrində yer alıb. Həmin məlumatları nəzərdən keçirək: Cəfər ibn Məhəmməddən (ə) Allahın necəliyi barədə soruşulanda cavab verdi: Allah heç bir qaranlığın yol tapmadığı nurdur, heç bir cəhalətin nüfuz etmədiyi elmdir, heç bir ölümə yol olmayan həyatdır...
İmam Sadiq (ə) insanları Allahın razılığını qazanmağa çağıraraq buyururdu: Allahı əliniz çatmayan şeylərə görə qınamayın, əldə etdiyiniz ruzilərə görə sitayiş etməyin; ruzi tamahkarlıqla əldə olunmaz, nifrətlə əldən çıxmaz. Əgər bir şəxs ruzidən qaçsa qaçdığı ölüm onu tapdığı kimi ruzi də onu tapar...
İmam Sadiq (ə) cəmiyyətdə qardaşlığa böyük əhəmiyyət verir bu barədə tövsiyələrini bildirirdi: Kimdə üç xasiyyət olsa bu şəxsə münasibətdə dörd iş vacibdir. Ünsiyyətdə zülm etməsin, danışanda yalan danışmasın, vəd verəndə vədinə xilaf çıxmasın. Bu zaman xalqın öhdəsinədir ki, onun ədalətini aşkarlasın, müruvvətini kamala çatdırsın, onunla qardaşlıq etsin, onun qeybətinə yol verməsin... İmam Sadiq (ə) tövsiyə verir ki, xalqa əhəmiyyət verməsən xalq da sənə əhəmiyyət verməz; bir yerə getməyin sənə hörmət gətirməyəcəksə, səni alçaldacaq...
Adətən insanlar öz vəsiyyətlərində maddi məsələlərə diqqət yetirirlər. Üzərində xalqın hidayəti məsuliyyəti olan İmam Sadiq (ə) oğlu imam Musa Kazimə (ə) vəsiyyətində imamət məsuliyyətinə önəm verir. Nəql edir ki, İmam Sadiq (ə) ömrünün son günlərində oğluna xitabən buyurub: Ey oğlum, vəsiyyətimi qəbul et, onu qoru. Əgər onu hifz etsən həyatın xoşbəxt, ölümün rahat olacaq. Ey oğlum! Allahın qismətindən razı qalan ehtiyacsız oldu. Gözü başqalarının malında qalan yoxsul oldu. Allahın ruzisindən razı olmayan, öz günahını kiçik sayan, başqalarının günahını böyük sayan aldandı. Başqalarının hicabını götürən, ailəsinin iffətini aşkarlayan, məzluma qılınc sıyıran şəxs həmin qılıncla öldürüləcək. Axmaqlar arasına daxil olan alçalar, alimlərlə oturub duran yüksələr...
Ey oğlum! Xalqı kiçik sayma ki, səni kiçik sayarlar. Sənə köməyi olmayan, səni alçaldan yerlərdən uzaq ol. Söz xeyrinə də olsa, zərərinə də olsa, haqdırsa onu de. Ey oğlum! Ziyarət edirsənsə ən üstün olanları ziyarət et, günahkarların görüşünə getmə, onlar sussuz çeşmə, yarpaqları cücərməyən ağac, bərəkətsiz torpaqdır...
Bütün bu deyilənlər sünnə-əhli mənbələrindən nəql olunub. Aydın olur ki, həmin mənbələrdə İmam Sadiqin (ə) yüksək mənəvi və elmi məqamı təsdiqlənir.

İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu1 xanım idi. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Həzrət Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə daşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri xilafət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra lənətlik Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Məhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərləndirilərək, şəhadətə qovuşmuşdur. Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.
İmam Səccad (ə) ilə müasir olmuş xəlifələr
İmam Səccad (ə) öz imamət dövründə aşağıdakı xəlifələrlə müasir olmuşdur:
1-lənətlik Yezid ibn Müaviyə (61-64 hicri qəməri) 3
2-Abdullah ibn Zübeyr (61-73 h.q) 4
3-Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı)
4-Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı)
5-Əbdülməlik ibn Mərvan (65-86 h.q)
6-Vəlid ibn Əbdülməlik (86-96 h.q)
İMAM SƏCCADIN KƏRBƏLADA XƏSTƏLİYİ - İLAHİ BİR MƏSLƏHƏT İDİ
Təəssüflə qeyd etməliyik ki, xəbərsiz camaatın əksəriyyəti dördüncü imamı həmişə xəstə kimi yad edir və bununla da camaatın fikrində o Həzrət çox zəif, əldən düşmüş bir şəxs kimi canlanır. Halbuki əslində heç də belə olmamışdır. Çünki dördüncü imam ancaq Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il sağlam durumda fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (ə) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş, (5) müqəddəs vücudu Yezidin mənfur nökərləri tərəfindən qətlə yetirilmək təhlükəsindən amanda qalaraq, imamət xətti davam etmişdir. Əgər İmam Səccad (ə) Allahın məsləhəti ilə Kərbəla vaqeəsi zamanı xəstələnib çox zəifləmiş duruma düşməsəydi, cihadda iştirak edəcəkdi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də imamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn əl-Cuzi yazır: “Əli ibn Hüseyn(ə) (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.”6

Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç, ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O, həmən gün xəstə olmuş, buna görə də döyüşdə iştirak edə bilməmişdir.”7 Məhəmməd ibn Səd həmçinin qeyd edir ki, lənətlik Şimr İmam Hüseyni (ə) qətlə yetirdikdən sonra imam Səccadın (ə) üstünə gəldi. O, xəstələnib yataqda yatmış idi. Şimr dedi: “Bunu öldürün.” Onun yanındakılardan biri dedi: “Subhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: “Bu xəstədir, onunla işiniz olmasın.”8
Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O, bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Subhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir gəncdir, özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki, axır onları onu öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırdılar. O, öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”9
Qeyd olunduğu kimi dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Təbii ki, Həzrətin düşmən qarşısında heç bir ruhiyyə zəifliyi və gücsüzlüyündən söhbət belə gedə bilməz.
İmam Səccad (ə) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət edirdi. İmamın (ə) Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki, əsirləri Kufəyə gətirdikdən sonra lənətlik Übeydullah ibn Ziyadın məclisində onunla imam Səccad (ə) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən imam Səccad (ə) ona buyurdu: “Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəf və fəzilətdir?”10
KƏRBƏLA İNQİLABININ CARÇISI
Qeyd etdiyimiz kimi İmam Səccad (ə) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseynin (ə) qanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə lənətlik Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və ümmətin fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi istibdadının Müaviyyənin dövründən etibarən Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccadın (ə) və eləcə də digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat İmam Hüseynin (ə), Peyğəmbər (s) və Əhli-beytin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
DİKTATURA MÜHİTİ
İslam Peyğəmbərinin (s) vəfatından sonra İmamət silsiləsinin dörd dövrə bölünməsinə əsasən, İmam Səccadın(ə) həyatı dördüncü dövrə təsadüf edir. Yəni, silahlı mübarizə yolu ilə qələbənin mümkünsüzlüyünü nəzərə almaqla, Peyğəmbər ailəsinin vasitəsilə misilsiz fəaliyyətlər - İslamı yaşatmaq üçün mədəniyyət və münasib insani qüvvələr tərbiyə etmək yolu ilə zəmin yaratmaq, əsl İslami fikirləri bəyan etmək, mövhumat və bidətləri üzə çıxarmaq, hər an ölüm təhlükəsi ilə üz-üzə gələrək haqqı bəyan etməkdən ibarət fədakar bir fəaliyyətdən söhbət gedir
Bu məsələ haqqında qısa məlumat verək.
Faciəli Aşura hadisəsi (tez bir zamanda) müsəlman ümmətinə ağır zərbə vurdu. Bu hadisənin xəbərinin yayılması ilə İslam dövlətinin hər tərəfində, xüsusən İraq və Hicazda həqiqi müsəlman çevrələrində ümumi bir xof ab-havası hökm sürürdü. Çünki məlum oldu ki, (İslam aləmində hamı tərəfindən əzəmətlə, etibarla və müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan lənətlik Yezid, hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət (hicrətin altımış üçüncü ilində Zil-həccə ayında baş vermiş) “Hirrə faciəsi” və Mədinə camaatının Yezidin ordusu tərəfindən amansızcasına qırılması ilə daha da şiddətləndi, Peyğəmbər ailəsinin nüfuz etdiyi yerlərdə, xüsusilə Hicazda Mədinəyə, İraqda isə Kufəyə möhkəm repressiya dalğası hakim kəsildi. Bəni-Üməyyənin düşmənləri olan İmamların dostları zəifləyib süstləşdilər, öz təşəkküllərini itirdilər. İmam Səccad (ə) bu acınacaqlı vəziyyətə işarə edərək buyurur: “Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur”11  Görkəmli tarixçi Məsudi yazır: “Əli ibn Hüseyn (ə) (İmam Səccad) imaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.”12  İmam Sadiq (ə) bu dəhşətli və acınacaqlı vəziyyəti təsvir edərək buyurur: “Camaatın üç nəfər istisna olmaqla: Əbu Xalid Kabili, Yəhya ibn Ummut-təvil və Cübeyr ibn Mutim, hamısı Hüseyn ibn Əlidən (ə) sonra (onun şəhadətindən sonra) döndü (Peyğəmbər ailəsinin ətrafından uzaqlaşdılar)”(13) Sonra bir neçə nəfər onlara qoşuldu və sayları artdı. Yəhya ibn Ummut-təvil Mədinədə Peyğəmbər məscidinə gedib camaata xitab edərək deyərdi: “Biz sizinlə (yolunuzla) müxalifik, bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik və kin-küdurət var...”14
Deyilməsə də məlumdur ki, o cür şəraitdə belə bir açıq-aşkar mövqedə durmaq yalnız acınacaqlı nəticələrə sinə gərən Yəhya ibn Ummut-təvil kimi şəxslərdən mümkündür. Məhz buna görə də lənətlik Həccac ibn Yusif, Həzrət Əlinin(ə)-ın dostu olmasına görə Yəhyanın əl-ayağını kəsdirmiş, sonra da onu şəhadətə yetirmişdir.15
Onuncu əsrin ortalarının görkəmli və qabaqcıl hədisçi alimlərindən, həm də İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) şagirdlərindən olan Fəzl ibn Şazan deyir: “İmam Səccadın (ə) imamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr, Səid ibn Müsəyyib, Məhəmməd ibn Cübeyr ibn Mutim, Yəhya ibn Ummut-təvil və Əbu Xalid Kabili.”(16)
ƏBDÜLMƏLİKİN ÇİRKİN HAKİMİYYƏTİ
İmam Səccadın (ə) imamət dövrü İslam tarixində hakimiyyət dövrlərinin ən çirkinlərindən biri olan bir dövrlə həmzaman olmuşdur. Düzdür, o Həzrətdən qabaq da İslam dövləti zalım və azğın hakimlərin oyuncağına çevrilmişdi, ancaq dördüncü İmamın (ə) dövrü ötən dövrlərlə bununla fərqlənirdi ki, o dövrün hakimləri İslam qayda-qanunlarından açıq-aşkar boyun qaçırır, onları ayaq altına alır və heç kim də bir zərrə olsun belə etiraz edə bilmirdi.
İmam Səccadın (ə) imamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək, ehtiyatlı, qabaqgörən, ədib (ədəbiyyatla məşğul olan), istedadlı şəxs kimi qələmə vermişlər.17 «Əl-Fəxri» kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı, düşüncəli, alim, fəzilətli, ədib, istedadlı, çox zülmkar, çox heybətli, dahi siyasətçi və tədbirli bir şəxs olmuşdur.”18
Əbdülməlik hakimiyyət başına gəlməzdən qabaq Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı.19 O, zahidlik, ibadət və dindarlıqla məşhur olmağa çalışırdı. Öz vaxtını məsciddə keçirməyə səy edirdi. Belə ki, bu münafiq camaatın gözündən elə pərdə asmışdı ki, ona “məscidin göyərçini” ləqəbini vermişdilər.20 Deyirlər ki, Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb, (Qurana xitabən) dedi: “Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.”21 Əbdülməlik doğurdan da Qurandan ayrıldı. Qüdrətə qürrələnməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki, tarixçilər onun çirkin hökumətini acı xatirələr tək yad edirlər.
Süyuti və ibn Əsir yazırlar: “İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü), camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur».22
Əbdülməlik Məkkədə Abdullah ibn Zübeyri məğlub etdikdən iki il sonra (hicrətin yetmiş beşinci ilində) həcc səfəri zamanı Mədinəyə gəlmiş və camaata xitab edərək demişdi: “Mən nə rüsvay olmuş (Osman), nə də səhlənkar xəlifə (Yezid) deyiləm. Mən bu camaatla qılıncdan başqa heç bir şeylə rəftar etmərəm. Siz bizdən Allah adamlarının, təqvalı şəxslərin işini istədiyiniz halda özünüz heç də onlar kimi rəftar etmirsiniz (bizi təqvalı olmağa çağırırsınız, ancaq özünüz ona əməl etmirsiniz). And olsun Allaha bundan belə kim məni təqvalı olmağa çağırsa, boynunu vuracağam.”23
Sonuncu cümləni  deməsinin səbəbi o idi ki, vaiz və imam cümələr (cümə namazını qılan şəxslər) öz söhbətlərini “təqvalı olun” ifadəsi ilə başlayırdılar.24
Özünü Peyğəmbərin canişi elan edib Peyğəmbər şəhərində, özü də Peyğəmbərin (s) müqəddəs məzarı kənarında bu cür sözlər deməklə onun sünnəsinə hücum edən xəlifənin ucqar şəhərlərdəki valiləri gör nə oyunlardan çıxırdılar?
Əbdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və haqsızlıq etdi ki, onun qəlbində iman nuru tamamilə söndü. O, bir gün özü bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: “Elə olmuşam ki, yaxşı iş görəndə sevinmirəm, pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib dedi: “Sənin qəlbin tamamilə ölmüşdür.”25
Əbdülməlik çox vaxt Ummud-dərda adlı bir qadınla söhbət edərdi. Bir gün Ummud-dərda ona dedi: “Ey möminlərin əmiri! Eşitmişəm ibadət və razi-niyazdan sonra şərab içmisən?” Əbdülməlik cavab verdi: “Təkcə şərab yox, hətta camaatın qanını da içmişəm.26
Bir günlər Yezidin (Abdullah ibn Zübeyri təslim etmək üçün) Məkkəyə ordu göndərməsinə nifrət edən və bu işdən Allaha pənah aparan Əbdülməlik hakimiyyət başına gəldikdən sonra nəinki təkcə özü bu işi davam etdirdi, hətta Həccac kimi qaniçən bir şəxsi bu işi yerinə yetirmək üçün təyin etdi və o da Məscidül-həram və Kəbəni (Abdullah ibn Zübeyr qaçıb orada gizlənmişdi) mancanaq ilə daşa basdı.27
Mehdi Pişvayi, «Məsum imamların həyatı»
Tərcümə edən: Mais Ağaverdiyev
al-shia.my1.ru

“Ata-babalarımdan heç birinin imaməti mənim imamətim kimi şiələrin şəkk-şübhəsinə düçar olmamışdı”
İmamla tanışlıq
İmam Həsən Əskəri (ə) hicri 232-ci ildə (təxminən miladi 846-ci il) Mədinə şəhərində İmam Əliyyən-Nəqi (ə) və xanım Hüdeysənin evində dünyaya göz açıb. Babası İmam Təqi (ə) dövründən başlayan Abbasi xəlifələrinin Əhli-Beyt (ə) imamları və təfədarlarına qarşı təzyiqlər daha da şiddətlənmişdi. İmam Həsən Əskəri (ə) 22 yaşına çatanda atası zəhərləndirilərək şəhadətə çatdırıldı və Əhli-Beyt (ə) tarixində ən ağır illərdə imamət vəzifəsi Həzrət Həsən Əskərinin (ə) öhdəliyinə düşdü.
O zamanlar Bizans imperiyası ilə sərhədlərin yaxınlığında yerləşən Samirə şəhərində xilafətin hərbi qarnizonu yerləşirdi. Burada xəlifələrin iqamətgahı da var idi. Şəhərin “Əskər” (tərc. - “Əsgər”) adlı məntəqəsi xəlifət ordusunun nəzrarətində idi. Bu səbəbdən Abbasi hökuməti İmamı (ə) həmin məntəqəyə sürgün edərək ciddi nəzarət altında saxlamaq istəyiridi. İmam (ə) Əskər məntəqəsində yaşadığından ona “Əskəri” ləqəbi verilmişdi. Həmçinin Həzrəti “Zəki” (tərc. – “təqva sahibi”) ləqəbi ilə də çağırırdılar. 

Xilafətin vəziyyəti
İmamətinin ilk illərini Həzrət Zəkiyyəl-Əskəri (ə) atasının qatili xəlifə Mötəz Billahın hakimiyyəti dövründə keçirib. Mötəzin hakimiyyətə gəlməsi onun əmisi oğlu Müstəinin devirilməsi nəticəsində baş verib. Hələ atası Mütəvəkkilin dövründə xilafətdə türk klanları böyük nüfuza malik idilər. Türklər yaxşı döyüşçü olduğundan, həmçinin xəlifənin anası türk olduğundan onlar üçün hökumətdə geniş imkanlar yaradılmışdı. Tədricən bu imkanlardan istifadə edərək, türklər ən nüfuzlu vəzifələrə sahib olurdular və nəhayət, xəlifə və xilafət tamamilə türklərin təsiri altına düşdü. Hətta bir gün xəlifə yaxınlarının yanında münəccimdən neçə müddət xilafət edəcəyi barədə soruşur. Mötəzin yaxınlarından biri zarafatca dedi: “Nə qədər türklər istəyir o qədər də xilafətdə qalacaq...” İş o yerə çatdı ki, bir gün bir dəstə türk xəlifənin yanına gəlib onu döyərək çölə çıxartdılar. Daha sonra onu xilafətdən kənarlaşdırdıqlarını elan etdilər və əziyyətlə öldürmək üçün diri-diri basdırıdılar.
Mötəzin öldürülməsindən sonra xilafətə onun qardaşı  Mühtədini qoyurlar. Tarixçilərin yazdığına görə qardaşı kimi formal xilafət edən Mühtədi əxlaqı və mülayim bir şəxs idi. Xəlifə özü deyirdi ki, Əməvilər arasında Ömər ibn Əbdüləziz kimi ədalətli xəlifə olub, ancaq Abbasilər arasında belə xəlifənin olmaması eybdir. Hakimiyyətə gələn yeni xəlifə sarayda eyş-işrət məclislərini yığışdırdı, camaatın şikayətinə qulaq asırdı və sadə həyat tərzi sürürdü. O bu cür rəftar etməsə idi qardaşı kimi hakimiyyətdən uzaqlaşacaqdı, çünki hökumətə qarşı cəmiyyətdə yaranmış narazılıqları yalnız yeni simanın xəlifə olması ilə yatırtmaq olardı. İmam Həsən Əskərini (ə) həbs edən məhz Mühtədi idi. Onun ölümünə kimi İmam (ə) zindanda qalıb.
Mühtədinin ölümündən sonra türklər onun əmisi oğlu Mötəmidi xəlifə təyin edirlər. Yeni xəlifə qabaqkı xəlifələrin cah-cəlallı həyat tərzini saraya qaytardı. Eyş-işrətə varan xəlifə artıq hakimiyyət edə bilmirdi və qeyri rəsmi olaraq onun səlahiyyətlərini qardaşı Müvəffəq icra edirdi. Əhali də əsasən xəlifənin özünə yox, onun qardaşına rəğbət bəsləyirdi.
İmamın (ə) tanınması
İmam Əliyyən-Nəqi (ə) Samirəyə sürgün olunduqdan sonra daha da ciddi nəzarət altına düşdü. Bu ona tərəfdarları ilə əlaqə saxlamaqda əngəl törətdiyi kimi özündən sonra imamı tanıtdırmasına da maneə idi. 11-ci imamın adını açıqlamaqla Həzrət Nəqi (ə) öz vəsisini təhlükəyə atırdı. Ömrünün son aylarında İmam Hadi (ə) İmam Həsən Əskərini (ə) yaxın tərəfdaşlarına tanıtdırır və onun üçün beyət alır. Ancaq İmam Hadi (ə) şəhid edildikdən sonra bir çox şiələr imamın kim olduğunu hələ bilmirdilər. Bu isə çox adamın qəlbində Həzrəti Zəkiyyəl-Əskərinin (ə) imamlığına şübhə yaradırdı. Ona görə onlar İmamı (ə) imtahana çəkir, onunla bu məsələ ilə bağlı məktublaşırdı. Vəziyyət o yerə çatmışdı ki, İmam (ə) buyurmuşdu: “Ata-babalarımdan heç birinin imaməti mənim imamətim kimi şiələrin şəkk-şübhəsinə düçar olmamışdı”.
Şəkk-şübhələrə son qoymaq üçün İmam Həsən Əskəri (ə) digər imamlara nisbətdə qeybi biliklərindən daha çox istifadə edib. O öz tərəfdarlarına məktub yazaraq gələcək hadisələr barədə xəbər verir, onlara özlərini gözləməyi tapşırır. Bununla da onun tərədarlarının qəlbində imamət əqidəsi bərkiyirdi.

Əhli-beyt (ə) tərəfdarları
Abbasilər zamanı İraq əhalisinin əksəriyyəti ələvilər (Əli (ə) tərəfdarları, şiələr) idi. Nəzərə alsaq ki, Abbasi xilafətinin mərkəzi İraq olub (Abbasi dövrünə “Bağda xilafəti” də deyilir) vəziyyətin nə qədər təhlükəli olduğunu anlamaq olar. Bu baxımdan, hökumət daim şiələri və imamları təqib edirdi. Xüsusən, imamların (ə) simasında özlərinə siyasi müxalifət görən Abbasilər onları nəzarət altında saxlamağa çalışırdılar. Xəlifələr imamları Mədinədən İraq şəhərlərinə köçməyə məcbur edirdilər, onların insanlarla əlaqələrini kəsməyə çalışırdılar.
İraqla yanaşı, Azərbaycan, Rey, Xorasan və Nişapur vilayətlərinə də çoxlu sayda Əhli-Beyt (ə) tərəfdarları yaşayırdı. Bu isə onların fəaliyyətinin mərkəzləşməsini və vahid xətt üzrə inkişaf etdirilməsini tələb edirdi. İmam Təqi (ə) və İmam Hadi (ə) öz dövrlərində buna nail olmuşdular. İmam Həsən Əskəri (ə) da bu işi davam etdirirdi. İmam (ə) müxtəlif bölgələrə gizlin şəkildə öz nümayəndələrini göndərir və ictimai-dini işlərin aparılmasını onlara həvalə edirdi. Nümayəndələr arasında vəzifə bölgüsü də var idi. Məsələn, bəzi nümayəndələr şəri vergilərə, digəriləri məktublaşmaya cavabdeh idilər. İmam çox nadir hallarda öz şiələri ilə bir başa əlaqə qururdu, əsasən bunun üçün nümayəndələrə müraciət olunardı.
O zamankı durumu ən yaxşı tərzdə ifadə edən rəvayətlərin birində İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra onun qardaşı Cəfər Kəzzabın xəlifə Mötəmidin vəziri Ubeydullahla söhbəti nəql olunur. Cəfər Kəzzab özünü imam və şiələrin rəhbəri kimi təqdim etməyə çalışırdı və bu iş üçün vəzirin yanına gəib ondan yardım istəyir: “Əgər sən məni qardaşımın yerinə imam təyin etsən sənə ildə iyirmi min dinar verərəm”. Ubeydullah onun cavabında dedi: “Axmaq! Xəlifə sənin atanı və qardaşını imam bilənlərin üstünə o qədər qılınc şəkdi ki, bu fikirdən dönsünlər, ancaq buna nail ola bilmədi...”
Bütün çətinliklərə rəğmən İmam (ə) elmi fəaliyyətindən qalmır. Abbasilər zamanı müxtəlif dini və fəlsəfi təriqətlərin geniş vüsət tapdığı bir şəraitdə, İmam Həzən Əskəri (ə) İslam maarifinin yayılmasına xüsusi önəm verir. İslam elminə böyük töhfələr vermiş İshaq Əşəri Qumi, Osman Əmri, Davud Cəfəri, Məhəmməs Səffar kimi 100-ə yaxın tələbə yetişdirməklə yanaşı, Həzrət Zəkiyyəl-Əskəri (ə) müxtəlif məktəblərin İslama qarşı irəli sürdükləri fikirləri elmi yolla təkzib edərdi.

İmama (ə) qarşı zülm
Qeyd olunduğu kimi, xəlifələr İmam Həsən Əskərini özləri üçün  təhlükə bilirdilər. Ancaq bu təhlükə yalnız Əhli-Beyt (ə) tərəfdarlarının simasında müxalif qüvvələrin çoxlalması və xəlifələrə qarşı cəmiyyətdə pis münasibətin yayılması ilə  əlaqədar deyildi. Həmçinin, zülmə son qoyacaq vəd olunmuş Məhdinin (ə) İmamın övladlarından olacağı barədə hamı bilirdi. Bu səbəbdən İmam Həsən Əskəriyə (ə) qarşı təziq və təqiblər gün-bə-gün şiddətlənirdi. Onun ailə həyatı belə izlənilirdi. Ona görə İmam (ə) imaməti davam etdirmək məqsədilə öz kənizi ilə ailə qurur və İmam Mehdi Sahibəzzaman (ə) dünyaya gəlir. Ərəblər arasında kənizdən övlada sahib olmaq ayıb sayıldığından, heç kəs təsəvvür edə bilməzdi ki, İmam (ə) ailə həyatı qurub və Həzrət Mehdi (ə) artıq anadan olub.
Həftənin birinci və dördüncü günləri İmamı (ə) xəlifənin sarayına gəlməyə məcbur edirdilər. Xəlifə Mötəz bir gün İmamın (ə) Küfəyə aparılıb qətlə yetirilməsinə əmr etmişdi. Ancaq bir az müddət keçmişdi ki, onun özünü türklər dəhşətlə öldürdülər. Xilafət kürsüsünə çıxan Mühtədi İmamı həbs etməyi qərara alır və öz ölümünə kimi İmam Həsən Əskərini (ə) zindanda saxlayır. İmamı şəhadətə çatdırmaq arzusuna düşən bu xəlifəni də türklər qiyam nəticəsində öldürürlər. İmam zindanda da azadlıqda da olanda onun yanına cəsuslar göndərilirdi. Bu səbəbdən Həzrət (ə) həmişə diqqətli və ehtiyatlı olub. Öz tərəfdarları ilə küçədə görüşəndə belə salamlaşmırdı ki, onların canını təhlükəyə atmasın.
Qeyb dövrünə hazırlıq 
Həzrət Məhdinin (ə) qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, qeyb dövründə imamın tanınmasında xüsusi çətinliklərin yaranması da təbiidir. Rəsuli-Əkrəmin (s) dövründən İmam Həsən Əskəri (ə) dövrünə kimi ilahi rəhbərlər İslam ümmətini qeyb dövrünə hazırlaşdırırdılar. İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) bu işdə xüsusi fəaliyyəti nəzərə çarpır. Qeyd olunduğu kimi, 11-ci İmamımız (ə) öz tərəfdarları ilə nümayəndələr vasitəsi ilə əlaqə qurardı. Elə həmin nümayəndələr vasitəsi ilə İmam (ə) öz tərəfdarlarına qeyb dövrü barədə xəbər verirdi, həmçinin müsəlmanları öz imamları ilə nümayəndələr vasitəsilə əlaqə saxlamağa alışdırırdı.Ən yaxın dostlarına isə İmam (ə) öz oğlu Həzrət Məhdini (ə) göstərirdi.
Əlbəttə yaranmış durumdan istifadə etmək istəyənlər də olub. Onlardan biri İmamın (ə) öz qardaşı Cəfər Kəzzab olub. Həzrət Mehdinin (ə) qeybindən istifadə edən bu şəxs özünü imam kimi qələmə verməyə çalışırdı. Həmçinin xəlifə Mötəmid İmamın (ə) bütün ailəsinə nəzarəti gücləndirir. Şəhərin bütün mamaçılarına göstəriş verilir ki, İmamın (ə) xanımlarından hansınınsa hamilə olduğundan şübhələnsələr dərhal xəlifəyə məlumat versinlər. Ancaq bütün bu hərəkətlər İmam Həsən Əskərinin (ə) əvvəlcədən gördüyü tədbirlər nəticəsində faydasız olur: nə İmam Məhdini (ə) tapmaq, nə də ki Əhli-Beyt (ə) tərəfdarlarını öz əqidəsindən döndərmək mümkün olur.
Mötəmid İmam Həsən Əskərinin (ə) nüfuzundan qorxaraq onu həbs edir. Zindanda İmama (ə) qarşı təzyiq və işgəncələr isə xəlifənin planlarına əks-təsir göstərir. Bu səbəbdən, hicri 260-cı ildə (təxminən miladi 874-cü ildə) İmam Həsən Əskəri (ə) 28 yaşında ikən zəhərləndirilərək şəhadətə çatdırılır. Həzrətin mübarək cəsədi Samirədə, öz evində, atası İmam Hadinin (ə) yanında torpağa tapşırılır.
www.ahlibeyt.az
Bismillahir-rəhmanir-rəhim
İmam Mehdinin əleyhis-salam həyatına bir baxış.
Birinci bəhs:
Şiələrin axırıncı imamı Peyğəmbər (s)-in 12-ci xəlifəsi hicri tarixiylə 255-ci (868-ci miladi ili) ildə şaban ayının 15-də cümə günü İraqın Samirra şəhərində dünyaya göz açmışdır.
Onun atası 11-ci imam Həsən Əsgəri əleyhis-salamdır.
Anası isə Nərcis adında ləyaqətli bir xanım olmuşdur. Rəvayətə əsasən o xanım Rum imperatorunun oğlu Yəşuənin qızı, anası isə İsa peğəmbərin vəsisi Şəmunun nəslindəndir.
Bu rəvayətə əsasən Nərcis xanım yuxuda qəribə bir şəkildə islam dinini qəbul etmişdir. İmam Həsən Əskəri əleyhis-salamın göstərişiylə özünü müsəlman ordusu ilə müharibəyə gedən Rum qoşununun sıralarına qoşulur. Sonda isə islam qoşunu tərəfindən əsirliyə alınır. İmam Hadi əleyhis-salam bir nəfəri onun ardınca göndərir ki, onu kəniz ünvanında alıb Samirra şəhərinə gətirsin.
“Kəmalud-din”, 2-ci cild, 41-ci bölmə, səh: 132.
Nərcis xanım bir müddət xanım Həkimənin evində qalır onun təlim və tərbiyəsi vasitəsilə islam dini ilə tanış olur. Qeyd etmək lazımdır ki, Həkimə xanım ona çox böyük hörmət göstərərdi.
Nərcis elə bir xanım idi ki, illər öncə islam peyğəmbəri, həzrət Əli və imam Sadiq əleyhimus-salam onun barəsində mədhlər demiş və onu kənizlərin ən yaxşısı kimi tanıtdırmışlar.
Yeri gəlmişkən demək lazımdır ki, o xanımın Susən, Reyhanə və Məlikə kimi başqa ləqəbləri də olmuşdur.
O, həzrətin adı, kunyəsi və ləqəbləri.
İmam zaman ağanın adı və kunyəsi peyğəmbərin adı və kunyəsi ilə eynidir. Bəzi rəvayətlərdə o həzrətin zühur etdiyi zamana qədər adını çəkmək qadağan olunub.
O həzrətin məşhur ləqəbləri aşağadakılardan ibarətdir:
Məhdi, Qaim, Müntəzər, Bəqiyyətullah, Hüccət, Xələfi-saleh, Sahibul-əmr, Sahibuz-zəman və Vəliyyi-əsr. Onların arasında ən tanınmışı Məhdidir. Bu ləqəblərdən hər biri bir mənaya işarədir.
O həzrətə bu səbəbdən Məhdi deyilib ki, Allah tərəfindən hidayət olunub və insaniarı haqqa tərəf çağıracaq. Qaim deyilib çünki o həzrət haqq üçün qiyam edəcək. Müntəzər deyilib ona görə ki, bütün möminlər o həzrətin zühurunu gözləyirlər və o həzrətin intizarındadırlar. Bəqiyyətullah, yəni o həzrət Allah hüccətləri arasında yeganə imamdır ki. bu vaxta qədər yaşayır. Xələfi-saleh deyilməsinin səbəbi layiqli canişin olduğu üçündür. Mənsur ləqəbi isə Allah tərəfindən ona kömək olunacağını göstərir. Sahibul-əmr deyilməsi buna görədir ki, ədalətli bir hökumət qurmaq onun öhdəsindədir və Sahibəz-zaman və Vəliyyi-əsr ona görə deyilir ki, indiki zamanın yeganə ilahi hakimi odur.
İmamın təvəllüdü
İslam Peyğəmbəri (s)-dən bir neçə rəvayətlərdə belə nəql olunub ki, onun nəslindən Məhdi adında bir nəfər qiyam edəcək və dünyadan zülmü yox edəcək.
Zalım Abbasi xəlifələri bu rəvayətlərdən agah olduqları üçün imam Məhdini elə doğulduğu gün öldürmək istəyirdilər. Elə bu səbəbdən də məsum imamların yaşayışı 9-cu imam Məhəmməd Təqi əleyhis-salamın vaxtından məhdudiyytlərlə üzbəüz oldu. Bu məhdudiyyətlər imam Həsən Əsgəri əleyhis-salamın vaxtında lap çoxaldı. İş elə bir həddə çatdı ki, bütün ged-gəliş artıq hökumət tərəfindən nəzarət altında idi.
Məlumdur ki, belə bir vəziyyətdə gərək o həzrətin dünyaya gəlməsi gizlin olsun. Elə bu səbəbdən də 11-ci imamın yaxın adamları da O həzrətin dünyaya gəlməsindən xəbərsiz idilər. Hətta o həzrət dünyaya gəlməmişdən bir neçə saat öncə anası Nərcis xanımda doğum əlamətləri bilinmirdi
9-cu imam Məhəmməd Təqi əleyhis-salamın qızı Həkimə Xatun o həzrətin dünyaya gəlməsini belə nəql edir:
11-ci İmam Həsən Əsgəri əleyhis-salam onunla sağollaşıb getdiyim zaman mənə buyurdu.
-Ey bibi bu gün iftara bizimlə qal. Çünki bu gecə Şaban ayının 15-dir və Allah Öz axırıncı hüccətini yer üzündə aşkar edəcəkdir.
Mən "ey Allah rəsulunun övladı! Onun anası kimdir?" –deyə soruşdum. "Nərcis" -deyə cavab verdi.
Mən yenə "sənə fəda olum, axı onda hamiləlik əlamətləri bilinmir ?"-deyə soruşdum.
İmam buyurdu:
-Söz, həmin sözdür ki, dedim.
Mən Nərcis xanımın yanına getdim salam verib oturduqda istədi ki, mənim ayaqqabılarımı çıxartsın amma mən ona mane oldum və mənə həmişə olduğu kimi,"ey mənim xanımım" deyə xitab etdi.
Amma mən bu dəfə dedim ki, bəlkə siz mənim xanımımsınız. Nərcis xanım buyurdu:
-Bibi can siz nə danışırsız? Dedim:
-Mənim qızım Allah taala bu gecə sənə elə bir oğlan uşağı nəsib edəcək ki, bütün dünyanın ağası olacaq.
Həkimə xanım daha sonra nəql edir ki:
İşa namazını qılıb iftar etdikdən sonra uzandım. Gecənin yarsında gecə namazı üçün qalxdım və namazı qıldım. Amma xanım Nərcisdə heç bir doğum əlaməti yox idi. Bəzi duaları oxuduqdan sonra yatdım.
Bir az keçdikdən sonra narahat halında oyandım amma o hələ də yuxuda idi. Bir müddət keçdikdən sonra xanım oyandı gecə namazını qıldıqdan sonra yatdı.
Sübh namazının vaxtın bilmək üçün çölə çıxdım. Sübh namazına az qalmışdı, amma hələdə Nərcis xanım yuxuda idi. Şəkkə düşdüm elə bu zaman imam Həsən Əsgəri əleyhis-salam öz otağından səslədi.
-Ey bibi, axırıncı Hüccətin viladəti yaxınlaşıb.
Bu sözdən sonra “Səcdə” və “Yasin” surəsini oxumağa məşğul idim ki, Nərcis xanım həyəcanla oyandı. "Bir şey hiss edirsən?" -deyə soruşdum. “Bəli bibi” -deyə cavab verdi.
Bir müddət sonra hər ikimizi yüngül bir yuxu apardı və mən təzəcə doğulan mübarək körpənin səsinə ayıldım. Körpənin üstündə olan parçanı kənara çəkdikdə onu səcdədə gördüm. O həzrəti qucağıma alıb gördüm ki, bədəni pak və pakizədir.
Bu zaman imam Həsən Əsgəri əleyhis-salam məni səsləyib buyurdu:
-Ey bibi, mənim övladımı bura gətir.
Mən təzə doğulımuş uşağı imamın yanına apardım imam onu qucağına aldıqdan sonra “ey mənim oğlum, dilə gəl!” deyə söylədi. Təzə doğulmuş imam dilə gəlib buyurdu:
"Əşhədu əlla ilahə illəllah vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən rəsulullah."
Sonra imam Əli əleyhis-salam və digər imamlara salam göndərdi.
Həkimə xanım deyir ki, həmin günün səhəri imam Həsən Əsgəri əleyhis-salamın yanına getdikdə imam Məhdini görmədim. İmamdan yerini soruşduqda imam buyurdu:
-Ey bibi, onu Musanın anasının Musanı tapşırdığı Allaha tapşırdım.
Həkimə xanım öz sözünə belə davam edir:
7-ci gün olduğda imam Həsən Əsgəri əleyhis-salamın evinə gedib salam verdikdən sonra oturdum imam buyurdu:
-Ey bibi, mənim övladımı yanıma gətir. Mən həzrəti Məhdini gətirdikdən sonra imam övladına xitab edib “ey mənim övladım dilə gəl danış” –deyə buyurdu. İmam Məhdi dilə gəlib şəhadeteyni dedikdən və imamlara salam göndərdikdən sonra "Qəsəs” surəsinin 5 və 6-cı ayələrini tilavət etdi.
İmam Məhdinin xüsusiyyətləri
İslam Peyğəmbəri (s) və digər məsumların rəvayətlərində o həzrətin xüsusiyyətləri bəyan olunmuşdur. Biz onlardan bəzisinə işarə edirik.
O həzrət ibadət əhli, zahid, səbrli, ədalətli və başqalarının əlindən tutan və onlara kömək edəndir.
O həzrət hamıdan elmli və mübarək vücudu bərəkət çeşməsidir.
O bəşəriyyətə nicat verən və islam peyğəmbərinin nəvələrindən Fatimə (s) övladı və imam Huseyn əleyhis-salamın 9-cı övladıdır. Zühur etdiyi zaman Kəbəyə söykənər və Peyğəmbər (s)-in bayrağını ələ alıb öz qiyamı ilə Allahın dınini dirildər. İlahi hökümləri bütün dünyaya tətbiq edər və dünya zülmlə dolduğu zaman o həzrət düyanı ədalət və mehribanlıqla doldurar.
O həzrətin həyatını üç hissəyə bölmək olar.
1.Gizlin olan dövrü;
O həzrətin gizlin yaşayışı, dünyaya gələn gündən atası şəhadətə çatan dövrə qədərdir.
2. Qeybə çəkilən dövrü;
Bu dövran 11-ci imamın şəhadətindən başlayır və O həzrətin Allahın izniylə zühuruna qədər davam edəcəkdir.
3. Zühur əsri.
O həzrətin qeybdə qalmaq dövranı sona çatdıqdan sonra Allahın izniylə 12-ci imam zahir olacaq və dünyanı ədalətlə dolduracaqdır.
Heç kəs O həzrətin nə vaxt zühur edəcəyini bilmir. Rəvayətlərin birində belə nəql olunub ki, imam Məhdi əleyhis-salam buyurdu:
"Hər kəs zühurun vaxtını müəyyənləşdirsə yalançıdır..."
www.abna.ir